Məhkəmə qərarları › İş №2(103)-8771/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8771/2020

02.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8771/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlərdən Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1822/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh3 və Cavabdeh1 Mənzil Tikinti Kooperativinin vəkili X4 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X2 və X3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Mənzil Tikinti Kooperativinin ləğv edilməsi və kooperativin payçıları Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 12.559.285,16 manat məbləğində pul vəsaitinin tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili, cavabdeh “MTKReal” Mənzil Tikinti Kooperativinin vəkili X4 məhkəmə iclasında mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə şifahi vəsatətlə məhkəməyə müraciət etmiş və onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi Cavabdeh1 Mənzil Tikinti Kooperativi Binəqədi rayonunda yerləşir. Qeyd olunanlara əsasən, vəsatətin təmin olunması, mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün əsas Cavabdeh1 Mənzil Tikinti Kooperativinin ünvanının olduğu Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1822/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Mənzil Tikinti Kooperativi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X2 və X3 qarşı kooperativin ləğv edilməsi və payçılardan pul vəsaitinin tutulması tələbinə dair iddia ərizəsi üzrə Cavabdeh2 nümayəndəsi və vəkili, cavabdeh “MTKReal” Mənzil Tikinti Kooperativinin vəkili X1 mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə ərizəsi rədd edilmişdir. Həmin qərardaddan Cavabdeh3 və Cavabdeh1 Mənzil Tikinti Kooperativinin vəkili X4 ayrı-ayrılıqda şikayət verərək qərardadın ləğv edilməsini və ərazi aidiyyətinin dəyişdirilməsi barədə vəsatətin təmin edilməsini xahiş etmişlər. Şikayətlər ərizəylə eyni məzmunda əsaslandırılmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1822/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh3 və Cavabdeh1 Mənzil Tikinti Kooperativinin vəkili X4 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəb olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1822/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh4 Bakı şəhəri Xəzər rayonunda qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.2. maddəsinin tələbinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Göründüyü kimi, qanunvericilik bir neçə cavabdehə qarşı verilən iddialar üçün alternativ aidiyyət müəyyən edərək cavabdehlərdən birinin ünvanının olduğu məhkəməni seçim etmək hüququ vermiş və hazırki iş üzrə İddiaçı iddiasını Cavabdeh4 ünvanının olduğu yerin məhkəməsinə, yəni Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.13. maddəsindən görünür ki, bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Kollegiya hesab edir ki, hazırki iş üzrə iddia tələbi qanunvericiliyin tələbinə əsasən cavabdehlərdən ən azı birinin qeydiyyatda olduğu yer üzrə məhkəməyə verildiyindən, iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edilmiş və mülki işin aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsi üçün əsaslar mövcud olmamışdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki mülki işin ərazi aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilməsi barədə Cavabdeh1 Mənzil Tikinti Kooperativinin vəkili X1 və ərizəsi əsassız sayılaraq təmin edilməməlidir. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə göstərilən hal yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla, eləcə də qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1822/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh3 və Cavabdeh1 Mənzil Tikinti Kooperativinin vəkili X4 tərəfindən ayrıayrılıqda verilmiş şikayətlər təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1822/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar