Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8749/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X4, Cavabdeh3, Cavabdeh X1, Cavabdeh5 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh3, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4, X2, Cavabdeh2 qarşı "dəymiş ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 03.05.2021-ci il tarixli, 2(006)-1851/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 oğu, X6, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, X6, Cavabdeh4 Cavabdeh5 və Cavabdeh6 cinayət əməlləri nəticəsində 2.819.543,82 (iki milyon səkkiz yüz on doqquz min beş yüz qırx üç manat, 82 qəpik) manat məbləğində dəymiş ziyanın 2.043.814,01 milyon qırx üç min səkkiz yüz on dörd manat, 01 qəpik) manat məbləğində ödənilməmiş hissəsi cavabdehlərdən müştərək qaydada zərərçəkmiş LPO İddiaçı1 ASC-nin xeyrinə tutulması, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1851/2021 saylı, 03.05.2021-ci il tarixli, qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işin apellyasiya baxışı zamanı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1851/2021 saylı, 03.05.2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh5 və X2 tərəfindən verilmiş apellyasiya şikayətlərinin prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin qaytarılması barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(006)-1851/2021 saylı 28 sentyabr 2021-ci il tarixli məktubu daxil olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh3, X2, Cavabdeh5 məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdilər. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavbdehlər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə kollegiyası yuxarıda sadalanları nəzərə alaraq hesab edir ki, hazırki mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1851/2021 saylı, 03.05.2021-ci il tarixli qətnaməsindən narazı qalan cavabdehlər Cavabdeh5 və X2 tərəfindən verilmiş apellaysiya şikayətlərinin mümkünlük məsələsinə baxılması üçün mülki iş apellyasiya baxışından çıxarılmalı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı : Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1851/2021 saylı, 03.05.2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri apellyasiya baxışından çıxarılsın və mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8749/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8749/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver