Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8883/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2282/2021 saylı iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-na, Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə hüquqlarının tanınmaqla ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş В blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m yaşayış sahəsi, 136,40 kv.metr olan izolə olunmuş 4 otaqdan ibarət B02 saylı mənzilə dair müqavilə üzrə hüquqların tanınması və həmin sahədən istifadəsi ilə bağlı bütün maneələrin aradan qaldırılması öhdəliyinin Cavabdeh2 MMC və Cavabdeh1 MTK-nın üzərinə qoyulması xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 05.07.2018-ci il tarixində Cavabdeh2 MMC və Cavabdeh1 MTK arasında podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh1 MTK nəzərdə tutulmuş tikinti quraşdırma işlərinin həyata keçirilməsi, "xxxx" MMC isə bunun müqabilində müqavilə ilə şərtləndirilmiş pul məbləğinin ödənilməsi öhdəliklərini üzərlərinə götürmüşlər. 05.07.2018-ci il tarixində Cavabdeh2 MMC və Cavabdeh1 MTK arasında bağlanmış 0507/01-18 saylı müqaviləyə əsasən tərəflər 05.07.2018-ci il tarixli podrat müqaviləsi əsasında yerinə yetirilmiş işlərin həcminə uyğun olaraq Konstra” MTK-ya ödəniləcək maliyyə vəsaitinin müvafiq həcmdə mənzil sahələri ilə əvəz edilməsinə dair razılığa gəlmiş və imzaları ilə 0507/01-18 saylı müqaviləni təsdiq etmişlər.Cavabdeh1 MTK 05.07.2018-ci il tarixli müqaviləni imzaladıqdan sonra sözügedən tikinti işləri nəticəsində inşa ediləcək binalarda yerləşən mənzillərin satışını səlahiyyətli nümayəndə qismində iştirak edərək mənzillərin satışını həyata keçirmişdir. Konstra MTK-nın adından sosial sahələrdə və digər informasiya vasitələrində gedən yazılı və video görüntülü rekalmlarında ünvan 2 ünvanında tikilməkdə olan binanın satışını həyata keçirdiyi bildirilməkdədir. Eyni zamanda tikilməkdə olan binanın olduğu yerdə də Cavabdeh1 MTK-nın reklamı yerləşdirilmişdir. Cavabdeh1 MTK ilə hazırkı iş üzrə İddiaçı arasında ünvan 3 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin В blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136,40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət mənzil sahəsinin alqı-satqısına dair 10.01.2019-cu il tarixli, B-144/10 saylı müqavilə imzalanmışdır. Sözügedən müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh1 MTK -ya 152430 AZN (yüz əlli iki min dörd yüz otuz manat) maliyyə məbləği vəsaiti ödənilməli olduğu göstərilmişdir və 10.01.2019-cu tarixdə iddiaçı tərəfindən yuxarıda qeyd edilmiş məbləğ tam şəkildə edilmiş, həmin məbləğin ödənilməsi faktı isə Cavabdeh1 MTK tərəfindən müəyyən edilmiş 10.01.2019-cu il tarixli, 117 saylı maliyyə arayışı ilə təsdiq edilmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında faktiki yerinə yetirilmiş Tikinti Quraşdırma İşlərinin (TQİ) həcminin müqabilində hesablanmış dəyərin natura şəklində ödənilməsinə dair 07.01.2020-ci il tarixli “Təhvil- dim AKT” imzalanmışdır. Həmin razılşamaya əsasən ümumi mənzil sahəsi 6700 kv m (Altı min yeddi yüz) kv m. olan 62 ədəd mənzilin naturada Cavabdeh1 MTK-ya verilməsi barəsində razılığa gəlinmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh2 MMC arasında 62 ədəd mənzilin naturada Cavabdeh1 MTKya verilməsi bir daha onlar arasında 21.01.2020-ci il tarixdə imzalanmış “Mənzillərin Bölgü aktı-na” əsasən tərtib edilmiş 62 ədəd mənzilin siyahısına dair Cədvəl 1-də öz əksini tapmışdır. Həmin razılaşmaya əsasən 24.01.2020-ci il tarixdə Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 MMC-yə В bloku, Sıra № 3, mərtəbə 11, otaq sayı 4, 172,19 kv-m-lik mənzil sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi barədə bildiriş göndərilmiş və Cavabdeh2 MMC tərəfindən sözügedən bildirişə əsasən həmin mənzil sahəsi iddiaçının adına təkmiləşdirilmiş və bu fakt Cavabdeh2 MMC-nin möhürü və səlahiyyətli şəxsin imzası ilə təsdiqlənmişdir. Sözügedən mənzilin İddiaçı adına rəsmiləşdirilməsinin “Orxan-MMC tərəfindən təsdiqindən sonra iddiaçı tərəfindən mənzilə giriş qapısı quraşdırılmış və mənzil iddiaçı X11 təhvil verilmişdir. "Konstra” MTK tərəfindən verilmiş 02.12.2019-cu il tarixli, 01 saylı Əmr əsasında ünvan 2 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış binasında yerləşən Cavabdeh1 MTK-nın icraçı direktoru X8 tərəfindən vətəndaşlara satılmış mənzil sahələrinə dair 169 ədəd alqı-satğı müqavilələri və maliyyə arayışlarının ləğv edilməsi əmr edilmişdir. Qeyd edir ki, Cavabdeh1 MTK-nın "xxxx" MMC-yə qarşı “təhvil-təslim aktının etibarsız hesab edilməsi və pul tələbi barədə” iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 MTK tərəfindən həyata keçirilən tikinti işlərinə çəkilmiş xərclərin Cavabdeh2 MMC-dən alınıb Cavabdeh1 MTK-ya ödənilməsi barədə xahiş etmişdir. Bildirir ki, e-2-2(13)-113/2021 saylı işlərə mübahisə hazırda davam etməkdədir. Bu isə öz növbəsində iddiaçının hüquqlarının həyata keçirilməsində müəyyən maneələrin meydana gəlməsinə səbəb olmaqdadır. İşin faktiki hallarından da görüldüyü kimi, Cavabdeh2 MMC və Cavabdeh1 TK arasında podrat müqaviləsi bağlanmışdır. Podrat müqaviləsinə görə Konstra MTK”ya apardığı tikinti işləri müqabilində ümumi sahəsi 6700 (Altı min yeddi yüz) kv m. olan 62 ədəd mənzilin verilməsi barəsində razılığa gəlinmişdir. Beləliklə də, “Konstra MTK” 07 yanvar 2020-ci il tarixli “Təhvil- Təslim aktı” müəyyən edilən mənzillərin satışını həyata keçirməkdə səlahiyyətli olmuş və "xxxx" MMC-nin səlahiyyətli nümayəndəsi qismində hərəkət etmişdir. Eyni zamanda “Konstra MTK” ünvan 2 ünvanında tikilməkdə olan binanın satışını həyata keçirdiyini sosial şəbəkələrdə və digər informasiya vasitələrində yazılı afişlərlə və video yazılarla reklam etmişdir. Qayda olaraq hər hansı bir vətəndaşın tikilməkdə olan binadan ev alarkən həmin mənzili satmaqla səlahiyyətli olan şəxsi şəraitə müəyyən edə bilir. Cavabdeh1 MTK müqaviləyə əsasən binanın tikintisini keçirməkdə olduğu, bütün vasitələrlə həmin binadan mənzil satışını həyata keçirməklə səlahiyyətli olduğunu elan etdiyi, tikinti aparılan binadan öz reklam afişlərini asdığı nəzərə alınarsa, iddiaçının həmin binada mənzil satışı həyata keçirən Konstra MTK-nin tam səlahiyyətli olduğunu düşünməkdə tamamilə haqlı olduğu özözlüyündən məlum olur. Qeyd olunan şərait iddiaçı digər bütün üçüncü şəxslər baxımından Cavabdeh1 MTK-nın normalda həmin mənzillərin satışı baxımından tam səlahiyyətli olduğuna dair hüquqi nəticə əmələ gətirir. Nəzərə alınmalıdır ki, iddiaçı ilə müqavilənin bağlandığı dövrdəki şəraitdə Orxan TİT MMC ümumiyyətlə bina baxımından aidiyyəti və səlahiyətli kimi görünmürdü və belə bir görüntünün formalaşmasında Orxan TİT MMCnin birbaşa özünün rolu olmuşdur. Nəticə etibarı ilə, iddiaçının Cavabdeh1 MTK ilə bağladığı mənzil sahəsinin alqı-satqısına dair 10 yanvar 2019-cu il tarixli, B-228/11 saylı müqavilə Cavabdeh1 MTK tam səlahiyyətli şəxsdir. Qaldı ki, Konstra” MTK və Orxan TİT MMC ilə aralarında bağlanmış müqaviləyə zidd alqı-satqı müqavilələri bağlamış olsaydı belə, iddiaçıya münasibətdə KonstraMTK hüquqi baxımdan yenə də səlahiyyətli şəxs hesab olunur. Belə ki, Cavabdeh1 MTK, Orxan TİT MMC-nin faktiki və yazılı razılığı ilə mənzillərin satışını həyata keçirmişdir. Cavabdeh1 MTK, bu mənzillərin satışından TİT MMC ilə öz aralarındakı müqavilə şərtərinə zidd şəkildə həyata keçirməsi, iddiaçı ilə Cavabdeh1 MTK arasındakı müqavilənin etibarlılığına hüquqi baxımdan heç bir təsiri yoxdur. Çünki müqavilə yalnız onun tərəfləri üçün öhdəlik əmələ gətirə bilər və bu səbəblə də müqavilələrdən əmələ gələn hüquqlar (tələb hüquqları) nisbi mahiyyətdə olur, yəni sözügedən tələb hüquqları hamıya deyil, yalnız müqavilənin tərəflərinə qarşı irəli sürülə bilər. Bu səbəblə də Orxan TİT MMC, Cavabdeh1 MTK ilə öz aralarında bağlanmış müqavilə öhdəliklərinin pozulmasına istinad edərək həmin müqavilənin tərəfi olmayan iddiaçıya qarşı heç bir tələb irəli sürə bilməz. Yuxarıda da qeyd edildiyi kimi, hüquqi müstəvidə Cavabdeh1 MTK tam səlahiyyətli subyekt kimi iddiaçı ilə müqavilə bağlamışdır. Ancaq, hətta Konstra” MTK, "xxxx" MMC-nin təmsilçi və nümayəndəsi hesab olunduğu təqdirdə belə yenə də qanunvericliyin tələblərinə görə, iddiaçı səlahiyyətli şəxslə müqavilə bağlamış hesab olunur. Maddə mətnindən də görünür ki, təmsilçinin səlahiyyəti fəaliyyət göstərdiyi şəraitə görə də müəyyən edilir. Bu səbəblə də hətta mənzillərin satışı baxımından "xxxx" MMC səlahiyyətli şəxs olsaydı, yenə də Cavabdeh1 MTK iddiaçı ilə bağlanan müqavilə baxımından “Orxan TİT' MMCnin tam səlahiyyətli nümayəndəsi hesab olunur. Çünki şəraitə görə, Konstra” MTK-nm səlahiyyətli olduğu aşkar bəlli olur. Beləliklə, hətta binadakı sahələrin satışı baıxmından "xxxx" MMC əsl hüquq sahibi şəxs hesab olunsa belə, yenə də müqavilənin bağlandığı şəraitdən Cavabdeh1 MTK, Orxan TİT” MMC-nin səlahiyyətli təmsilçisi və nümayəndəsi hesab olunur. Hüquqi baxımdan ən əhəmiyyətlisi isə odur ki, iş materiallarından görünür ki, Cavabdeh1 MTK tərəfindən Cavabdeh2 MMC-yə göndərilmiş bildirişə əsasən B bloku, Sıra № 3, mərtəbə 10, otaq sayı 152,43 kv.m-lik mənzil sahəsinin İddiaçı adına rəsmiləşdirilməsi tələb edilmiş və Cavabdeh2 MMC tərəfindən gedən bildirişdəki məlumat təsdiqlənmiş və həm Cavabdeh1 MTK, həm də "xxxx" MMC bu faktı imza və möhürləri ilə təsdiqləmişlərdir. Cavabdeh1 MTK cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, İlkin iddia üzrə iddianın rədd edilməsi və ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş В blokunda 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 hun yaşayış sahəsi, 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı, mənzilə dair qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK ilə qarşılıqlı iddia üzrə cavabdeh ararsında bağlanmış 10 yanvar 2019-cu il tarixli B144/10sayh müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanda 25 yanvar 2018-ci il tarixdə ********** saylı qeydiyyat nömrəsi ilə 5 nəfərdən ibarət (L X12- 50 nıant, 50 pay haqqı, 50%, 2. X23 — 20 manat, 20 pay haqqı, 20 %, 3. X15 - 5 manat, 5 pay haqqı, 5%, 4. X9 - 5 manat, 5 pay haqqı, 5% və X24 - 20 manat, 20 pay haqqı, 20%) “KONSTRA "Mənzil-Tikinti Kooperatini təsis etmişlər.Cavabdeh1 Mənzil- Tikinti Kooperati ünvan 5 ünvanındayerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsi məqsədilə Sifarişçi "xxxx"MMC ilə "xxxx" MTK arasında 05 iyul 2018-ci il tarixli 0507/01-18 nömrəli Əlavə Dəyər vergisi ilə birlikdə 5900000-00 (Beş milyon doqquz yüz min) manat məbləğində müqavilə bağlamışlar. Sifarişçi "xxxx" MMC ilə "xxxx" MTK arasında bağlanmış 05 oktyabr 2019-cu il tarixli Razılaşma müqaviləsi ilə tərəflər arasında bağlanmış 05 iyul 2018-ci il tarixli 0507/01-18 nömrəli müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Eyni zamanda 05 oktyabr 2019-cu il tarixli Razılaşma müqaviləsi ilə tərəflər Sifarişçiyə mülkiyyət hüququ əsasında məxsus olan ünvan 5 ünvanında yerləşən 0,3112 ha torpaq sahəsi üzərində təsdiq edilmiş komplekt (paket) sənədlər toplusu əsasında 2 ədəd 21 mərtəbəli (A və В blokları) 1-ci və 2-ci mərtəbəsində qeyri yaşayış sahələri, zirzəmisində 2 mərtəbəli avtodayanacaq olacaq "ŞƏHƏR İNCİSİ" yaşayış kompleksinin inşasının davam etdirilməsi barədə razılığa gəlmişlər. Tikinti başlayan vaxtdan işlərin Kooperativin digər üzvləri X13, Əliyev Araz Təmiraz oğlu və onun qardaşı Əliyev Tahir Təmiraz oğlu, X23 tərəfindən aparılması, X5 tikinti işlərində və Kooperativin idarə edilməsində səriştəsi olmaması səbəbindən tikinti obyektində işlərin görülməsinə rəhbərlik etmək və Kooperativin maliyyə təsərrüfat fəaliyyətinə aid özünün bütün səlahiyyətinin X6 verilməsi üçün Kooperativin digər üzvlərinin razılığı ilə X16 tərəfindən kooperativin digər üzvü X6 29 yanvar 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış Etibarnamə verilmişdir. "xxxx" MTK-mn üzvü X16 tərəfindən "xxxx" MTK-nın digər üzvü X7 verilən 29 yanvar 2018-ci il tarixli 7E-1466 nömrə ilə qeydə alınmış etibarnamədən sui istifadə edən X1 təşkilat olan "xxxx" MMCyə məxsus mənzilləri səlahiyyəti olmayan halda başqa şəxslərə satmışdır. X4 qeyri qanuni hərəkətlərindən xəbər tutan X16 dərhal araşdırma aparmış və araşdırma zamanı məlum olmuşdur ki, X14 qohumu və MTK-nın digər üzvü Əliyev Araz Təmiraz oğlu, onun qardaşı Əliyev Tahir Təmiraz oğlu və X18 əlbir olaraq sifarişçiyə məxsus olan 100-dən çox mənzilləri müxtəlif vaxtlarda başqa şəxslərə satmışdır. X13 qohumu və MTK-nın digər üzvii Əliyev Araz Təmiraz oğlu, onun qardaşı Əliyev Tahir Təmiraz oğlu və X23 hətta bəzi sakinlərlə danışıqlar apararaq mənzilləri barter yolu ilə MTK-nın digər üzvlərinin xəbəri olmadan qarşı tərəfin təklif etdiyi əmlakı yaxın qohumlarının adına sənədləşdirdikdən sonra mənzillərin müqavilələrini vermişlər. X13 və Əliyev Tahir Təmiraz oğlu hal-hazırda ölkə hüdudlarından kənardadırlar. Beləliklə bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MTK ilə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında 10 yanvar 2019-cıı il tarixli B144/10 saylı müqavilə üzrə ünvan 1 ünvanında inşa olunan 3girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 kv.m yaşayış sahəsi, 136,40 kv.metr olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilə dair qeyri qanuni olaraq, heç bir hüquqi əsası olmayan müqavilə bağlamışlar. KONSTRA" MTK ilə Cavabdeh2 MMC arasında bağlanmış müqavilə, iddiaçı "xxxx"MTK-ya podaratçı statusundan başqa heç bir səlahiyyət verməmişdir. Belə olan halda X24, X13, X19 etibardan- sui istifadə edərək, qeyriləri ilə əlbir olaraq 3-cii şəxslərə ev satmaq adı ilə vətəndaşları aldadaraq küllü miqdarda vəsaitlərini mənimsəmişlər. Tərəflər arasında bağlanmış müqavilə həm cavabdehin, həm də MTK üzvlərinin maraqlarına xidmət edir. Birincisi: cavabdeh mənzilin alınması üçün kiminlə münasibət qurmuşdur? İkincisi: Mənzilin dəyərini kimə və vaxt ödəmişdir? Üçüncüsü: Cavabdeh1 MTK-nin mənzilləri olmadığı halda hansı mənzilləri satmışdır? Mövcud olan müqavilədən görünür ki, olmayan mənzillərin satılmasına dair qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MTK adından müqavilə bağlanmışdır. Daha sonra maraqlısı ondadır ki, qarşılıqlı iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı niyə binanın tikintisi üçün hüquq müəyyən edici sənəd tələb etməmişlər. Yəni ünvan 1 ünvanında tikilən ev, kimə məxsus olması qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən soruşulmamışdır. Daha sonra mənzilin dəyəri qarşlıqlı iddia üzrə iddiaçıya ödənilməmişdir.. Mübahisələdirilən müqavilələr bir qrup şəxslər tərəfindən öz çirkin niyətlərini həyata keçirmək üçün bağlanmışdır. Belə olan halda bağlanmış müqavilə əhəmiyyətsiz əqddir. Cavabdeh2MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilməsini, ünvan 6 ünvanında inşa edilən3 girişili 21 mərtəbəli yaşayış evinin Giriş B blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m olan 3 otaqdan ibarət B02 saylı mənzilə üzrə “Konstra" MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC (“Sifarişçi”) ilə Cavabdeh1 MTK (“Podratçı”) arasında 05 iyul 2018-ci il tarixdə № 0507/01-18 saylı “Podrat” müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, “Podratçı" “Sifarişçi”nin tapşırığına uyğun olaraq, layihəsi “Azərdövlətlayihə” DBLİ tərəfindən hazırlanmış. ünvan 5 ünvanında yerləşən 3 bloklu, 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair texniki tapşırığın şərtləri ilə bağlı xidmətlərin yerinə yetirilməsinə dair razılığa gəlmişlər. “Orxan-TİT" MMC ilə Cavabdeh1 MTK arasında bağlanmış 5 iyul 2018-ci il tarixli müqavilə ilə görüləcək işlərin ümumi dəyəri 5,000,000 AZN (beş milyon) manat müəyyən edilmişdir. Həmin müqavilənin 2.1 bəndinə əsasən, bu müqavilədə nəzərdə tutulan işlərin ümumi dəyəri Podratçı tərəfindən müvafiq qaydada hesablanmış və Sifarişçiyə təqdim olunmuş işlər həcminə əsasən müəyyən edilir. Müqavilə üzrə görüləcək işlərin icrası, təhvili və dəyərin ödənilməsi müqaviləyə əlavə olunacaq təhvil qəbul aktlarına və tərəflərin imzaladıqları digər yazılı razılaşmalarda göstərilən ardıcıllıqla həyata keçirilir. Bağlanmış “Podrat” müqaviləsinə əsasən, podratçı, sifarişçinin tapşırığı ilə özünün və ya sifarişçinin materiallarından istifadə etməklə, konkret işi müəyyən olunmuş müddətdə mövcud norma və qaydalara, həmçinin müqavilə şərtlərinə uyğun yerinə yetirməyi öz öhdəsinə götürmüş, sifarişçi isə görülmüş işi təhvil götürməyi və müəyyən edilmiş müddətdə şərtləşdirilmiş qiymətlə haqqını ödəməyi öhdəsinə götürmişdür. Sifarişçi Cavabdeh2 MMC ilə podratçı “Konstra" MTK arasında ünvan 7 ünvanında yerləşən 3 bloklu 2 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 5 iyul 2018-ci il tarixli 0507/01-18 saylı müqavilə üzrə Cavabdeh1 MTK tərəfindən qeyd olunan ünvanda tikinti işlərinin icrasına başlanılmış, tikinti işləri icra olunduğu müddət ərzində podratçı tərəfindən satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilməsi (barter olunması) nəzərdə tutulsa da, “Konstra" MTK-nın icraçı direktoru X8 tərəfindən MTK-nın digər payçıları olan X16, X23, X15, X24 və qeyrilərinin köməkliyi ilə müqavilənin qeyd olunan bəndinin şərtləri pozulmaqla qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara ümumilikdə 17.545,45 kv.metr sahəsi olan 169 mənzilin saxta müqavilələr əsasında satışı həyata keçirilmişdir. 07 yanvar 2020-ci il tarixli “Təhvil-Təslim” Aktından görünür ki, tərəflər “A" və “B” blokları üzrə yerinə yetirilmiş Forma2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma İşlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə razılığa gəlmişlər. Tərəflər təsdiq etmişlər ki. “Podratçı” tərəfindən 12,758.23 (on iki min yeddi yüz əlli səkkiz, 2.3) kv.m həcmində beton (taxta-qəlib) işləri yerinə yetirilmişdir. Sözügedən Akta əsasən “Podratçı” tərəfindən ümumi dəyəri 6,490,000.00 (ƏDV daxil) (altı milyon dörd yüz doxsan min) manat məbləğində tikinti quraşdırma işləri yerinə yetirilmiş. 12,758.2.3 kv.m (on iki min yeddi yüz əlli səkkiz, 23) olan tikinti quraşdırma işlərinin müqabilində, Podratçıya 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin dəyərinin natura ifadəsində əvəzlənməsi barədə razılığa gəlmişlər. Sonradan 21 yanvar 2020-ci il tarixdə A və B blokları üzrə yerinə yetirilmiş Forma2 əsasında hesablanmış faktiki Tikinti Quraşdırma İşlərinin həcmi və onun müqabilində hesablanmış dəyərin əvəzinin natura ifadəsində ödənilməsi barədə 07 yanvar 2020-ci il tarixli “Təhvil-Təslim Aktı”na əsasən Sifarişçi tərəfindən Podratçıya 62 (altmış iki) ədəd mənzilin verilməsi barədə, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahələrinin bloklar üzrə bölgüsünə dair razılığa gəlmişlər. 24 yanvar 2020-ci il tarixdə isə Podratçı tərəfindən Sifarişçiyə məktub göndərilərək, “Təhvil-Təslim Aktının və Mənzillərin Bölgü Aktının müddəalarına uyğun olaraq 62 (altmış iki) ədəd, 6700,00 (altı min yeddi yüz) kv.m ümumi mənzil sahəsinin onlar tərəfindən göstəriləcək şəxslərin adına rəsmiləşdirilməsi xahiş edilmişdir. Lakin hal-hazırda Cavabdeh1 MTK 12.03.2020-ci il tarixdə 07.01.2020-ci il tarixli təhvil-təslim aktının etibarsız hesab edilməsi barədə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. 24 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında X2 olduğu “Konstra'" MTK-nın icraçı direktoru vəzifəsində işləmiş X3 qanunsuz hərəkətləri barədə fakt üzrə cinayət işi başlamışdır. Cinayət işinin başlanmasına səbəb və əsas "Konstra” M'İ K-nın vəzifəli şəxslərinin sifarişçi Cavabdeh2 MMC ilə bağlanmış müqavilə əsasında ünvan 8 ünvanında inşa etdikləri çoxmərtəbəli yaşayış binalarındakı mənzilləri hüquqları olmadığı halda vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə saxta müqavilələr əsasında ayrı-ayrı vətəndaşlara satmış və bununla da etibarlarından sui-istifadə etməklə onları aldadaraq külli miqdarda pul vəsaitlərini ələ keçirməsi və bununla bağlı toplanmış material üzrə cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin mövcudluğu olmuşdur. Aparılmış ilkin istintaqla müəyyən edilmişdir ki, sifarişçi Cavabdeh2 MMC ilə podratçı Cavabdeh1 MTK arasında ünvan 7 ünvanında yerləşən 3 bloklu 21 mərtəbəli yaşayış binasının inşa edilməsinə dair bağlanılmış 05 iyul 2018-ci il tarixli, 0507/01-18 saylı müqavilə üzrə “Kcnstra" MTK tərəfindən qeyd olunan ünvanda tikinti işlərinin icrasına başlanılmış, tikinti işləri icra olunduğu müddət ərzində podratçı tərəfindən satış hüququ olmadığı halda, yəni həmin müqavilənin 2.3-cii bəndinə əsasən sifarişçi müqavilə üzrə görülmüş işlərin dəyərini, işin nəticəsini 2 nömrəli Forma aktı əsasında qəbul etdikdən sonra yerinə yetirilmiş işlərin dəyəri əvəzləşdirilməsi (barter olunması) nəzərdə tutulsa da, Cavabdeh1 MTK-nın icraçı direktoru X10 tərəfindən MTK-nın digər payçıları olan X16, X23, X15, X24 və qeyrilərinin köməkliyi ilə müqavilənin qeyd olunan bəndinin şərtləri pozulmaqla qanunsuz olaraq ayrı-ayrı vətəndaşlara ümumilikdə 17.545,45 kv.metr sahəsi olan 169 mənzilin saxta müqavilələr əsasında satışı həyata keçirilmişdir. Cinayət işi 03 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə başlanılmış və istintaq aparılır. İddiaçının iddia ərizəsində paylı mülkiyyətlə əlaqədar istinad etdiyi Mülki Məcəllənin müddəalarına Cavabdeh2 MMC-nin heç bir aidiyyəti yoxdur. Belə ki, "Konstra” MTK ilə Cavabdeh2 MMC arasında birgə fəaliyyət ilə əlaqədar heç bir müqavilə bağlanmamışdır. Cavabdeh1 MTK-nın öhdəçiliyinin təmin edilməsi barədə Cavabdeh2 MMC üzərinə heç bir öhdəçilik götürməmişdir. "xxxx" MMC-nin həmçinin iddiaçıya hər hansı mənzil verilməsi öhdəçiliyi olmamış və iddiaçı ilə Cavabdeh2 MMC arasında heç bir razılaşma, müqavilə öhdəçiliyi olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2282/2021 saylı iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi ilə ilk iddia ərizənin təmin edilməsi, ünvan 1 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 152,43 m2 yaşayış sahəsi 136,40 m2 olan izolə olunmuş 3 otaqdan ibarət B02 saylı mənzilə sahiblik və istifadəsinə Cavabdeh1 MKT-i və "xxxx"- TİT MMC tərəfindən yaradılan maneələrə son qoyulması və həmin mənzil İddiaçı təhvil verilsin. İddiaçı Cavabdeh1 MTK–nın cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməsi, Cavabdeh2MMC-nin cavabdehlər İddiaçıvə Cavabdeh1MTK-a qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsiı ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iş üzrə İddiaçı tərəflər mübahisəni aralarında barışıqla həll etdiklərini bildirərək, təqdim etdiyi barışıq sazişinin şərtləri təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2282/2021 saylı iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş 27 sentyabr 2021-ci il tarixli barşıq sazişindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh1 MTK-na, Cavabdeh2 MMC-nə qarşı müqavilə üzrə hüquqların tanınması, maneənin aradan qaldırılması və öhdəliyin cavabdehlərin üzərinə qoyulması tələbinə dair ilk, Cavabdeh1 MTK–nın cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı və Cavabdeh2 MMC-nin cavabdehlər İddiaçı və Cavabdeh1MTK-a qarşı müqavilənin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işi müzakirə edərək bu mübahisənin barışıqla qurtarması və tərəflər arasında aşağıdakıları nəzədə tutan barşıq sazişinin bağlanmasının mümkünlüyü nəticəsinə gəlmişlər:
1. İddiaçı Cavabdeh1 ilə bağladığı 10.01.2019-cu il tarixli, B-144/10 saylı müqavilə Cavabdeh1 MTK və Cavabdeh2 MMC arasında 01 iyul 2021-ci il tarixində bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh2 MMCyə təqdim olunub. İddiaçı Cavabdeh1 ilə bağladığı 10.01.2019-cu il tarixli, B- 144/10 saylı müqavilə Cavabdeh2 MMC-də qeydiyyata alınıb. Müqavilə şərtlərinə uyğun olaraq ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 10-cu mərtəbəsində yerləşən B10-2 mənzili açarları ilə birlikdə İddiaçı təqdim edilib, İddiaçı isə mənzili açarları ilə birlikdə qəbul edib.
2. Tərəflər arasında mübahisə həlini tapdığına görə, hazırki iş çərçivəsində İddiaçı Cavabdeh1nə və Cavabdeh2nə qarşı verdiyi iddia tələblindən imtina edir. Cavabdeh1 Cavabdeh2 verdikləri qarşılıqlı iddia ərizələrindən imtina edirlər.
3. Hazırki saziş 4 nüsxədə (sazişi imzalayan fiziki və hüquqi şəxslərin hər biri və məhkəmə üçün bir nüsxə) tərtib olunub və məhkəmə təsdiq etdiyi andan qanuni qüvvəyə minir. İş üzrə icraata xitam verilməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsi ilə nəzərdə tutulmuş nəticələri tərəflərə məlumdur. Yuxarıdakılara əsasən tərəflər məhkəmədən barşıq sazişini təsdiq etməyi və iş üzrə icraata xitam verməyi xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 370, 384.0.5, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı (ilkin və digər qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh1 MTK və qarşılıqlı iddia üzrə iddiaçı (ilkin iddia üzrə cavabdeh) Cavabdeh2 MMC arasındakı saziş aşağıdakı kimi təsdiq edilsin:
1. İddiaçı Cavabdeh1 ilə bağladığı 10.01.2019-cu il tarixli, B-144/10 saylı müqavilə Cavabdeh1 MTK və Cavabdeh2 MMC arasında 01 iyul 2021-ci il tarixində bağlanılmış müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh2 MMC-yə təqdim olunub. İddiaçı Cavabdeh1 ilə bağladığı 10.01.2019-cu il tarixli, B-144/10 saylı müqavilə Cavabdeh2 MMC-də qeydiyyata alınıb. Müqavilə şərtlərinə uyğun olaraq ünvan 1 ünvanında inşa olunan 3-girişli, 21 mərtəbəli yaşayış evinin giriş B blokunun 10-cu mərtəbəsində yerləşən B10-2 mənzili açarları ilə birlikdə İddiaçı təqdim edilib, İddiaçı isə mənzili açarları ilə birlikdə qəbul edib.
2. Tərəflər arasında mübahisə həlini tapdığına görə, hazırki iş çərçivəsində İddiaçı Cavabdeh1nə və Cavabdeh2nə qarşı verdiyi iddia tələblindən imtina edir. Cavabdeh1 Cavabdeh2 verdikləri qarşılıqlı iddia ərizələrindən imtina edirlər.
3. Hazırki saziş 4 nüsxədə (sazişi imzalayan fiziki və hüquqi şəxslərin hər biri və məhkəmə üçün bir nüsxə) tərtib olunub və məhkəmə təsdiq etdiyi andan qanuni qüvvəyə minir. İş üzrə icraata xitam verilməsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsi ilə nəzərdə tutulmuş nəticələri tərəflərə məlumdur.
Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2282/2021 saylı iş üzrə 20 may 2021-ci il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilsin. Tərəflərə sazişin şərtlərinin pozulması ilə bağlı şərtlərin məcburi qaydada həyata keçirilməsini məhkəmədən tələb etmək, barışıq sazişinin şərtləri pozulduğu təqdirdə icra vərəqəsi verilməsini və məcburi icra hərəkətlərini tələb etmək, bunun nəticəsində vurulmuş birbaşa zərərin ödənilməsini tələb etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.