Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8965/2021 30.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı ASC-yə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(006)-3399/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı mənzilin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC "xxxx" MMC və Cavabdeh qarşı kredit borcunun tutulması və ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr 2015-ci il tarixli 2(006)-194/2015 saylı qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" MMC-dən 26 dekabr 2013-cü il tarixli 614/H-13 saylı kredit müqaviləsinə əsasən 110659,31 ABŞ dolları əsas borc, 4574,75 ABŞ dolları faiz borcu, 1500 ABŞ dolları cərimə borcunun tutulması, tələb olunan məbləğin ipoteka predmeti olan Cavabdeh məxsus ünvan 1 ünvanındakı 140 saylı mənzilə yönəldilməsi və həmin əmlakın ilkin satış qiymətinin 180000 manat müəyyən edilməklə açıq hərracda satılması və həmin məbləğ hesabına borc məbləğinin banka ödənilməsi qət edilmişdir. Nəsimi Rayon Məhkəməsi tərəfindən verilmiş 10 sentyabr 2015-ci il tarixli icra vərəqəsi əsasında Nəsimi rayon İcra Şöbəsinin 26 avqust 2016-cı il tarixli sifariş məktubuna əsasən "xxxx" MMC tərəfindən mənzil hərraca çıxarılmış, hərracda satılmadığına görə Banka təklif olunmuşdur. İddiaçı ASC tərəfindən təklif qəbul edilmiş və buna uyğun olaraq DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 24 dekabr 2016-cı il tarixli Çıxarışa əsasən həmin mənzil mülkiyyət hüququ əsasında İddiaçı ASC-nin adına rəsmiləşdirilmişdir. Bank tərəfindən mənzilin boşaldılması və Banka təhvil verilməsi üçün cavabdehə pretenziya məktubu göndərilsə də, nəticəsi olmamışdır. Buna görə də Bank iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh İddiaçı ASC-yə qarşı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC-yə qarşı hərracın yekunları barədə protokolun ləğv edilməsi barədə iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. Səbail Rayon Məhkəməsinin 08 may 2017ci il tarixli 2(009)-1417/2017 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Buna görə də hesab edir ki, İddiaçı ASC tərəfindən alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsassızdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(006)- 3399/2020 saylı qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan, ünvan 2 ünvanındakı 16 mərtəbəli binanın 10cu mərtəbəsində yerləşən 4 otaqlı ümumi sahəsi 154,5 m2 olan 140 nömrəli mənzilin boşaldılması və evin İddiaçı ASC-yə təhvil verilməsi qət edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçı bankın nümayəndəsi X4 isə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 24 dekabr 2016-cı il tarixli Çıxarışın surətindən görünür ki, ünvan 1 mənzil 140 İddiaçı ASC-nin adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 may 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı hərracın yekunları barədə protokolun ləğvi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 oktyabr 2017-ci il tarixli 2(103)-9031/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 may 2017-ci il tarixli 2(009)- 1417/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 205.2-ci maddəsinə əsasən tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, ünvan 1-də yerləşən 140 saylı mənzil İddiaçı ASC-nin mülkiyyətində olduğundan, Bank hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi düzgün olaraq ilk iddianı təmin etmişdir. ünvan 1 mənzil 140 üzərində İddiaçı ASC-nin mülkiyyət hüququnu təsdiq edən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 24 dekabr 2016-cı il tarixli Çıxarışın ləğv edilməsinə əsaslar olmadığından, bu barədə Cavabdeh qarşılıqlı iddia tələbi əsassız, apellyasiya şikayəti isə formal mülahizələrdən ibarət olduğundan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli 2(006)- 3399/2020 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-8965/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8965/2021
30.11.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver