Məhkəmə qərarları › İş №2(103)-876/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-876/2023

21.09.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-876/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “mülkiyyət və istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mülkiyyət və istifadə hüquqlarına xitam verilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin direktoru X6, nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə iştirakları ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2837/2022 nömrəli, xx.xx.2022-ci il qətnaməsindən cavabdehlər tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyət və istifadə hüquqlarına qəsdə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" MMMC-nin balansında olan ünvan 1 ünvanında yerləşən yaşayış binasınını 3-cü mərtəbəsində, sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş istirahət meydançası üzərində mülkiyyət və istifadə hüquqlarına qəsdə son qoyulması və meydançanın giriş-çıxışını əvvəlki vəziyyətə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə həvalə edilməsi və 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir).

2. İddia tələbini onunla əsaslandırılmışdır ki, vətəndaşlar X3 və X4 müraciəti ilə Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli, 124 №- li Sərəncamı ilə 994-cü məhəllə, Sabit Rəhmanov küçəsi 41 saylı ünvanda 16 mərtəbəli yayış binasının tikintisinə icazə verilmişdir. İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 234 №li Sərəncamı ilə 994-cü məhəllə, Sabit Rəhmanov küçəsi 41 saylı ünvanda yerləşən 16 mərtəbəli qeyri-yaşayış binasının zirzəmi; 1-ci və 2-ci mərtəbələrin qeyri-yaşayış sahəsi kimi qalmaqla, qalan 3-cü mərtəbədən, 16-cı mərtəbəyə qədər təqdim olunmuş layihədə göstərilən ölçülərdə mövcud vəziyyətdə yaşayış sahəsi kimi sənədləşdirilməsinə icazə verilmişdir. Sözü gedən yaşayış binası inşa edilib sakinlərə təhvil verildikdən sonra yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən müstəqil təsərrüfat subyekti kimi, “Nərimanov-23" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmışdır. Həmin Cəmiyyətin nizamnaməsinə əsasən Cəmiyyətin yaradılmasının əsas məqsədi, yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakını istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən və s. fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Həmin binada sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş binanın 3-cü mərtəbəsində yerləşən istirahət meydançasının girişçıxışı Cavabdeh1 tərəfindən dəmir barmaqlıqla bağlanılaraq meydança zəbt olunmuşdur. Cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmasına Cəmiyyət tərəfindən ondan tələb olunmuşdur. Eyni zamanda bina sakinlərinin Azərbaycan Respublikası Prezident Administrasiyasına müraciətləri olmuş və sonuncunu göstərişi və tapşırığı əsasında Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən sözü gedən meydançanın əvvəlki vəziyyətə qaytarılmasını icrasına nəzarəti Nərimanov rayon İcra Hakimiyyətin Başçısının 3 saylı Siəd üzrə nümayəndəsinə və 16-cı Polis Bölməsinə həvalə olunmuşdur. İcra nümayəndəliyi tərəfindən zəbt olunmuş sahəyə gələrək meydançanın giriş-çıxışı əvvəlki vəziyyətə qaytarılması təmin olunsa da, cavabdeh yenə də öz qanunsuz əməllərindən əl çəkməyərək növbəti dəfə həmin ərazinin girişçıxışını bağlayaraq meydançanı zəbt etmişdir. Cavabdeh dəfələrlə bu cür qanunsuz hərəkətlərini davam etdirdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bu səbəbdən hesab edilir ki, Cəmiyyətin balansında olan ünvan 1 ünvanında yerləşən yaşayış binasınını 3-cü mərtəbəsində sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş istirahət meydançası üzərində mülkiyyət və istifadə hüquqlarına qəsdə son qoyulmalı və meydançanın girişçıxışının əvvəlki vəziyyətə qaytarılması vəzifəsi Cavabdeh1 üzərinə həvalə edilməlidir.

3. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2837/2022 nömrəli, xx.xx.2022-ci il qətnaməsi (hakim Aytən Novruzova) ilə iddiaçı "xxxx" MMMC-nin balansında olan ünvan 1 ünvanında yerləşən yaşayış binasınını 3-cü mərtəbəsində, sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş istirahət meydançası üzərində mülkiyyət və istifadə hüquqlarına qəsdə son qoyulması və meydançanın giriş-çıxışının əvvəlki vəziyyətə qaytarılması vəzifəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həvalə edilmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

4. Cavabdehlər qətnamədən ayrılıqda apellyasiya şikayətləri vermişlər, eyniməzmunlu olan həmin apellyasiya şikayətlərində qeyd etmişlər ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verməmişdir. Belə ki, iş materiallarına sübut qismində əlavə edilmiş AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X5 rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli xx/xx-03103 saylı məktubuna əsasən mübahisəli sahə yaşayış binasına bitişik tikilmiş 2 mərtəbəli ofis binasının damıdır və bu hissənin gəzinti məqsədləri üçün istifadəsi müvafiq qaydada təsdiq edilmiş tikinti layihəsində nəzərdə tutulmamışdır. Həmçinin məktubda göstərilmişdir ki, mübahisəli sahə qeyri-yaşayış sahəsinin damı hesab olunduğu üçün həmin sahənin gəzinti üçün istifadə edilməsi qanunvericiliyin tələblərinə ziddir. Cavabdehlər həmin ərazidə hər hansı qanun pozuntusuna yol verməmiş, onlar MMMC tərəfindən qanunsuz şəkildə söküntü aparılmış hissəni layihəyə uyğun olaraq əvvəlki vəziyyətinə gətirmişlər. AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin məktubu nəzərə alınmamış, MMMC qeydiyyata alınmadan hansı qaydada təhvil-təslim həyata keçirildiyi müəyyən edilməmiş, aktın saxta olub-olmadığı araşdırılmamış, istirahət meydançısı adlandırılan hissənin və həmin yerə giriş-çıxışın layihəyə uyğun olub-olmadığının müəyyən edilməsi üçün ekspertiza təyin edilməmişdir. Bu səbəbdən, qətnamənin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi, bildirdi ki, cavabdehlərin mənzili binanın 3-cü mərtəbəsində yerləşir, iddiaçı sonradan həyətdəki iki mərtəbəli tikilinin üstünü sakinlərin asudə vaxtını keçirməsi üçün abadlaşdırıb, həmin sahə də mənzillə eyni bərabərdədir. Orda bütün günü sakinlər gəzir, uşaqlar oynayır və bu mənzilin pəncərəsi də həmin sahəyə baxır. Nəticədə cavabdehlər öz mülkiyyətlərində olan mənzilində rahat yaşaya bilmirlər, gedib-gələnlər evin içini görür. Binanın tikilişi zamanı bu sahənin tikilməsi nəzərdə tutulmayıb, sxemlərdə belə bir sahə yoxdur, cavabdeh mənzili alanda da belə bir tikilinin olmasını nəzərdə tutulmayıb. Əslində, yaşayış binası tikiləndə onun ətrafının alınması və həyət kimi düzəldilməsi nəzərdə tutulsa da, sonradan binanın qarşısında qalan hissədə iki mərtəbəli obyekt tikilmiş, onun üzəri isə qanunazidd olaraq sakinlər üçün gəzinti və istirahət yeri kimi təqdim edilmişdir. Orada hazırda yaşayış dözülməz olduğundan, cavabdehlər orada yaşaya bilmirlər. Ekspert rəyi ilə də həmin sahənin gəzinti üçün nəzərdə tutulmadığı təsdiq edilmişdir, bu səbəbdən, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə kollegiyasının iclasında iddiaçının direktoru T.Ramazanov, nümayəndəsi və vəkili Vəkil1 ayrılıqda apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, bildirdilər ki, cavabdehlər həmin ünvanda yaşamır. Sübutların tədqiqi:

7. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının 234№-li, xx.xx.2016-cı il tarixli Sərəncamından görünür ki, 1. 944-cü məhəllə, Sabit Rəhman küçəsi 41 saylı ünvanda yerləşən 16 mərtəbəli qeyri-yaşayış binasının zirzəmi; 1-ci və 2-ci mərtəbələrin qeyri-yaşayış sahəsi kimi qalmaqla, qalan 3-cü mərtəbədən, 18-ci mərtəbəyə qədər təqdim olunmuş layihədə göstərilən ölçülərdə mövcud vəziyyətdə yaşayış sahəsi kimi sənedləşdirilməsinə icazə verilməsi; 2 Sözügedən mövcud 16 mərtəbəli qeyri-yaşayış binasının zirzəmi; 1-d və 2-d mərtəbələri qeyriyaşayış sahəsi kimi qalmaqla, qalan 3-cü mərtəbədən, 16-cı mərtəbəyə qədər yaşayış sahəsi kimi müvafiq qaydada sənədləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müradet olunması vətəndaş S.l.Cəfərovaya və L.İ.Rəhimovaya tövsiyə olunması; 3. Sərəncamın surətlərinin vətəndaş S.İ.Cəfərovaya; L.İ.Rəhimovaya və digər aidiyyəti ünvanlara göndərilməsi aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə həvalə edilməsi göstərilmişdir.

8. “Nərimanov-23" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nizamnaməsindən görünür ki, cəmiyyətin yaradılmasının əsas məqsədi, yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakını istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən və s. fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 41, mənzil 5 (Yeni qaydalarla: AZ1078, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, 265, M3, m.5) Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir.

10. AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X1 Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2014-cü il tarixli, 18473/16276 nömrəli rəyindən görünür ki, ünvan 4 ünvanında 13 mərtəbəli (+ mansarda) qeyri-yaşayış binasının” işçi layihəsi bu rəyin üçüncü bölməsinin tələbinin yerinə yetirilməsi və bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılır.

11. Çoxmərtəbəli yaşayış binasına dair xx.xx.2020-ci il tarixli Təhvil-Təslim aktından görünür ki, aşağıda imza edənlər - bir tərəfdən Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq fəaliyyət göstərən və “Təhvil verən” adlanan X8 və X9 digər tərəfdən “Təhvil alan" adlanan və mövcud nizamnaməyə əsasən fəaliyyət göstərən "Nərimanov-23’ Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (Qeydiyyat № 1120-MM7-0171) qanuni tamsifçisi X7 aşağıdakı məzmunda bu aktı imzalamaqla təsdiq edirik; 1. Təhvil verən Azərbaycan Respublikasnin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 04 iyun 2019-cu il tarixli 048 saylı qərarə ilə istismara icazə verilmiş Baki səhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 41 ünvanında yerləşən 1 girişli, 13(+mansard) mərtəbəli, İ səviyyə zirzəmili, 1-ci mərtəbəsi 2 Təhvil alana təhvil verir: 1.1. Su nasosları; 1.2. Suanbar1- 2ədəd-100 kub; 1.3. Liftlər-2; 1.4. Mənzillər-65 ədəd: 1.5. Zirzəmidə avtodayanacaq - 33 ədəd; 1.6 Liftin motorxanası + 1 ədəd kondisoner; 1.7. Su sayagaclar, sakinlər üçün -65ədəd; 1.8.

12. Qaz sayğacları sakinlər üçün - 65ədəd; 1.9. İsıq sayagacları sakinlər üçün - 65 ədəd; 1.10 Havalandırma sistemi və zirzəmidə signalizasiya; 1.11. Mərtəbəlardə yanğından mühafizəşitləri-13 ədəd və signalizasivalan 1.12. Blok və pilləkenlardə işıqlandırma; 1.13. Binanin çardağı və qeyri yaşayış sahəsinin dam hissəsi, Nərimanov- 23”MMMC-nın istifadəsinə verilir. 1.14. Binanın istismarina icazə sənədləri və binanın idarə olunması üçün zəruri olan bütün sənədlər. 2 TəhvilTəslim Aktın 1-ci bəndinda qeyd onunan yüksəkmərtəbəli yaşayış binası və qeyd olunanlar təhvil verildikdən sonra binanin idarəçiliyi tam hüquqla Təhvil alana keçir, bu Təhvil-Təslim Akti imzalandıqdan sonra binaya dair yaranacaq bütün öhdəliklər və vəzifələri Tahvil alan daşıyır. 3 Təhvil alan binanın idarəçiliyi, zaruri arayisların verilməsi, sənədlərin toplanması və təqdim edilməsi, bina sakinlərini müvafiq dövlət orqanlari və taskilatlar qarşisinda təmsil etmək hüququna malikdir.

13. AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X5 rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli xx/xx-03103 saylı məktubuna əsasən mübahisəli sahə yaşayış binasına bitişik tikilmiş 2 mərtəbəli ofis binasının damıdır və bu hissənin gəzinti məqsədləri üçün istifadəsi müvafiq qaydada təsdiq edilmiş tikinti layihəsində nəzərdə tutulmamışdır. Həmçinin məktubda göstərilmişdir ki, mübahisəli sahə qeyri-yaşayış sahəsinin damı hesab olunduğu üçün həmin sahənin gəzinti üçün istifadə edilməsi qanunvericiliyin tələblərinə ziddir.

14. AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "xxxx" MMMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli xx/xx-08619 saylı məktubuna əsasən mübahisəli sahə yaşayış binasına bitişik tikilmiş 2 mərtəbəli ofis binasının damıdır və bu hissənin gəzinti məqsədləri üçün istifadəsi qanunvericiliyin tələblərinə uyğun deyil. Araşdırma zamanı, qeyri-yaşayış binasının dam hissəsində qanunsuz söküntü işləri aparılmışdır ki, bu da yol verilməzdir. Göstərilənlərə əsasən, 2 mərtəbəli qeyri-yaşayış binasının damına açılmış girişin bağlanması və binanın layihəyə uyğun vəziyyətə gətirilməsi MMMC-yə tapşırılmışdır.

15. Foto-şəkillərdən, iş üzrə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasının qapalı həyətinin damına cavabdehlər tərəfindən giriş çıxışa maneələr yaradılmış, cavabdehlər tərəfindən dəmir çərçivə ilə bağlanmışdır.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-876/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-tikinti ekspertizası təyin edilmiş, Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. ünvan 1 ünvanında yerləşən yaşayış binasına bitişik inşa edilmiş ünvan 6 ünvanda yerləşən iki mərtəbəli qeyri-yaşayış sahəsi həmin ünvanda inşa edilmiş yaşayış binasının təsdiqlənmiş ilkin layihə-smeta sənədlərində mövcud olmuşdurmu?

2. ünvan 1 ünvanında yerləşən yaşayış binasına bitişik inşa edilmiş ünvan 6 ünvanda yerləşən iki mərtəbəli qeyri-yaşayış sahəsinin şəhərsalma və tikinti qaydalarına uyğun inşa edilib-edilmədiyi müəyyən edilsin.

3. ünvan 1 ünvanında yerləşən yaşayış binasına bitişik inşa edilmiş iki mərtəbəli qeyriyaşayış sahəsinin damı mövcud qanunvericiliyə əsasən təyinatına görə insanların gəzinti və dincəlməsi üçün nəzərdə tutulmuş sahə hesab olunurmu?

4. Belə olduğu halda həmin tikilinin damından bina sakinlərinin gəzinti və istirahət meydançası kimi istifadəsi cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 41, 5 saylı mənzildən qanunda nəzərdə tutulmuş qaydada rahat və sərbəst yaşamaq hüququna (mənzilin içərisinin görünməsi, mənzildəki hərəkətlərin izlənməsi və sair baxımından) mane olurmu?

17. Məhkəmə Ekspertiza Mərkəzinin 10/1917 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən:

18. Qərardadın birinci sualı üzrə: Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında yerləşən yaşayış binasına bitişik inşa edilmiş ünvan 6 ünvanda yerləşən iki mərtəbəli qeyri-yaşayış sahəsi həmin ünvanda inşa edilmiş yaşayış binasının təsdiqlənmiş ilkin layihə sənədlərində mövcud olduğu müəyyən edilir.

19. İkinci sual üzrə: ünvan 1 ünvanında yerləşən yaşayış binasına bitişik inşa edilmiş ünvan 6 ünvanda yerləşən iki mərtəbəli qeyri-yaşayış sahəsinin şəhərsalma və tikinti qaydalarına uyğun inşa edildiyi, lakin qeyri-yaşayış binasının damında aparılmış işlərə dair iş materiallarında müvafiq qurumlar tərəfindən təsdiq edilmiş layihə və icazə sənədləri olmadığını nəzərə alaraq, qeyri-yaşayış binasının damında aparılmış işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli, qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilir.

20. Üçüncü sual üzrə: ünvan 1 ünvanında yerləşən yaşayış binasına bitişik inşa edilmiş iki mərtəbəli qeyri-yaşayış sahəsinin damında aparılmış işlər təsdiq edilmiş layihə sənədlərində öz əksini tapmadığını, eyni zamanda aparılmış işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun olmadığını nəzərə alaraq həmin sahənin təyinatına görə insanların gəzinti və dincəlməsi üçün nəzərdə tutulmuş sahə hesab olunmadığı müəyyən edilir.

21. Dördüncü sualı üzrə: ünvan 1 ünvanında yerləşən yaşayış binasına bitişik inşa edilmiş iki mərtəbəli qeyri-yaşayış sahəsinin damından bina sakinlərinin gəzinti və istirahət meydançası kimi istifadəsinin cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi, ev 41, 5 saylı mənzildən qanunda nəzərdə tutulmuş qaydada rahat və sərbəst yaşamaq hüququna (mənzilin içərisinin görünməsi, mənzildəki hərəkətlərin izlənməsi və sair baxımından) mane olub-olmamasının müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələrə aid olmadığından bu sual üzrə tədqiqat aparılmadı. Tətbiq edilən maddi hüquq normaları:

22. Azərbayan Respublikasının Konstitusiyası

23. Maddə 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

24. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur;

25. 13.İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz;

26. Maddə 29.İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər;

27. Maddə 33.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İ. Hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. İİ. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.

28. Maddə 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcələsi:

29. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

30. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

31. 563.1. Zəruri müdafiə vəziyyətində edilən hərəkət hüquqa uyğundur, yəni hüquqa zidd deyildir və bu zaman vurulan ziyanın əvəzi ödənilməməlidir. 563.2. Zəruri müdafiə elə şəkildə özünümüdafiədir ki, o, özünə və ya digər şəxslərə qarşı hüquqa zidd real həmlənin dəf edilməsi üçün zəruridir. 563.3. Əgər hər hansı şəxs zəruri müdafiə həddini təqsirli şəkildə aşmışsa və ya zəruri müdafiə vəziyyətini qəsdən törətmişsə və ya hüquqa zidd hərəkətin qarşısını almaq üçün zəruri olan ilkin şəraitin mövcudluğu barədə təqsirli şəkildə yanılmışsa, vurulmuş ziyanın əvəzini ödəməlidir.

32. Avropa İnsan Hüquqları Konvensiyası Maddə 8 – Şəxsi və ailə həyatına hörmət hüququ

1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

33. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

39. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

40. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

41. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

42. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

45. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

46. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

47. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

48. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Apellyasiya Məhkəməsinin baxışının hədləri:

49. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlər tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehlərin apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

51. Kollegiya qeyd edir ki, iddiaçı "xxxx" MMMC balansında olan ünvan 1 ünvanında yerləşən yaşayış binasınını 3-cü mərtəbəsində, sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş istirahət meydançası üzərində mülkiyyət və istifadə hüquqlarına qəsdə son qoyulması və meydançanın giriş-çıxışının əvvəlki vəziyyətə qaytarılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir.

52. Mübahisə onunla bağlı olmuşdur ki, 16 mərtəbəli bina layihə üzrə inşa edilmiş, yaşayış binası inşa edilib sakinlərə təhvil verildikdən sonra yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən müstəqil təsərrüfat subyekti kimi, “Nərimanov-23" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmışdır. İddiaçı cavabdehlər tərəfindən qeyri-yaşayış sahəsinin (qapalı həyətin damı) damına giriş-çıxışın məhdudlaşdırılıldığı müəyyən etmişdir. Belə ki, qeyd edilən qeyri-yaşayış (avtodayanacaq) sahəsinin damından bina sakinləri gəzinti və istirahət üçün istifadə etdirdilər. Lakin cavabdehlər qeyd edilən qeyri-yaşayış sahəsinin damına giriş çıxışın qarşısını almaq üçün həmin sahəyə dəmir lövhələr yerləşdirmişdir. Bu səbəbdən iddiaçı ünvan 4 ünvanında 13 mərtəbəli (+ mansarda) qeyri-yaşayış sahəsinin qapalı həyətinin damına giriş çıxışa qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasını tələb edir.

53. Cavabdehlər isə iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 41 saylı evin 5 saylı mənzili Cavabdeh1 xüsusi mülkiyyətindədir. ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsi adı məlum olmayan şəxsin mülkiyyətindədir. ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin dam hissəsi (mübahisəli sahə) Cavabdeh1 mülkiyyətindəki mənzilin yaşayış otaqlarının (yataq otaqlarının) qabağında olan meydançadır. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən 41 saylı evin mülkiyyətçiləri tərəfindən yaradılan hüquqi şəxsdir. ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin hüquqi şəxs "xxxx" MMMCyə aidiyyəti yoxdur, həmin mülkiyyətçi cəmiyyətin yaradılmasında iştirak etməmişdir və həmin qeyri-yaşayış sahəsi mənzil mülkiyyətəçilərinin ümumi birgə mülkiyyətində olan sahə deyil. Mübahisəli meydançanın (qeyri-yaşayış sahəsinin dam örtüyü) aid olduğu qeyri-yaşayış sahəsi sonradan layihələndirilmiş və binanın layihəsində ümumiyyətlə nəzərdə tutulmamışdır. Mübahisəli qeyri-yaşayış sahəsi sonradan layihələndirilmiş və inşa edilmişdir. Həmin meydançaya sonradan və binanın layihəsindən kənar şəkildə qanunsuz olaraq giriş-çıxış inşa edilmişdir. AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X5 rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2022-ci il tarixli xx/xx-03103 saylı məktubuna əsasən mübahisəli sahə yaşayış binasına bitişik tikilmiş 2 mərtəbəli ofis binasının damıdır və bu hissənin gəzinti məqsədləri üçün istifadəsi müvafiq qaydada təsdiq edilmiş tikinti layihəsində nəzərdə tutulmamışdır.

54. Hazırda işə apellyasiya şikayətləri əsasında baxılarkən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-876/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-tikinti ekspertizası təyin edilmişdir.

55. Məhkəmə Ekspertiza Mərkəzinin 10/1917 nömrəli, xx.xx.2023-cü il tarixli rəyinə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış binasına bitişik inşa edilmiş ünvan 6 ünvanda yerləşən iki mərtəbəli qeyri-yaşayış sahəsinin şəhərsalma və tikinti qaydalarına uyğun inşa edildiyi, lakin qeyri-yaşayış binasının damında aparılmış işlərə dair iş materiallarında müvafiq qurumlar tərəfindən təsdiq edilmiş layihə və icazə sənədləri olmadığını nəzərə alaraq, qeyri-yaşayış binasının damında aparılmış işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 nömrəli, qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun olmadığı müəyyən edilir.

56. ünvan 1 ünvanında yerləşən yaşayış binasına bitişik inşa edilmiş iki mərtəbəli qeyri-yaşayış sahəsinin damında aparılmış işlər təsdiq edilmiş layihə sənədlərində öz əksini tapmadığını, eyni zamanda aparılmış işlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş «Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun olmadığını nəzərə alaraq həmin sahənin təyinatına görə insanların gəzinti və dincəlməsi üçün nəzərdə tutulmuş sahə hesab olunmadığı müəyyən edilir.

57. Eyni zamanda, məhkəmə araşdırmaları zamanı tərəflərin izahatları, eləcə də işin tədqiq olunmuş digər halları ilə mübahisəsiz qaydada müəyyən olunur ki, həmin sahə cavabdehlərin həmin mərtəbədə yerləşən mənzillərinin pəncərələrinin (ön hissəsi olmaqla) tam qarşısında yerləşir, yəni mənzilllərin iç hissəsi maneəsiz olaraq birbaşa görünür. Bu isə cavabdehlərin və onların ailə üzvlərinin mənzillərindən sərbəst istifadə etmək və mənzillə bağlı digər hüquqlarını kənar müdaxilə olmadan (sakinlərin sutkanın bütün saatlarında fasiləsiz olaraq, həm də toplu halında daim orda gəzişməsi, əylənməsi, bu zaman yaranan səs-küy, hay-həşir və “göz nəzarəti” nin olması) həyata keçirilməsinə ciddi maneçilik törədir. Bundan başqa, müəyyən olunmuşdur ki, ilkin sənədlərə əsasən həmin sahəyə giriş mövcud olmamış, həmin giriş sonradan məhz iddiaçı tərəfindən qanunsuz olaraq açılmışdır. Cavabdelərin isə həmin sahəyə girişin məhdudlaşdırılması ilə bağlı olan hərəkətləri MM-in 563-cü maddəsinin təsiri altına düşməklə qanuna uyğun olmuşdur.

58. Beləliklə, cavabdehlərin mənzilinin pəncərəsinin önündə sakinlərin fasiləsiz gəzişməsi nəticədə səs-küy, hay-həşir və “göz nəzarəti”nin olması mənzil sahiblərinin Konstitusiyanın 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı və 43-cü maddəsində nəzərdə tutulmuş mənzil hüququ, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi və ailə hüququnun pozuntusuna səbəb olur. Cavabdehlərin mübahisələndirilən hərəkətləri (davranışı) qanuna uyğun olmuşdur.

59. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələbində məhz sakinlərin istirahət və gəzintisi üçün nəzərdə tutulmuş sahəyə giriş-çıxışa cavabdehlər tərəfindən qoyulan manelərin aradan qaldırılması üçün hazırkı tələblə məhkəməyə müraciət etmiş, lakin araşdırmalar nəticəsində müvafiq ekspert rəyi ilə həmin sahənin təyinatına görə insanların gəzinti və dincəlməsi üçün nəzərdə tutulmuş sahə hesab olunmadığı müəyyən edilmişdir.

60. Belə olan halda məlum olur ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Nəticə:

61. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, rayon məhkəməsi tərəfindən işin faktiki halları düzgün müəyyənləşdirilməmiş, nəticədə də cavabdehlərin hüquqlarının pozulmasına gətirib çıxaran düzgün olmayan qətnamə qəbul olunmuşdur ki, bu səbəbdən də cavabdehlərin apellyasiya şikayətləri təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

62. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş (50+50=100) 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıdan cavabdehlərin xeyrinə tutulmalı, ekspert xərcləri isə iddiaçıdan tutulmalıdır.

63. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunsun. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2837/2022 nömrəli, xx.xx.2022-ci il qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş (50+50=100) 100 (bir yüz) manat dövlət rüsumu iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən alınaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar