Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8786/2021 25.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 cavabdehlər İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 qarşı Cavabdeh müstəqil tələb irəli sürməyən 3-cü şəxs olmaqla “müvafiq bölünmə balansının hazırlanıb Cavabdeh-nin qanunvericilikdə müəyyən edilmiş müddətə səhmdarlarının ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyinin qoyulması və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı2 iddianın təmin etmə tədbiri barədə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən əmlakın üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia təmin etmə tədbiri barədə ərizəsini onunla əsalandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2/2021 saylı, 20.05.2021-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı4 Çaylı oğlu və İddiaçı2 cavabdehlər İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, Bünyatov Süleyman Firuddin oğlu, İddiaçı11 qarşı “müvafiq bölünmə balansın hazırlanıb Cavabdeh-nin qanunvericilikdə müəyyən edilmiş müddətə səhmdarlarının ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyinin qoyulması və zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraatın təzələnmişdir. İş materiallarından görünür ki, mən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək iddianı təmin etmək tədbiri kimi Cavabdeh-nin ləğv edilməsinə qadağan qoyulması, həmin cəmiyyət tərəfindən Maştağa qəsəbəsi, M. Hüseynzadə küçəsi, 1 ünvanda yerləşən əmlak kompleksinin, həmçinin istifadəsində olan 17861,9 m2 torpaq sahəsinin satılmasına qadağan qoyulması, İddiaçı5 27670 səhminə, İddiaçı6 20 səhminə, İddiaçı8 320 səhminə, İddiaçı9 20 səhminə, İddiaçı10 20 səhminə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 01.11.2013-cü il tarixli, 2(008)- 7839/2013 saylı qərardadı ilə ərizəsi qismən təmin edilmiş, İddiaçı5 27670 səhminə, İddiaçı6 20 səhminə, İddiaçı8 320 səhminə, İddiaçı9 20 səhminə, İddiaçı10 20 səhminə həbs qoyulmuş, Cavabdeh-nin ləğv edilməsinə qadağan qoyulması və cəmiyyətə məxsus Maştağa qəsəbəsi, M. Hüseynzadə küçəsi, 1 ünvanda yerləşən əmlak kompleksi, həmçinin istifadəsində olan 17861,9 m2 torpaq sahəsinin satılmasına qadağan qoyulması barədə vəsatət rədd edilmişdir. Bundan sonra o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01.11.2013-cü il tarixli, 2(008)-7839/2013 saylı qərardadından şikayəti verərək birinci instansiya məhkəməsindən 01.11.2013-cü il tarixli qərardadının dəyişdirilməsini, ünvan 2 ünvanda yerləşən əmlak kompleksinin, həmçinin istifadəsində olan 17861,9 m2 torpaq sahəsinin satılmasına qadağan qoyulmasını xahiş etmişdir. Lakin Sabunçu Rayon Məhkəməsinin 26.11.2013-cü il tarixli qərardadı ilə şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 24.12.2013-cü il tarixli, 2(103)-6869/2013 saylı qərardadı ilə onun şikayətini təmin edilmiş, ünvan 3 ünvanda yerləşən əmlak kompleksinin və istifadədə olan 1781,9 m2 torpaq sahəsinin satılmasına qadağa qoyulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 24.12.2013-cü il tarixli, 2(103)-6869/2013 saylı icra vərəqəsi Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə icraatına vermişdir. Nərimanov rayon İcra şöbəsi 06.02.2014-cü il tarixli qərarı ilə icraata başlamış və Bakı Apelyasiya Məhkəməsinin 24.12.2013-cü il tarixli icra vərəqəsi icraası üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə 17/69-1913/14- 2 nömrəli, 06.02.2014-cü il tarixli bildirişini göndərmişdir (Nərimanov rayon İcra Şöbəsinin 06.02.2014-cü il tarixli qərarının və bildirişinin surətləri əlavə olunur). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi 01.03.2014-cü il tarixli, **********84 nömrəli məktubu ilə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə bildirilir ki, “sizin 17/69- 1913/14-2 nömrəli, 06.02.2014-cü il tarixli məktubunuzla əlaqədar olaraq bildiririk ki, ünvan 2 ünvanında yerləşən əmlak kompleksi və istifadədə olan 1781,9 m2 torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Lakin Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 6869/2013 saylı, 24.12.2013-cü il tarixli icra vərəqəsi tərəflərindən 20.02.2014-cü il tarixdə icra edilərək qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında sözügedən daşınmaz əmlakın üzərinə qadağa qoyulmuşdur” (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 01.03.2014-cü il tarixli, **********84 nömrəli məktubunun surəti əlavə olunur). Lakin sonradan məlum oldu ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti İddiaçı3 və İddiaçı7 mülkiyyətinə ünvan 2 ünvanında yerləşən əmlak kompleksini və torpaq sahəsini vermişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin 1 saylı Bakı Ərazi İdarəsi 11.04.2019-cu il tarixli, **********73 nömrəli məktubu ilə Sabunçu rayon İcra və Probasiya şöbəsinə bildirilir ki, “sizin 12.03.2019-cu il tarixli, 3056/17 saylı sorğularınıza baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, ünvan 2 ünvanında yerləşən əmlak kompleksinin (kompleksin yerləşdiyi torpaq sahəsi istifadə hüququna əsasən qeydiyyatdan keçmişdir və hazırda kompleksin istifadəsindədir) 99,93 %-ı İddiaçı3, 0,07 %-ı isə İddiaçı7 adlarına 24.06.2014-cü il tarixdə ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir” (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin 11.04.2019-cu il tarixli, **********73 nömrəli məktubunun surəti əlavə olunur). Son olaraq, Bakı İnzibati Məhkəməsinin 2-l(112)- 901/2021 №-li, 12.02.2021-ci il tarixli qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ünvan 4 ünvanında yerləşən əmlak kompleksi və torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə hərəkətləri qanunsuz sayılmışdır. Göründüyü kimi 24.06.2014-cü il tarixinə qədər ünvan 2 ünvanında yerləşən əmlak kompleksi Cavabdehyə məxsus idi. Lakin cavabdehlər İddiaçı3 və İddiaçı7 Bakı Apelyasiya Məhkəməsinin 24.12.2013-cü il tarixli, 2(103)-6869/2013 saylı qərardadından xəbərdar olsalar da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə “arxa qapıdan” daxil olaraq sözügedən əmlak kompleksinə hüquqlarını qeydə aldıra biliblər. Ona görə də əmlak kompleksi hal-hazırda onların mülkiyyətindədir. İş materiallarından görünür ki, İddiaçı3 və İddiaçı7 səhm əvəzində əmlakın götürülməsi zamanı Cavabdehlər tərəfindən cəmiyyətin borc öhdəlikləri üzrə qanunvericiliyə müvafiq bölünmə balansını hazırlamayıblar. İddiaçılar cavabdehlərdən bunun nəticəsində cəmiyyətə dəymiş ziyanın ödənilməsini tələb edirlər. Digər tərəfdən, ehtiyat edir ki, İddiaçı3 və İddiaçı7 öz mülkiyyətlərində olan ünvan 2 ünvanında yerləşən əmlak kompleksini üçüncü şəxsə sata bilərlər. Bununla əlaqələr, o, hesab edirəm ki, Cavabdeh-nin ünvan 2 ünvanında yerləşən əmlak kompleksini satışından sonra işin mahiyyəti üzrə tam və dəqiq araşdırma aparmaq mümkün olmayacaq və bundan sonra məhkəmə qərarının icrasını təmin etmək çətin olacaqdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadı ilə İddiaçı2nin iddianın təmini tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilməmişdir. Həmin qərardaddan İddiaçı2 şikayət verərək, qərardadın ləğv edilməsini və iddianın təmin edilməsi tədbirinin seçilməsi barədə ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi işə birtərəfli, qeyri-obyektiv yanaşmış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, həmçinin işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Ona görə də Sabunçu Rayon Məhkəməsinin 07.06.2021-ci il tarixli qərardadı ləğv olunmalıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2/2021 saylı, 13 iyul 2021-ci il tarixli tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlidə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən iddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən hakim iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə bilər. İş matriallarından görünür ki, 2(103)-6869/2013 saylı 24.12.2013-cü il tarixli Bakı Apellyasiay Məhkəməsinin Mülki Kollegiyasının qərardadı əsasında ünvan 2 ünvanında yerləşən əmlak kompleksinin və istifadədə olan 1781.9 kv.m torpaq sahəsinin satılmasın qadağa qoyulmuşdur. İddiaçı yənidən həmin əmlak üzərinə həps qoyulmasına dair iddia təmin tədbirinə dair ərizəsini onunla əsaslandırır ki, həmin əmlak apelyasiya məhkəməsinin qərardadaı əsasında satılmağına qadağa qoulduğu haldan cavabdehlərdən İddiaçı3 və İddiaçı7 mülkiyyətinə keçirilməsi yenidan həmin əmlakın üzərinə qadağaların qoyulması üçün əsasdır. Məhkəmə haqlı olaraq hesab etmi.dir ki, nə qədər ki, 2(103)-6869/2013 saylı 24.12.2013-cü il tarixli Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadı əsasında iddianın təmin tədbiri kimi eyni əmlak üzrə yəni ünvan 2 ünvanında yerləşən əmlak kompleksinin və istifadədə olan 1781.9 kv.m torpaq sahəsinin satılmasın qoyulmuş qadağa qüvvədədir, yenidən həmin əmlak üzrə hüquqların məhdudlaşdırılmasına zərurət yoxdur. Həmçinin məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddiaçı N.Sulaydinoviçin iddianın təmin tədbirinə dair ərizəsi iddia tələbinə mütanəsib olmadığından da təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 mart 2018-ci il tarixli Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair Plenum qərarına əsasən Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməli, bu tədbirlər müvəqqəti xarakter daşımalı və tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Konstitusiya Məhkəməsi mütənasibliyə aydınlıq gətirərkən qeyd etmişdir ki, qüvvədə olan Mülki Prosessual Məcəllənin şübhəsiz üstünlüklərindən biri məhz iddianı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasibliyi prinsipinin tətbiq edilməsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 158-ci maddəsində nəzərdə tutulmuş hansı təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş tələbə mütənasib olması göstərilmir. Lakin həmin maddənin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı hesab etmişdir ki, hazırki mülki iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə real icra edilə biləcəyi şübhəsi yaranmadığından və tətbiq oluna biləcək tədbirlər verilmiş iddia tələbinə mütənasib olmadığından iddianı təmin etmə tədbirinə dair ərizəsi təmin edilməməlidir. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2/2021 saylı, 07 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8786/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8786/2021
25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver