Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8901/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X7, Cavabdehlərin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-25/2021 saylı, 27 may 2021-ci il tarixli qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, qızı Ləman Vəliyeva ilə birgə qeydiyyatda olduğu Bakı şəhəri Nizami rayonunun K.Balakişiyev küçəsindəki 61 saylı evin 35 saylı iki otaqlı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əvvəllər Bakı şəhəri, ünvan 1 ünvanda özü və qızı X9 ilə birgə yaşamışlar. İş birinci cavabdeh-atası Cavabdeh1 mənzili onun razlığı ilə 68.000 (altmış səkkiz) min manata başqasına satmış və belə şərtlə satmışdır ki, ona ayrıca mənzil alacaqdır. Cavabdeh mənzili satdıqdan sonra bildirdi ki, pulu bir şəxsin adına Banka qoymaq olmaz, ona görədə 30.000 manatı atasının, 30.000 manatı isə onun adına Banka qoysunlar. Sonra çıxarıb ona ev alsınlar, lakin sonradan adına qoyduğu 30.000 manatı gizlicə götürürək ona ev almaqdan imtina etdi. Hazıda onun yaşayış sahəsi yoxdur, azyaşlı qızı ilə başqasının evində kirayədə qalır və hər ay kirayə haqqı ödəyir. Lakin qeydiyyatı köçülməyini tələb etdiyi Bakı şəhəri, Nizami rayonu, Balakişiyev küçəsi ev 61, 35 saylı iki otaqlı məzildir. Eləcə də azyaşlı qızı Ləman Vəliyevanın qeydiyyatı həmin ünvanadır. İddiaçı nümayəndəsi X12 məhkəməyə iddia predmetinin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh1 30000 manat və 450 manat nümayəndəyə ödədiyi (hüquq xidmətlərinə görə) ümumilikdə 30.450 manat pulun, cavabdeh Məmmədova (Fedulova) Liliya Valentinovnadan 8.000 (səkkiz min) manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu ,R.Rüstəmov küçəsi ev 14, iki otaqlı mənzil 71-də yaşamışdır. Həmin mənzil nənəsi-D.Əsədullayevaya məxsus olub, bu mənzildə özü və qızı - X9 ilə birgə yaşamışlar. Lakin 2014-cü ildə nənəsi X3 xəstələndi və mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ev l4, 71 saylı iki otaqlı mənzili ona bağışlamaq üçün evə notarius dəvət etdilər. Həmin tarixlərdə nənəsi ağır xəstə olduğuna görə hərəkət qabiliyyətini itirmişdi. Lakin notarius gəldikdən sonra nənəsi sənədləri imza etmək iqtidarında olmadı və qısa müddət sonra rəhmətə getdi. Cavabdeh-atası Cavabdeh1 onunla razılığa gəldi ki, yaşadığı mənzili satır, əldə edilən pulun yarısını öz adına Banka qoyur və pulun faizi yığıldıqdan sonra çıxarıb ona uşağı ilə yaşamaq üçün ayrıca mənzil alır. Pulun yarısını isə öz adına Banka qoymağı təklif etdi ki, bütöv məbləğ bir şəxsin adına olmaz. Beləliklə cavabdeh mənzili onun razlığı ilə 68.000 (altmış səkkiz) min manata satdıqdan sonra onu uşağı ilə birgə ikinci cavabdehə məxsus Bakı şəhəri K.Balakişiyev küçəsi ev 61, 35 saylı mənzilə qeydiyyata salmışdır. Cavabdeh mənzili satdıqdan sonra əldə edilən 68.000manatın 30.000 manatını onun, 30.000 mantını isə öz adına "Kapital Bank”ın filialına (Xalqlar Dostluğu metrosunun yanı) qoymuşlar. Cavabdeh arada yaranmış 8000 manatını mənzilinin sənədləşdirməsi və başqa bəhanələrlə mənimsəmişdir. 20 iyun 2017-ci ildə o, öz adına olan pulu ev almaq niyyəti ilə çıxararkən məlum olmuşdur ki, cavabdeh pulu Banka qoyduqdan 2 ay sonra çıxarıb və hazırda yaşadığı mənzilə bahalı mebel dəstləri almış, təmir etmiş və ev dəllalı olduğuna görə ucuz mənzil alıb baha satmaq niyyəti ilə xərcləmişdir. Beləliklə Banka qoyduğu 30.000 manatı gizlicə götürürək mənimsəmiş və ona ev almqdan imtina etmişdir. Hazıda yaşayış sahəsi yoxdur, azyaşlı qızı ilə başqasının evində kirayədə qalıram və hər ay kirayə haqqı ödəyir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-25/2021 saylı, 27 may 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 61 saylı evin 31 saylı mənzilinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı X11 Bakı şəhəri Nizami Rayonu, K.Balakişiyev küçəsi 61 saylı binanın 31 saylı mənzilinə qeydiyyata alınsa da, mənzilin mülkiyyətçisi ilə notariat qaydasında razılaşmış müqavilələri olmamış və belə bir müqavilə dövlət reyestrində qeydə alınmamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən və bu barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının iddia tələbinin təmin edilmiş hissəsində yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında 11 sentyabr 2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı 14 iyun 2016-cı il tarixdən Bakı şəhəri Nizami rayonunun K.Balakişiyev küçəsindəki 61 saylı evin 35 saylı mənzilində qeydiyyatdadır. 21 iyun 2016-cı il tarixli X4 görünür ki, İddiaçı 30 000 manat məbləğində pul vəsaitini "xxxx" ASC-yə əmanət olaraq qoymuşdur. 11 mart 2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 20 avqust 2013-cü il tarixdə ölmüş X2 vərəsəsi Cavabdeh1dur və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 14 saylı evin 71 saylı mənzilindən ibarətdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 14, mənzil 71 xüsusi mülkiyyət hüququ üzrə 28.03.2014- cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır. 04.06.2016-cı il tarixli Daşınmaz Əmakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 14 saylı evin 71 saylı mənzilini X5 45000 manata satmışdır. Bu zaman həmin mənzildə qeydiyyatda olan İddiaçı notarial qaydada ərizə yazaraq mənzilin satılmasına etirazı olmadığını bildirmişdir. Bundan sonra onlar Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonunun K.Balakişiyev küçəsindəki 61 saylı evin 35 saylı mənzilində qeydiyyata alınmışlar. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli, 2-1(103)-2018/2018 nömrəli Qərarının surətindən görünür ki, üçüncü şəxs İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1826/2018 nömrəli, 24 may 2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməsi, iddiaçı Cavabdeh2 cavabdeh Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə qarşı cavabdehin 23 fevral 2018-ci il tarixli, 5387M-3218 saylı cavabının qanunsuz hesab edilməsi və cavabdehin üzərinə üçüncü şəxslərin İddiaçı və X6 xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri Nizami rayonu, K.Balakişiyev küçəsi, 61 saylı evin 35 saylı mənzilindən qeydiyyatdan çxarılmalarına dair vəzifə qoyulması barədə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin mövqeyinə əsasən, İddiaçı 14 iyun 2016-cı il tarixdən Bakı şəhəri Nizami rayonunun K.Balakişiyev küçəsindəki 61 saylı evin 35 saylı mənzilində qeydiyyatdadır. İddiaçı mübahisəli mənzildə qeydiyyatda olsa da, hazırda o, sözügedən mənzilə köçə bilmir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, hazırkı mübahisə üzrə tərəflər arasında hüquq münasibətləri 14.06.2016-ci il tarixdən başlanmışdır. Həmin tarixin isə 2009-cu ildən sonrakı müddətə təsadüf etdiyi görünür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Göründüyü kimi, tərəflər arasında hüquq münasibətləri 2009-cu ilin oktyabr ayının 1-dən sonra yarandığından kollegiya hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən iddiaçının mübahisəli mənzilə istifadə hüququnun yaranıb-yaranmaması, habelə yaranmışdırsa itirilib-itirilməməsi məsələləri hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına uyğun qaydada həll olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, qanunvericilik yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında razılaşma olmadığı halda, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanılmır. Kollegiya qeyd edir ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh1 və Cavabdeh2 23.11.1998-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İddiaçı isə Cavabdeh1 əvvəlki nikahından olan qızıdır. Mübahisəli əmlak isə 2002-ci il tarixdən Cavabdeh2 mülkiyyətindədir. 04.06.2016-cı il tarixli Daşınmaz Əmakın alqı-satqı müqaviləsi ilə Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 14 saylı evin 71 saylı mənzilini 45000 (qırx beş min) manat müqabilində X1, onlar Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Nizami rayonunun K.Balakişiyev küçəsindəki 61 saylı evin 35 saylı mənzilində qeydiyyata alınmışlar. Belə olan halda, İddiaçı Cavabdeh2 ailə üzvü hesab edilmir. Buna görə də, İddiaçı mübahisəli mənzilə dair istifadə hüquqları yaranmamışdır və mübahisəli mənzilə köçürülməsi həyata keçirilə bilməz. İddiaçının mübahisəli mənzildə qeydiyyatda olması isə onun həmin mənzilə istifadə hüququnun olması anlamına gələ bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarına əsasən, “Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsasları ilə yanaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını da nəzərdə tutmuşdur.” Bundan başqa həmin qərarda göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.” Beləliklə, məhkəmə kollegiyası İddiaçı Cavabdeh2 ailə üzvü olmamasını əsas tutaraq hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüquqları yaranmamışdır və onun belə hüquqları yoxdur. Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın qismən təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-25/2021 saylı, 27 may 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-8901/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8901/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver