Məhkəmə qərarları › İş №2(103)-8737/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8737/2021

30.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8737/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(006)-2206/2021 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 03 may 2017-ci il tarixli müqavilə əsasında cavabdeh tərəfindən mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerində inşa edilmiş hündürmərtəbəli yaşayış binasından layihəyə uyğun, ümumi sahəsi 120 kv.m təşkil edən 3 otaqlı təmirli mənzilin və ya mənzilin dəyəri kimi bir kvadrat metr üçün 1500 manat olmaqla 120 kv.m üçün 180.000 manatın; mənzil təhvil verilən günədək 2021-ci ilin yanvar ayından başlayaraq hər ay kirayə haqqı kimi 500 AZN pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1988-ci ildə yaşadıqları qədim Azərbaycan torpaqları olan ata-baba yurdundan mənfur qonşular tərəfindən didərgin düşmüşlər. Həmin vaxtdan 2017-ci ilin avqust ayınadək qeydiyyatda olduqları ünvanda yaşamışlar. Əli Həsənov adlı şəxs 2004-cü ildə yaşadıqları məhəllənin bir hissəsini alaraq orada hündürmərtəbəli yaşayış binası tikdirməyə başlamışdır. Həmin vaxtlar satılmış evlərdə söküntü aparılsa da, onlara məlum olmayan səbəbdən, tikinti işləri aparılmamışdır. Ötən bu illər ərzində normal həyat şəraitləri davam etmişdir. 2016-cı ilin təxminən sentyabr ayından Əli Həsənov yenidən peyda olmuşdur, demişdir ki, onların evlərinin yerini Nəsimi Rayon İcra Hakimiyyəti Başçısından alıb, evlərini sökəcəkdir. Cavabdehlə aralarında olan mübahisə barışıq sazişi əsasında Nəsimi Rayon Məhkəməsinin 2(006)-2811/2019 saylı iş üzrə 03 avqust 2017-ci il tarixli qərardadı ilə yekunlaşmışdır. Məhkəmə qərardadına əsasən Əli Həsənova məxsus "xxxx" MMC mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini sökərək yerində inşa edəcəyi hündürmərtəbəli yaşayış binasından ümumi sahəsi 120 kv.m təşkil edən 3 otaqlı təmirli mənzili ona təhvil verməli idi. Cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməsə də, qarşılıqlı razılaşma əsasında etiraz etməmişlər. Cavabdeh inşa etdiyi hündürmərtəbəli yaşayış binasından mənzilləri kənar şəxslərə satsa da, hələ də onun mənzilini təhvil verməmişdir. Nəsimi rayon İcra və probasiya şöbəsi məhkəmə qərarının icrasının təmin edilməsini cavabdehdən tələb etdiyi zaman cavabdeh əvvəlcə binanın 7-ci mərtəbəsində yerləşən 2 otaqlı mənzili onlara təklif etmişdir. Lakin o, üç otaqlı mənzilini tələb etdikdə, həmin iki otaqlı mənzili arakəsmələrlə üç otaq edərək ona təklif etmişdir. Cavabdehin ona təklif etdiyi mənzil nə layihədə nəzərdə tutulmamışdır, nə də ki, tikinti və şəhərsalma qanunvericiliyinə uyğun deyildir. Belə ki, cavabdeh layihədə nəzərdə tutulmuş mənzilin ölçülərindən kəsərək başqa mənzilin sahəsinə qatmış, nəticədə yaşayış üçün uyğun olmayan bir mənzili ona təklif edir. Cavabdeh tərəfindən ona təklif edilən mənzilin mətbəxi dəhlizdə yerləşməklə yanaşı nə qapısı, nə də pəncərəsi yoxdur. Ümumiyyətlə cavabdehin ona təklif etdiyi mənzilin ümumi sahəsinin demək olar ki, yarısı dəhlizdən ibarətdir. Hətta otaqların bir hissəsində belə dəhliz var. Cavabdehin bildirdiyinə görə hazırda qeyd edilən binada 3 otaqlı, 120 kv.m sahəsi olan başqa mənzil yoxdur. Hazırda qeyd edilən binada mənzillərin satış qiyməti bir kvadratmetr üçün 1600-1800 manat civarındadır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(006)-2206/2021 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin 05.08.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2811/2017 saylı, 03.08.2017-ci il tarixli qərardadına əsasən, iddiaçılar X15, İddiaçı, X9, X8 və X6 Cavabdeh MMC-yə qarşı “qanunsuz söküntü cəhdlərinin qarşısının alınması və dayandırılması” tələbinə dair mülki iş üzrə tərəflərin təqdim etdikləri barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilmiş və işin icraatına xitam verilmişdir: Cavabdeh MMC öz öhdəsinə götürür: 1. Mübahisə barışıq sazişi bağlanması yolu ilə həll edildiyinə görə iddiaçılar X10 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən, X4 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, M.Qasımov 8 ünvanda yerləşən, X2 mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən, X1 mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu M.Qasımov 8 ünvanda yerləşən fərdi yaşayış evlərinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək evlərin yerində tikiləcək hündürmərtəbəli yaşayış binasından X12 yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 300 (üç yüz) manat ödəməklə 1 otaqlı 21 kv.m mənzilin əvəzinə təmirli 1 otaqlı 60 kv.m mənzil, İddiaçı yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 500 manat kirayə haqqı ödəməklə 1 otaqlı, 19 kv.m mənzilin əvəzinə təmirli 3 otaqlı, 120 kv.m mənzil, X7 yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədilə mənzil üçün aylıq 500 (beş yüz) manat kirayə haqqı ödəməklə 1 otaqlı 20 kv.m mənzilin əvəzinə təmirli 3 otaqlı 120 kv.m mənzil, X5 yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 400 (dörd yüz) manat kirayə haqqı ödəməklə 2 otaqlı 63 kv.m mənzilin əvəzinə təmirli 3 otaqlı 120 kv.m mənzili, X3 yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 300 (üç yüz) manat kirayə haqqı ödəməklə 1 otaqlı 34 kv.m mənzilin əvəzinə təmirli 2 otaqlı 80 kv.m mənzil verir. X15 öz öhdəsinə götürür: Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 300 (üç yüz) manat kirayə haqqı tələb etmək hüququ ilə Cavabdeh MMC tərəfindən ona mülkiyyətində olan 1 otaqlı 21 kv.m mənzilin əvəzinə təmirli 1 otaqlı 60 kv.m mənzilin verilməsini qəbul edir, bununla bağlı müqaviləni imzalayır, mülkiyyətində olan mənzilin söküntü üçün Cavabdeh MMC-yə təhvil verir, söküntüsü nəzərdə tutulan evini tərəflər arasında bağlanılacaq müqavilədən 3 (üç) gün ərzində boşaldır, boşaltmadan sonra 3 (üç) gün ərzində müvəqqəti yaşayış yerinin dəqiq ünvanını, əlaqə telefon nömrələrini Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsinə yazılı surətdə təqdim edir. İddiaçı öz öhdəsinə götürür: Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 500 (beş yüz) manat kirayə haqqı tələb etmək hüququ ilə Cavabdeh MMC tərəfindən ona mülkiyyətində olan 1 otaqlı 19 kv.m mənzilin əvəzinə təmirli 3 otaqlı 120 kv.m mənzilin verilməsini qəbul edir, bununla bağlı müqaviləni imzalayır, mülkiyyətində olan mənzilin söküntü üçün Cavabdeh MMC-yə təhvil verir, söküntüsü nəzərdə tutulan evini tərəflər arasında bağlanılacaq müqavilədən 3 (üç) gün ərzində boşaldır, boşaltmadan sonra 3 (üç) gün ərzində müvəqqəti yaşayış yerinin dəqiq ünvanını, əlaqə telefon nömrələrini "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsinə yazılı surətdə təqdim edir. X9 öz öhdəsinə götürür: Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 500 (beş yüz) manat kirayə haqqı tələb etmək hüququ ilə Cavabdeh MMC tərəfindən ona mülkiyyətində olan 1 otaqlı 20 kv.m mənzilin əvəzinə təmirli 3 otaqlı 120 kv.m mənzilin verilməsini qəbul edir, bununla bağlı müqaviləni imzalayır, mülkiyyətində olan mənzilin söküntü üçün Cavabdeh MMC-yə təhvil verir, söküntüsü nəzərdə tutulan evini tərəflər arasında bağlanılacaq müqavilədən 3 (üç) gün ərzində boşaldır, boşaltmadan sonra 3 (üç) gün ərzində müvəqqəti yaşayış yerinin dəqiq ünvanını, əlaqə telefon nömrələrini Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsinə yazılı surotdə təqdim edir. X8 öz öhdəsinə götürür: Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 500 (beş yüz) manat kirayə haqqı tələb etmək hüququ ilə Cavabdeh MMC tərəfindən ona mülkiyyətində olan 2 otaqlı 63 kv.m mənzilin əvəzinə təmirli 3 otaqlı 120 kv.m mənzilin verilməsini qəbul edir, bununla bağlı müqaviləni imzalayır, mülkiyyətində olan mənzilin söküntü üçün Cavabdeh MMC-yə təhvil verir, söküntüsü nəzərdə tutulan evini tərəflər arasında bağlanılacaq müqavilədən 3 (üç) gün ərzində boşaldır, boşaltmadan sonra 3 (üç) gün ərzində müvəqqəti yaşayış yerinin dəqiq ünvanını, əlaqə telefon nömrələrini Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsinə yazılı surətdə təqdim edir. X6 öz öhdəsinə götürür: Yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 500 (beş yüz) manat kirayə haqqı tələb etmək hüququ ilə Cavabdeh MMC tərəfindən ona mülkiyyətində olan 1 otaqlı 34 kv.m mənzilin əvəzinə təmirli 2 otaqlı 80 kv.m mənzilin verilməsini qəbul edir, bununla bağlı müqaviləni imzalayır, mülkiyyətində olan mənzilin söküntü üçün Cavabdeh MMC-yə təhvil verir, söküntüsü nəzərdə tutulan evini tərəflər arasında bağlanılacaq müqavilədən 3 (üç) gün ərzində boşaldır, boşaltmadan sonra 3 (üç) gün ərzində müvəqqəti yaşayış yerinin dəqiq ünvanını, əlaqə telefon nömrələrini Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsinə yazılı surətdə təqdim edir. İş materiallarından göründüyü kimi, İddiaçı digər iddiaçılarla birlikdə Cavabdeh MMC-yə qarşı “qanunsuz söküntü cəhdlərinin qarşısının alınması və s.” tələblərinə dair iddia ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, mənzilin təhvil verilməsi və kirayə haqqının ödənilməsinə dair cavabdehlə aralarında razılıq əldə etdiyindən mülki iş üzrə icraata xitam verilmişdir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 2811/2017 saylı, 03.08.2017-ci il tarixli qərardadına əsasən İddiaçı yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 500 manat kirayə haqqı tələb etmək hüququ ilə Cavabdeh MMC tərəfindən ona mülkiyyətində olan 1 otaqlı 19 kv.m mənzilinin əvəzinə təmirli 3 otaqlı 120 kv.m mənzilin verilməsini qəbul etməyi, bununla bağlı müqaviləni imzalamağı, mülkiyyətində olan mənzilin söküntü üçün Cavabdeh MMC-yə təhvil verməyi, söküntüsü nəzərdə tutulan evini tərəflər arasında bağlanılacaq müqavilədən 3 gün ərzində boşaldacağı, boşaltmadan sonra 3 gün ərzində müvəqqəti yaşayış yerinin dəqiq ünvanını, əlaqə telefon nömrələrini Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsinə yazılı surətdə təqdim etməyi öhdəsinə götürmüşdür. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mülki iş üzrə icraata, qeyd edilən mübahisəyə mahiyyəti üzrə baxılıb Mülki Prosessual Məcəllənin tələblərinə uyğun hüquqi qiymət verilməsi mümkün olmadığından bu Məcəllənin 261.0.1-ci maddəsinə əsasən xitam verilməli və belə olduğu təqdirdə iddiaçıya qərardadı qəbul etmiş məhkəməyə müraciət edərək icra sənədinin verilməsini və həmin icra sənədinin icraya yönəldilməsini tələb etmək hüququna malik olduğu izah edilməlidir. Məhkəmə tərəflər arasında təsdiq edilmiş barışıq sazişinin olmasına əsaslanaraq belə nəticəyə gəlmişdir, yəni hesab etmişdir ki, hazırki tələb barışıq sazişinin icrasından irəli gəldiyi üçün bu məsələ yeni iddia vermək yolu ilə yox, barışıq sazişi əsasında icra sənədi alıb onu icra etdirmək yolu ilə həll olunmalıdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə yalnışdır. Belə ki, məhkəmə nəzərə almamışdır ki, hazırki mübahisə həmin barışıq sazişinin şərtlərinin icrası ilə bağlı yaranmış mübahisədir, iddiaçı Cavabdeh MMC-nin həmin sazişə əsasən üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini iddia edərək hazırki tələblə məhkəməyə müraciət etmişdir. Mübahisəyə səbəb 3 otaqlı mənzilin iddiaçıya verilibverilməməsi yox, təklif olunan mənzilin layihə üzrə 2 otaqlı olması və arakəsmə ilə 3 otaqlıya çevrilməsi, dəhlizinin daha çox sahə tutması və s. olmuşdur. Həmçinin iddiaçı tələb edir ki, 3 otaqlı mənzilin layihədə nəzərdə tutulmuş şəkildə təhvil verilməsi mümkün deyilsə, cavabdeh ona həmin mənzilin dəyərini ödəsin. Göstərilən məsələlərə aydınlıq gətirilməsi üçün xüsusi bilik tələb edən ekspertiza tədqiqatının keçirilməsi istisna olunmur, «İcra haqqında» Qanunda isə ekspertin iştirakı nəzərdə tutulmayıb. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçının şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli 2(006)-2206/2021 saylı qərardad ləğv edilsin və İddiaçı Cavabdeh MMC-yə qarşı “mənzilin təhvil verilməsi və s. tələbinə dair” mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar