Məhkəmə qərarları › İş №2(103)-8947/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8947/2021

01.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8947/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı Quliyev Zöhrəb Güləli oğlunun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-516/2021 saylı iş üzrə 09 iyul 2021-ci il tarixli qərardadından İddiaçı Güləli oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Güləli oğlu Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(007)-516/2021 saylı qətnaməsi ilə, iddiaçı Quliyev Zöhrəb Güləli oğlunun Cavabdeh qarşı “Cavabdeh ilə bağladığı 01 oktyabr 2018-ci il tarixdə İcarə müqaviləsinə əsasən ondan artıq aldığı 35 000 (otuz beş min) manat pulun cavabdehdən tutularaq ona verilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumunun Quliyev Zöhrəb Güləli oğluna aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı Güləli oğlu apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 2(007)-516/2021 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək geri qaytarılmışdır. Qərardaddan İddiaçı Güləli oğlu şikayət verərək qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, o, qətnamənin surətini almamışdır. Onun və vəkilinin fəaliyyət göstərdiyi 14 saylı Vəkil Bürosunun ünvanına və iddia ərizəsində qeyd etdikləri Vəkil2 yaşayış ünvanı olan ünvan 1 ünvanına poçt vasitəsilə Nizami Rayon Məhkəməsinin 08 aprel 2021ci il tarixli qətnaməsi göndərilməmiş, o və ya vəkili tərəfindən qəbul edilməmişdir. Xəbərnaməyə onun və ya vəkilinin tərəfindən imza atılmamışdır. Apellyasiya şikayəti vermək üçün prosessual müddəti ötürməmişlər. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-516/2021 saylı iş üzrə 05 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasının iddiaçı Quliyev Zöhrəb Güləli oğlunun nümayəndəsi və vəkili Vəkil2 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-516/2021 saylı iş üzrə 09 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı Güləli oğlunun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(007)- 516/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləyə uyğunluğunun yenidən yoxlanılması üçün mülki iş həmin rayon məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qanunvericiliyin yuxarıda normasına əməl etməyərək,birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş bir aylıq müddəti ötürmüşdür. Belə ki, İddiaçı Güləli oğlu hazırki apellyasiya şikayətini 07 iyul 2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Bundan başqa, İddiaçı Güləli oğlu apellyasiya şikayətini tərtib edərkən MPM-nin 361-ci maddəsinin də təblərini pozmuş və apellyasiya şikayətində şikayətin verildiyi məhkəmənin ünvanını, həmçinin özünün iş yeri, yaşayış yeri, yaxud olduğu yeri qeyd etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İşdən görünür ki, iddiaçı Quliyev Zöhrəb Güləli oğlunun qeydiyyat ünvanı ünvan 3rədə bildirişlər də, məhz həmin ünvanlara göndərilmiş və iddiaçı tərəfindən imzalanmaqla qəbul edilmişdir. Lakin iş üzrə qəbul edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(007)-516/2021 saylı qətnaməsi qeyd edilən ünvana deyil, başqa ünvan, yəni, ünvan 4 “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarındakı məhkəmə müdafiəsi hüququnun təbiəti ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “...məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Bu hüququn təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir...Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatı məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva edir. Müvafiq məhkəmə orqanı hər hansı ağlabatan əsaslar və ya səbəblər olmadan, eləcə də artıq tətbiq edilən hüquqi mövqeyi nəzərə almadan formalaşmış təcrübədən kənara çıxdıqda, yaxud da bu hüquqi mövqeyi düzgün təfsir və ya tətbiq etmədikdə də, məhkəmə aktı qanunsuz hesab edilə bilər”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ ilə həmçinin müəyyən edilmişdir ki, məhkəməyə müraciət etmək hüququ mütləq deyil və müəyyən məhdudiyyətlərə, xüsusən şikayətlərin qəbul edilənliyinə münasibətdə müəyyən məhdudiyyətlərə məruz qala bilər. Dövlətlər bununla bağlı müəyyən mülahizə sərbəstliyinə malik olsalar da, həmin hüquqlarından elə tərzdə istifadə etməlidirlər ki, bu, məhkəməyə müraciət etmək hüququnu onun mahiyyətinə toxunacaq dərəcədə məhdudlaşdırmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Kollegiya qeyd edir ki, heç bir halda məhkəməyə müraciət hüququ məhdudlaşdırılmamalıdır. Bu hüquq şəxsin prosessual hüququnun lazımi ünsürü qüvvəsinə malik olaraq şəxsin hüquq və azadlıqlarının keyfiyyətli dərəcədə müdafisinə xidmət etməlidir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi yalnız apellyasiya şikayətinin geri qaytarılmasının ümumi prosessual əsasını göstərməklə kifayətlənmiş, şikayətin dəlillərinə qiymət verməməklə mülki-prosessual hüquq normalarının tələblərini pozmuş, bunula da iddiaçının hüquqları, o cümlədən, onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qərardad ləğv edilməli, yuxarıda qeyd edilənlər nəzərə alınmaqla adı çəkilən qətnamədən iddiaçı Quliyev Zöhrəb Güləli oğlunun verdiyi apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləyə uyğunluğunun yenidən yoxlanılması üçün mülki iş həmin rayon məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi müəyyən edən 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiya hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-516/2021 saylı iş üzrə 09 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı Güləli oğlunun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(007)-516/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləyə uyğunluğunun yenidən yoxlanılması üçün mülki iş həmin rayon məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-516/2021 saylı iş üzrə 09 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Güləli oğlunun Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2(007)-516/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin Mülki Prosessual Məcəlləyə uyğunluğunun yenidən yoxlanılması üçün mülki iş həmin rayon məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar