Məhkəmə qərarları › İş №2(103)-8795/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8795/2021

31.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8795/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh3, ilk iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2(001)-2931/2021saylı qərardadından verdikləri şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “fərdi yaşayış evinin və torpaq sahəsinin 1/2 pay olmaqla naturada bölgüsünün aparılmasına, zəbt olunmuş ərazinin sökülərək ona təhvil verilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin, Cavabdeh3 cavabdeh İddiaçı qarşı “fərdi yaşayış evinin sökülməsinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2(001)-2931/2021 saylı qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı fərdi yaşayış evinin və torpaq sahəsinin 1/2 pay olmaqla naturada bölgüsünün aparılmasına, zəbt olunmuş ərazinin sökülərək ona təhvil verilməsinə dair ilk iddia ərizəsi, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı qarşı fərdi yaşayış evinin sökülməsinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı 2(001)-1823/2021 saylı mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməklə mülki iş üzrə icraat dayandırılmışdır. İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh3, ilk iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05.05.2021-ci il tarixli, 2(001)-2931/2021saylı qərardadından şikayət vermiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2(001)- 2931/2021 saylı qərardadına əsasən şikayət geri qaytarılmışdır. İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı, eyni zamanda ilk iddia ərizəsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Cavabdeh3 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli 2(001)-2931/2021 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şikayət işin icraatının dayandırılmasının düzgün olmaması ilə bağlı olmuşdur. Şikayət verən şəxslər işin icraatının dayandırılmasının əsası ilə razılaşmırlar. Belə olan halda hakim şikayətin işin dayandırılması hissəsinə diqqət yetirmədən şikayətin dəlillərinə qiymət verməmək üçün həmin şəxslərin iş üzrə ekspertizanın təyin edilməsi ilə razılaşmadığını əsas götürərək qərardad qəbul etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(001)- 2931/2021 saylı qərardadı ilə şikayət təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, ilk iddia üzrə İddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Cavabdeh3 (Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi) ərizə ilə məhkəməyə müraciət edərək, onun COVİD 19-la bağlı verilən testin nəticələrinin pozitiv olmasını əsas gətirərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmələrinin üzürlü səbəbləri bildirilməmişdir. Kollegiya ərizəni araşdıraraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 97.1-ci maddəsinin tələblərinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 395.1.ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: 395.1.1. bu Məcəllədə göstərilən hallarda; 395.1.2. məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Həmin Məcəllənin 395.2.-ci maddəsinə əsasən birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən iş üzrə ekspertizanın təyin edilməsi barədə qərardaddan şikayət verilməsi nəzərdə tutulmamış və mülki iş üzrə icraatın dayandırılması prosessual əsaslar mövcud olduqda mümkündür. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, iş üzrə icraat ekspertiza təyin edilməsi ilə bağlı dayandırıldığından şikayət verən şəxslərin işin icraatının dayandırılmasının əsasları ilə bağlı dəlili əsaslı sayıla bilməz. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 97-98, 395, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25.05.2021-ci il tarixli, 2(001)-2931/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar