Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-887/2024 08.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh 2 saylı X6rşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-887/2024 (Açar sözlər: əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X7 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı Bakı şəhəri üzrə Təhsil İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh 2 saylı X6rşı “əmrlərin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-2028/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh 2 saylı X6rşı “işə bərpa və s.” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli əmr və xx.xx.2023-cü il tarixli əmrin etibarsız hesab edilməsi, tarix müəllimi vəzifəsinə bərpa olunaraq xx.xx.2023-cü il tarixdən işləmədiyi müddətdə orta aylıq əmək haqqı miqdarında ziyanın cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixindən Bakı şəhəri 2 saylı X9 müvəqqəti direktor əvəzi Aybəniz Cavadova tərəfindən iddiaçı barəsində xəbərdarlıq edilmədən əmr verilərək xx.xx.2023-cü il tarixi müddətində əmək fəaliyyətini məhdudlaşdırılmışdır. xx.xx.2023-cü il tarixində 2 saylı TH Liseyin təşkilatçısı Kəmalə Abbasova direktor vəzifəsini müvəqqəti icra edən adından xəbərdarlıq edilmədən əmək müqaviləsinə xitam verilməsi haqqında əmr imzalamışdır. Bu xəbəri aldıqdan sonra xx.xx.2023-cü il tarixində 2 saylı TH Liseyin direktoru Turanə Məcidliyə ərizə ilə müraciət etdikdən sonra xx.xx.2023-cü il tarixli əmrin surəti iddiaçıya təqdim edilmişdir. Bununla əlaqədar olaraq bildirmək istəyir ki, həyat yoldaşı 2009-cu ildə vəfat etdikdən sonra 2 azyaşlı uşaqları tək böyütmüşdür. Biri 10-cu sinifdə, digəri isə ali məkətəbə imtahan vermişdir. Başlıca məqsədi onların təhsillərini başa vurmalarını nəticələndirməkdir. Bu səbəbdən əmək fəaliyyətini davam etmək hüququndan istifadə etmək istəyir. 1993-1994cü illər arasında Azərbaycan torpaqlarının bütövlüyü uğrunda Qarabağın Murov dağ istiqamətində Kəlbəcərdə ağır döyüşlərdə iştirak etmişdir. İddiaçı haqqında xx.xx.2022-ci il tarixli əmr verilərkən razılaşma olmayıb, ərizəsi yazılmayıb, xəbərdarlıq edilmədən, heç bir müddət göstərilmədən əmək müqaviləsi imzalanmayıb. AR Əmək Məcəlləsinin 81.2-ci maddəsinə əsasən məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Ümumiyyətlə, xx.xx.2022-ci il tarixli əmr Əmək Məcəlləsinin tələbləri pozularaq qanunsuz olaraq yazılmışdır. AR Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə əməl edilməyərək xəbərdarlıq edilmədən xx.xx.2023-cü il tarixli əmr qanunsuz olaraq yazılmışdır. Sözügedən əmr işəgötürənlə işçi arasında fərdi qaydada yazılmalı olduğu halda qanunsuz olaraq siyahı əsasında bir neçə müəllimin adları göstərilərək qanunsuzluqların üstünü örtmək məqsədilə yazılmışdır. Əmək Məcəlləsinin 84.1 maddəsinə əsasən, xx.xx.2023-cü il tarixli əmr yazılarkən hüquqi ünvan göstərilməyib, işəgötürənin vəzifəsinin adı və atasının adı göstərilməyib, əmək müqaviləsi üzrə işçinin vəzifəsi, peşəsinin adı qeyd edilməyib, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməyib, əmr 2 saylı TH Liseyin direktoru Turanə Məcidli tərəfindən imzalanmalı olduğu halda liseyin təşkilatçısı Kəmalə Abbasova tərəfindən imzalanmışdır.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 2028/2023 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin edilməmişdir.
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1.1, 10-1.2, 10-1.6, 70-ci maddənin “e” bəndi, 77.1, 83.1, 83.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı barəsində işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixli, 113 nömrəli “çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin uzadılması barədə” əmr verilərək onun fəaliyyətini xx.xx.2023-cü il tarixə qədər çalışma müddətini məhdudlaşdırarkən onunla hər hansı müqavilə bağlanmamış, bununla bağlı onu yazılı razılığı alınmamış, bu barədə xəbərdar edilməmişdir. Məhkəmə həmin əmrə münasibətdə belə qənaətə gəlmişdir ki, iddiaçı dövlət büdcəsindən maliyyələşən müəssisədə çalışmanın son yaş həddinə çatdığına görə tədris ilinin sonunadək onun çalışma müddəti uzadılmışdır. Həmçinin çalışma müddətinin uzadılmasına onun razılıq verməyi barədə mübahisəyə münasibətdə qeyd etmişdir ki, qanunvericilikdə işçinin bu razılığı məhz yazılı formada verməli olduğu əks olunmamışdır. Məhkəmənin gəldiyi bu qənaət düzgün hesab oluna bilməz, çünki Əmək Məcəlləsinin 81-ci maddəsinin İİ hissəsində birbaşa göstərilir ki, bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Məhkəmə yuxarıda qeyd edilən halları araşdırmadan həmçinin işəgötürən barəsində verilmiş əmrin (X5 məzuniyyətə buraxılması barədə) xx.xx.2023-cü il tarixdə verildiyi halda onun xx.xx.2023-cü il tarixdən növbəti əmək məzuniyyətinə buraxılmasının qanunsuz olmasına heç bir əhəmiyyət verməmiş, sübutları doğru-düzgün araşdırmamış, bununla da düzgün olmayan nəticəyə gəlmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin məhkəməyə təqdim etdiyi əsasnamədən görünür ki, direktorların təyin edilməsi, onların işdən çıxarılması və ya direktor vəzifəsini müvvəqəti icra edənin təyin edilməsi Bakı şəhəri üzrə Təhsil İdarəsinin səlahiyyətlərinə aid deyil, Elm və Təhsil Nazirliyinin səlahiyyətlərinə aiddir. xx.xx.2023-cü il tarixində direktor vəzifəsinə təyin olunan cavabdeh Turanə Məcidli xx.xx.2023-cü il tarixindən məzuniyyətə buraxılaraq onun yerinə 2022-2023-cü tədris ilində məzuniyyətdə olan təşkilatçı Kəmalə Abbasova direktor vəzifəsini müvəqqəti icraedən təyin edilir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdilər.
9. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi X8 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi.
10. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
12. Maddə 10-1.1. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.
13. Maddə 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
14. Maddə 10-1.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun 10-1.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər.
15. Maddə 10-1.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir.
16. Maddə 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
17. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
18. Maddə 138. Bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
28. Belə ki, iş materiallarında olan, 2 saylı X9 xx.xx.2022-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, İddiaçı çalışma müddəti yaş həddinə çatması ilə əlaqədar olaraq 2022/2023-cü tədris ilinin sonunadək uzadılmışdır.
29. 14 avqust 2023-cü il tarixli 8 saylı əmrdən çıxarışın surətindən görünür ki, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə son yaş həddinə çatmağı əsası ilə məzuniyyətinin son günü olan xx.xx.2023-cü il tarixindən xitam verilmişdir.
30. Bakı şəhər üzrə Təhsil İdarəsinin 20 iyul 2023-cü il tarixli əmrinin surətindən görünür ki, 2 saylı X9 direktoru 22 avqust 2023-cü il tarixinə kimi məzuniyyətə buraxılmış və müəssisəinin direktor vəzifəsinin həvalə olunduğu şəxs X2 olmuşdur.
31. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin rəhbərlərinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 2973-02/10 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Elm və təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, F-467 saylı əmrində tədris ili ərzində çalışmanın yaş həddinə çatacaq müəllimlər ilə razılıqları əsasənda həmin tədris ilinin sonunadək müddətli əmək müqaviləsi bağlanılması və tədris ilinin sonunda yaranacaq vakansiyaların yeni tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsində elan edilməsi tapşırılmışdır. Həmçinin qeyd edilmişdir ki, hazırki vəziyyətdə sənəd dövriyyəsi və icraatda əlavə çətinliklərin yaranmasının aradan qaldırılması məqsədi ilə, tədris ili ərzində ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə çatan işçilərin çalışma müddətinin 2022/2023-cü tədris ilinin sonunadək (xx.xx.2023-cü il tarixədək) uzadılmasına Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfinfən ümumi qaydada razılıq verilir.
32. İşin faktiki hallarından da göründüyü kimi, İddiaçı 65 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuş, beləliklə, o, Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinin təsir dairəsinə düşmüşdür. 2 saylı X9 xx.xx.2022-ci il tarixli əmri ilə onun əmək müqaviləsinin müddəti Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinə əsasən tədris ilinin sonuna qədər uzadılmışdır.
33. Kollegiya ilk növbədə iddiaçının işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixli əmrlə onun əmək müqaviləsi uzadılan zaman yazılı razılığının alınmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd edilən normalarından da göründüyü kimi əmək müqaviləsinin müddəti uzadılan zaman işçinin yazılı razılığının alınması ilə bağlı hər hansı tələb mövcud deyildir və bununla bağlı işəgötürənin üzərinə işçidən yazılı razılığın alınmasına dair öhdəliyin qoyulması nəzərdə tutulmamışdır.
34. Həmçinin, onu da qeyd etmək lazımdır ki, iddiaçı öz doğum gününün 04 dekabr tarixində olduğunu və dolayısı ilə xx.xx.2022-ci il tarixində 65 yaşı olduğunu bilmişdir və hamıya məlum olan halların sübut olunmasına ehtiyac yoxdur. 65 yaşı olmasına rəğmən əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilənədək özü bununla bağlı heç bir təşəbbüs göstərməmiş, hələ də işləməyə davam etməsinin səbəbləri barədə maraqlanmamış və başqa sözlə desək, buna narazı olduğunu göstərən hər hansı hərəkət etməmiş və işəgötürənlə münasibətlərinə davam etmişdir. Bu da o deməkdir ki, iddiaçı artıq öz hərəkətsizliyi ilə əmək müqaviləsinin uzadılmasına razılığını göstərmişdir. Buna görə də iddiaçının işəgötürən tərəfindən xx.xx.2022-ci il tarixli əmrlə onun əmək müqaviləsi uzadılan zaman yazılı razılığının alınmaması ilə bağlı dəlilləri əsassız hesab olunmalıdır.
35. Kollegiya iddiaçının 14 avqust 2023-cü il tarixli işdən azad olunma ilə bağlı əmrə münasibətdə işdən azad olunmamışdan qabaq ona xəbərdarlıq edilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən işçi çalışmanın yaş həddinə çatmaqla işdən azad olunarkən onun öncədən rəsmi xəbərdar edilməsi tələb olunmur. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi hallarında rəsmi xəbərdar etmə ilə bağlı tələb yalnız məcəllənin 70-ci maddəsinin “b” bəndi, yəni işçilərin sayı və ya ştatları ixtisar edildikdə xitam verilməsi hallarında mövcuddur. Hazırki mübahisənin predmeti də qeyd olunan normanın təsir dairəsinə aid olmadığından xəbərdar etmə ilə bağlı hansısa tələbinin işəgötürənin üzərinə qoyulmasının hüquqi əsası mövcud deyildir.
36. Məhkəmə iddiaçının 14 avqust 2023-cü il tarixli işdən azad olunma ilə bağlı əmrə münasibətdə əmri X1 imzalaması və sonuncunun bununla bağlı səlahiyyətinin olmaması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, iş materiallarından göründüyü kimi Bakı şəhər üzrə Təhsil İdarəsinin 20 iyul 2023-cü il tarixli ilə 2 saylı X9 direktoru X11 22 avqust 2023-cü il tarixinə kimi məzuniyyətə buraxılmış və müəssisəinin direktor vəzifəsinin həvalə olunduğu şəxs X2 olmuşdur. Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Həmin Məcəllənin 138-ci maddəsinə əsasən bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Qeyd olunanlardan da göründüyü kimi xx.xx.2023-cü il tarixli əmr imzalanan zaman X2 buna səlahiyyətli şəxs olmuş, şəgötürən tərəfindən bu məsələdə də qanunvericiliyin tələbləri gözlənilmişdir.
37. İddiaçı həmçinin apellyasiya instansiyası məhkəməsinə xx.xx.2024-cü il tarixdə ünvanladığı ərizədə qeyd etmişdir ki, direktor vəzifəsini müvəqqəti icra edən şəxsin təyin olunması yalnız direktor işdən azad olduğu zaman mümkün ola bilər və işəgötürənin məzuniyyətə çıxdığı zaman onun vəzifələrini müvəqqəti icra edən şəxsin təyin edilməsi əmək qanunvericiliyində nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edilənlərə münasibətdə bildirir ki, iddiaçının qeyd etdiyi məsələnin qanunvericiliklə tənzimlənməsinə ehtiyac yoxdur və hər bir məsələnin həlli qaydasının maddi norma ilə müəyyən edilə bilməsi qeyrimümkündür. Hamıya məlum olan haldır ki, müəssisənin rəhbəri digər işçilərə münasibətdə daha geniş səlahiyyətlər dairəsinə malikdir və əgər həmin şəxs məzuniyyətə ayrılarsa, onun vəzifələrinin kiminsə tərəfindən icra olunması müəssisənin fəaliyyəti və işçilərlə olan münasibətlərlə əlaqədar artıq qaçınılmaz zərurətdən irəli gəlir. Ona görə də bu halın hansısa qanunvericilik aktı ilə tənzimlənməsinə gərək yoxdur.
38. Yuxarıda qeyd olunanlardan əlavə kollegiya qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin yuxarıda sadalanan müddəalarından göründüyü kimi, dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddətinin uzadılması onun işlədiyi müvafiq dövlət orqanının səlahiyyətinə aiddir və işçinin həmin müəssisədə çalışmasının davam etdirilməsi barədə qərar qəbul etmək imkanı müvafiq dövlət orqanlarının diskresion səlahiyyəti kimi nəzərdə tutulmaqla, həmin orqan(lar)ın bu səlahiyyət(lər)indən istifadə etmələri (etməmələri) işçinin hüququnun pozulması kimi qiymətləndirilə bilməz.
39. Kollegiya həmçinin hesab edir ki, iddiaçının əmrin ləğv edilməsi və işə bərpa edilməsi barədə tələbləri əsassız hesab olunduğu üçün, iddia tələbinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsi də prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparmadan yuxarıda göstərilən əsaslarla rədd edilməlidir.
40. Qeyd olunanlara əsasən kollegiya qeyd edir ki, cavabdeh təşkilatın mübahisələndirilən əmri qanunvericiliyə uyğun olmaqla, onun ləğv edilməsi üçün əsas mövcud deyildir, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
42. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
44. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-2028/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova