Məhkəmə qərarları › İş №2(103)-8928/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8928/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8928/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı "xxxx" ASC-nin (əvvəlki İddiaçı İKB) nümayəndəsi X1, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli, 2(004)-215/2017 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İKB cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə əsas borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-215/2017 nömrəli, 07.09.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, 1-G-1-0-456-14 nömrəli, 15.05.2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 16681 (on altı min altı yüz səksən bir) manat, faiz borcu üzrə 898 (səkkiz yüz doxsan səkkiz) manat, 57 (əlli yeddi) qəpik, cərimə üzrə 500 (beş yüz) manat, cəmi 18079 (on səkkiz min yetmiş doqquz) manat 57 (əlli yeddi) qəpik və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 (on) manat məbləğində pul vəsaitinin Cavabdeh2 İddiaçı İKB-nin xeyrinə tutulması; tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 29 saylı evin 2 saylı mənzilinə yönəldilməsi və mənzilin açıq hərracdan satılması, mənzilin açıq hərracdan satışından əldə olunan pul vəsaiti hesabına Cavabdeh2 İddiaçı İKB-yə borcunun ödənilməsi; ipoteka predmetinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, artıq qalmış pul vəsaitinin Cavabdeh1 verilməsi; ipoteka predmetinin ilkin satış məbləğinin 52000 (əlli iki min) manat müəyyən edilməsi; iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 24,05%-i, yəni 7 (yeddi) manat 20 (iyirmi) qəpiyinin iddiaçıya aid edilməsi, qalan 75,95%-i, yəni 24 (iyirmi dörd) manat 05 (beş) qəpik ödənilmiş məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq İddiaçı İKB-yə ödənilməsi; iş üzrə məhkəmə məsrəfi olan 200 (iki yüz) manat ekspertiza xərcinin iddia qismən təmin edildiyindən, 24,05 %-i, yəni 48 (qırx səkkiz) manat 10 (on) qəpiyinin İddiaçı İKB-dən, qalan 75,95 %-i, 151 (yüz əlli bir) manat 90 (doxsan) qəpik məbləğində pul vəsaitinin isə Cavabdeh2 tutularaq "xxxx" MMCyə ödənilməsi; iş üzrə məhkəmə məsrəfi olan 50 (əlli) manat ekspertiza xərcinin 24,05 %-i, yəni 12 (on iki) manatının iddiaçıdan, digər 75,95 %-i, yəni 38 (otuz səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq dövlət nəfinə ödənilməsi və qalan hissədə iddianın təmin edilməməsi qərara alınmışdır. İş üzrə iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-215/2017 nömrəli, 07.09.2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12343/2017 nömrəli, 06.12.2017-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-215/2017 nömrəli, 07.09.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12343/2017 nömrəli, 06.12.2017-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 3400/2018 saylı, 22.05.2018-ci il tarixli qərarı ilə Cavabdeh2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12343/2017 nömrəli, 06.12.2017-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli, 2(004)-215/2017 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin (əvvəlki İddiaçı İKB) nümayəndəsi X2 və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə kollegiyasına barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını xahiş etdilər. Həmin barışıq sazişinin şərtlərinə görə, bir tərəfdən, iddiaçı "xxxx" ASC-nin (VÖEN **********) İdarə Heyətinin sədri Anar Həsənovun şəxsində, digər tərəfdən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 şəxsində, Bakı Apelyasiya Məhkəməsinin icraatında olan 2(103)-8928/2021 saylı mülki iş üzrə mübahisənin sülh yolu ilə həll edilməsi üçün, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 191-ci maddələrinə əsasən aşağıdakı şərtlər əsasında bu barışıq sazişini bağladılar: - Borclu Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli qətnaməsi üzrə 16681 AZN əsas, 898.57 AZN faiz, 500 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 18079.57 borcunun olmasını qəbul edir və 06.05.2021-ci il tarixdən 06.10.2021-ci il tarixə hər ay 500 manat olmaqla, cəmi 3000 manat kredit borcu üzrə ödəniş etmişdir. - Tərəflər arasında bağlanmış 15.05.2014-cü il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən. 46.8 kv.m ümumi, 28.82 kv.m yaşayış, 17.98 kv.m yardımçı sahədən ibarət olan mənzilin ilkin satış qiyməti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən 52000 manat məbləğində müəyyən edilsin. - Borclu 14310.50 AZN məbləğində vəsaiti qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdələrinə götürür. Ödənişin Əsas borcdan Faiz ödənişi Cərimə ödənişi Aylıq cəmi Ödəniş günləri sayı ödəniş (AZN) (AZN) (AZN) ödəniş (AZN) 1 12.11.2021 500 0.00 0.00 500 2 13.12.2021 500 0.00 0.00 500 3 12.01.2022 500 500 0.00 0.00 4 14.02.2022 500 0.00 0.00 500 5 14.03.2022 500 0.00 0.00 500 6 12.04.2022 500 0.00 0.00 500 7 12.05.2022 500 0.00 0.00 500 8 13.06.2022 500 0.00 0.00 500 9 12.07.2022 500 0.00 0.00 500 10 12.08.2022 500 0.00 0.00 500 12.09.2022 500 500 11 0.00 0.00 12.10.2022 500 500 12 0.00 0.00 13 14.11.2022 500 0.00 0.00 500 14 12.12.2022 500 500 0.00 0.00 15 12.01.2023 500 0.00 0.00 500 16 13.02.2023 500 0.00 0.00 500 17 13.03.2023 500 0.00 0.00 500 18 12.04.2023 500 0.00 0.00 500 19 12.05.2023 500 0.00 0.00 500 20 12.06.2023 500 0.00 0.00 500 21 12.07.2023 500 0.00 0.00 500 22 14.08.2023 500 0.00 0.00 500 23 12.09.2023 500 0.00 0.00 500 24 12.10.2023 500 0.00 0.00 500 25 13.1 1.2023 500 0.00 0.00 500 26 12.12.2023 500 0.00 0.00 500 27 12.01.2024 411.93 88.07 0.00 500 28 12.02.2024 0 810.50 0.00 810.50 Cəmi 13411.93 898.57 0.00 14310.50 - Borclu bu sazişin 3-cü bəndində nəzərdə tutulan öhdəliklərini müddətin sonuna qədər vaxtında və lazımi qaydada icra etdiyi halda kredit öhdəliyi tam icra olunmuş hesab olunsun. Bank qeyd olunan ödənişlər tam icra edildikdən sonra kredit razılaşması üzrə hesablanmış, lakin ödənilməmiş faiz və cərimə məbləğlərini borcluya güzəşt etməyi öhdəsinə götürür. - Borclu sazişin 3-cü və 4-cü bəndlərindəki ödəniş qrafiki üzrə öhdəliyi tam icra etdiyi halda Cavabdeh1 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən, 46.8 kv.m ümumi. 28.82 kv.m yaşayış, 17.98 kv.m yardımçı sahədən ibarət olan mənzili girovdan azad etməyi, girov sənədlərin əslini borcluya verməyi "xxxx" ASC öz öhdəsinə götürür. - Borclu Nəsimi Rayon Məhkəməsində bank qarşı irəli sürdüyü iddia tələbindən imtina etməyi öz öhdəsinə götürür. - Məhkəmədə qeyd olunan şərtlərlə və borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı barışıq sazişi bağlanılsın. Kredit öhdəliyi tam icra olunduqdan sonra borcun olmamağı haqqında arayış verilsin və müvafiq icra orqanına xitam məktubu təqdim olunsun. Bütün məktub və güzəştlər ödəniş ödənildikdən sonra icra edilsin. - Ödənişlərin bu sazişin 3-cü bəndində müəyyən edilmiş ödəniş tarixlərinə münasibətdə icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin. 15079.57 manat borc, sazişin 2-ci bəndində göstərilən, bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində qeyd olunmuş qiymətə açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait borclunun Banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq İcra şöbəsinin hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borcludan Bankın xeyrinə tutulsun. - Sazişin 2-ci bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır. - Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər. - Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır. - Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir. - Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir. - Bu barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir. - Bu barışıq sazişi 4 (dörd) nüsxədə Bakı şəhərində 02 noyabr 2021-ci il tarixdə imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasındakı barışıq sazişi təsdiq edilməklə, hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli, 2(004)-215/2017 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.4, 370, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı "xxxx" ASC və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: - Borclu Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli qətnaməsi üzrə 16681 AZN əsas, 898.57 AZN faiz, 500 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 18079.57 borcunun olmasını qəbul edir və 06.05.2021-ci il tarixdən 06.10.2021-ci il tarixə hər ay 500 manat olmaqla, cəmi 3000 manat kredit borcu üzrə ödəniş etmişdir. - Tərəflər arasında bağlanmış 15.05.2014-cü il tarixli ipoteka müqaviləsi üzrə Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən. 46.8 kv.m ümumi, 28.82 kv.m yaşayış, 17.98 kv.m yardımçı sahədən ibarət olan mənzilin ilkin satış qiyməti Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən 52000 manat məbləğində müəyyən edilsin. - Borclu 14310.50 AZN məbləğində vəsaiti qeyd olunan aşağıdakı ardıcıllıqla razılaşdırılmış qaydada və müddətlərdə Banka ödəməyi öhdələrinə götürür. Ödənişin Əsas borcdan Faiz ödənişi Cərimə ödənişi Aylıq cəmi Ödəniş günləri sayı ödəniş (AZN) (AZN) (AZN) ödəniş (AZN) 1 12.11.2021 500 0.00 0.00 500 2 13.12.2021 500 0.00 0.00 500 3 12.01.2022 500 500 0.00 0.00 4 14.02.2022 500 0.00 0.00 500 5 14.03.2022 500 0.00 0.00 500 6 12.04.2022 500 0.00 0.00 500 7 12.05.2022 500 0.00 0.00 500 8 13.06.2022 500 0.00 0.00 500 9 12.07.2022 500 0.00 0.00 500 10 12.08.2022 500 0.00 0.00 500 12.09.2022 500 500 11 0.00 0.00 12.10.2022 500 500 12 0.00 0.00 13 14.11.2022 500 0.00 0.00 500 14 12.12.2022 500 500 0.00 0.00 15 12.01.2023 500 0.00 0.00 500 16 13.02.2023 500 0.00 0.00 500 17 13.03.2023 500 0.00 0.00 500 18 12.04.2023 500 0.00 0.00 500 19 12.05.2023 500 0.00 0.00 500 20 12.06.2023 500 0.00 0.00 500 21 12.07.2023 500 0.00 0.00 500 22 14.08.2023 500 0.00 0.00 500 23 12.09.2023 500 0.00 0.00 500 24 12.10.2023 500 0.00 0.00 500 25 13.1 1.2023 500 0.00 0.00 500 26 12.12.2023 500 0.00 0.00 500 27 12.01.2024 411.93 88.07 0.00 500 28 12.02.2024 0 810.50 0.00 810.50 Cəmi 13411.93 898.57 0.00 14310.50 - Borclu bu sazişin 3-cü bəndində nəzərdə tutulan öhdəliklərini müddətin sonuna qədər vaxtında və lazımi qaydada icra etdiyi halda kredit öhdəliyi tam icra olunmuş hesab olunsun. Bank qeyd olunan ödənişlər tam icra edildikdən sonra kredit razılaşması üzrə hesablanmış, lakin ödənilməmiş faiz və cərimə məbləğlərini borcluya güzəşt etməyi öhdəsinə götürür. - Borclu sazişin 3-cü və 4-cü bəndlərindəki ödəniş qrafiki üzrə öhdəliyi tam icra etdiyi halda Cavabdeh1 mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən, 46.8 kv.m ümumi. 28.82 kv.m yaşayış, 17.98 kv.m yardımçı sahədən ibarət olan mənzili girovdan azad etməyi, girov sənədlərin əslini borcluya verməyi "xxxx" ASC öz öhdəsinə götürür. - Borclu Nəsimi Rayon Məhkəməsində bank qarşı irəli sürdüyü iddia tələbindən imtina etməyi öz öhdəsinə götürür. - Məhkəmədə qeyd olunan şərtlərlə və borcun ipoteka predmetinə yönəldilməsi ilə bağlı barışıq sazişi bağlanılsın. Kredit öhdəliyi tam icra olunduqdan sonra borcun olmamağı haqqında arayış verilsin və müvafiq icra orqanına xitam məktubu təqdim olunsun. Bütün məktub və güzəştlər ödəniş ödənildikdən sonra icra edilsin. - Ödənişlərin bu sazişin 3-cü bəndində müəyyən edilmiş ödəniş tarixlərinə münasibətdə icra edilməsi ödənişlərin vaxtında icra edilməsi kimi qiymətləndirilir. Ödənişlərin vaxtında icra edilməməsi halında bu sazişin 3-cü bəndinin tələbləri pozulmuş hesab edilsin. 15079.57 manat borc, sazişin 2-ci bəndində göstərilən, bank qarşısında ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilsin. Həmin əmlak bu Sazişin 2-ci bəndində qeyd olunmuş qiymətə açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait borclunun Banka olan borcuna ödənilsin. Borc tam ödənildikdən sonra qalan vəsait mülkiyyətçiyə verilməsi üçün müvafiq İcra şöbəsinin hesabına köçürülsün. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc məbləği borcludan Bankın xeyrinə tutulsun. - Sazişin 2-ci bəndində qeyd edilən əmlakın təsadüfi məhv olması riski və idarə olunması ilə bağlı öhdəliklərə, o cümlədən kommunal ödənişlərə görə mülkiyyətçi tam məsuliyyət daşıyır. - Borclu bu saziş üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədikdə Bank bu saziş üzrə öhdəliklərindən imtina edə bilər. - Bu barışıq sazişinin icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır. - Barışıq sazişi hazırkı işin icraatına xitam verilməsi üçün əsasdır və Barışıq sazişinin təsdiq edilməsi ilə iş üzrə icraata xitam verilir. - Tərəflərə Barışıq sazişinin təsdiq edilməsi ilə yaranan prosessual hərəkətlərin nəticələri, o cümlədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191, 261 və 262-ci maddələrinin tələbləri izah edilmişdir. - Bu barışıq sazişini təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu barışıq sazişi etibarlıdır və icrası məcburidir. - Bu barışıq sazişi 4 (dörd) nüsxədə Bakı şəhərində 02 noyabr 2021-ci il tarixdə imzalanmışdır. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli, 2(004)-215/2017 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar