Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8804/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2378/2021 saylı 08 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9000 ABŞ dolları məbləğində pulun, gecikdirilmi hər il üçün 900 ABŞ dolları olmaqla 18 il üçün 16200 ABŞ dolları pulun, cəmi 25200 ABŞ dolan məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qaraj ünvan 2rəncaməna əsasən, cavabdehə istifadə edilməsi üçün verilmişdir. Həmin qaraj cavabdeh tərəfindən 2002-ci ildə 9000 ABŞ dollarına iddiaçıya satılmışdır. Cavabdeh qarajı satarkən iddiaçıya sərəncamın əslini verməmişdir. Onun iddiaçıya verdiyi sərəncam ksrosurət olmuş və sərəncamın 2.2-ci bəndi pozulmuşdur, iddiaçı qeyd edilən qarajı öz adma sənədləşdirmək istədikdə iddiaçıya məlum olmuşdur ki, cavabdehin ümumiyyətlə həmin qarajı satmağa səlahiyyəti olmamışdır. Bu barədə iddiaçı cavabdehə müraciət edərək qarajı sənədləşdirə bilmədiyini ona demiş, cavabdeh isə bildirmişdir ki, qarajın sənədləşmə işlərində ona kömək edəcəkdir. Əgər sənədləşməni apara bilməsə, cavabdeh aldığı 9000 ABŞ dollarını iddiaçıya geri qaytaracaqdır. Qarajın sənədləşmə işləri ilə əlaqədar cavabdeh 2015-ci ildə notarial qaydada iddiaçıya rəsmi ərizə verərək həmin qarajı 2002-ci ildə satdığını, həmin qarajla bağlı iddiaçıya heç bir iddia və tələbinin olmadığını, qarajın sənədləşdirilməsinə etirazının olmadığını bildirmişdir. Eyni zamanda iddiaçıya 10 iyun 2015-ci il tarixli etibarnamə əsasənda həmin qarajın rəsmiləşdirilməsi üçün müvafiq hərəkətlərin edilməsi barədə iddiaçıya etibarnamə də vermişdir. Sonradan cavabdeh qarajın rəsmiləşdirmə işlərini aparmadığından, iddiaçı ondan ya sənədləşmə işlərini aparmasını, ya da ondan aldığı 9000 ABŞ dolları məbləğində pulu qaytarmasını tələb etsə də, cavabdeh nə sənədləşməni aparmış, nə də pulu qaytarmışdır. Nizami rayon İcra Hakimiyyətinin 14 aprel 1994-cü il tarixli 349 saylı sərəncamının 2.2-ci bəndinə əsasən, sənədləşmənin aparılması mümkün olmamışdır. Bundan sonra iddiaçı başa düşmüşdür ki, cavabdeh onun aldadır, sənədləşməni aparmaq istəmir və nə də pulu qaytarmır. Cavabdeh iddiaçını aldatdığına görə onun barəsində 2016-cı ildə Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət etmiş, uzun araşdırmanın nəticəsi olaraq 12 oktyabr 2020-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, iddiaçıya bu barədə məhkəməyə müraciət etməsi izah edilmişdir. 12.10.2020-ci il tarixli rədd qərarından da görünür ki, cavabdeh qeyd olunan qərara görə, iddiaçıdan 9000 ABŞ dolları almasını etiraf etmişdir. 2002-ci ildən iddiaçıya məxsus 9000 ABŞ dollarının cavabdehdə qalması iddiaçıya külli miqdarda ziyan vurmuşdur. Həmin 9000 ABŞ dolları puldan əlavə hər il üçün 10 faiz hesablanmaqla hər il üçün 900 ABŞ dolları, 18 il üçün 16200 ABŞ dolları hesablanmaqla həmin pul da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd edilənlərə əsasən, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2378/2021 saylı 08 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X1 ödəniş gününə olan manat məzənnəsi 9000 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun 20 manat hissəsinin tutularaq, İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində qarajı 2002ci ildə cavabdehdən aldığını bildirmişdir. Mübahisəli qaraj ünvan 2rəncamına əsasən Cavabdeh adına qanuniləşdirilməsinə qərar verilmişdir. O, qarajın təmirinə təxminən 20000 ABŞ dolları xərc çəkmişdir. İddiaçı dəfələrlə təkidlə həmin qarajın ona satılmasını xahiş etmişdir. O, həmin ərazidə yaşamadığı üçün çəkdiyi xərcin qisməndə olsa qaytarılması üçün qarajı 9000 ABŞ dollarına iddiaçıya satmışdır. Sərəncam yazı makinasında çap olunduğu üçün orada dəqiq nə yazılmasına fikir verməmiş, Sərəncamın 2.2-ci bəndinə əsasən qarajın İcra Hakimiyyətinin icazəsi olmadan satılmasının mümkün olmaması sonradan ona məlum olmuşdur. Lakin sərəncamın surətini qarajı almamışdan əvvəl iddiaçıya vermiş, iddiaçı bunu bilmiş, yenə də qarajı almışdır. Qaraj 18 il iddiaçının istifadəsində olmuşdur. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Lakin göründüyü kimi 18 il sonra iddiaçı məhkəməyə müraciət etmiş və iddia müddəti keçsədə məhkəmə tərəfindən onun iddiası qanunsuz və əsassız olaraq təmin edilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Apellyasiya baxışı zamanı iddiaçı və onun vəkili apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd olunmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, iş üzrə Cavabdeh Bakı şəhəri, Nizami rayonu İcra Hakimiyyəti Başçısının 349 saylı 14 aprel 1994-cü il tarixli sərəncamının kserosürəti ilə ünvan 3 ünvanında yerləşən qarajı 2002-ci ildə 9000 ABŞ dollarına İddiaçı satmışdır. Sənədləşmə işlərinin aparılması üçün 10.06.2015-ci ildə Cavabdeh tərəfindən iddiaçıya etibarnamə verilmişdir. Lakin sözügedən qarajın iddiaçının adma sənədləşdirilməsi mümkün olmadığına və cavabdehin səlahiyyətli şəxs olmasını təsdiq edən sənədi təqdim etmədiyinə, bununla da faktiki olaraq iddiaçını aldatdığına görə 9000 ABŞ dolları məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçı özü qarajı 2002-ci ildə cavabdehdən aldığını bildirmişdir. Hazırki iddia ərizəsi ilə isə məhkəməyə 11.02.2021-ci il tarixdə müraciət etmişdir. Cavabdehin də apellyasiya şikayətinin dəlili iddia müddətinin tətbiq edilməsindən ibarətdir. Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmiş, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmiş, lakin həmin bildirişin cavabdeh tərəfindən alınıb-alınmaması barədə iş materiallarına heç bir sənəd əlavə edilməmişdir. Məhkəmənin 27 aprel 2021-ci il tarixli iclasında özünü cavabdehin oğlu kimi təqdim edən Tural Kazımlı məhkəməyə etibarnamə təqdim etmiş, nümayəndənin cavabdehlə qohumluq münasibətlərini təsdiq edən sənədin təqdim edilməsi üçün məhkəmə iclası 07 may 2021-ci il tarixə təxirə salınmış, 07 may tarixli məhkəmə iclasında həmin sənədi təqdim edə bilmədiyi üçün işə cavabdehin iştirakı olmadan baxılmamışdır. Cavabdehin nümayəndəsi və vəkili Vüsal Yadigarov məhkəməyə 08.05.2021-ci il tarixdə ərizə təqdim etmiş və qeyd etmişdir ki, cavabdehin oğlu bütün məhkəmə iclaslarında izahat vermiş, halbuki onun cavabdehin adından çıxış etmək hüququ olmamış, iş materialları ilə tanış olmaq üçün məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. İş materiallarından görünür ki, həmin ərizə iş üzrə məhkəmə qətnaməsi elan olunduqdan sonra təqdim edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh birinci instansiya məhkəməsində iddia müddətinin tədbiqi ilə bağlı ərizə vermək imkanı olmamış və ona görə apellyasiya şikayətindən iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilənlərə əsasən, kollegiya hesab edir ki, iddia ərizəsi iddia müddəti ötürüldükdən sonra verildiyindən cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-2378/2021 saylı 08 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-8804/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8804/2021
02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver