Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8755/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçı Cavabdeh2, Cavabdeh1 qarşı "mənzilə köçürmə" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(003)- 985/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı onun iki azyaşlı övladı qeydiyyatda olduqları ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1, oğlu ilə 27.08.2005-ci il tarixdə nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan 31.07.2006-cı il tarixdə X1 və 17.01.2010-cu il tarixdə X2 anadan olmuşlar. Nikaha daxil olduqdan sonra ailə münasibətləri normal olmuşdur. Bir-birilərini başa düşmürlər və aralarında heç bir narazılıq olmamışdır. Bir müddət keçdikdən sonra ailə münasibətləri tədricən soyuyaraq hazırda tamamilə kəsilmişdir. 2020-ci ildə nikahları məhkəmə qətnaməsilə pozulmuşdur. Qeydiyyatda olduğu ünvan 2 ünvanından, gəlin köçüb yaşadığı evdən məcburi şəkildə qovulmuşdur. 2 azyaşılı övladı ilə çarəsiz vəziyyətdə qalmışdır. Əvvəlcə ona cavabdehlər tərəfindən vəd olundu ki, yaşayış üçün ev alınacaq. Lakin 1 ilə yaxın müddətdir ki, verilən vədlərə əməl olunmadığından məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 2005-ci il tarixdən 31.07.2006-cı il təvəllüdlü X1 və 17.01.2010-cu il təvəllüdlü X2 ilə yaşadıqları və məcburi şəkildəçıxarıldıqları Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Yeni sahə adlanan ərazidə yerləşən 5 otaqlı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(003)-985/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edlməmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyasında dəftərxana vasitəsilə məhkəməyə iddiaçının apellyasiya şikayətindən imtinasına dair notarial qaydada təsdiq edilmiş ərizəsi daxil olmuşdur. Ərizədə iddiaçının qətnamədən verilmiş apellyasiya şikayətindən imtina etdiyini göstərmiş və apellyasiya icraatına xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1 və 369.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(003)-985/2021 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətindən imtinası yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 2(003)-985/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8755/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8755/2021
28.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver