Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-874/2021 10.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Məmmədovanın sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 vəkili və nümayəndəsi Vəkil2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 vəkili Vəkil3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Xətai-6” Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin qanuni təmsilçisi X11 iştirakları ilə Bakı şəhəri Xətai rayon məhkəməsinin 05 iyun 2017-ci il tarixli 2(011)-2394/2017 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə və müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızının iddia ərizəsinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının bir otaqlı mənzilindən çıxarılmasına və mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 5 iyun 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılması və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1, 418.2 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən olunmuş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu «18» sentyabr 2020-cı il tarixli, 13(102)-5(k)/2020 saylı Qərarında hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 avqust 2018-ci il tarixli qətnaməsi və həmin qətnamənin dəyişdirilmədən saxlanılmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 dekabr 2018-ci il Qərarı ləğv edilməli, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - “xxxx” MMC) arasında 5 oktyabr 2009cu il tarixli, 263 saylı müqavilə bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən, həmin MMC-nin Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın 1-ci blok 11-ci mərtəbəsində, ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzilin İddiaçı təhvil verilməsi barədə öhdəlik götürmüşdür.“xxxx” MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı mənzilin dəyərini tam ödəmişdir. Lakin həmin mənzil İddiaçı təhvil verilməmişdir. Birinci instansiya məhkəməsi İddiaçı iddiasını rədd edərkən qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında inşa olunan binada tikintinin başa çatdırılmasını və mənzillərin alğı-satqısının rəsmiləşdirilməsini öhdəsinə götürən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - “xxxx” MMC) ilə 5 oktyabr 2009-cu il tarixli, 263 saylı müqaviləyə 23 fevral 2013-cü il tarixli əlavə müqavilə bağlamaqla, əvvəlki müqavilədən irəli gələn hüquqlarından imtina edərək həmin ünvanda yerləşən 12 mərtəbəli yaşayış evinin 2-ci blokunun 12C mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan 1 otaqlı mənzilin qəbul edilməsinə razılaşmaqla mübahisəli mənzildən imtina etmiş, bununla da həmin mənzilə dair tələb irəli sürülməsi üçün subyektiv hüquqa malik olmamışdır. İddiaçı apellyasiya şikayətində və apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında göstərmişdir ki, “xxxx” MMC ilə 5 oktyabr 2009-cu il tarixli, 263 saylı müqaviləyə 23 fevral 2013-cü il tarixli əlavə müqavilənin bağlanmasına dair rəsmi sənədin əsli, yaxud onun notariat qaydasında təsdiq olunmuş surəti mövcud deyildir. Bununla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.Həmin Məcəllənin 89.3-cü maddəsinə görə, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən sübut kimi qəbul edilmiş əlavə müqavilənin Mülki Prosessual Məcəllənin 89.1 və 89.3-cü maddələrinə uyğun olaraq lazımi qaydada təsdiq edilmədiyini nəzərə almamış və qətnaməsində İddiaçı apellyasiya şikayətinin bu dəlilinin əsaslı olub-olmamasına münasibət bildirməmişdir.Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə müvafiq olaraq, apellyasiya şikayəti təmin edilmədikdə apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini göstərməyə borcludur.Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, göstərilən mənzil üzrə mübahisə yaranmasına baxmayaraq, İddiaçı cavabdehin həmin mənzilə dair hüquqlarını (müqaviləsini) mübahisələndirməmiş və həmin müqavilənin həqiqiliyi prezumpsiyası təkzib edilməmişdir. Halbuki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 oktyabr 2014-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2015-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs İddiaçı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan mənzil və ya 23.788 manat pul tələbinə dair mülki iddiası təmin edilmişdir.Cinayət işi üzrə yuxarıda qeyd olunan məhkəmə qərarlarının icrası zamanı icra məmuru tərəfindən mübahisəli mənzilin Cavabdeh istifadəsində olması müəyyən edilmişdir. Bundan sonra həmin məhkəmə qərarlarına əsaslanaraq ərizəçi Cavabdeh ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmışdır.Bu baxımdan qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı iddiasını rədd edərkən Cavabdeh ilə “xxxx” MMC arasında bağlanan 12 noyabr 2013-cü il tarixli, 77 saylı müqavilənin etibarsızlığının mübahisə predmetinə aid olmamasını, mülki iş üzrə iddia tələbinin məhz Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən İddiaçı müqavilə üzrə təhvil verilməli olan mənzildən cavabdehin çıxarılması ilə bağlı irəli sürülməsini nəzərə almamışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, “xxxx” MMC-nin başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi (həmin mənzil barədə Cavabdeh ilə 12 noyabr 2013cu il tarixli müqavilənin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır.Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi).Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.Lakin hazırkı iş üzrə İddiaçı tərəfindən mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəlik tam şəkildə icra edilməsinə baxmayaraq, “xxxx” MMC mənzili qarşı tərəfə təhvil verməyərək müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir.İş materialları, tərəflərin izahatları, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə 8 yanvar 2018-ci il tarixli ekspert rəyi ilə mübahisəli mənzilin Cavabdeh istifadəsində olan eyni mənzil olduğu və həmin mənzilin tədqiq olunan binanın 1-ci blokunun 11-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 12 noyabr 2013-cü il tarixli, 77 saylı müqaviləyə əsasən “xxxx” MMC həmin binada dəyəri ödənilmiş mənzilin ona təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Bu baxımdan nəzərə alınmalıdır ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə sonuncuya razılaşdırılmış mənzilin verilməsi və ya həmin öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin (ödənilmiş vəsaitin və digər xərclərin) ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq Cavabdeh tərəfindən tələb irəli sürülə bilər. Mülki iş yeni Apellyasiya baxışına qaytarıldıqdan sonra X13 müstəqil tələb irəli sürən üçüncü şəxs, X7 və “Xətai-6” Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti isə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşlar. Həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxs X13 İddiaçı qarşı ”xxxx”MMC ilə İddiaçı arasında bağlanmış 05 oktyabr 2009-cu il tarixli, 263 saylı müqavilənin etibarsız hesab edilməsi barədə və Cavabdeh Misir qızına qarşı Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2395 ünvanında yerləşən binanın 1-ci blok, 10-cu mərtəbədəki ümumi sahəsi 59.47 kvm olan 70 saylı mənzil qanunsuz sahibliyindən geri alınması, onun tərəfindən yaradılan bütün manelərin aradan qalıdırılması, əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və həmin mənzilin X10 təhv verilməsi barədə müstəqil iddialar irəli sürmüşdür.İddia ərizəsi X13 birinci instansiya məhkəməsində iştirak etmədiyindən icraata qəbul edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X13 İddiaçı qarşı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı X13 28 iyun 2006-ci il tarixli, 110 saylı müqavilə əsasında “xxxx” MMC-dən Xətai rayonu Gəncə prospekti 2935 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blok, 10-cu mərtəbəsində yerləşən 60.18 kvm sahəsi olan ikiotaqlı mənzili dəyərini tam ödəyərək əldə etmişdir. “xxxx” MMC-nin direktoru Kazım Kazımzadə qeyd edilən binada bir mənzili bir neçə nəfərə satdığı üçün cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilmişdir. Kazım Kazımzadə barədə cinayət mühakimə icraatı davam edərkən göstərilən bina üzərində sərəncam vermə səlahiyyətləri “xxxx” MMC-yə keçmişdir. Bu MMC-nin direktoru X12 həmin vaxta iddiaçını yanına çağıraraq həmin müqaviləsində göstərilən mənzilin başqasına verildiyi bildirmiş, lakin əlavə ödəniş ediləcəyi halda ona həmin binanın 1-ci blok, 10-cu mərtəbəsində yerləşən 59.47 kvm sahəsi olan 70 nömrəli mənzili verəcəyini bildirmişdir. Bununla bağlı olaraq iddiaçı tərəfindən ilkin olaraq əldə etdiyi mənzildən imitna edilmiş və X8 əlavə olaraq 6.040 manat məbləğində ödəniş edilmişdir. Nəticədə iddiaçı Kazım Kazımzadə barədə davam edən məhkəmə icraatı zamanı onunla bağlı heç bir şikayətinin olmadığını bildirmişdir. Lakin “xxxx” MMC-nin direktoru iddiaçıya 1-ci blok, 10-cu mərtəbəsində yerləşən 59.47 kvm sahəsi olan, 70 nömrəli mənzili satarkən dələduzluq edərək onunla heç bir müqavilə bağlamamış yalnız həmin mənzillə bağlı MMC tərəfindən təsdiq edilmiş 19 sentyabr 2012-ci il tarixli, 057 nömrəli saxta çıxarış vermişdir. Lakin faktiki olaraq iddiaçı həmin mənzillə bağlı heç bir real hərəkət edə bilməmişdir. Yuxarıda qeyd edilən faktiki hallar Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-103/2017-ci il tarixli, 06 noyabr 2017-ci il tarixli qanuni qüvvəyə minmiş hökmündə hərfən qeyd edilmişdir.“xxxx” MMC-nin direktoru X16 tərəfindən bir mənzilin bir neçə nəfərə satılması ilə bağlı çoxsaylı şikayətlər olduğundan onun da barəsində cinayət işi başlanılmışdır. Həmin cinayət işi üzrə zərərçəkmiş və mülki iddiçı kimi tanınan iddiaçı X13 olmuşdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)- 103/2017-ci il tarixli, 06 noyabr 2017-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə X12 3 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında vəzifə tutma hüququndan məhrum edilməklə 11 il müddətinə azadlıqdan məhrum edilmişdir. Həmçini həmin hökm ilə iddiaçı X6 Bakı şəhəri, Xətai rayonu. Gəncə prospekti, 2395 A ünvanında yerləşən binanın 1-ci blok, 10cu mərtəbədəki ümumi sahəsi 59.47 kvm olan 70 saylı mənzillə təmin edilməsi qət edilmişdir. Yəni bu Hökmlə iddiaçının dələduzluq nəticəsində aldadıldığı təsbit edilmiş və həmin mənzilin dəyərini tam ödədiyindən mənzil üzərində hüquqlarının tam bərpa edilməsi nəticəsinə gəlinmişdir. Həmin mənzil Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-103/2017-ci tarixli, 06 noyabr 2017-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü ilə ona məxsusdur və hazırda həmin mənzildə faktiki yaşayan Cavabdeh həmin mənzildən çıxarılması və ona təhvil verilməsi ilə bağlı mülki iş Xətai Rayon Məhkəməsinin (hakim Lalə Rəhimi icraatındadır. Lakin məhkəmə 03.06.2020-ci il tarixində məhkəmə iclasının tarixi və vaxtı barədə nə ona, nə də vəkilinə heç bir məlumat verməmiş və məhkəmə işində ona qədər heç bir prosessuı statusu olmayan və işirak etməyən İddiaçı üçüncü şəxs kimi tanınmış və onun ərizəsi əsasında sözügedən mülki iş dayandırılmışdır. Məhz bu Qərardad onla təqdim ediləndən sonra məlumat olmuşdur ki, onlara məxsus olan mənzillə bağlı İddiaçı iddiaları mövcuddur.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 oktyabr 2014-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2015-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs İddiaçı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan mənzil və ya 23.788 manat pu tələbinə dair mülki iddiası təmin edilib. Lakin Qərardan görünür ki, İddiaçı ilə “xxxx” MMC arasında 05 oktyabr 2009-cu il tarixli, 263 saylı müqavilə bağlanmışdır. Müqavilənin predmeti isə indi mübahisə ediləı mənzil yox, binanın 1-ci blok 11-ci mərtəbəsində, ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzildir.Onların mənzil isə 10-cu mərtəbədə yerləşir.Qərardan müəyyən olunur ki, onların iştirakı olmadan keçirilmiş məhkəmə icraatında təyin edilmiş ekspertiza zamanı guya müəyyən olunmuş rəydə 11-ci mərtəbənin əslində 10-cu mərtəbə olduğu müəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin məlum Qərarında sadəcə 1-ci instansiya məhkəməsi tərəfindən sübutların nə üçün qiymətləndirilməməsi məsələsinə diqqət yetirilmiş və məhz bu səbəbdən Ali Məhkəmənin qərarı qüvvədən düşmüşdür.Lakir onunla “‘xxxx” MMC-dən Xətai rayonu Gəncə prospekti 2935 ünvanında inşa edilər çoxmənzilli yaşayış binasının 2-ci blok, 10-cu mərtəbəsində yerləşən 60.18 kvm sahəsi olan ikiotaqlı mənzili ilə bağlı müqavilə 2006-ci il tarixində bağlanmışdır. Hazırkı mənzil isə 2012-ci ildə məhz ilkin əvəzi olaraq ona verilmişdir. Bu o deməkdir ki, əslində həmin mənzilə ilkin hüquq ona məxsusdur. Həmçinin İddiaçı Cavabdeh qarşı iddiası üzrə baxılan mülki iş zamanı onların məlumatı olmamış məhkəmə tərəfindən maraqlı şəxslərin ola bilmə ehtimalı araşdırılmamışdır. Digər tərəfdən tərəflər X6 həmin mənzil ilə bağlı hüquqlarını bilə-bilə vicdanlı davranmayaraq məhkəmə bu barədə heç bir məlumat verməmişdir. Göstərilənlərə əsasən müstəqil tələb irəli sürən üçüncü şəxs X13 İddiaçı qarşı ”xxxx”MMC ilə İddiaçı arasında bağlanmış 05 oktyabr 2009-cu il tarixli, 263 saylı müqavilənin etibarsız hesab edilməsi barədə iddiasının təmin olunmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X13 Cavabdeh Misir qızına qarşı iddia tələbini İddiaçı qarşı tələbi ilə oxşar məzmunda əsaslandırmışdır və əlavə olaraq göstərmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-103/2017-ci il tarixli, 06 noyabr 2017-ci il tarixli qanuni qüvvəyə minmiş hökmü iddiaçı X6 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2395 A ünvanında yerləşən binanın 1-ci blok, 10-cu mərtəbədəki ümumi sahəsi 59.47 kvm olan 70 saylı mənzillə təmin edilməsi qət edilmişdir. Yəni bu Hökmlə iddiaçının dələduzluq nəticəsində aldadıldığı təsbit edilmiş və həmin mənzilin dəyərini tam ödədiyindən mənzil üzəı hüquqlarının tam bərpa edilməsi nəticəsinə gəlinmişdir.Xətai rayon İcra və Probasiya şöbəsində Ağır Cinayətlər Məhkəməsinin 1 (101)-103/2017- tarixli. 06 noyabr 2017-ci il tarixli icra sənədinə əsasən başlamış olduğu icraat zamanı məlum olmuşdur ki, qeyd edilən mənzildə Cavabdeh yaşamaqdadır. Belə ki, qurumunun sorğusuna cavab olaraq “Xətai-6” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətimi noyabr 2019-cu il tarixli. A-25/2019 nömrəli cavab məktubunda “xxxx”MMC ilə tərəflər arasında bağlanmış 12 noyabr 2013-cü il tarixli, 77 nömrəli alqı-satqı müqaviləsi əsasında həmin mənzildə hazırda Cavabdeh yaşamaqdadır və həmin mənzilin ona Ali Məhkəmənir dekabr 2018-ci il tarixli, 2 (102)-8753/2018-ci il tarixli Qərarı ilə verildiyi bildirilmişdir.Lakin hadisələrin baş vermə ardıcıllığından və Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmündən də göründüyü kimi, həmin şəxs sözügedən mənzildən çıxarılmalı iddiaçının mənzil üzərində hüquqları real olaraq bərpa edilməlidir.İlk olaraq onu bildirirlər ki, binanın 1-ci blok, 10-cu mərtəbədəki 70 saylı mənzilin dəyəri (əlavə ödəniş də nəzərə alınmaqla) tam olaraq iddiaçı tərəfin ödənilmişdir.Belə ki, bu halı saxta da olsa “AENT- Е’' ММС tərəfindən təsdiq edilmiş 19 sentyabr 20 ci il tarixli, 057 nömrəli Çıxarışdan görmək olaraq. “xxxx”MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə isə 12 noyabr 2013-cü il tarixlidir. Digər tərəfdən “xxxx” MMC-direktorunun konkret olaraq bu mənzili iddiaçıdan başqa şəxsə da satması halı cinayət işi epizodlarından biridir və bu epizod üzrə də X5 hərəkələtində cinayət tərkibinin olması müəyyənləşdirilmişdir.X2 iddiaçıya qarşı mənzillə bağlı dələduzluq və vəzifə saxtakarlığı ilə cinayət hərəkətinin edilməsi qət edilmişdir, bu səbəbdən də Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü ilə iddiaçının həmin mənzil üzərində hüquqları tanınmışdir.Digər tərəfdən “Xətai-6” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin 29 noyabr 2019-cı tarixli, A-25/2019 nömrəli cavab məktubunda mənzilin Cavabdeh Ali Məhkəmənin 19 dekabr 2018-ci il tarixli, 2 (102)-8753/2018-ci il tarixli Qərarı ilə verildiyi bildirilmişdir. Lakin bu Qərarın məzmunu ilə tanış olduqda aydın şəkildə görmək olar ki, həmin Qərarda mənzilin cavabdehə məxsus olmasından deyil, həmin iş üzrə iddia qaldırmış İddiaçı həmin mənzilə subyektiv hüququnun olmaması səbəbindən rədd edilmişdir.Göstərilənlərə əsasən Cavabdeh Misir qızına qarşı Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2395 ünvanında yerləşən binanın 1-ci blok, 10-cu mərtəbədəki ümumi sahəsi 59.47 kvm olan 70 saylı mənzil qanunsuz sahibliyindən geri alınması, onun tərəfindən yaradılan bütün manelərin aradan qalıdırılması, əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və həmin mənzilin X10 təhv verilməsi barədə iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı İddiaçı vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, Bakı şəhəri Xətai rayon məhkəməsinin 05 iyun 2017-ci il tarixli 2(011)-2394/2017 saylı qətnaməsinin ləğv olunmasını, İddiaçı iddiasının təmin olunaraq Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının bir otaqlı mənzilindən çıxarılmasına və mənzilin boşaldılaraq ona təhvil verilməsinə, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızının iddiasının rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışı zamanı Cavabdeh iddiaçının apellyasiya şikayətinin və müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızının ona qarşı iddiasının təmin olunmamasını, Bakı şəhəri Xətai rayon məhkəməsinin 05 iyun 2017-ci il tarixli 2(011)-2394/2017 saylı qətnaməsinin qüvvədə saxlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızının nümayəndəsi və vəkili iddiaçının apellyasiya şikayətinin təmin olunmamasını, Bakı şəhəri Xətai rayon məhkəməsinin 05 iyun 2017-ci il tarixli 2(011)-2394/2017 saylı qətnaməsinin ləğv olunaraq İddiaçı iddiasının rədd edilməsinə, həmçinin Cəfərova Raya Yusif qızının cavabdeh İddiaçı və Cavabdeh qarşı müstəqil tələblərinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X3 vəkili və “Xətai- 6” Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin qanuni təmsilçisi mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmiş və ədalətli qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya qeyd edir ki, maddi hüquq normaları pozulmaqla yanaşı, müstəqil tələb irəli sürən və müstəqil tələb irəli sürməyən 3-cü şəxslərin apellyasiya şikayətinin bir dəlili də çəkişmə hüququnun pozulması, onların ümumiyyətlə məhkəmə proseslərinə cəlb edilməməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Kollegiya tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08.01.2020-ci il tarixli Qərarında və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «18» sentyabr 2020-cı il tarixli, 13(102)-5(k)/2020 saylı Qərarında qeyd edilənlərə əsaslabaraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Xətai rayon məhkəməsinin 05 iyun 2017-ci il tarixli 2(011)-2394/2017 saylı qətnaməsi ləğv olunmalı, İddiaçı iddiası təmin olunaraq Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının bir otaqlı mənzilindən çıxarılmasına və mənzilin boşaldılaraq ona təhvil verilməsinə dair, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızının iddialarının rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 oktyabr 2014-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2015-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs İddiaçı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan mənzil və ya 23.788 manat pul tələbinə dair mülki iddiası təmin edilmişdir.Cinayət işi üzrə yuxarıda qeyd olunan məhkəmə qərarlarının icrası zamanı icra məmuru tərəfindən mübahisəli mənzilin Cavabdeh istifadəsində olması müəyyən edilmişdir. Bundan sonra həmin məhkəmə qərarlarına əsaslanaraq ərizəçi Cavabdeh ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmışdır.Bu baxımdan qeyd olunmalıdır ki, İddiaçı haqlı olaraq Cavabdeh ilə “xxxx” MMC arasında bağlanan 12 noyabr 2013-cü il tarixli, 77 saylı müqavilənin etibarsızlığını mübahisə predmetinə aid etməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən İddiaçı müqavilə üzrə təhvil verilməli olan mənzildən Cavabdeh ailə üzvləri ilə birlikdə çıxarılması ilə bağlı tələb irəli sürmüşdür. Beləliklə, müəyyən olunmuşdur ki, İddiaçı ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - “xxxx” MMC) arasında 5 oktyabr 2009-cu il tarixli, 263 saylı müqavilə bağlanmışdır. Qeyd olunan müqaviləyə əsasən, həmin MMC-nin Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında inşa etdiyi yüksək mərtəbəli binanın 1-ci blok 11-ci mərtəbəsində, ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzilin İddiaçı təhvil verilməsi barədə öhdəlik götürmüşdür.“xxxx” MMC tərəfindən verilmiş maliyyə arayışına əsasən İddiaçı mənzilin dəyərini tam ödəmişdir. Lakin həmin mənzil İddiaçı təhvil verilməmişdir.Bakı Ağır Cinayətlər Məhkəməsinin 8 oktyabr 2014-cü il tarixli hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 mart 2015-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxs İddiaçı Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 29/35A ünvanında yerləşən binanın 1-ci blok 11-ci mərtəbəsində ümumi sahəsi 59.47 kv.m olan mənzil və ya 23.788 manat pul tələbinə dair mülki iddiası təmin edilmişdir.Cinayət işi üzrə yuxarıda qeyd olunan məhkəmə qərarlarının icrası zamanı icra məmuru tərəfindən mübahisəli mənzilin Cavabdeh istifadəsində olması müəyyən edilmişdir. Bundan sonra həmin məhkəmə qərarlarına əsaslanaraq ərizəçi Cavabdeh ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə məhkəmədə iddia qaldırmışdır.Bu baxımdan qeyd olunmalıdır ki, 1-ci instansiya məhkəməsi İddiaçı iddiasını rədd edərkən Cavabdeh ilə “xxxx” MMC arasında bağlanan 12 noyabr 2013-cü il tarixli, 77 saylı müqavilənin etibarsızlığının mübahisə predmetinə aid olmamasını, mülki iş üzrə iddia tələbinin məhz Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarına əsasən İddiaçı müqavilə üzrə təhvil verilməli olan mənzildən cavabdehin çıxarılması ilə bağlı irəli sürülməsini nəzərə almamışdır. Həmçinin, iş materialları, tərəflərin izahatları, eləcə də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə 8 yanvar 2018-ci il tarixli ekspert rəyi ilə mübahisəli mənzilin Cavabdeh istifadəsində olan eyni mənzil olduğu və həmin mənzilin tədqiq olunan binanın 1-ci blokunun 11-ci mərtəbəsində yerləşdiyi müəyyən edilmişdir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış 12 noyabr 2013-cü il tarixli, 77 saylı müqaviləyə əsasən “xxxx” MMC həmin binada dəyəri ödənilmiş mənzilin ona təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Bu baxımdan nəzərə alınmalıdır ki, “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə sonuncuya razılaşdırılmış mənzilin verilməsi və ya həmin öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin (ödənilmiş vəsaitin və digər xərclərin) ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq Cavabdeh tərəfindən tələb irəli sürülə bilər. İş materiallarından görünür ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X13 İddiaçı qarşı ”xxxx”MMC ilə İddiaçı arasında bağlanmış 05 oktyabr 2009-cu il tarixli, 263 saylı müqavilənin etibarsız hesab edilməsi barədə və ayrıca olaraq Cavabdeh Misir qızına qarşı Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2395 ünvanında yerləşən binanın 1-ci blok, 10-cu mərtəbədəki ümumi sahəsi 59.47 kvm olan 70 saylı mənzil qanunsuz sahibliyindən geri alınması, onun tərəfindən yaradılan bütün manelərin aradan qalıdırılması, əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və həmin mənzilin X10 təhv verilməsi barədə iddia ilə çıxış edir. Müəyyən edilmişdir ki, X13 ilk olaraq Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 59.47 kvm olan bir otaqlı mənzilə deyil, 28 iyun 2006-ci il tarixli, 110 saylı müqavilə əsasında “xxxx” MMC tərəfindən Xətai rayonu Gəncə prospekti 2935 ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci blok, 10-cu mərtəbəsində yerləşən 60.18 kvm sahəsi olan ikiotaqlı mənzilə dair müqavilə bağlamışdır. Həmçinin, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X7 onunla “xxxx” MMC arasında bağlanmış mənzil alqı-satqısı barədə 05 aprel 2006-cı il tarixli, 53 saylı müqaviləyə və mənzilin dəyərinin tam ödənilməsinə dair 02 may 2008-ci il tarixli maliyyə arayışına istinad etməklə İddiaçı iddia tələblərinin onun maraqlarına toxunduğunu, mübahisəli mənzilin ona aid olduğunu bildirir. Bununla bağlı isə Kollegiya qeyd edir ki, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X7 ilə “xxxx” MMC arasında bağlanmış mənzil alqı-satqısı barədə 05 aprel 2006-cı il tarixli, 53 saylı müqaviləyə əsasən 3-cü şəxs X1 iddia olunan mənzilin İddiaçı iddia etdiyi mənzil ilə eynilik təşkil etdiyi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə İddiaçı həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, “xxxx” MMC-nin başqasına məxsus əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Mülki Məcəllənin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin hazırkı iş üzrə İddiaçı tərəfindən mənzilin dəyəri ödənilməklə müqavilə üzrə öhdəlik tam şəkildə icra edilməsinə baxmayaraq, “xxxx” MMC mənzili qarşı tərəfə təhvil verməyərək müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Xətai rayon məhkəməsinin 05 iyun 2017-ci il tarixli 2(011)-2394/2017 saylı qətnaməsi ləğv olunsun. İddiaçı iddiası təmin olunsun. Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 59.47 kvm olan bir otaqlı mənzilindən çıxarılsın və mənzil boşaldılaraq İddiaçı Allahverdi oğluna təhvil verilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 İddiaçı qarşı ”xxxx”MMC ilə İddiaçı arasında bağlanmış 05 oktyabr 2009-cu il tarixli, 263 saylı müqavilənin etibarsız hesab edilməsi barədə iddiası təmin olunmasın. Müstəqil tələb irəli sürən üçüncü şəxs X6 Cavabdeh Misir qızına qarşı Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2395 ünvanında yerləşən binanın 1-ci blok, 10-cu mərtəbədəki ümumi sahəsi 59.47 kvm olan 70 saylı mənzil qanunsuz sahibliyindən geri alınması, onun tərəfindən yaradılan bütün manelərin aradan qalıdırılması, əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması və həmin mənzilin X10 təhv verilməsi barədə iddiası təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-874/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-874/2021
10.06.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver