Məhkəmə qərarları › İş №2(103)-8766/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8766/2021

15.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərərin ödənil
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8766/2021 15.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Elmi X2 nümayəndəsi və vəkili X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1794/2021 saylı 19 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Elmi X2 direktorunun 10 noyabr 2020-ci il tarixli 85 saylı əmrinin İK.Tağıyevin 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması “şöbəsinə müdir vəzifəsinə qəbul edilsin” hissəsinin ləğv edilərək, onun İK.Tağıyevin 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması “şöbəsinə müdir vəzifəsinə bərpa edilməyinə” dair, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən maddi zərərə görə 100.000 (bir yüz min) manat, mənəvi zərər görə 100.000 (bir yüz min) manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1794/2021 saylı 19 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Azərbaycan Elmi X2 direktorunun 10 noyabr 2020-ci il tarixli 85 saylı əmrinin “İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə qəbul edilsin” hissəsində ləğv edilməsi, əmrin bu hissəsinin “İddiaçı 10 noyabr 2020-ci il tarixdən etibarən informasiya təminatı və xəstəliklərin proqnozlaşdırılması şöbəsinə müdir vəzifəsinə bərpa edilsin” kimi yenidən tərtib edilməsi vəzifəsinin Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutuna həvalə edilməsi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənəvi zərərə görə 3.500 (üç min beş yüz) manatın alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Qətnamdən həmçinin cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apelyasiya şikayəti verərək qətnamənin mənəvi zərərin tutulması hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Məhkəməyə 03 sentyabr 2021-ci il tarixdə daxil olmuş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli məktubu ilə, cavabdeh Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutu tərəfinən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılması üçün işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Elmi X2 nümayəndəsi və vəkili X3 xahiş edərək bildirdi ki, tərəflərindən verilmiş apellyasiya şikayətinə baxılması üçün işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı bildirdi ki, sorğuya dair qərar qəbul edilməsini məhkəmə kollegiyasının mülahisəzinə buraxır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutu tərəfinən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-361-ci maddələrinə uyğunluğunun yoxlanılması üçün hazırki mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-1794/2021 saylı 19 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətləri apelyasiya baxışından çıxarılaraq mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar