Məhkəmə qərarları › İş №2(103)-8808/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8808/2019

11.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8808/2019 11.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı “İddiaçık” ASC-nin nümayəndəsi və vəkili X1, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-108/2018 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı “İddiaçık” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və qeyrilərinə “tələbin ipoteka predmetlərinə yönəldilməsi və sair” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-108/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təminedilərək, xx.xx.2014-cü il tarixli, **********52114/ip-1 №-li İpoteka müqaviləsi və xx.xx.2015-ci il tarixli, **********997915/SİM-1 №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, general Akim Abbasov küçəsində 2 nömrəli evin 6-cı mərtəbəsində yerləşən 63,32 kv.m yaşayış, 26 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 89,32 kv.m təşkil edən 4 otaqlı, 11 nömrəli mənzilə (1-ci İpoteka predmeti), xx.xx.2014-cü il tarixli **********52114/ip-2 №-li İpoteka müqaviləsi və xx.xx.2015-ci il **********97915/SİM-2 №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh5 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində 22 nömrəli evin 8-ci mərtəbəsində yerləşən 30,10 kv.m yaşayış, 19,60 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 49,7 kv.m təşkil edən 2 otaqlı, 54 nömrəli mənzilə (2-ci ipoteka predmeti) və xx.xx.2014-cü il tarixli, **********52114/ip-3 №-li İpoteka müqaviləsi və xx xxxxx 2015-ci il tarixli, **********97915/SİM-3 №-li Sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən Cavabdeh9 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsində 4 B nömrəli evin 5-ci mərtəbəsində yerləşən 47,40 kv.m yaşayış, 21,40 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 68,80 kv.m təşkil edən 3 otaqlı, 8 nömrəli mənzilə tutmanın yönəldilməsi və həmin əmlak obyektlərinin satışında əldə olunan vəsaitlər hesabına borc alan “X3 Təsərrüfatı” MMC-nin, -xx.xx.2014-cü il tarixli, **********52114 saylı Kredit müqaviləsi üzrə iddiaçı “İddiaçık” ASC qarşısındakı 230507,95 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 8672,112 manat məbləğində adi faizlər üzrə borc məbləği, 100 manat cərimə, cəmi 239 280,06 manat (iki yüz otuz doqquz min iki yüz səksən manat 06 qəpik) -xx.xx.2015-ci tarixli, **********97915 saylı kredit müqaviləsi üzrə iddiaçı “İddiaçık” ASC qarşısındakı 33333,32 manat məbləğində əsas borcu, kreditdən istifadəyə görə hesablanmış 1266,67 manat məbləğində adi faizlər üzrə borc məbləği, 100 manat cərimə, cəmi 34 699.99 manat (otuz dörd min altı yüz doxsan doqquz manat 99 qəpik) və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 180 (yüz səksən) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 114 (bir yüz on dörd) manat məbləğində çəkilmiş xərclər 1-ci, 2-ci və 3-cü İpoteka predmetlərinin dəyərindən iddiaçı “İddiaçık” ASC-nin xeyrinə tutulması; Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində 22 nömrəli evin 8-ci mərtəbəsində yerləşən 30,10 kv.m yaşayış, 19,60 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 49,7 kv.m təşkil edən 2 otaqlı, 54 nömrəli mənzilin ilkin satış qiymətinin 110 000 (yüz on min) manat, Bakı şəhəri, Yasamal rayonu, general Akim Abbasovküçəsində 2 nömrəli evin 6-cı mərtəbəsində yerləşən 63,32 kv.m yaşayış, 26 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 89,32 kv.m təşkil edən 4 otaqlı, 11 nömrəli mənzilin ilkin satış qiymətinin 150 000 (yüz əlli min) manat, Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsində 4B nömrəli evin 5-ci mərtəbəsində yerləşən 47,40 kv.m yaşayış, 21,40 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 68,80 kv.m təşkil edən 3 otaqlı, 8 nömrəli mənzilin ilkin satış qiymətinin 140 000 (yüz qırx min) manat müəyyən edilməsi və açıq hərracda satılması və ipoteka predmetlərinin satıldıqdan ən geci 1 ay ərzində boşaldılması qərara alınmışdır. Apellyasiya şikayətləri və onun dəlilləri: İddiaçı “İddiaçık” ASC apelyasiya şikayəti verərək qeyd etmişdir ki, məhkəmə tənasübsüzlük barədə gəldiyi nəticəyə heç bir şərh verməyərək hər iki kredit müqaviləsi üzrə müəyyən edilmiş 100 manat məbləğində penyanın nə cür hesablanmasını qeyd etməmişdir. Bu səbəbdən, qətnamənin qismən ləğv edilməsi və iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdehlər Cavabdeh1 və qeyriləri də apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili T.Şahbazov apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehlərin şikayəti ilə razılaşmayaraq rədd edilməsini, eyni zamanda ekspert rəyi ilə razılaşmadığını təkrar ekspertiza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının şikayəti ilə razılaşmayaraq rədd edilməsini, vəsatətə etiraz etmədiyini bildirdi xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkündür. Sübutların tədqiqi: İddiaçı (Kreditor) ilə üçüncü şəxs «X3 Təsərrüfatı» MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli **********52114 №-li Kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana 60 (altmış) ay müddətinə, kreditdən istifadəyə görə illik 6 % (altı faiz) ödənilməsi şərtilə 260 000 (iki yüz altmış min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, İddiaçı ilə Cavabdeh1 arasında sonuncuya məxsus Bakı şəhəri, Yasamal rayonu, general Akim Abbasov küçəsində 2 nömrəli evin 6-cı mərtəbəsində yerləşən 63,32 kv.m yaşayış, 26 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 89,32 kv.m təşkil edən 4 otaqlı, 11 nömrəli mənzilin ipoteka qoyulması barədə xx xxxxx 2014-cü il tarixli **********52114/ip-1 №-li; Cavabdeh5 arasında sonuncuya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu küçəsində 22 nömrəli evin 8-ci mərtəbəsində yerləşən 30,10 kv.m yaşayış, 19,60 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 49.7 kv.m təşkil edən 2 otaqlı, 54 nömrəli mənzilin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********114/ip-2 №-li; Cavabdeh9 arasında sonuncuya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsində 4B nömrəli evin 5-ci mərtəbəsində yerləşən 47.40 kv.m yaşayış, 21,40 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 68,80 kv.m təşkil edən 3 otaqlı, 8 nömrəli mənzilin ipoteka qoyulması barədə xx.xx.2014-cü il tarixli **********114/ip-3 №-li İpoteka müqavilələri bağlanmışdır. İddiaçı ilə «X3 Təsərrüfatı» MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********97915 №-li Kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana 36 (otuz altı) ay müddətinə, kreditdən istifadəyə görə illik 6 faiz ödənilməsi şərtilə 50.000 (əlli min) manat məbləğində kredit təqdim edilmişdir. Müvafiq kredit müqaviləsinin təminatı olaraq, əvvəlki kredit müqaviləsinin təminatı olan ipoteka predmetləri xx xxxxx 2015-ci il tarixli müvafiq olaraq, **********97915/SİM-l №-li, **********97915/SİM-2 №-li və **********97915/SİM-3 №-li Sonraki ipoteka müqavilələri bağlanmışdır. Mülki iş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli, 18923 saylı məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki: -xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə “X3 Təsərrüfatı” MMC-nin xx.xx.2017-ci il tarixə banka olan borcu 34.599,99 manat təşkil edir, o, cümlədən əsas borc üzrə-33.333,32 manat, faiz borcu üzrə 1266,67 manat; -xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə “X3 Təsərrüfatı” MMC-nin xx.xx.2017-ci il tarixə banka olan borcu 239.180,07 manat təşkil edir, o cümlədən, əsas borc üzrə 230.507,95 manat, faiz borcu üzrə 8672,12 manat. Məhkəmə əmtəəşünaslıq ekspertizası əsasında müəyyən edilmişdir ki: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu küçəsində 22 nömrəli evin 8-ci mərtəbəsində yerləşən 30,10 kv.m yaşayış, 19,60 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 49.7 kv.m təşkil edən 2 otaqlı, 54 nömrəli mənzilin bazar qiyməti 110.000 manat; Bakı şəhəri, Yasamal rayonu, general Akim Abbasov küçəsində 2 nömrəli evin 6-cı mərtəbəsində yerləşən 63,32 kv.m yaşayış, 26 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 89,32 kv.m təşkil edən 4 otaqlı, 11 nömrəli mənzilin bazar qiyməti 150.000 manat; Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsində 4B nömrəli evin 5-ci mərtəbəsində yerləşən 47.40 kv.m yaşayış, 21,40 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 68,80 kv.m təşkil edən 3 otaqlı, 8 nömrəli mənzilin bazar qiyməti 140.000 manat təşkil edir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən, -xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə “X3 Təsərrüfatı” MMC-nin sonuncu iddia tələbinin tarixinə, yəni xx xxxx 2018-ci il tarixə banka olan borcu 35.233,32 manat təşkil edir, o, cümlədən əsas borc üzrə-33.333,32 manat, faiz borcu üzrə 1900,0 manat; -xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə “X3 Təsərrüfatı” MMC-nin yəni xx xxxx 2018-ci il tarixə banka olan borcu 247.516,77 manat təşkil edir, o cümlədən, əsas borc üzrə 230.507,95 manat, faiz borcu üzrə 17008,82 manat. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə tam yoxlayır. Məhkəməkollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, cavabdehlərin apelyasiya şikayəti isə təmin edilməməlidir. Mülki iş materiallarından məlum olur ki, cavabdeh tərəfindən öhdəliklər müəyyən müddət icra olunsa da sonradan lazımınca icra olunmamış və onun iddiaçıya yuxarıda qeyd olunan məbləğdə borcu yaranmışdır. Belə ki, hazırkı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən, -xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə “X3 Təsərrüfatı” MMC-nin yəni xx xxxx 2018-ci il tarixə banka olan borcu 247.516,77 manat təşkil edir, o cümlədən, əsas borc üzrə 230.507,95 manat, faiz borcu üzrə 17008,82 manat -xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə “X3 Təsərrüfatı” MMC-nin sonuncu iddia tələbinin tarixinə, yəni xx xxxx 2018-ci il tarixə banka olan borcu 35.233,32 manat təşkil edir, o, cümlədən əsas borc üzrə-33.333,32 manat, faiz borcu üzrə 1900,0 manat təşkil edir. Azяrbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki: “Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehlərdən faizborcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərdən xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə faiz borcuna görə 17008,82 manat, xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1900,0 manat tutulmalı, qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi hər iki kredit müqaviləsi üzrə müəyyən edilmiş cavabdehlərdən tutulmalı cərimənin məbləğinin azaldılaraq, 100 manat məbləğində müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası, cavabdehlərin apelyasiya şikayətində münasibətdə qeyd edir ki, kredit müqaviləsi üzrə borc olduğundan apelyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Məcəllənin 296.1-ci və 297-ci maddələrinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət etmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracda satış yolu ilə realizə edilir (satılır). Əgər borclu icrasını təmin etmək üçün əşyanın girova verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, girov saxlayan girov ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. (319.1-ci maddə) Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehlərdən faizborcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərdən xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə faiz borcuna görə 17008,82 manat, xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1900,0 manat tutulmalı, qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalı qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, cavabdehlərin apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu şikayəti vermiş tərəflərə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri cavabdehlərdən tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı “İddiaçık” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Yasamal Rayon Məhkəməsinin 2(004)-108/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsifaiz borcunun tutulmasıhissəsindədəyişdirilsin, xx xxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə faiz borcuna görə 17008,82 manat, xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 1900,0 manat tutulsun. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə qalan (mübahisələndirilən) hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehlərin apelyasiya şikayəti təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat dövlət büdcəsinə SAP (XİİS) hesabı Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE******************** hesablaşma hesabına cavabdehlərdən müştərək qaydada alınaraq ödənilsin. Apelyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar