Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8723/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X6, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı evdən çıxarılma və s. tələbinə dair mülki iş üzrə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-192/2021 saylı, 29 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-192/2021 saylı, 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Mahmudov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı evdən çıxarılma və s. barədə iddia tələbi əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “evdən çıxarılma və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi 2 saylı evin 1 nömrəli mənzilini AN seriyalı ******* nömrəli alqısatqı müqaviləsinə əsasən almış və həmin mənzil 11 noyabr 2020-ci il tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Həmin evi aldıqdan sonra evdə təmir işlərinə başlamaq istəsə də, cavabdehlər onu mənzilə buraxmamışlar və mənzilin qıfılını qıraraq mənzili zəbt etmişlər. Bununla bağlı Pirallahı rayon Polis şöbəsinə müraciət etmiş və araşdırma aparılaraq məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Cavabdehlərin özlərinə məxsus fərdi yaşayış evləri olmasına baxmayaraq ona məxsus evdən çıxmırlar. Cavabdehlərin evdən çıxmasını tələb etsə də, cavabdehlər evin onlara məxsus olduğunu bildirərək evi tərk etməkdən imtina edirlər. Göstərilənləri nəzərə alaraq, cavabdehlər X1, X3, Cavabdeh3 və X2 əşyaları ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi 2 saylı evin 1 nömrəli mənzilindən çıxarılmaları, mənzildən istifadə etməyinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamənin çıxarılması xahiş olunmuşdur. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən qətnaməni qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi 2 saylı evin 1 nömrəli mənzilini AN seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 almış və həmin mənzil 11 noyabr 2020-ci il tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-664/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsində göstərilmişdir ki, iddiaçı X7 24.12.2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında mübahisəli əmlakın mülkiyyətiçisi olsa da, sonradan, yəni 05.11.2020-ci il tarixli alğı-satqı müqaviləsi ilə həmin əmlak İddiaçı adına qeydiyyatdan keçmişdir. Hazırki dövrdə X7 iddia tələbini irəli sürməkdə subyektiv hüququ yoxdur. Hazırki iddia tələbi ilə yalnız əmlakın mülkiyyətçisi məhkəməyə müraciət edə bilər. O, isə yeni mülkiyyətçi olaraq hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi onun hüquqlarını məhdudlaşdırmır, əksinə yeni mülkiyyətçi kimi hüquqlarını tanımaqla məhkəməyə müraciət etməyi tövsiyyə edir. Qeyd edilənlərə əsasən Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin 2(094)-192/2021 nömrəli, 29 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin oluması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi və vəkili məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-192/2021 saylı, 29 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə kollegiyasından iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanılamasını xahiş etmişdir. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunverilciliklə nəzərədə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələri barədə hər hansı bir məlumat verməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümükün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin olunmamasını hazır ki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olması ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarında olan və əlavə toplanmış sübutlar üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla, gəlinən nəticənin apellyasiya qaydasında mübahisələndirilməsi və ləğv edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, Pirallahı Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2(094)-171/2020 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi 2 saylı evin 1 nömrəli mənzilindən çıxarılması qət edilmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsinin 03.02.2021-ci il tarixli 2(103)- 664/2021 saylı qətnaməsi ilə Pirallahı Rayon Məhkəməsinin 09 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. Hazırki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Halbuki birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları yoxlamalı və qiymətləndirməli olduğu halda bunu etməmiş, nəticə də maddi və prosessual hüquq normalarını da düzgün təfsir və tətbiq etməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, gəlinən nəticə ləğv edilməli, apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbinə apellyasiya qaydasında hüquqi qiymət verilməlidir. İş materialarında olan Ağdam rayonu İcra Hakimiyyəti başçısının 27 nömrəli 24 fevral 2004-cü il tarixli qərarına əsasən, X8 20 moyabr 1994-cü il tarixdə anadan olmuş Cavabdeh2, 09 fevral 1996-cı il tarixdə anadan olmuş Cavabdeh3 və 02 oktyabr 1997-ci ildə anadan olmuş X5 qəyyum təyin olunması qərara alınmışdır. İş materialarında olan 24 dekabr 2011-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə 11, 2 saylı evin, 1 saylı mənzilində yaşayan X8 ona məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən bütün əşyalarını və əmlakını nəvəsi Cavabdeh2 vəsiyyət etmişdir. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli, 05 noyabr 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən müəyyən olunur ki, İddiaçı Allahevrdi oğlu Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə 11, 2 saylı evin 1 nömrəli mənzilini X4 almışdır. İş materiallarında olan AR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz əmlakın Dölət Reyestrindən Çıxarışın surətindən göründüyü kimi, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə 11, 2 saylı evin 1 nömrəli mənzilini mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materillarında olan Dövlət Neft Şirkəti Sosail İnkişaf İdarəsi Mənzil Kommunal Xidməti İdarəsi 13 saylı Mənzil İstismar Sahəsi tərəfindən 830 nömrəli 13 yanvar 2012-ci il tarixdə verilmiş arayışından görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə 11, 2 saylı evin, 1 saylı mənzildə Ağdam rayonundan məcburi köçkün Cavabdeh2, Cavabdeh3 Səfəralı qızı, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatsız yaşayırlar. İş materillarında olan Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 159 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən 391 nömrəli 10 mart 2020-ci il tarixdə verilmiş Forma 2 arayışından görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, 2 saylı evin, 1 saylı mənzildə Ağdam rayonundan məcburi köçkün Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qeydiyyatsız yaşayırlar. İş materiallarında olan Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamenti 153 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən 4826 nömrəli 07 dekabr 2016-cı il tarixdə verilmiş arayışından görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə 11, 2 saylı evin, 1 saylı mənzildə Ağdam rayonundan məcburi köçkün olmaqla Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yaşayırlar. İş materiallarında olan 018/39/59 nömrəli arayışından görünür ki, Cavabdeh1 31.01.1967-ci ildə Beyləqan rayonunda anadan olmuş, 05.12.1988-ci il tarixdən 18.05.2005-ci il tarixədək Ağdam rayonunun Muradbəyli kəndində qeydiyyatda olmuş, 18.05.2005-ci il tarixdən 03.11.2019-cu il tarixədək Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Məmmədbəliyev küçəsi, ev 11-də qeydiyyatda olmuş və 03.11.2019- cu il tarixdən hal-hazıradək Ağdam şəhəri Muradbəyli sahəsi, ev 245-də qeydiyyatdadır. İş materiallarında olan AZ-İ seriyalı 521367 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 02.05.2012-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı 726444 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 Səfəralı qızı 28.12.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 664/2021 saylı, 03.02.2021-ci il tarixli qətnamədən görünür ki, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilməsi, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)- 171/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Məhkəmə kollegiyası qeyd edilən sübutlar üzrə dəyərləndirmə apararaq müəyyən edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 yaşadıqları Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi evin 1 nömrəli mənzili İddiaçı mülkiyyətindədir və onun mülkiyyətindən sərbəst istifadə etmək hüququ cavabdehlər tərəfindən məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci və ikinci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, iddiaçı cavabdehə qarşı iddia tələbində haqlı olsa da, birinci instansiya məhkəməsi onun tələbini tam, hərtərəfli və obyektiv araşdırma aparmadan əsassız olaraq təmin etməmiş, nəticədə yuxarıda göstərilən maddi hüquq normaları ilə yanaşı, sübutların qiymətləndirilməsinə dair prosessual hüquq normalarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsi əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə məhkəmə kollegiyası qeyd edilənlər üzrə dəyərləndirmə apararaq hesab edir ki, iddiaçı cavabdehlərə qarşı ona məxsus mənzilin zəbt olunması barədə iddiasında haqlıdır və bu hal iş materialları üzrə toplanmış sübutlarla təsdiq edilir. Bu isə onu ehtiva edir ki, iddia tələbi üzrə birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə qanuni və əsaslı deyildir. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.2, 392,393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 2(094)-192/2021 saylı, 29 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul olunsun. İddia tələbi təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi 2 saylı evin 1 nömrəli mənzilindən çıxarılsınlar və iddiaçının mənzildən istifadə etməyinə cavabdehlər tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8723/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8723/2021
13.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver