Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8722/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1015/2002 saylı mülki işi üzrə 10 iyun 2002-ci il tarixli qətənaməsindən maraqlı şəxs Zeynalzadə İradə Cəfər qızı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi1 və Ərizəçi2 Səlimova Bəyim Yusif qızının babaları Məhərrəm Səlimovun qardaşı Hümbət Səlimovun arvadı olmasına dair qohumluq münasibətlərinin müəyyən edilməsi; babaları Məhərrəm Səlimovun 1941—ci ildə, babaları Məhərrəm Səlimovun qardaşı Hümbət Səlimovun isə 20 fevral 1970-ci il tarixdə Bakı şəhərində ölmələri; və Bakı şəhəri, A.Şaiq küçəsi 53 saylı ev Vı hissəsinə dair mirası qəbul etmələrinə dair hüquqi faktların müəyyən edilmələri barəsində ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə tələblərini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, A.Şaiq küçəsi 53 saylı ev Səlimova Bəyim Yusif qızının və Məşədi Zeynal Yusif oğlunun payları məlum olmayan ümumi mülkiyyətində olmuşdur. Səlimova Bəyim Yusif qızı onlara qohumluq münasibətinə görə babaları Məhərrəm Səlimovun qardaşı Hümbət Səlimovun arvadı olmuşdur. Lakin B.Səlimovla, H.Səlimov dini nikahda olmuşlar və onların uşaqları olmamışdır. H.Səlimov 20 fevral 1970 - ci il tarixdə, B.Səlimova 18 fevral 1975-ci il tarixdə ölmüşlər. Babaları M.Səlimov isə 1941 -ci ildə ölmüşdür. Hazırda onlar Bakı şəhəri, A.Şaiq küçəsi, 53 saylı evin mülkiyyətçisi olmuş miras qoyan B.Səlimovaya münasibətdə onun ərinin qardaşı nəvələri dirlər. Lakin babaları M. Səlimovun və onun qardaşı H. Səlimovun doğum haqqında şəhadətnamələri və H.Səlimovla - B.Səlimovanın nikalı haqqında şəhadətnamələri olmadığına görə onlar, vərəsəliyin qəbulu üçün hüquqi əhəmiyyəti olan göstərilən faktları təsdiq edən lazımi sənədləri əldə edə bilmirlər. Onlar miras əmlakı olan Bakı şəhəri, A.Şaiq küçəsi 53 saylı evdə yaşayırlar. Hesab edirlər ki, miras əmlakı olan mübahisəli evdə faktiki yaşamaqla mirası faktiki qəbul etmişlər. Lakin babaları M.Səlimovla onun qardaşı H.Səlimovun doğum haqqında şəhadətnamələri olmadığına görə onların qardaş olmalarını təsdiq edən lazımi sənədləri əldə edə bilmirlər. Digər tərəfdən babalarının qardaşı H.Səlimovla miras qoyan B.Səlimova VVAQ orqanlarının yaradılmasından əvvəl dini nikahda olmuşlar. Buna görədə onların nikahları rəsmi qeyd edilməmişdir. Hesab edirik ki, babalarının qardaşı H.Səlimovla miras qoyan B.Səlimova VVAQ orqanlarının yaradılmasından əvvəl dini nikaha daxil olduqlarından, onların nikahları hüquqi nəticələrinə görə rəsmi nikahlara bərabər hesab Edilirlər. Beləlikləgöstərilən faktların hüquqi əhəmiyyəti olmasına, lakin həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilməmələrinə əsaslanaraq - Səlimova Bəyim Yusif qızının babaları Məhərrəm Səlimovun qardaşı Hümbət Səlimovun arvadı olmasına dair qohumluq münasibətlərinin müəyyən edilməsi; babaları Məhərrəm Səlimovun 1941-ci ildə, babaları Məhərrəm Səlimovun qardaşı Hümbət Səlimovun isə 20 fevral 1970-ci il tarixdə Bakı şəhərində ölmələri; və Bakı şəhəri, A.Şaiq küçəsi 53 saylı ev 14 hissəsinə dair mirası qəbul etmələrinə dair hüquqi faktların müəyyən edilmələri barəsində qətnamə çıxardtlmäsım məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1015/2002 saylı mülki işi üzrə 10 iyun 2002-ci il tarixli qətnaməsi ilə Səlimova Bəyim Yusif qızının Ərizəçi1 və Ərizəçi2 babaları - Məhərrəm Səlimovun qardaşı Hümbət Səlimovun arvadı olmasına dair qohumluq münasibətləri müəyyən edilməsi, Məhərrəm Səlimovun 1941-ci ildə, Məhərrəm Səlimovun qardaşı Hümbət Səlimovun isə 20 fevral 1970-ci il tarixdə Bakı şəhərində ölmələri faktının müəyyən edilməsi, Ərizəçi1 və Ərizəçi2- Bakı şəhəri, A.Şaiq küçəsi 53 saylı ev 16 hissəsinə dair mirası qəbul etmələri faktının müəyyən edilməsi, Bakı şəhəri, A.Şaiq küçəsi 53 saylı ev 14 hissəsinə dair Ərizəçi1 və Ərizəçi2- adlarına qeydiyyat vəsiqəsi verilməsi - Bakı şəhəri, Tİ və MHQİ-yə tapşırılması, Bakı şəhəri, A.Şaiq küçəsi 53 saylı ev 14 hissəsinə dair Səlimova Bəyim Yusif qızının adına olan qeydiyyat yazısının ləğv edilməsi qət edilmişdir. Maraqlı şəxs Zeynalzadə İradə Cəfər qızı ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1015/2002 saylı mülki işi üzrə 10 iyun 2002ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1015/2002 saylı mülki işi üzrə 02 avqust 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1015/2002 saylı mülki işi üzrə 10 iyun 2002-ci il tarixli qətnaməsindən maraqlı şəxs Zeynalzadə İradə Cəfər qızı tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün qanunda tutulan prosesaul müddətin buraxılması üzürlü hesab edilərək bərpa edilməsi, apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs Zeynalzadə İradə Cəfər qızı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Kollegiya qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1015/2002 saylı mülki işi üzrə 02 avqust 2021-ci il tarixli qərardadından 10 gün müddətində şikayət verilməsi nəzərədə tutulmuş olsada, iş materialları ilə qərardadın tərəflərə rəsmi qaydada verilməsi müəyyən olunmamaqla yanaşı birinci instansiya məhkəməsi iş üzrə digər tərəflərin qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddətini gözləmədən mülki işi apelliyasiya məhkəməsinə göndərmişdir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsi 02 avqust 2021-ci il tarixli qərardadı tərəflərə rəsmi qaydada verdikdən sonra qanunla müəyyən edilmiş 10 günlük şikayət müddətini gözləməklə qərardadından şikayət verdilmədiyi halda apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərməli idi. Lakin birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə uyğun olmayaraq həmin qərardaddan şikayət verilməsinin nəzərdə tutulduğunu göstərmiş olsa da, həmin qərardaddan verilmiş şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Ona görə də, kollegiya Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1015/2002 saylı mülki işi üzrə 10 iyun 2002-ci il tarixli qətənaməsindən verilmiş apellyasiya şikayətin digər mümkünlük şərtlərini müzakirə etmədən hesab edir ki, apellasiya şikayəti qeyrimümkün hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1015/2002 saylı mülki işi üzrə 10 iyun 2002-ci il tarixli qətənaməsindən maraqlı şəxs Zeynalzadə İradə Cəfər qızı tərəfindən verilmiş apellasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8722/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8722/2021
11.08.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver