Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8839/2020 09.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-730/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “xxxx” MTK-ya və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MTK-dan yerinə yetirmədiyi öhdəliyə görə 21.060 manat, dövlət rüsumu olaraq ödənilən 31 manat, cəmi 21.091 manat pulun alınaraq 7030 manat İddiaçı1, 14.061 manat İddiaçı2, yetirilmiş mənəvi ziyana görə 20.000 manat pulun alınaraq 10.000 manat İddiaçı1, 10.000 manat İddiaçı2 ödənilməsi, cavabdeh “xxxx” MMC-dən xx xxxxxx 2006-xx xxxxx 2019-cu illər ərzində əlavə ödənilən xxxxə görə, 1010 manat pulun alınaraq 337 manat İddiaçı1, 673 manat cavabdeh İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-730/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh “xxxx” MTK-dan 4.830 (dörd min səkkiz yüz otuz) ABŞ dolları pulun ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası Manatı ilə alınaraq həmin pulun 3.220 (üç min iki yüz iyirmi) ABŞ dolları İddiaçı2 ödənilməsi, qalan 1.610 (bir min altı yüz on) ABŞ dolları pul isə digər İddiaçı1 ödənilməsi, cavabdeh “xxxx” MMC-dən xx xxxxxx 2018-ci ildən xx xxxxx 2019-cu ilə qədər əlavə ödənilən xxxxə görə 100.80 (bir yüz manat səksən qəpik) manat pulun alınaraq 67.20 (altmış yeddi manat iyirmi qəpik) manatı İddiaçı2 ödənilməsi, qalan 33.60 (otuz üç manat altmış qəpik) manat pulun isə İddiaçı1 ödənilməsi, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh “xxxx” MMC apelyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə daxil olmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, mülki iş üzrə Xətai Rayon məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin Xətai Rayon Məhkəməsinə göndərilməsi xahiş olunur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apelyasiya şikayətinin mümkünlüyünün yoxlanılması və ona hüquqi qiymət verilməsi üçün hazırki mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-730/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apelyasiya şikayəti apelyasiya baxışından çıxarılaraq mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8839/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8839/2020
09.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver