Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-878/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə İş № 2(103)-878/2023 (Açar sözlər: əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı vəkili Vəkil3, Cavabdeh MMC nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(005)-1914/2022 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı müddətsiz olaraq cəmiyyətə baş mühasib vəzifəsinə işə qəbul edilmişdir. 2.Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, N-44-K nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsaasən xitam verilmişdir. 3.Bundan sonra Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixli, N-44-K saylı əmr tərtib edilərək, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsaasən xitam verilməsi qeyd olunmuşdur. 4.24 iyun 2022-ci ildə Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə məktub yazılaraq, xx.xx.2021-ci il tarixli, N-44-K saylı əmrə edilmiş düzəlişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olmasında köməklik göstərilməsi xahiş olunmuşdur. 5.Həmçinin xx.xx.2021-ci il tarixli inzibati aktın məzmunu dəyişdirilərək, yeni məzmunda tərtib edilmişdir. 6.İddiaçı həmin əmri qanunsuz hesab edərək hazırkı tələblə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 7.İddiaçı Cavabdeh MMC-yə qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 44-K nömrəli əmrin ləğv edilməsi, onun işə bərpa olunması və əmr verildiyi tarixdən iddiaçının məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqısının və iddiaçıya son haqq hesabın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 8.İddia tələbi onunla əsaslandırılır ki, iddiaçı 31 mart 2021-ci il tarixində əmək müqaviləsi ilə müddətsiz olaraq "xxxx" MMC-yə baş mühasib vəzifəsinə təyin edilmişdir. Həmin vəzifə üzrə 01 aprel 2021-ci il tarixdən işə başlamışdır. İşlədikdən bir müddət sonra, yəni oktyabr ayının əvvəlində hərarəti olduğuna “Covid-19” virusuna yoluxma ehtimalı olduğuna görə, cəmiyyətin direktoru X4 ona evdə qalacağını və evdən işləyəcəyini bildirmişdir. Aqil müəllim əmək haqqının tam və gördüyü işə görə isə əlavə ödəniş edəcəyini demişdi. Hər gün hara, kimə və nə edəcəyi cəmiyyətin korperativ telefonunda yazaraq və səs ataraq göstərirdi. Cəmiyyətin nootbuk və asan imzası onda idi. Bütün əməliyyatları rəhbərin tapşırığı əsasında həmin nootbuk və asan imza vasitəsilə o aparırdı. Cəmiyyətin bank hesabından əməkdaşlara, kimə və nə qədər, xarici təchizatlara ödəniş aparmağını Aqil müəllim hər dəfə ona tapşırırdı. Oktyabr ayı 3-cü rüb hesabat dövrü olduğuna görə cəmiyyətin vergi, sosial sığorta və statistika üzrə bəyannamələrini evdən hazırlayıb portaldan göndərirdi. Həmçinin rəhbərlik Kapital bank, Azərtürk Bankdan kredit üçün sənədlərin işlənməsini və təyinatı üzrə göndərməyini tapşırmışdı. Xəstə olduğu halda evdən işləməyinə və bütün tapşırıqları həll etməyinə baxmayaraq 29 oktyabr 2021-ci il tarixində heç bir əsas olmadan, ona bildirilmədən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2 bəndinə (tərəflərin birinin təşəbbüsü) və xx.xx.2021-ci il tarixli 44-K saylı əmrinə əsasən işdən çıxarılmışdır. Əmək müqaviləyə xitam verilməsi barədə məlumatı isə e-sosial.gov.az.saytına xx.xx.2021-ci il tarixində daxil olduqda bilmişdir. Daha sonra bu barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmişdir. Müfəttişliyin apardığı araşdırmaya görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddənin 2-ci hissəsinin (Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhrü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, Sizə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) tələbləri pozulmuş, həmçinin əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verildiyindən İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddəsinə asasan inzibati xəta halı yaranmışdır. Bu halın aradan qaldırılması üçün xx.xx.2021-ci il tarixli protokol tərtib edilərək "xxxx" MMC-nin rəhbərliyinə Müfəttiş tərəfindən göstəriş xarakterli məktub göndərilmişdir. Lakin buna baxmayaraq bu günə qədər Cavabdeh MMC tərəfindən ona heç bir cavab verilməmişdir. Belə olan halda onun işdən azad edilməyinə əsas olmuş xx.xx.2021-ci il tarixli 44-K saylı əmr ləğv edilməli, işə bərpa edilməklə yanaşı qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilənədək məcburi iş buraxma günləri üçün ona əmək haqqı verilməlidir.Cavabdeh təşkilatın rəhbərinin inzibati qaydada cərimələnməsindən sonra onun yenidən işə bərpa olunmağı barədə vədd verilsədə, cavabdeh qurum hələdə xx.xx.2021-ci il tarixli, 44-K saylı əmri ləğv etməmiş, ona əvvəlki iş yerinə qaytarmamış, ona son haqq-hesabın ödənilməsini təmin etməmişdir. 9.İddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 44-K nömrəli (dəyişiklik edilmiş) əmrinin ləğv edilməsi, onun əvvəlki iş yerinə bərpa olunması və qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilənədək iddiaçının məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. 10.Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, izahatında bildirmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixli, 44-K saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki iş yerinə qaytarılmağı, ona son haqq-hesabın ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi və qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilənədək cavabdehdən məcburi iş buraxma günləri üçün əmək haqqımın hesablanaraq alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi ərizənin mətnindən görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair 44-K saylı əmr etibarsız hesab edilmiş və iddiaçının işdən çıxarılması Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” maddəsinə uyğun olaraq əsaslandırılmışdır. Odur ki, hazırkı halda qanunvericilik işçinin hansı maddə ilə işdən çıxarılması ilə bağlı məhdudiyyət qoymamışdır. Yəni işəgötürən işçini istənilən maddə ilə təqsirli və ya işə yararsız hesab edib sistemə yerləşdirə bilər. Amma qanunsuz əmr hər bir halda hüququ pozulmuş şəxs tərəfindən mübahisələndirilə bilər. İddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq işdən çıxarılması cavabdehi öz öhdəliklərindən azad edə və ya təqsirini gizlədə bilməz. Eyni zamanda işə bərpa ilə bağlı tələbilə iddiaçıya son haqq-hesabın verilməsi tələbində ziddiyət mövcuddur və bu halda son haqq-hesabın verilməsi tələbini geri götürməlidir. Belə olan halda iddia tələbini dəyişdirilməli və Cavabdeh xx.xx.2021-ci il tarixli, 44-K saylı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki iş yerimə qaytarılmağı və qanuni qüvvəyə minmiş məhkəmə aktı qəbul edilənədək cavabdehdən məcburi iş buraxma günləri üçün əmək haqqının hesablanaraq alınıb verilməsi barədə qətnamə qəbul edilməlidir. 11.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində əsassız tələbi irəli sürmüşdür. İddiaçı MMC ilə arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, MMC-də mühasib vəzifəsinə işə qəbul olunmuşdur. Həmin əmək müqaviləsi üzrə əmək haqqı əslində 1.000 manata razılaşsalar da, mühasib işlərini görən İddiaçı əmək haqqısını 1.115 manat göstərmiş, MMC-nin X9 bunun səbəbini soruşduqda guya texniki səhv olduğunu və düzəldəcəyini bildirmiş, lakin sonradan bu texniki səhvini aradan qaldırmamış və A.Cəbrayılov humanist insan olduğu üçün bu məsələnin üzərinə çox getməmiş və göz yummuşdur. İlk vaxtdan əmək fəaliyyətinə belə başlamış İddiaçı qısa əmək fəaliyyəti dövründə işində ciddi nöqsanlara yol vermiş, işləri vaxtı-vaxtında və düzgün görməmiş, MMC-yə daxil olmuş bəzi sənədləri rəhbərlikdən gizlətmişdir. Nəticədə MMC-nin rəhbərliyi artıq onunla işləməyin mümkün olmadığını görmüş və öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirə bilmədiyi üçün 01 sentyabr 2021-ci il tarixində işdə olmadığı üçün onunla telefon əlaqəsi saxlanılaraq (bu halı MMC-nin əməkdaşı olan və onunla əlaqə saxlamış şahidlər məhkəmə baxışı zamanı təsdiq edə bilərlər), onunla bağlanmış əmək müqaviləsinə yeni mühasib tapıldıqdan və 2021-ci ilin oktyabr ayı ərzində təhvil-təslim işlərini bitirdikdən sonra xitam veriləcəyi barədə məlumat verilmişdir. Lakin buna baxmayaraq, İddiaçı 11 oktyabr 2021-ci il tarixindən heç bir əsas və səbəb gətirmədən və rəhbərliyə xəbərdarlıq etmədən işdən qalmış, iş yerinə gəlməmiş, həmin vaxtdan sonra da heç bir iş görməmişdir. Bu barədə xx.xx.2021 -ci il tarixli inzibati akt tərtib edilmişdir. İşçi İddiaçı ilə bağlanmış Əmək müqaviləsinin 4.16-cı bəndinə əsasən, onun iş saatı 09:00-dan 18:00-dək müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən, özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. İddiaçı cəmiyyətin balansında olan notebook-u, giriş-çıxış kartını, mühasibat otağının açarını və cəmiyyətə məxsus korporativ mobil telefon nömrəsini (**********) özündə saxlamışdır. Bu barədə ona xəbərdarlıqlar edilmiş, MMC-yə məxsus qeyd edilən əşyaların təhvil verməsi tələb edilmiş, yalnız 17 noyabr 2021-ci il tarixində cəmiyyətin balansında olan notebook-u (lakin mouse-nu dəyişərək), giriş-çıxış kartını, mühasibat otağının açarını qaytarmışdır. Cəmiyyətin balansında olan korporativ mobil telefon nömrəsini dəfələrlə qaytarmasını tələb etsək də, heç bir əsası olmadan şəxsi istifadəsi üçün özündə saxlamışdır. Ona görə də, MMC mobil nömrəni bloka saldırmaq məcburiyyətində qalmışdır. İddiaçı son haqq-hesabı bu səbəbdən 17 noyabr 2021-ci il tarixinə, yəni sözügedən əşyalar qaytarılanadək gecikmişdir. Sonradan hesablama apararkən əslində İddiaçı artıq ödəmə olduğu müəyyən edilmişdir. İddiaçı müəssisənin mühasibat uçotu sənədlərini (dövriyyə qalıq, balans, debitorkreditor qalıqlarını, anbar mal-material qalıqlarını, əsas vəsaitləri, iş vaxtının uçot tabellərini, əmək haqqı hesablama-ödəniş cədvəllərini, gəlir və xərclər barədə hesabatları, əmrləri, əmrlərin qeydiyyat kitabını, bank sənədlərini (çıxarışlar və onların alt sənədlərini) əmək müqavilələrinin, əmək kitabçalarının qeydiyyat jurnallarını və s.), kadr işləri üzrə sənədləri, hesabatları (vergi, m.d.s.s.h., işsizlikdən sığorta və icbari tibbi sığorta, statistika, əvvəlcədən ödənişlər üzrə banka təqdim olunmalı idxal sənədləri barədə hesabatları), debitor və kreditorlarla üzləşmə aktlarını, baş kitabı və digər uçot sənədləri vəhesabatlarını təhvil vermədən cəmiyyətdən ayrılmışdır. Cari işlərə gəldikdə alıcılara hesab təqdim edərkən müqavilə öhdəliklərini tam əks etdirməmiş, hesabları əksik təqdim etmiş ("xxxx" MMC-yə iyul, avqust, sentyabr ayları üzrə), ödənişləri icra edərkən vergi qanunvericiliyinin tələblərinə riayət etməmiş (ƏDV-siz əsas məbləğlər ödəmiş (STN Biznes Mərkəzi MMC), ƏDV-sini əsas məbləğdən kifayət qədər gec ödəmiş, hesabatları boş göndərmiş, cəmiyyəti vergi öhdəliyi üzrə maliyyə sanksiyalarına məruz qoymuş), rəhbərliyin dəfələrlə çağırışına məhəl qoymadan bu işləri görməyə gəlməmişdir. İddiaçı xəstəlik vərəqəsi təqdim etmiş işçiyə normal əmək haqqı hesablamış (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sənədi ola-ola), əslində qanunvericiliyə görə həmin əməkdaşın müavinətin hesablanması üzrə təqdim etdiyi sənədlər əsasında protokol tərtib edilərək, e-gov saytında qeydiyyatdan keçirilməli, 4 təqvim günündən çox olan iş günlərinin sayına görə ödənişi (əmək stajına görə əslində 8 ilədək 60% olmaqla ödəniş məbləğini düzgün təyin edərək) DSMF tərəfindən ödənilməsini təmin etməmişdir. Nəticədə MMC-yə 300 manat maddi ziyan vurmuşdur. İddiaçı cəmiyyətin nizam-intizam qaydalarını pozaraq rəhbərlikdən cəmiyyətin adına gələn məktubu gizlətmişdir. xx.xx.2021-ci il tarixində Xətai Rayon İcra və Probasiya Şöbəsindən MMC-nin adına gələn və xx.xx.2021-ci il tarixində qəbul etməyi barədə imzaladığı 17/7-147613/2021-4K nömrəli məktubu (icra sənədini) rəhbərlikdən gizlətmiş, bununla icra sənədi üzrə borclu kimi dövlət orqanlarından yayınmış, əmək haqqından vaxtında icra sənədi üzrə tutulma edilə bilməmiş, sənədin əslini belə özü ilə götürmüş, bu məlumatı rəhbərlikdən gizləməkdən qalmayaraq ona əməl etməmişdir. Bu barədə məlumatı İcra Şöbəsinin əməkdaşları MMC-yə zəng etdikdən sonra bilmişik. İcra sənədinə görə, İddiaçı əmək haqqından (ümumilikdə 1.373 manat + 7% icra ödənişi — 96,11 manat, cəmi 1.469,11 manat) hər ay 50 % miqdarında pul tutularaq (yəni 2021 -ci ilin sentyabr ayından) borclu olduğu təşkilatın hesabına köçürülməli idi. İddiaçı əmək haqqı ilə bağlı məsələləri təsdiq edən cədvəl X6 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda öz əksini tapmışdır. Ona işlədiyi dövr üzrə 6.833,97 manat ödənilməli olduğu halda, 7.103,32 manat ödənilmiş, nəticədə 269,35 manat artıq ödəniş edilmişdir. İddiaçı kadr işləri üzrə işə qəbul ərizəsi, şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçası, sağlamlıq haqqında arayışı (COVİD pasportun surəti) iş qovluğunda yoxdur. O, bütün sənədləri MMC-dən aparmış və qaytarmamışdır. İddiaçı ailə vəziyyətini (kirayədə qalmasını, kredit borclarının olmasını), yaş həddini, gələcək karyerasını nəzərə alaraq (yeni iş yerində problem yaşamaması üçün), dəfələrlə xəbərdarlıq edilmiş, lakin heç bir nəticəsi olmamış, son nəticədə cəmiyyət daxilində yuxarıdakıları nəzərə alaraq inzibati akt tərtib edilmiş, işəgötürənin təşəbbüsü ilə MMC-nin xx.xx.2021-ci il tarixli 44-K saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. X5 Bakı şəhər idarəsinin MN1064576 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verilməsi əsası ilə MMC-nin direktoru X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 1.500 manat cərimə edilməsi qərara alınmışdır. 12.Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 23 sentyabr 2022ci il tarixli, 2(005)-1914/2022 saylı qətnaməsi ilə (hakim-Səbinə Nuriyeva) iddia tələbi təmin edilərək, Cavabdeh MMC-nin İddiaçı barəsində qəbul edilmiş 29 oktyabr 2021- ci il tarixli, 44-K nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Cavabdeh MMC-də əvvəlki vəzifəsinə bərpa olunması, 29 oktyabr 2021-ci il tarixli 44-K nömrəli Əmr verildiyi tarixdən İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqısının ödənilməsi qət edilmişdir. 13.İş materiallarına əlavə edilmiş Cavabdeh MMC ilə İddiaçı bağlanmış xx.xx.2021-ci il tarixli, 01/21 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə müddətsiz olaraq baş mühasib vəzifəsinə təyin edilmişdir. Onun aylıq vəzifə maaşı 1115 manat olaraq müəyyən edilmişdir. 14.İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli inzibati aktdan görünür ki, Cavabdeh MMC-nin direktoru, satış meneceri və ofis meneceri tərəfindən cəmiyyətdə baş mühasib vəzifəsində çalışan İddiaçı xx.xx.2021-ci il tarixdə heç bir əsas olmadan, üzürsüz səbəbdən işə çıxmamış, cəmiyyətin nizam-intizam qaydalarını pozmuş və öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirə bilməmiş, cəmiyyətin işinə və adına xələl gətirmişdir. Bu səbəbdən də yaşı, ailə vəziyyəti, gələcək karyerası nəzərə alınaraq Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən onunla bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. 15.İş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, N- 44-K nömrəli əmrdən görünür ki, baş mühasib İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. Əsas: Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi və 28 oktyabr 2021-ci il tarixli İntizam aktı. 16.İş materiallarından əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli, 44-K nömrəli əmrlə xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir. 17.İş materiallarından 24 iyun 2022-ci ildə Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə ünvanlanan məktubdan görünür ki, xx.xx.2021-ci il tarixli, N-44-K saylı əmrə edilmiş düzəlişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olmasında köməklik göstərilməsi xahiş olunmuşdur. 18.İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli inzibati aktdan görünür ki, Cavabdeh MMC-nin direktoru, satış meneceri və ofis meneceri tərəfindən cəmiyyətdə baş mühasib vəzifəsində çalışan İddiaçı xx.xx.2021-ci il tarixdə heç bir əsas olmadan, üzürsüz səbəbdən işə çıxmamış, cəmiyyətin nizam-intizam qaydalarını pozmuş və öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirə bilməmiş, cəmiyyətin işinə və adına xələl gətirmişdir. Bu səbəbdən yuxarıda qeyd olunanlar nəzərə alınaraq rəhbərliyin təşəbbüsü ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı 01 aprel 2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə qəbul olundu. 19.İş materiallarına əlavə edilmiş Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, N- 44-K nömrəli əmrdən görünür ki, baş mühasib İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əsas: Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 28 oktyabr 2021-ci il tarixli İntizam aktı. 20.İş materiallarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X11 Xidmətinin İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunur ki, Cavabdeh MMC-də əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığınız müraciətinizə X11 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Bildiriririk ki, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən Bakı şəhər İdarəsinə ünvanlanmış məktubda və sənədlərdə Sizin, xx.xx.2021-ci i! tarixdən müəssisədə baş mühasib vəzifəsində çalışdığınız və Sizinlə müəssisə arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi bildirilmişdir. Sizin son haqq-hesabınız (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, Sizə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü Sizə ödənilmədiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin (Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) tələbləri pozulmuş, həmçinin əmək müqavilənizə qanunvericiliyin tələbi pozularaq xitam verildiyindən İnzibati Xətalar Məcəlləsinin 192.4-çü və 192.6-cı maddələrinə əsasən inzibati xəta halı yaranmışdır. Nəzərinizə çatdırırıq ki, Sizin son haqq-hesabınızın əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq sonuncu iş günü ödənilmədiyindən və əmək müqavilənizə qanunvericiliyin teləbi pozularaq xitam verildiyindən, Cavabdeh MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinin tələblərinə uyğun olaraq 09 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuşdur. Məlumat üçün bildirilmişdir ki, əmək müqaviləsinə xitam haqqında cəmiyyətin xx.xx.2021-ci il tarixli, 44-K saylı əmrinin ləğv edilərək əvvəlki iş yerinizə qaytarılmağınız, həmçinin Sizin son haqq-hesabınızın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, sizə ödənilməli əmək haqqı və digər ödəmələr) ödənilməsinin təmin edilməsi ilə əlaqədar “Kindef" MMC-nin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir. Razılaşmadığınız təqdirdə məhkəməyə müraciət etmək hüququnz vardır. 21.Məhkəmədə şahid qismində dindirilmiş X10 ifadəsində qeyd etmişdir ki, "xxxx" MMC-də ofis meneceri olaraq fəaliyyət göstərir. İddiaçı ilə tanışlığı var idi, Cavabdeh MMC-də baş mühasib olaraq fəaliyyət göstərirdi, xatırladığına görə aprel ayından sentyabr ayına qədər orada işləyib. Bəzi aylarda əmək haqlarını səhv hesablayırdı, müqavilələri tərtib edərkən səhvlərə yol vermişdir. Bundan əlavə, direktora bildirmədən özünə maaş hesablamışdır. Buna görə şirkətin direktoru onu işdən çıxarmaq qərarına gəlmiş, lakin sonradan fikrini dəyişmişdir. Sonda isə işə gəlmədi. Direktor iddiaçıya şifahi şəkildə oktyabr ayına qədər işləyə biləcəyini bildirmişdir. Bundan sonra yeni mühasib elanını yerləşdirməyi direktor ona tapşırdı və oktyabr ayından etibarən mühasib vəzifəsinə yeni işçi təyin olunacaqdı. Lakin, iddiaçı oktybr ayının 10-dan sonra işə gəlmədi və gəlməməyin üzrlü səbəbləri barədə şirkətə məlumat vermədi. 22.Məhkəmədə şahid qismində dindirilmiş X12 ifadəsində qeyd etmişdir ki, "xxxx" MMC-də ofis meneceri olaraq fəaliyyət göstərir. İddiaçı ilə tanışlığı var idi, Cavabdeh MMC-də baş mühasib olaraq fəaliyyət göstərirdi. İyun ayından oktyabr ayına qədər orada işləmişdir. Bəzən işə gecikirdi, oktybar ayında isə yalnız 10 gün işə gəlib. Yeganə mühasib vəzifəsində işləyən iddiaçı idi, iddiaçı işə gəlmədikdə onun işlərini heç kəs yerinə yetirmirdi. 23.Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə əsasən cəmiyyətə baş mühasib vəzifəsinə qəbul edilmişdir. İşdə olan materiallara və iddia tələbinin aparılmış əsaslandırılmasından göründüyü kimi cavabdeh tərəfindən mübahisə predmeti olan xx.xx.2021-ci il tarixli, N-44-K nömrəli əmr əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsas qəbul edilərək iddiaçı ilə bağlanmış əmək müqaviləsi xitam edilmişdir. Lakin daha sonra cəmiyyətin xx.xx.2021-ci il tarixli, N-44-K nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Bununla razılaşmayan iddiaçı əmrin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə bərpa edilməsi üçün məhkəməyə müraciət etmişdir. 24.Məhkəmə qeyd etmişdir ki, iddia tələbinə cavabdeh tərəfindən edilmiş etirazlarda iddiaçının 11 oktyabr 2021-ci il tarixdə işə üzürsüz səbəbdən gəlməməsi və bu səbəbdəndə bu hərəkəti kobud pozuntu kimi qiymətldirilmiş və bu səbəbdən də Cavabdeh MMC-nin direktoru, satış meneceri və ofis meneceri tərəfindən xx.xx.2021-ci il tarixli inzibati akt tərtib edilmişdir. Göründüyü kimi hazırda cavabdeh tərəfindən işçinin qeyd olunan tarixdə işə gəlməməyi, habelə işdə olmadığı üçün işəgötürənə zərər vurulmasını təsdiqi olaraq məhkəməyə, cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş akt göstərilmişdir. Qeyd olunan akt iddiaçıya təqdim edilməmiş və yaxud iddiaçının həmin akta dair hər hasnı mülahizəsi aktda qeyd olunmamışdır. Belə olan halda məhkəmə tərəfindən sübut olaraq cavabdeh cəmiyyətin əməkdaşları tərəfindən bir tərəfli qaydada tərtib edilmiş aktı mötəbər sübut olaraq qəbul edilə bilməz. 25.Məhkəmə qeyd etmişdir ki, iddiaçının baş mühasib olaraq işlədiyi cəmiyyətdə əmək müqaviləsinə 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi məqsədə müvafiq hesab edilmişdir. Lakin mübahisə predmeti olan əmrin verilməsi zamanı, tərəflərin hazırki münasibətlərinin tənzimlənməsi üçün müəyyən edilmiş hərəkətlər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Həmçinin cavabdehin müvafiq əmr verdiyi zaman göstərdiyi hərəkətsizlik onun müvafiq normanın tələblərindən sui-istifadə etməsi kimi qiymətləndirilməlidir. 26.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsinə əssasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olsun. Sadalanan maddi hüquq normalarının tələblərindən göründüyü kimi qanunverici müvafiq inzibati tənbeh növünün tətbiqi zamanı bir sıra şərtlər müəyyən etmişdir. Bu şərtlərin tətbiq edilməsində məqsəd tərəflər arasında yaranmış münasibətlərin pozulması halında işəgötürən və ya işçinin məsuliyyətini dəqiq müəyyən edilməsidir. Hazırda tətbiq edilmiş intizam tənbehi üzrə cavabdeh tərəfindən işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyimiş olması hallarına dair sübutları məhkəməyə təqdim etməmişdir. 27.Qeyd olunanlara əsasən, məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. 28.Məhkəmə öz mövqeyini Azərbaycan Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsi; Azərbaycan Respublikasını Əmək Məcəlləsinin 311, 10, 70-ci maddəsinnin “ç” bəndi, 72, 186-cı maddəsinin 1-ci və 2-ci hissəsi, 187-ci maddəsinin 1-ci və 2-ci hissəsi, 71-ci maddəsinin 2-ci hissəsinə; Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80, 81, 89.1, 77.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 29.Qətnamədən Cavabdeh MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 30.Apellyasiya şikayəti iddia tələbinə etirazda göstərilənlərə uyğun olaraq əsaslandırılmaqla, əlavə olaraq qeyd olunur ki, iddiaçı əmək fəaliyyəti zamanı işində ciddi nöqsanlara yol vermiş, işlərini vaxtlı-vaxtında və düzgün görməmiş, bəzi sənədləri rəhbərlikdən gizlətmişdir. İddiaçı xx.xx.2021-ci ildən sonra heç bir əsaslı səbəb olmadan işə gəlməmiş, rəbhərlik onunla telefon əlaqəsi saxlayaraq, əmək müqaviləsinə xitam vermişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə əsasın Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə dəyişdirilməsi ilə bağlı etdikləri düzəliş X11 tərəfindən təsdiq edilmişdir və bu barədə sübutları məhkəməyə təqdim etmişlər. Eyni zamanda, İddiaçı cavabdeh MMC-də çalışmazdan əvvəl başqa müəssisədə işləmişvə həmin müəssisədən də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılaraq əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı özünün əmək kitabçasını Məhkəməyə verməkdən yayınmasının səbəbi budur. Bu halın məhkəmə tərəfindən müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edir. Məhkəmə tərəfindən bununla bağlı X11 Xidmətinə sorğu verilməklə sözügedənhal müəyyən edilməlidir. İddiaçı cavabdeh MMC-də işə qəbul olunan zaman bu halı rəhbərlikdən gizlətmişdir. Görünür ki, onun bütün əmək fəaliyyəti kobud pozuntularla bağlı olmuşdur. Digər tərəfdən, birinci instansiya məhkəməsində Əmək Müfəttişliyi mülki işə cəlb edilməsinə baxmayaraq, həmin qurumun məhkəmə bildirişini almaması səbəbindən məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Həmin quruma AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 3 ünvanına bildiriş göndərilməklə məhkəmə iclasında nümayəndəsinin iştirakının təmin edilməsi üçün vaxtında və düzgünməlumat verilməsiiş üçün zəruridir. Məhkəmə sübutlara və şahid ifadələrinə düzgün qiymət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
32.Məhkmə kollegiyasının iclasında Cavabdeh MMC nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. 33.Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil3 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, cavabdeh tərəfindən Əmək Qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdeh iddiaçını Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad edir, iddiaçı bundan xəbər tutan kimi, həmin əmri mübahisələndirir. İş birinci instansiya məhkəməsinin icraatında olarkən, cavabdeh əmək müqaviləsini və tərtib etdiyi inzibati aktı dəyişdirir, eyni tarixlə sənədləri tərtib edərək, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edir. İddiaçı əslində cavabdehin razılığı ilə ev şəratindən işlədiyi halda, cavabdeh ondan heç bir izahat almadan onu işdən əvvəlcə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə, 8 aydan sonra əmrə düzəliş adı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə qanunsuz olaraq işdən azad etmişdir. 34.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
35. 2-ci maddənin 3-cü hissəsi. Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun əliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
36. 68-ci maddəsinin 1-ci hissəsi. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
37. 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi.Tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.
38. 70-ci maddənin “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
39. 71-ci maddəsinin 2-ci hissəsi. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
40. 71-ci maddənin 3-cü hissəsi. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
41. 72-ci maddəsi. a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
42. 84-cü maddənin 1-ci hissəsi. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: -müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; -işçinin adı, atasının adı və soyadı; -əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; -əmək müqaviləsinin ləğv edilməsinin əsası; -həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; -əmək müqaviləsi ləğv edilən gün, ay və il; -əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
43. 186-cı madddənin 1-ci hissəsi. İşçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud, əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətnə cəlb edilir.
44. 186-cı maddəsinin 2-ci hissəsi. İşçi əmək funksiyasının tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən işçiyə inzibati tənbeh növlərindən biri olan həmin hissənin “ç” bəndində nəzərdə tutulmuş “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək” intizam tənbehini verə bilər.
45. 187-ci maddəsinin 1-ci hissəsi. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
46. 300-cü maddənin 1-ci hissəsi. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
47. Maddə 83.Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 48.Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 49.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 50.Maddə 387.1.Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun
Apellyasiya baxışının hədləri
51.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 52.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(005)-1914/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 54.Belə ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı cəmiyyətə müddətsiz olaraq baş mühasib vəzifəsinə işə qəbul edilmişdir. 55.Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixdə N-44-K saylı əmr tərtib edilərək, iddiaçı X14 cəmiyyətdə tutduğu baş mühasib vəzifəsindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xx.xx.2021-ci il tarixindən əmək müqaviləsinə xitam verilmiş, əsas olaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi və xx.xx.2021-ci il tarixli intizam aktı qeyd olunmuşdur. 56.İddiaçı Leyla Talıbova əmrdən məlumatlı olduqdan sonra məhkəməyə (Mediasiyadan arayış aldıqdan sonra) xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. 57.Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 68-ci maddəsi əmək müqaviləsinə xitam verilməsinin ümumi əsaslarını müəyyən edir. Məhz bu əsaslar üzrə işçi ilə işəgötürən arasındakı hüquqi əlaqə kəsilir və əmək hüquq münasibətinin qüvvəsi dayandırılır. Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsində sadalanan əsasların əksəriyyəti göndərici (blanket) xarakter daşıyır və Əmək Məcəlləsinin ayrı-ayrı maddələrində onların məzmunu ətraflı şəkildə açıqlanır. 58.Cavabdeh MMC 24 iyun 2022-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə məktub yazaraq, xx.xx.2021-ci il tarixli, N-44-K saylı əmrə edilmiş düzəlişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olmasında köməklik göstərilməsi xahiş etmişdir. 59.Cavabdeh MMC tərəfindən yenidən xx.xx.2021-ci il tarixli, N-44-K saylı əmr tərtib edilərək, iddiaçı X14 cəmiyyətdə tutduğu baş mühasib vəzifəsindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2021-ci il tarixindən əmək müqaviləsinə xitam verilmiş, əsas olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və xx.xx.2021-ci il tarixli intizam aktı qeyd olunmuşdur. 60.Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixli intizam aktının məzmunu dəyişdirilmişdir. 61.Kollegiya ilk olaraq qeyd edir ki, işin halları və işdə olan “fləşkart”dakı səs yazılarında iddiaçı X7 öz əmək funksiyasını cavabdeh tərəfin razılığı ilə ev şəraitindən icra etməsi müəyyən olunur. 62.Cavabdeh MMC tərəfindən iddiaçı Leyla Talıbovanın əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə xitam verilərkən, Əmək Məcəlləsinin 84-cü maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdür. Belə ki, əmrdə müəssisənin hüquqi ünvanı, işəgötürənin adı, atasının adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası göstərilməmişdir. 63.Bundan 8 ay sonra əmrə dəyişiklik edilərək, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi qeyd olunsa da, əmrdə 61-ci bənddə qeyd olunanlar göstərilməmişdir. 64.Məhkəmə kollegiyası izah edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinə hüquq verən 2 əlaqəli, lakin müstəqil əsasları nəzərdə tutmuşdur: 1. işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və 2. Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması. 65.Mübahisələndirilən, 8 aydan sonra dəyişiklik edilmiş əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad olunmuş, Məcəllənin 72-ci maddəsinin konkret əsaslarına istinad edilməmişdir. 66.Ümumiyyətlə əmr əsaslandırılmamış, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə müstəqil əsasları nəzərdə tutan: 1. işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və 2. Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması halları öz əksini tapmamışdır. 67.Kollegiya qeyd edir ki, əmrdə ƏM-nin 71-ci maddəsinin 2 və 3-cü bəndlərinin tələbləri pozulmaqla, iddiaçının hansı pozuntularının konkret nədə ifadə olunması, nə vaxt və hansı şəraitdə törədilməsi, iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulubpozulmaması, işəgötürənin və ya əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə ziyanın vurulması göstərilməmiş, əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. 68.Bundan əlavə iş materialları ilə cavabdehin iddiaçıdan izahat almaq istəməsi ilə bağlı hər hansı bir hərəkət etməsi halları müəyyən olunmur. 69.Digər tərəfdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X11 Xidməti tərəfindən aparılmış araşdırmanın nəticəsi olaraq müəyyən olunmuşdur ki, Cavabdeh MMC-nin rəhbərliyi tərəfindən Bakı şəhər İdarəsinə ünvanlanmış məktubda və sənədlərdə İddiaçı xx.xx.2021-ci i! tarixdən müəssisədə baş mühasib vəzifəsində çalışdığı və onunla müəssisə arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi bildirilmişdir. İddiaçı son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, Sizə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilmədiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin (Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) tələbləri pozulmuş, həmçinin əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verildiyindən İnzibati Xətalar Məcəlləsinin 192.4-çü və 192.6-cı maddələrinə əsasən inzibati xəta halı yaranmışdır. İddiaçı son haqq-hesabı əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq sonuncu iş günü ödənilmədiyindən və əmək müqavilənizə qanunvericiliyin teləbi pozularaq xitam verildiyindən, Cavabdeh MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6-cı maddələrinin tələblərinə uyğun olaraq 09 dekabr 2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuşdur. Əmək müqaviləsinə xitam haqqında cəmiyyətin xx.xx.2021-ci il tarixli, 44-K saylı əmrinin ləğv edilərək əvvəlki iş yerinə qaytarılmağı, həmçinin son haqq-hesabın (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, sizə ödənilməli əmək haqqı və digər ödəmələr) ödənilməsinin təmin edilməsi ilə əlaqədar “Kindef" MMC-nin rəhbərliyinə göstəriş xarakterli məktub göndərilmişdir. 70.Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinə dair əmr qanunvericiliyin tələbinə uyğun olaraq əsaslandırılmamış, məcburi məzmun və forma tələblərinə riayət edilməmiş, əmrdə iddiaçının hansı pozuntuya yol verməsi və bunun hansı nəticələrə səbəb olduğu göstərilməmişdir. İşçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə əmək müqaviləsinə xitam verilməsi zamanı əmrin əsaslandırılmaması, eləcə də işçinin əmək funksiyalarının pozulmasına səbəb olan hərəkətlərinə dair rəsmiləşdirmənin aparılmaması əmək münasibətlərinin tərəfi kimi işçinin hüquqlarının pozulmasına səbəb olan hallardır. 71.Digər tərəfdən kollegiyanın qənaətinə görə, iddiaçıya istinad olunan pozuntular nəticəsində onun işlədiyi iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəydiyi sübuta yetirilməmişdir. 72.Həmçinin qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. 73.Məhkəmə iclasında verilən izahatlar, toplanmış və tədqiq olunmuş sübutların məcmusu, iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, iddiaçıya müvafiq intizam tənbehinin tətbiqinə əsas olub-olmadığı tam aydınlaşdırılmamış, onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, ailə vəziyyəti nəzərə alınmamış və əsaslı araşdırma aparılmadan əmək müqaviləsinə xitam verilmişdir. 74.Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulduğundan, birinci instansiya məhkəməsəi düzgün olaraq belə qənaətə gəlmişdir ki, Cavabdeh MMCnin İddiaçı barəsindən qəbul edilmiş 29 oktyabr 2021-ci il tarixli 44-K nömrəli əmrinin ləğv edilməli, İddiaçı Cavabdeh MMC-də əvvəlki vəzifəsinə bərpa olunmalı və 29 oktyabr 2021-ci il tarixli 44-K nömrəli əmr verildiyi tarixdən İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı hesablanaraq ödənilməlidir. 75.Kollegiya birinci instansiya məhkəməsində dindirilən şahidlərin ifadələrinə qətnamədə qiymət verilməməsi ilə bağlı apellyatorun dəlilinə münasibətdə qeyd edir ki, həmin şahidlər bilavasitə cavabdehin tabeliyində işləyən işçilər olmaqla, onların ifadələri iddiaçının barəsində Əmək Qanunvericiliyinin tələblərinin kobud pozulması ilə qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə əmrin əsaslı olması qənaətinə gəlmək üçün əsas yaratmır. Buna görə də, kollegiya qeyd olunan şahid ifadələrinə digər sübutlarla birlikdə qiymət verməklə hesab edir ki, həmin ifadələr mötəbər sübut kimi qəbul oluna bilməz. 76.Kollegiya həmçinin qeyd edir ki, qətnamədə şahid ifadələrinə qiymət verilməməsi prosessual pozuntu olsa da, düzgün olan qətnamənin ləğvi üçün əsas yaratmır. 77.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 78.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 79.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 80.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 81.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 sentyabr 2022-ci il tarixli, 2(005)-1914/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər..
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov