Məhkəmə qərarları › İş №2(103)-896/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-896/2021

17.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-896/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili X6, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 nümayəndəsi X10 və vəkili Cəbrayılov Rəşad Vəkil oğlunun iştirakları ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(011)-2900/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı Cavabdeh MMC-yə qarşı– cavabdehin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda tikdiyi yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 50,82 kv.m olan bir otaqlı mənzilə sahiblik və istifadə hüququnun tanınması, mənzilə köçürülmə, mənzilin boşaldılaraq ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2009-cu ildə Cavabdeh MMC ilə alğısatqı müqaviləsi bağlayaraq Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanda 1-ci blok, 12-ci mərtəbədə 1 otaqlı, sahəsi 50.82 kv.m olan mənzilin dəyərini ödəməklə, müqavilə əsasında almışdır. Təmir üçün də imkanı olmadığından binaya getməmişdir. Binada idarəçilikdə bir neçə sahib dəyişmişdir. Odur ki, mənzil hüquqlarının məhkəmə qaydasında müdafiə edilməsi üçün müraciət etməyə zərurət yaranmışdır. İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, X3 cavabdeh qismində işə cəlb edilməklə, Cavabdeh MMC ilə Rahilə Abdullayeva arasında xx.xx.2009-cu il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh MMC və Rahilə Abdullayeva tərəfindən Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanda tikdiyi yaşayış binasının 1-ci blok, 12-ci mərtəbə, ümumi sahəsi 50,82 kv.m olan bir otaqlı mənzilin boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh (bundan sonra-cavabdeh) X2 Mehdi Məhi oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçılə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilənin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, X7 ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında tikilən yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsindəki 1 otaqlı 50,82 kv.m mənzil hər kv.m 400 manat olmaqla cəmi 20.328 manata R.Abdullayevaya satılmışdır. Alıcı mənzilin qiymətini tamamilə ödəmişdir. Onlar mənzili təmir etdirərək orada yaşayırlar. Mənzilin kommunal xidmət haqlarını da onlar ödəyirlər. Cavabdeh MMC-nin rəhbərlərinin qanunsuz əməlləri ilə bağlı aparılan istintaq zamanı o, R.Abdullayevanın nümayəndəsi kimi AR DİN-ə şahid kimi dəvət almışdır. X12 mənzilin sənədlərini - müqavilə, ödəniş qəbzləri və s. tanış olduqdan və onu sorğu-sual etdikdən sonra bildirmişdir ki, onların mənzillə bağlı problem yoxdur və zərərçəkmiş şəxs kimi tanınmağına da ehtiyac yoxdur. 2019-cu il mayın 14-də ilk dəfə məhkəmə iclasında iştirak edərkən məlum olmuşdur ki, mənzil 2009-cu il 21 iyul tarixli başqa bir müqaviləyə əsasən guya iddiaçıya da satılmışdır. Onların müqaviləsindən 14 gün qabağa rəsmiləşdirilmiş müqavilədə mənzilin hər kv.m. qiyməti 450 manat göstərilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçı ilə MMC arasında bağlanmış müqavilə etibarsızdır. Mənzil almış şəxslər Cavabdeh MMC və “xxxx” MMC-yə qarşı iki dəfə məhkəməyə müraciət edərək satılmış mənzillərin və qeyri-yaşayış sahələrinə dair və mülkiyyət hüquqlarının tanınması, mənzillərin açarlarının təhvil verilməsi və maneələrin aradan qaldırılmasını tələb ediblər. Birinci dəfə Xətai rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İkinci dəfə R.Abdullayevanın olduğu iddiaçıların iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Xətai rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Səbəb bu olmuşdur ki, MMC-nin rəhbərliyi iddiaçıların hər birindən əlavə 2.000 manat pul istəmiş, sakinlər bu məbləği verməkdən imtina etdiyinə görə MMC-nin hüquqşünası rəhbərliyin göstərişi ilə iddia ərizəsinin qaytarılması barədə məhkəməyə ərizə vermişdir. Hər iki halda İddiaçı mənzil alanların tərkibində göstərilməmişdir. İddiaçı 10 il ərzində mənzillə bağlı heç bir orqana müraciət etməmişdir. “xxxx” MMC-nin tərtib etdiyi “Xətai rayonu Gəncə prospekti 2935 A ünvanında yerləşən 14 mərtəbəli yaşayış, 2 mərtəbəli qeyri-yaşayış binası sakinlərinin Siyahısı”nda da mübahisəli 80 saylı mənzilin sahibi kimi R.Abdullayeva göstərilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi mənzil alğı-satqı müqaviləsinin saxtalığı də onunla sübut olunur ki: a) mənzilin dəyərinin ödənilməsi barədə iddiaçının ödəniş qəbzində möhür yoxdur; b) binanın tikintisinin gedişində mənzillərin satış qiyməti adətən yüksələn xətlə gedir. İddiaçı guya mənzili bizdən 14 gün qabaq alıb, lakin onların müqaviləsində hər kv.m. qiyməti 400 manat, onun müqaviləsində isə 450 manat göstərilmişdir. Müqavilənin daha əvvəlki tarixə yazılması məhkəmə praktikasında daha əvvəl bağlanmış müqaviləyə üstünlük verilməsi ilə bağlıdır; c) Cavabdeh MMC-nin direktoru K.Kazımzadə həbs edildikdən sonra onun qohumu X13 da mənzil satışı ilə məşğul olmuşdur. Bununla bağlı mənzillərin bir neçə şəxsə satılması ilə bağlı çoxlu faktlar var və müxtəlif məhkəmələrin icraatında yüzlərlə mübahisələrə baxılmış və baxılmaqdadır; d) ilk iddia üzrə İddiaçı təqdim etdiyi sənədlərdə - müqavilə, arayış və qəbzdə K.Kazımzadənin imzaları birbirindən fərqləndiyinə görə onların həqiqiliyi də şübhə doğurur. İlkin iddia üzrə iddia ərizələrində onların müqaviləsinin etibarsız sayılması tələb olunsa da, müqavilənin etibarsızlığının nədən ibarət olması, hansı qanuna, konkret olaraq hansı maddəyə əsasən müqavilənin ləğv edilməli olması göstərilməmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmiş, qarşılıqlı iddianın təmin edilərək, İddiaçı ilə Cavabdeh MMC arasında xx xxxx 2009-cu il tarixdə bağlanmış 258 saylı müqavilənin etibarsız sayılması, 22869 (iyirmi iki min səkkiz yüz altmış doqquz) manat məbləğində pul vəsaitinin Cavabdeh MMC-dən alınaraq İddiaçı ödənilməsi və ekspertiza tədqiqatının dəyəri olaraq 238 (iki yüz otuz səkkiz) manat məbləğində pul vəsaitinin İddiaçı alınaraq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(011)-2900/2019 saylı qətnaməsinin ləğv edilərək, iddianın və ona əlavənin təmin edilməsi, cavabdehin qarşılıqlı iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış və işdə olan xx xxxx 2009-cu il tarixli müqavilə, ödəniş qəbzi və maliyyə arayışından görünür ki, İddiaçı bu mənzili aldıqda dəyərini tam ödəmişdir. Müqavilədə yazılır ki, əgər alıcı mənzilin pulunu tam ödəmişdirsə, bu əmlak payı pulu tam ödəyən müştərinin mülkiyyəti hesab olunur. Həmin müqavilənin 7-8-ci bəndinə əsasən, mənzilin dəyərini tam ödəməklə alıcı aldığı əmlak payının qanuni sahibi və istifadəçisi sayılır. İddiaçı bu mənzili xx xxxx 2009-cu il tarixdə almağına baxmayaraq, bina 2015-2016-cı illərdə yaşayışa yararlı olmuşdur. Bu məhkəmə işinə qədər bina dövlət tərəfindən istismara qəbul edilməmiş, yalnız 2019-cu ilin sentyabr ayında binaya qaz xətti quraşdırılmışdır. Alğı-satqı müqaviləsində binanın tikilib başa çatması ilə bağlı hər hansı bir müddət göstərilməmiş, müqavilənn 10-cu bəndində müəyyən edilir ki, bina tikilib başa çatdıqda və alıcı order aldıqdan sonra müqavilə qüvvəsini itirmiş hesab olunur və geri qaytarılır. Bununla iddiaçı demək istəyir ki, Xətai rayon Məhkəməsi mübahisəyə baxarkən AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə istinad edərək iddia tələbi üzrə ilkin iddaçının iddia müddətinin ötürüldüyünü bildirib. Məhkəmə bu əsasla ilkin iddianın rədd edilməli olduğunu göstərmişlər. İddiaçı hesab edir ki, məhkəmənin İddiaçı tərəfindən iddia müddətini ötürməsi barədə gəldiyi nəticə düzgün olmayan səhv nəticə hesab edilir. İddiaçı bağlanmış müqavilədə pulunu tam ödəyən müştəri əmlak payının mülkiyyətçisi hesab edilir. Cavabdeh Abdullayeva Rahilə tərəfindən MMC-nin təkrar qanunsuz satışı nəticəsində xx xxxxxx 2009-cu il tarixdə eyni mənzilə alğı-satqı müqaviləsi bağlanmasına baxmayaraq, cavabdeh tərəfindən mənzilin pulu tam ödənilməmiş, 5000 manata qədər qalıq borcunun qalması sənədlərdə təsdiqini tapır. Rahilə Abdulayevanın adına verilmiş müqavilənin bəndində yazılır ki, mənzilin dəyəri tam geri alınır. Digər bir halda, binanın tikintisi qeyd edildiyi kimi, 2015-2016-cı ildə başa çatdığı üçün, iddia müddətinin axımı Cavabdeh MMC tərəfindən binanın tikintisi başa çatdıqdan, yəni öhdəliyin icra müddətinin sonuncu günündən hesablanmalıdır. Məhkəmə iddia müddətini tətbiq edərkən, qanunvericiliyin bu tələbini nəzərə almamışdır. Başqa bir hüquqi əsasa görə, yəni AR Mülki Məcəlləsinin 384.0.4 maddəsində yazılır ki, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularını aradan qaldırmaq haqqında tələbləri, özüdə, bu pozuntular sahiblikdən məhrum etmə ilə birləşdirilmiş olmasa belə, bu hallar iddia müddəti aid edilməyən tələblər sayılır. İddiaçı xx xxxx 2009-cu il tarixli 258 saylı müqavilə əsasında pulunu tam ödəməklə Cavabdeh MMC-dən vicdanlı aldığı əmlak payçısıdır. Və bu əmlak payının qanuni sahibidir. Əmlak payının dəyərini ödəyən şəxs mülkiyyətçiyə bərabər hüquqlara sahibdir. Məhkəmə qətnamə çıxardıqda,AR MM-in 384.0.4 maddəsinin tələblərini pozmuşdur. Belə halda, İddiaçı qarşı iddia müddətinin ötürülməsi tətbiq edilə bilməz. Məhkəmə Cavabdeh MMC-nin keçmiş sədri X4 və qeyrilərinin təqsirləndirilməsinə dair 2013-cu il 29 iyul tarixli 1(101)-129/2013 saylı cinayət işi üzrə Bakı Ağır Cinayətlər məhkəməsinin hökmünə istinad edərək İddiaçı zərərçəkmiş şəxs kimi tanınması və ona satılmış mənzilin başqa şəxsə satıldığını bilməsini əsas göstərərək və həmin vaxtdan 3 il ərzində deyil, 6 il müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini göstərərək, nəticədə iddia müddətinin üzrlü səbəb olmadan buraxıldığını göstərmişdir. Əgər dəqiqlik gözlənilsə, bəlli olur ki, İddiaçı 2019-cu ilin 11 yanvarda məhkəməyə poçt vasitəsi ilə iddia ərizəsi vermişdir. Bu onu göstərir ki, ümumi iddia müddəti AR MM-in 373-cü maddəsinə əsasən, 10 il, daşınmaz əmlaklar üzrə 6 il , digərləri üzrə 3 il müəyyən olunur. Lakin İddiaçı mənzili və digər mənzillər üzrə 2013-cü ilə kimi təkrar alğı-satqısı ilə bağlı gedən istintaq məhkəmə hökmünün çıxarılması 2013-cü ilin avqust, sentyabr aylarında yekunlaşır. AR MM-in 380-ci maddəsinə istinad edilsə, hökm çıxarılan gündən iddia müddətinin axımı kəsilmiş, bu kəsilmədən sonra iddia müddəti yenidən başlanır, ötürülmüş müddət yeni müddətə daxil edilmədiyindən, hüququ pozulmuş tərəfin keçmiş iddia müddəti yeni müddətə daxil edilir. İddiaçı pulunu tam ödəyərək aldığı mənzilə-əmlak payına münasibətdə 2013-cü ildən sonra 6 il müddət ötməmiş, 2019-cu ilin 11.01 tarixdə iddia ərizəsində müraciət etdiyi üçün qanunvericiliyin müəyyən etdiyi qaydada yenidən bərpa olan 6 illik iddia müddəti ötürülməmişdir. 2013-ci ildə Bakı Ağır Cinayətlər məhkəməsində Kazım Kazımzadənin cinayət işi üzrə ittiham aktında və hökmdə xx xxxxxx 2012-ci il tarixli məhkəmə ekspert rəyində Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılmış xx xxxx 2009 cu il tarixli müqavilə, ödəniş orderi, 2010-cu il tarixli maliyyə arayışında qoyulmuş imzaların, direktor olmuş Kazım Kazımzadəyə və uyğun olaraq baş mühasib Volkovaya məxsusluğu təsdiq edilmişdir. Cavabdeh Abdullayeva Rahilən adına verilmiş xx xxxxxx 2009-cu il tarixli müqavilədə MMC-nin direktoru qarşısında qoyulmuş imzanın Kazım Kazımzadəyə məxsus olması müəyyən edilməmişdir. Hazırda qanuni qüvvədə olan hökmlə Xətai rayonu Gəncə pr.2935A ünvanında yaşayış binasının 1-ci blok 12 ci mərtəbəsində sah 50.82 kv.m olan 1 otaqlı mənzilin ilkin alıcısı kimi İddiaçı tanınmış və təsdiq edilmişdir. Bu mənzilin təkrar olaraq cavabdeh Abdullayeva Rahiləyə satılması qanunsuz hesab edildiyi üçün, Kazım Kazımzadənin bu əməli cinayət hesab edilmişdir. İddiaçı hesab edir ki, məhkəmə qətnamə çıxaranda AR konstitusyası ilə müəyyən olunmuş ədalətli məhkəmə baxışı prinsiplərini İddiaçı münasibətdə pozmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2900/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, ilk iddia qismən təmin edilərək, Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında, l blok, 12-ci mərtəbədə yerləşən, 1 otaqlı, sahəsi 50,82 kv.m olan mənzil cavabdeh X7 tərəfindən boşaldılaraq, İddiaçı təhvil verilməsi, İddiaçı həmin mənzilə istifadə və sahiblik hüququnun tanınması və onun həmin mənzilə köçürülməsi, ilk iddianın qalan hissədə və qarşılıqlı iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 238 manat məbləğində pul vəsaiti cavabdehlər X7 və Cavabdeh MMC-dən bərabər hissələrdə tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə cavabdeh X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili X11 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddianın və ona əlavənin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh X3 nümayəndəsi X14 və vəkili Cəbrayılov Rəşad Vəkil oğlu apellyasiya şikayətini qəbul etməyərək, qarşılıqlı iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “xxxx” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti və “xxxx” MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələr məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, Cavabdeh MMC ilə qarşılıqlı iddiaçı arasında bağlanmış əqd əhəmiyyətsiz əqd deyil, mübahisələndirilən əqddir. Qanuni qüvvəyə minimş məhkəmə hökmü ilə tərəflər eyni statuslu zərərçəkmiş kimi tanınmışdır ki, həmin hökmlə də hər hansı tərəfin mübahisəli mənzilə münasibətdə üstün hüququ olması müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452-ci maddəsinin hazırkı mübahisəyə aid olmaması barədə məhkəmənin gəldiyi nəticə əsassızdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, mübahisəli mənzil Cavabdeh MMC tərəfindən inşa edilən Bakı şəhəri, Gəncə prospekti, 2935 A ünvanında, l blok, 12-ci mərtəbədə yerləşən, 1 otaqlı, sahəsi 50,82 kv.m olan mənzildən ibarətdir. Həmin mənzilə dair iki müqavilə bağlanmışdır. Birinci müqavilə xx xxxx 2009-cu il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh MMC həmin mənzili İddiaçı təhvil verməyi, sonuncu isə mənzili qəbul etməyi və ümumi dəyəri olan 22869 manatıCavabdeh MMC-yəödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2010-cu iltarixliarayışa əsasən İddiaçı tərəfindən həmin mənzilin dəyəri tam ödənilmişdir. İkinci müqavilə isə xx.xx.2009-cu il tarixdə Cavabdeh MMC ilə X7 arasında bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh MMC həmin mənzili X5 təhvil verməyi, sonuncu isə mənzili qəbul etməyi və ümumi dəyəri olan 20328 manatı Cavabdeh MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(101)-129/2013 saylı hökmü ilə Kazım-zadə Kazım Ələsgər oğlu (Cavabdeh MMC-nin direktoru) Azərbaycan Respublikası CM-nin 178.3.1 və 178.3.2-ci maddələri ilə təqsirli bilinərək, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçı iddia tələbi irəli sürür ki, mübahisəli mənzil ilkin olaraq xx xxxx 2009-cu il tarixdə ona satıldığına görə mənzil ona təhvil verilməlidir. Cavabdeh X7 iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək bildirir ki, mənzili təmir etdirib, hazırda orada yaşayır və kommunal xidmət haqlarını ödəyir. Kollegiya ilkin iddianı qismən əsaslı hesab edir. Belə ki, iddiaçı onunla bağlanılmış xx xxxx 2009-cu il tarixli müqaviləyə istinad edərək, hazırkı iddianı irəli sürmüşdür. Kollegiya qeyd edir ki, həmin müqavilə mahiyyət etibarı ilə podrat müqaviləsidir. Çünki Cavabdeh MMC mübahisəli mənzili inşa edərək iddiaçıya təhvil verməyi, sonuncu isə həmin mənzilin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-nin 752.2-ci maddəsinə görə əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 452.1-ci maddəsi o halda tətbiq olunur ki, şəxs özünə məxsus olan əmlakın özgəninkiləşdirilməsi barədə bir neçə şəxslə müqavilə bağlayır, lakin əmlakı onlardan birinin mülkiyyətinə verir, belə halda müqavilə bağlamış digər şəxslərin mənzili tələb etmək hüququ aradan qalxır. Burada hüquqi məntiq ondan ibarətdir ki, qanunverici mülkiyyətçinin seçim hüququna hörmətlə yanaşıb. Ancaq podrat münasibətlərində podratçının belə seçim hüququ yoxdur, o, mülkiyyətçi deyil, podratçıdır, ona görə də podratın maddiləşmiş nəticəsini Mülki Məcəllənin 752.2-ci maddəsinin göstərişinə uyğun olaraq sifarişçiyə verməyə borcludur. Bu zaman 752.2-ci maddədə “hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir” məzmunlu göstərişdən sonra işlədilən “əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir” ifadəsi düzgün başa düşülməlidir. Belə ki, maddədə “alğı-satqı müqaviləsi” deyil, “alğı-satqı qaydaları” ifadəsindən istifadə olunur, yəni podrat müqaviləsi ilə tənzimlənən münasibətin daxilində alğı-satqı qaydaları tətbiq edilir, ayrıca alğı-satqı müqaviləsi bağlanmır. Məmulatın hazırlanması və verməsi bir müqavilənin-podrat müqaviləsinin tənzimetmə predmetidir. Əgər hər hansı mülkiyyətçi öz mənzili üzərində sərəncam vermək üçün əvvəlcə İddiaçı ilə, daha sonra isə X7 ilə alğı-satqı müqaviləsi bağlasaydı, lakin mənzili X5 versəyidi, belə halda İddiaçı mənzili tələb etmək hüququ aradan qalxardı. Hazırkı işdə belə hal yoxdur, podratçı var, həmin podratçı əvvəlcə sifarişçi İddiaçı ilə, daha sonra isə “sifarişçi” X7 ilə podrat müqaviləsi bağlayıb. Göründüyü kimi, X3 podrat müqaviləsi yalan əqddir, ona görə ki, qeyd olunan hal müqavilənin məzmunundan aydın görünür. Belə ki, müqavilənin məzmununda qeyd olunub ki, X1 əsasında mənzili tikilib ona təhvil veriləcək. Belə vəziyyətdə “tikilmiş mənzil necə yenidən tikilə bilər ?” sualı əmələ gəlir. Mənzil İddiaçı sifarişi əsasında tikildiyinə görə X3 həmin mənzilin təkrarən tikilməsi barədə sifariş verə bilməz. Podrat münasibətlərində iş bitdikdən sonra həmin işin görülməsi barədə sifariş verilməsi mümkün deyil, bu nəinki qanunsuz, həm də məntiqsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə görə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir, yalan əqd əhəmiyyətsizdir. Beləliklə, mənzil İddiaçı sifarişi və maliyyəsi ilə onun üçün inşa olunub, iqtisadi mənada onun əmlakıdır. Mənzilin X5 verilməsi İddiaçı əmlakının başqasına verilməsi kimi qiymətləndirilir. Bu cür münasibətləri Mülki Məcəllənin 452-ci maddəsi deyil, Cinayət Məcəlləsinin 178-ci maddəsi tənzimləyir. Göründüyü kimi, 2-ci müqaviləni bağlayaraq mənzili X5 verməkdə podratçının məqsədi daha çox qazanc əldə etmək olmuşdur. Təsadüfi deyildir ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2018-ci il tarixli Qanunda da tikilməkdə olan binada mənzili əldə etmək üçün ilk müqavilə bağlayan şəxsin xeyrinə təminat qeydinin aparılmalı olduğu müəyyən edilmişdir. Bu isə artıq onu təsdiq edir ki, dövlətin qanunvericilik siyasəti mənzil əldə etmək üçün ilk müqavilə bağlayan şəxsin müdafiəsinə yönəlib. Mülki Prosessul Məcəllənin 2.2-ci maddəsinə görə mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Odur ki, təminat qeydinin tətbiqinə qədər eyni mənzilə dair 2 və daha çox şəxslə müqavilə bağlanmasının qarşısının alınması üçün məhkəmələr belə mübahisələri 1-ci müqaviləni bağlayan şəxsin xeyrinə həll etməlidir. Əks yanaşma ona səbəb olacaq mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə deyil, sui-istifadələrə rəvac verəcək, mənzil tikintisi ilə məşğul olan podratçılar daha çox qazanc əldə etmək üçün 1-ci şəxsin sifarişi və maliyyəsi ilə inşa edilən mənzili 2-ci şəxsə satacaqlar. Hazırkı işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək mənzilin ümumi dəyərini Cavabdeh MMC-yə ödəmişdir. Belə olan halda isə, o, həmin mənzilə istifadə və sahiblik hüquqlarının tanınmasını tələb etməkdə haqlıdır və ona görə də, həmin hissələrdə ilk iddia əsaslıdır. Cavabdeh Rahilə Abdullayevanın mənzildən çıxarılması barədə ilk iddia tələblərinin qanuni əsasını isə Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə də qeyd olunan maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, işin mübahisəsiz halına görə həmin mənzil cavabdeh Rahilə Abdullayevanın qanunsuz sahibliyindədir. Çünki mübahisəli mənzilə dair ilk öncə xx xxxx 2009-cu il tarixdə iddiaçı ilə müqavilə bağlanmış, daha sonra isə həmin müqavilə ləğv və ya etibarsız hesab edilmədən xx.xx.2009-cu il tarixdə həmin mənzil cavabdeh Rahilə Abdullayevaya satılmışdır. Həmin fakt qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(101)-129/2013 saylıhökmü ilə müəyyən olunur. Belə ki, həmin hökmlə müəyyən olunmuşdur ki, Kazım Kazım-zadə Gəncə prospekti 293 5A ünvanında inşa etdirdiyi binanın 1-ci blok 12-ci mərtəbəsində bir otaqlı 50,82 kv.metrlik nömrəsiz mənzili xx.xx.2009-cu ildə 258 saylı müqavilə ilə mühasib ValentinaVolkovanın vasitəsilə İddiaçı Mehi oğluna 22869 manata, xx.xx.2009-ci il tarixli 262 saylı müqavilə ilə X5 15350 manata sataraq onların ümumilikdə 38219 manat pullarını ələ keçirib təkrar dələduzluq etmişdir (hökmün 4-cü səhifəsi). Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsində isə təsbit olunmuşdur ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Göründüyü kimi Cavabdeh MMC faktiki olaraq mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməklə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla X7 ilə etibarsız, hazırkı halda isə əhəmiyyətsiz əqd bağlamışdır. Belə ki, mülki qanunvericiliyə əsasən əqdin etibarlı olmasının ümumi şərtləri dörd qrupa bölünür: əqdin subyekt tərkibinə aid edilən şərt, əqdin məzmununa aid edilən şərt, əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərt, əqdin formasına aid edilən şərt. Hazırkı işdə də əqdin subyekt tərkibinə və məzmununa aid edilən şərtlər pozulmuşdur. Çünki Cavabdeh MMC özünə məxsus olmayan əşya (mənzil) barəsində sərəncam vermişdir. Həmçinin mənzil İddiaçı sifarişi əsasında tikildiyinə görə X3 həmin mənzilin təkrarən tikilməsi barədə sifariş verə bilməz. Ona görə də, həmin əqd Mülki Məcəllənin 337.1, 340.2-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd olmaqla etibarsızdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı cavabdeh Rahilə Abdullayevanın mənzildən çıxarılması və mənzilə köçürülməsini tələb etməkdə tam haqlıdır və ona görə də, həmin hissələrdə ilk iddia təmin edilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, ilk iddiada irəli sürülmüş əqdin etibarsız hesab edilməsi iddiasının təmin edilməsinə zərurət yoxdur. Belə ki, Mülki Məcəllənin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir (337.2). Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir (337.3). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (337.4). Həmin Məcəllənin 351.1-ci maddəsində isə təsbit olunmuşdur ki, əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Qeyd olunan maddələrin təfsirindən müəyyən olunur ki, etibarsız əqdlərin 2 növü vardır: mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər. Mübahisə edilən əqdin etibarsızlığını məhkəmə müəyyən edir. Əhəmiyyətsiz əqdlərin isə məhkəmə qaydasında etibarsızlığının müəyyən edilməsinə zərurət yoxdur. Yəni əgər əqd özü-özlüyündə əhəmiyyətsizdisə (məsələn, yalan və uydurma əqdlər) və bunun üçün əsaslar mövcuddursa, bu zaman həmin əqdin etibarsız hesab edilməsi ilə bağlı deyil, etibarsızlığın nəticələrinin tətbiqi haqqında iddia qaldırılmalıdır. Çünki həmin əqd özü-özlüyündə etibarsızdır. Hazırki işdə də yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, Cavabdeh MMC ilə X7 arasında bağlanmış müqavilə özü-özlüyündə əhəmiyyətsiz olmaqla etibarsız əqddir. Bu baxımdan kollegiya hesab edir ki, həmin müqavilənin hazırki məhkəmə tərəfindən yenidən etibarsız hesab edilməsinə zərurət yoxdur. Qarşılıqlı iddia isə aşağıdakılara görə əsassızdır. Belə ki, X7 mübahisəli mənzilə dair Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış müqaviləni mübahisələndirmişdir. Kollegiya qeyd edir ki, X7 həmin mənzil üzərində hər hansı bir hüquqa sahib olmalıdır ki, həmin müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malik olsun. Lakin yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, Cavabdeh MMC ilə X7 arasında bağlanmış müqavilə özü-özlüyündə etibarsız (əhəmiyyətsiz) əqddir. Belə olan halda isə onun həmin mənzil üzərində hər hansı bir hüququ yoxdur. MM-nin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bununla bağlı kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, qarşılıqlı iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından, sübutlar araşdırılmadın rədd olunmalıdır. Bundan başqa, Rahilə Abdullayeva tərəfindən həmin müqavilə mübahisələndirilsə də, müqavilənin tərəfi olan Cavabdeh MMC qarşılıqlı iddia üzrə cavabdeh kimi göstərilməmişdir. Göründüyü kimi həmin iddianın təmin edilməsi prosessual baxımdan da mümkün deyil. Eyni zamanda kollegiya izah edir ki, cavabdeh X7 Cavabdeh MMC-dən ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. İddiaçı tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı cavabdeh Rəhilə Abdullayevanın dəlillərini və birinci instansiya məhkəməsinin gəldiyi qənaəti isə kollegiya əsassız hesab edir. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsində müqavilə tələbləri üzrə iddia müddətləri müəyyən edilmişdir. Yəni həmin maddə müqavilədən irəli gələn tələblərə dair iddia müddətlərini tənzimləyir və ona görə də, həmin müddətlərə istinad etmək hüququ yalnız müqavilə tələblərinə məxsusdur. Cavabdeh Rəhilə Abdullayeva isə iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx xxxx 2009-cu il tarixli müqavilənin tərəfi deyildir. Ona görə də, onun tərəfindən Mülki Məcəllənin 373.2-ci maddəsinə istinad etməsi tam əsassızdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə dair kollegiya ilk olaraq qeyd edir ki, həmin maddədə göstərilən müddətlər iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir (həmin hüquqa xitam verilir). Lakin, yuxarıda qeyd olunduğu kimi Cavabdeh MMC ilə X7 arasında bağlanmış müqavilə özü-özlüyündə etibarsız (əhəmiyyətsiz) əqd olduğuna görə ilk iddiada irəli sürülmüş əqdin etibarsız hesab edilməsi iddiasının təmin edilməsinə və ona görə də, həmin tələb üzrə müddətin keçibkeçməməsi məsələsinə qiymət verilməsinə zərurət yoxdur. Kollegiya yuxarıda qeyd etdiyi kimi. birinci instansiya məhkəməsi tərəfindən Mülki Məcəllənin 452.1-ci maddəsinə istinad etməsi də əsassızdır. Cavabdeh Rahilə Abdullayevanın istinad etdiyi digər hallar da əsassızdır. Belə ki, iddiaçı ilə bağlanmış müqavilədəki imzaların həqiqiliyinə şübhə edilməsi üçün də heç bir əsas yoxdur. Çünki Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(101)-129/2013 saylı hökmündən (25-ci səhifə) görünür ki, məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2012-ci il tarixli 13275 saylı rəyinə əsasən İddiaçına verilmiş xx.xx.2009-cu il tarixli 258 saylı alğı-satqı müqaviləsində “direktor” qrafasındakı imza Kazım Kazımzadə tərəfindən icra olunmuşdur. “xxxx” MMMC-nin tərtib etdiyi “Xətai rayonu Gəncə prospekti 2935 A ünvanında yerləşən 14 mərtəbəli yaşayış, 2 mərtəbəli qeyri-yaşayış binası sakinlərinin Siyahısı”nda İddiaçı adının göstərilməməsinin isə mübahisənin həllinə heç bir təsiri yoxdur. Çünki mübahisəli mənzilin İddiaçı məxsus olub-olmaması həmin siyahı ilə deyil, ilkin olaraq onunla bağlanmış müqavilə ilə müəyyən olunur. Həmçinin Mülki Məcəllənin 398.1-ci maddəsinin tələblərinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Göründüyü kimi qanunverici müqavilə tərəflərinin müqavilə azadlığı prinsipinə uyğun olaraq alğı-satqı müqaviləsinin bağlanması zamanı müqavilənin mühüm şərti olan qiyməti də könüllü surətdə razılaşdırmalarını müəyyən etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı ilə bağlanmış müqavilədə mənzilin qiymətinin real bazar qiymətinə uyğun olmaması və ya daha yuxarı olması həmin müqavilənin etibarlığına təsir etmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(011)-2900/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia qismən təmin edilsin. Bakı şəhəri, Gəncə prospekti 2935 A ünvanında 1-ci blok, 12-ci mərtəbədə yerləşən 1 otaqlı, sahəsi 50.82 kv.m olan mənzil cavabdeh X7 tərəfindən boşaldılaraq, İddiaçı təhvil verilsin. İddiaçı həmin mənzilə sahiblik və istifadə hüququ tanınsın və o, həmin mənzilə köçürülsün. İlk iddia qalan hissədə və qarşılıqlı iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 238 (iki yüz otuz səkkiz) manat məbləğində pul cavabdehlər X7 və Cavabdeh MMC-dən bərabər hissələrdə tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xəyal Sarıyev Hakimlər: Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar