Məhkəmə qərarları › İş №2(103)-8938/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8938/2020

02.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8938/2020 02.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Elşən Cələddin oğlu Kazımov və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Ərizəçi iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ciil tarixli, 2(006)-5406/2020 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5406/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi” tələbinə dair ərizəsinin qəbul edilməsindən imtina olunmuşdur. Ərizəçi Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)- 5406/2020 saylı qərardadından verdiyi şikayət, məhkəmənin xx xxxxxx 2020-cii il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, vətəndaşlıq vəziyyəti aktlarında qeydiyyatın düzgün olmamasının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(006)-5406/2020 saylı qərardadına əsasən ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Əsas kimi isə “doğum faktının qeydində və doğum haqqında şəhadətnamədə səhvən yazılmış soyadın əvəz edilməsi, müvafiq düzəlişlər aparılmaqla yeni doğum haqqında şəhadətnamə verilməsi” tələbinə dair ərizəyə baxılaraq ərizənin təmin olunmaması barədə qətnamə çıxarıldığı qeyd olunmuşdur. Hesab edir ki, qeyd olunan qərardan qanunsuzdur və ləğv olunmalıdır. Belə ki, o, eyni əsaslar üzrə məhkəməyə müraciət etməmişdir. Bundan əlavə bildirmək istəyir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.7-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərlə əlaqədar məhkəməyə müraciət olunmalıdır. O, bu faktı başqa qaydada müəyyən edə bilmədiyinə görə məhkəməyə müraciət edir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5406/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi və ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi şikayəti müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəçini dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(001)-5406/2020 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən göründüyü kimi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-3380/2020 saylı qətnaməsinə əsasən Ərizəçi (Maraqlı şəxs qismində cəlb edilməklə) “doğum faktının qeydində və doğum haqqında şəhadətnamədə səhvən yazılmış soyadın əvəz edilməsi, müvafiq düzəlişlər aparılmaqla yeni doğum haqqında şəhadətnamə verilməsi” tələbinə dair ərizəsi təmin edilməmişdir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxxx 2020-ciil tarixli, 2(006)- 5406/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Elşən Kazımov Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar