Məhkəmə qərarları › İş №2(103)-881/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-881/2024

23.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-881/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı2 vəkili Vəkil1, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onun, eyni zamanda Cavabdeh8, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı “cavabdehlərin inşa etdiyi evlərin və hasarın cavabdehlərin öz vəsaiti hesabına sökülərək torpaq sahəsinin boşaldılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3360/2023 nömrəli 13 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 (üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Hövsan Südçülük sovxozu ərazisində yerləşən 0.28 ha torpaq sahəsinin sərhədlərinin naturada müəyyən olunaraq, həmin ərazidə cavabdehlərin inşa etdiyi evlərin və hasarın cavabdehlərin öz vəsaiti hesabına sökülərək həmin torpaq sahəsinin boşaldılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını, həmçinin dələduzluq cinayəti törədərək pullarını talamış Cavabdeh1 əməllərinə hüquqi qiymət verilməsi ilə bağlı xüsusi qərardad çıxararaq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-284/2023 nömrəli 18 may 2023-cü il tarixli qərardadına əsasən mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3360/2023 nömrəli 13 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı2 adına verilmiş reyestr nömrəsi **********15 olan torpaq sahəsinin planı və ölçüsünə dair sənəddə göstərilmiş 0.20 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində və 4 saylı Ərazi İdarəsi tərəfindən İddiaçı1 adına verilmiş reyestr nömrəsi **********16 olan torpaq sahəsinin planı və ölçüsünə dair sənəddə göstərilmiş 0.08 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları daxilində yerləşən torpaq sahəsində Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən inşa edilmiş fərdi yaşayış evləri və başqa tikililərin (hasar) cavabdehlərin vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılması, iddianın qalan hissədə təmin olunmaması, ekspertiza xərci – 50 (əlli) manatın Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən apellyasiya şikayəti verilmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli sorğusu ilə həmin mülki iş üzrə Cavabdeh1 nümayəndəsi-vəkili tərəfindən qətnamədən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxılması ilə əlaqədar zərurət yarandığından mülki işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 vəkili mülki işin baxışdan çıxarılmasına etiraz etmədiyini bildirdi. Cavabdehlərin nümayəndəsi-vəkili Vəkil2 mülki işin baxışdan çıxarılmasına etiraz etmədiyini bildirdi. Cavabdeh1 mülki işin apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin Mülki Prosessual Məcəllənin 360- 364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılaraq həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 364.1-ci maddəsinə görə, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayətinin mülki prosessual normalara uyğun verilib-verilməməsinin yoxlanılması həmin qətnaməni qəbul etmiş birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3360/2023 nömrəli 13 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh8, Cavabdeh7, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 tərəfindən verilmiş şikayətlərin icraata qəbul olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-ciü il tarixli 2(103)-7679/2023 nömrəli qərardadı ləğv olunsun, qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar