Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8765/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)-3409/2021 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) (bundan sonra-iddiaçı) İddiaçı MMCnin ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh1 qarşı “daşınmaz əmlakın əvəzləşdirilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) (bundan sonra-cavabdeh) Cavabdeh1 ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-yə qarşı “maddi zərər” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda cavabdehinin nümayəndəsi və vəkili Vəkil2 iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Mikayıl Rəfili küşəsi, 11 saylı evin yerində aparılan inşaat işlərinin dayandırılması bərədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)-3409/2021 saylı qərardadı ilə ərizə təmin edilərək, ünvan 1 ünvanında İddiaçı MMC tərəfindən aparılan inşaat işlərinin dayandırılması qərara alınmışdır. İddiaçı MMC Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)- 3409/2021 saylı qərardadından verdiyi şikayət, məhkəmənin 28 iyul 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki iş materialları ilə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılır ki, ünvan 2 ünvanında yerləşən çoxmənzilli yaşayış binası XİX əsrin sonlarında inşa edilmiş, yaşayış evləri və yaşayış evləri but daşlardan, mişarlanmış əhəng daşından, dam örtükləri taxta konstruksiyadan inşa edilmiş, yaşayış evlərin but daşından olan divarlarında müxtəlif istiqamətli çatlar, taxta konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olmuş, yaşayış evləri uzun müddət ərzində təmirsiz istismar olunmuş, köhnəlmiş, fiziki və mənəvi aşınmaya məruz qalmış, kommunikasiya xətləri və sistemələri yararsız vəziyyətdədir, həmin evlərdə, binada təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir, mövcüd tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcüd şəhərsalma tələblərinə cavab vermir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 Agentliyi “Azərdövləttikintilayihə” DLİ 20 iyul 2017-ci il tarixli, “Bakı şəhəri, Nəsimi rayonu, S.Zeynalov küçəsi 14,16, 18, M. Rəfili küçəsi 11, 13, 15, 17, 19, Azadlıq prospekti 40, 42, M.Qaşqay küçəsi 23 saylı ünvanlarda yerləşən yaşayış evlərinin texniki vəziyyəti haqqında” Aktdan da görünür ki, qeyd olunan ünvanlarda yaşayış evlərində və yaşayış binasında təmir bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir, yaşayış binası ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə, mövcud şəhərsalma tələblərinə cavab vermir. Sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqqı verilməklə müvəqqəti yaşayış yerlərinə köçürülmüşlər. Buna və binanın qəzalı vəziyyətdə olması səbəbindən həmin binada yaşayan əksər mənzilin sakinləri öz əşyalarını çıxarmış və mənzillərini boşaltmışlar. İddiaçı MMC müvəqqəti köçürülən sakinlərə hər ay 156000 manat kirayə haqqı ödəyir. ünvan 3 ünvandakı ümumi sahəsi 51 kvadrat metr olan mənzilin istifadəçisi Cavabdeh1dır. Nəsimi rayonu, Mikayıl Rəfili küçəsi, ev 11, mənzil 20-də sakinlər olmamış, baxımsız qalmış, evlərin divarları aşmış buna görə ərazi dağıntılardan təmizlənmişdir. Hazırda təsdiq edilmiş layihəyə uyğun olaraq tikinti işlərinin aparılması zərurəti yaranmışdır. İnşa işlərinin dayandırılması binanın plana uyğun inşası dayanacaq və yeni yaşayış binasının inşasını gözləyən sakinlərə mənəvi zərər, tikinti şirkətinə isə maddi zərər vurulacaqdır. "xxxx" MMC 286 ailənin müvəqqəti mənzil ilə təmin olunması üçün ödədiyi kirayə haqqı hər gün 5200 manat təşkil etməklə aylıq ödəniş 156000 manat təşkil edir. Məhkəmə qərardadı qüvvədə qaldıqda İddiaçı MMC-nin gündəlik zərəri minlərlə artır. Qərardaddla inşaat işlərinin dayandırılması "xxxx" MMC-ə axır zərər vurulacaqından ləğv edilməlidir. Bundan əlavə Nəsimi rayon Məhkəməsinin 29.06.2021-ci il tarixli qərardadı ilə Cavabdeh1 iddia tələbinin təmin edilməsi məqsədini güdmür. Belə ki, Cavabdeh1 iddia ərizəsində İddiaçı MMC-dən sökülmüş mənzilinin əvəzi olaraq 300000 manat pul məbləğində kompensasiya tələb edir. Cavabdeh1 mənzilinin yerində evini bərpa etmək məqsədi yoxdur. Yəni İddiaçı MMC-nin həmin torpaq sahəsində bina inşa etməsi Cavabdeh1 iddia ərizəsinin təmin edilməsi təqdirdə məhkəmə qətnaməsinin icra edilməsinə maneə etmir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi təmin edildikdə İddiaçı MMC kompensasiyanı ödəyəcəkdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 şikayəti qəbul etməyərək, yazılı izahat təqdim edərək, şikayətin təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfi dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)-3409/2021 saylı qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edilməsi barəsində iddianı təmin etmək üçün tədbir görülə bilər. Həmin Məcəllənin 158.1.3-cü maddəsinə əsasən, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyin başqa şəxslərə qadağan edilməsi barəsində iddianı təmin etmək üçün tədbir görülə bilər. Mülki Prosessual Məcəllənin 157-ci maddəsinin mənasına görə iddianı təmin etmə o halda həyata keçirilir ki, iddia ilə həmin iddianı təmin etmə tədbiri arasında əlaqə mövcud olsun, yəni görülən tədbir məhz iddianın təmin edilməsinə yönəlmiş olsun. Həmçinin bu tədbirlər məhkəmə gətnaməsinin gələcəkdə icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların baş verməsinin qarşısının alınmasının, aradan qaldırılmasının və beləliklə də, gələcəkdə qətnamənin icrasının təmin olunmasının prosessual hüquqi vasitələrindən biri kimi qiymətləndirilir. Özünün mahiyyəti etibarilə iddianı təmin tədbiri institutu iddianın əsaslılığı prezumpsiyasına əsaslanan prosessual tədbir olduğu üçün həmin tədbirləri tətbiq edərkən məhkəmə belə mövqedən çıxış edir ki, bu tədbirlərin görülməməsi qətnamənin icrasını gələcəkdə çətinləşdirə və ya qeyri-mümkün edə bilər. Bu baxımdan, iddianı təmin etmə tədbiri mübahisə obyektinin qorunmasına xidmət edir və onun prosessual-hüquqi məqsədi gələcəkdə qətnamənin icrasını təmin etməyə yönəlmişdir. Hazırkı halda isə cavabdehin konkret tələbi pul tələbi ilə bağlı olduğundan, qeyd edilən iddianın təmini tədbirinin mövcudluğu məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi daşımır. Yəni iddiaçıya tikinti işlərinin aparılmasının qadağan edilməsi, gələcəkdə cavabdehin pul tələbinin təmin edilməsi barədə məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi daşımır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli qərarında qeyd edilir ki, iddianı təmin etmək üçün istənilən növ tədbir, tətbiq edildiyi şəxsə münasibətdə həmin şəxsin və digər şəxslərin hüquqlarını məhdudlaşdırır və bəzən onlara əsaslı dərəcədə zərər dəyməsinə səbəb olur. Buna görə Konstitusiyada təsbit olunmuş prosessual hüquq bərabərliyi prinsipindən çıxış edərək, işdə iştirak edən şəxs ərizədə iddianı təmin etmək üçün tədbirlərin görülməsi zərurətini kifayət qədər əsaslandırmalıdır. Kollegiya qeyd edir ki, cavabdeh tərəf təmin edilməsini xahiş etdiyi iddianı təmin etmə tədbirinin qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıması, qətnamənin icrasının qeyri-mümkün edə biləcəyi halları əsaslandırmaması səbəbindən ərizə təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsaslı olduğundan, qərardad ləğv edilməli, ərizə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 2(006)- 3409/2021 saylı qərardadı ləğv edilsin. Cavabdeh1 iddianın təmin tədbiri barədə ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8765/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8765/2021
25.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver