Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8847/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyev ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın cavabdehdən alınaraq iddiaçının himayəsinə verilməsi və uşağın saxlanması üçün aliment tutulması barədə” iddiasına dair mülki iş üzrə Qaradağ Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, ərazi aidiyyətinə görə iddia ərizəsinə Qaradağ RM-də baxılmalı deyil, çünki iddia ərzəsinə cavabdehin Qaradağ rayonunda qeydiyyata alınması barədə sənəd əlavə olunmayıb, habelə elektron informasiya sistemindən cavabdehin qeydiyyat ünvanı barədə məlumat əldə etmək mümkün olmadı. Hüquqi əsas kimi Mülki-Prosessual Məcəllənin 152.1.3-cü maddəsinin göstərişinə istinad olunub. Bu maddəyə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin olunmalıdır. Belə ki, şikayətə apellyasiya qayadasında baxılarkən cavabdehin Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Belə ki, cavabdeh məhkəmə iclasına gələrək şəxsiyyət vəsiqəsini təqdim etmiş, iddiaçı isə MAPS Şöbəsinin arayışını məhkəməyə göndərmişdir. Mülki-Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İddiaçı düzgün olaraq iddia ərizəsini Qaradağ RM-nə verib, iddia ərizəsinin geri qaytarılması Mülki-Prosessual Məcəllənin 152.1.3-cü maddəsinin göstərişinə uyğun deyil, ona görə də qərardad ləğv olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin olunsun. Hazırkı iş üzrə Qaradağ Rayon Məhkəməsinin 26.07.2021-ci il tarixli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8847/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8847/2021
03.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver