Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-897/2024 15.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kompensasiya verilmədən mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma, mənzilin təhvil verilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-805/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi, məhəllə 4088, 3 saylı evin, 46 nömrəli mənzili daha əvvəl order əsasında İddiaçı və ailə üzvlərinə məxsus olmuşdur.
2. 2008-ci ildə Cavabdeh2 notarial qaydada ərizə verərək, mənzilin atası İddiaçı adına özəlləşdirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra isə yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində X6 fərdi xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmiş və ona bu halı təsdiq edən xx.xx.2022-ci il tarixli çıxarış verilmişdir.
3. Cavabdeh2 1988-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır.
4. Cavabdeh2 ilə X10 arasında xx.xx.2010-cu il tarixdə nikah bağlamış, həmi nikahdan xx.xx.2011-ci il tarixdə X7 doğulmuşdur.
5. Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, 28 A saylı fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0.0972 ha olan torpaq sahəsi xx.xx.2016-cı il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir.
6. ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.9999 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir.
7. ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 1.3073 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2020-ci il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi, məhəllə 4088, 3 saylı evin, 46 saylı mənzilinə olan istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi, Cavabdeh2 və Cavabdeh1 övladları X8 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi, məhəllə 4088, 3 saylı evin, 46 saylı mənzilindən çıxarılması və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi, məhəllə 4088, 3 saylı evin, 46 saylı mənzili ona məxsusdur və həmin evin mülkiyyətçisi Cavabdeh2 onun oğludur. Digər Cavabdeh1 isə gəlinidir. Cavabdeh2 həmin mənzildə pasport qeydiyyatında olsa da, digər cavabdeh olan həyat yoldaşı həmin mənzildə qeydiyyatda deyildir. O, həyat yoldaşına məxsus digər mənzildə qeydiyyatdadır. Cavabdehin başqa yaşayış yeri olsa da, onun həmin mənzildən çıxarılma tələbini yerinə yetirmir və həmin mənzildən çıxmayacağını bildirir. Onu həmin mənzilə buraxmırlar. Mülkiyyət hüququ tamamilə məhdudlaşdırılmışdır. Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, 28A saylı fərdi ev Cavabdeh2 mülkiyyətindədir. Bundan başqa Cavabdeh1 Qəbələ rayonunda müxtəlif ünvanlarda torpaq sahəsi mövcuddur. Cavabdeh2 mülkiyyətində başqa yaşayış yeri olduğundan və həmin evdə yaşaya biləcəyini nəzərə alaraq ona kompensasiya verilmədən mülkiyyətində olan mənzildən çıxarılmalıdır. Kompensasiya o halda verilə bilər ki, istifadə hüququ olan şəxsin başqa yaşayış yeri olmasın. Digər Cavabdeh1 ümumiyyətlə onun mülkiyyətində olan mənzildə istifadə hüququ mövcud deyildir. O, həmin mənzildən çıxarılmalıdır. Eyni zamanda onların yetkinlik yaşına çatmayan qızları Əsnaf Vəliyeva onlarla birlikdə mənzildən çıxarılmalıdır. Həmin mənzil boşaldılaraq ona təhvil verilməlidir. Cavabdehin başqa yaşayış yeri mövcuddur. Həmin ev mülkiyyət hüquqlarına əsasən cavabdehə məxsusdur. Həmin ünvana köçərək orada yaşaya bilər. Belə olan halda ona kompensasiya verilmədən istifadə hüququna xitam verilməli və o həmin mənzildən çıxarılmalıdır
10. Bundan sonra Cavabdeh2 məhkəməyə yazılı ərizə (mahiyyətcə etiraz) təqdim edərək bildirmişdir ki, iş üzrə məhkəmə iclasında iddiaçının nümayəndəsinin etirafları, həmçinin verilmiş sorğuya alınmış cavabla müəyyən edilmişdir ki, mübahisəli mənzil 1987-ci ildən order əsasında iddiaçıya verilmiş və o, həmin vaxtdan indiyə kimi fasiləsiz olaraq həmin mənzildə yaşayır. Onun həmin mənzilə istifadə hüququ vardır. Belə ki, o, 2000-ci ildən öncədən mənzildə yaşadığı üçün həmin dövrədək qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə əsasən onun mənzilə istifadə hüququ yaranmışdır. İddiaçı mənzildən istifadə hüququna xitam verilməsi ilə bağlı maddi hüquq normalarına düzgün istinad etməmişdir. Belə ki, onun mənzildən istifadə hüququ 1987-ci ildən yarandığı üçün hazırki mübahisəyə həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsi tətbiq edilməli olduğu halda iddiaçı hazırda qüvvədə olan Mülki Məcəllənin normalarına istinad etmişdir. Digər tərəfdən iddiaçı qeyd edir ki, onun başqa mənzili mövcuddur, ona görə hazırki iş üzrə mübahisəli mənzildən istifadə hüququna xitam verilməlidir. Əvvəla, onun digər mənzilinin olması hazırki mənzilə istifadə hüququna xitam verilməsi üçün əsas deyil. Digər tərəfdən həmin mənzil Mingəçevir şəhərində yerləşir, o, isə anadan olduğu vaxtdan indiyə kimi Bakı şəhərində yaşayan şəxsdir, hazırki mübahisəli mənzildə isə 1987-ci ildən fasiləsiz olaraq yaşayır. Həmçinin onun iş yeri Bakı şəhərindədir, övladı da Bakı şəhərində təhsil alır. Qeyd etdiyi halları təsdiq edən sənədləri hazırlıq iclasında məhkəməyə təqdim etmişdir. Bundan əlavə hesab edir ki, iddia digər Cavabdeh1 qarşı da təmin edilməməlidir. Belə ki, digər cavabdeh onun həyat yoldaşıdır və bu fakt da işin mübahisəsiz halıdır. Göstərilmiş halları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etməyinizi xahiş etmişdir
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-805/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (hakim: X12).
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Cavabdeh2 mübahisəli mənzilə istifadə hüququna Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2ci maddəsinə əsasən kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mülkiyyətçi və cavabdeh arasında sonuncunun mübahisəli yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə razılaşma əldə edilməmişdir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2ci, 228.5-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx.xx.2008-ci il tarixli qərarına, R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, 28 A saylı fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0.0972 ha olan torpaq sahəsi xx.xx.2016-cı il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Lakin məhkəmə buna əhəmiyyət verməmişdir. Göründüyü kimi, artıq cavabdehlərin yaşayış sahəsinə ehtiyac aradan qalxmışdır. Onun şəxsi mülkiyyətində hazırda evi vardır. Həmin ev də məhz onun tərəfindən ona verilmişdir. Belə olan halda onun çətin vəziyyətə salınması və əlavə xərcə salınması hesab edir ki, hüquqdan sui istifadədir. Mülkiyyətçinin hüquqlarını məhdudlaşdırır. Həmin ev yaşayış üçün normaldır. Eyni zamanda, digər cavabdehin mülkiyyətində müxtəlif ünvanlarda torpaq sahələri mövcuddur. Məhkəmə işi düzgün araşdırmamışdır. Əgər düzgün araşdırmış olsa idi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına istinad etməli idi. Lakin nədənsə məhkəmə buna istinad etməmişdir. Həmin qərarda göstərilmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ərarvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Göründüyü kimi, Cavabdeh2 mülkiyyətində ev var. Yəni artıq digər ev üzərində mülkiyyət hüququ əldə etmişdir. Odur ki, ona qarşı düzgün olaraq kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi barədə iddia qaldırılmışdır. Bu baxımdan qətnamə əsassızdır. Eyni zamanda, cavabdehlərin mənzildən çıxarılması barədə qaldırdığı iddia tələbi də əsaslıdır. Çünki cavabdehlərin orada yaşaması onun mülkiyyət hüququnu məhdudlaşdırır. Birinci instansiya məhkəməsi qətnamədə göstərilən halların işin nəticəsinə uyğun gəlməməsini onunla əsaslandırmışdır ki, əvvəla Cavabdeh2 istifadə hüququnun olmasını o özü bildirmişdir. Ancaq nəzərə almaq lazımdır ki, mənzil özəlləşdirilərkən Cavabdeh2 də həmin mənzilin onun mülkiyyətinə keçməsinə razılıq vermişdir. Buna baxmayaraq, onun tərəfindən məhz cavabdehə digər yaşayış sahəsi alınmışdır. Həmin mənzil onun mülkiyyətindədir. Yəni bir vaxtlar həmin mənzil alınarkən cavabdeh mübahisəli mənzildən çıxmalı idi. Lakin cavabdeh bu gündə verdiyi vədə əməl etməmişdir. Üstəlik onu atası olmasına baxmayaraq, mənzilə buraxmır. Onun mülkiyyət hüquqlarını pozur. Onun digər mənzilinin olması iddianın təmin olunması üçün əsas idi. Lakin məhkəmənin qəbul etdiyi qətnamə işin hallarına uyğun deyildir. İstifadə hüququ olsa belə kompensasiya verilmədən xitam verilməli idi. Qətnamədə göstərilən nəticələr işin hallarına uyğun deyildir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2770/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi qət edilmişdir (hakimlər: S.X.Bəhrəmzadə - sədrlik edən və məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov).
17. Apellyasiya instansiya məhkəməsi öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə düzgün olaraq ümumilikdə iddianın təmin edilməməsi nəticəsinə gəlsə də, xx.xx.2009-cu il tarixədək qüvvədə olan maddi hüquq normalarına istinad etməməklə, o cümlədən iddiaçının gəlini olan digər cavabdehin mübahisəli mənzildən çıxarılmaması barədə qənaətini də qətnamədə tam əsaslandırmamışdır. Belə ki, mübahisəli mənzil 1987-ci ildən order əsasında əldə edilmişdir və həmin orderdə ailə üzvü kimi Cavabdeh2 da adı qeyd edilmişdir. Həmin vaxtdan indiyədək Cavabdeh2 fasiləsiz olaraq mübahisəli mənzildə yaşayır və hazırda ailə üzvləri də həmin mənzildə yaşayır. Bununla da mübahisəli mənzilin order əsasında əldə edilməsi, həmin orderdə Cavabdeh2 da ailə üzvü kimi adının olması və sonuncunun 1987-ci ildən indiyədək fasiləsiz olaraq həmin mənzildə yaşaması işin mübahisəsiz halları kimi müəyyən edilmişdir. İddiaçının mövqeyinə görə cavabdehin həmin mənzildən istifadə zərurəti aradan qalxmışdır. Lakin hazırki hala kimi Cavabdeh2 həmin mənzildən köçüb getməsi müəyyən edilmədiyindən, həmin mənzildən istifadəsinə olan zərurət aradan qalxmadığından onun həmin mənzildən çıxarılması, mövcud istifadə hüququna müvafiq kompensasiya verilmədən mümkün deyil. Qanunvericiliyin müddəalarından aydın olur ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi mülkiyyətçinin birmənalı olaraq qanunla müəyyən edilən hüququdur. Yəni istifadə hüququnun yaranması səbəbindən (məhkəmə qərarı, müqavilə və s.) asılı olmayaraq, mülkiyyətçi kompensasiya verməklə onun xitamını tələb etmək hüququna malikdir və bu hüquq, qanunda heç bir şərtlə məhdudlaşdırılmayıb. Bu məsələnin həlli istifadəçi və ya məhkəmənin mülahizəsindən asılı deyil və eyni zamanda istifadəçinin mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ yoxdur. Lakin, istifadə hüququnun xitamı zamanı elə bir əvəzləşdirilmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin.
18. Eyni zamanda digər cavabdeh X5 həmin mənzildən çıxarılması hissəsinə münasibətdə kollegiya hesab etmişdir ki, həmin hissədə də iddia tələbi təmin edilə bilməz. Belə ki, hazırki halda Vəliyev X9 Vəliyeva 2009-cu ilin oktyabr ayından sonra nikah münasibətlərinə girdiyindən sonuncuya münasibətdə iddiaya hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri baxımından qiymət verilməlidir. Kollegiya hesab etmişdir ki, hazırki halda Cavabdeh2 istifadə hüquqlarının kompensasiya ödənilmədən xitam verilməsinin mümkünlüyü müəyyən edilməklə mənzildən çıxarılması təmin edilmədiyindən, Cavabdeh2lə digər cavabdeh olan Cavabdeh1 ailə münasibətlərinə xitam verilmədiyindən sonuncunun həmin mənzildən çıxarılması barədə iddia tələbi təmin edilməməlidir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası 2009-cu il 01 oktyabr tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü, 60-cı, 87ci,123-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci, 30.2-ci, 30.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etmişdir.
21. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3936/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2770/2023 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
22. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, yaşayış sahəsindən istifadə etmək hüququ yarandıqdan sonra həmin hüququn qanuni əsaslarla aradan qalxması istisna deyil. Hətta (2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü, 54-cü, 123-cü maddələrindəki istifadə hüququ ilə oxşar məzmundan olan) şəxsi servitut sayılan mənzildən istifadə hüququ, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür. Belə ki, mübahisəli Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, 28 A saylı fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0.0972 ha olan torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdən Cavabdeh2 adına qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. Apellyasiya məhkəməsi iddianın düzgün həlli baxımından əhəmiyyətli olan bu xüsusatı Konstitusiya Məhkəməsinin Plenumunun “Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında sərgilənmiş hüquqi mövqeyi baxımından araşdırmamış, Cavabdeh2 mülkiyyət hüququ ilə yaşayış sahəsi əldə etməsinin, iddiaçıya məxsus mübahisəli mənzilə daha əvvəl yaranmış istifadə hüququnu aradan qaldırıbqaldırmadığına qiymət verməmişdir. Belə ki, Cavabdeh1 qarşı iddia tələbinə düzgün qiymət verilməsi üçün əvvəlcə mübahisəli mənzilə dair hüquq münasibətlərinin həmin cavabdeh baxımında nə vaxt yaranması və həmin tarixdə yaşayış sahəsinin hüquqi vəziyyəti düzgün müəyyən edilməli idi. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh1 qarşı iddianı o əsasla rədd etmişdir ki, o, digər Cavabdeh2 ilə 2009-cu ilin oktyabr ayından sonra nikah münasibətlərinə girdiyindən Cavabdeh1 münasibətdə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməlidir. Cavabdeh2 istifadə hüququna, habelə onunla Cavabdeh1 ailə münasibətlərinə xitam verilmədiyindən sonuncunun həmin mənzildən çıxarılması barədə iddia rədd edilməlidir. Bununla belə, apellyasiya məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh1 nikaha girdiyi vaxtdan mübahisəli mənzildə yaşadığı əsas götürülsə də, həmin dövrdə mənzilin hüquqi vəziyyətinin nədən ibarət olması (order əsasında, yoxsa özəlləşdirmə nəticəsində xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusluğu) aydınlaşdırılmamışdır. Belə ki, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş və işə əlavə olunmuş çıxarış xx.xx.2022-ci il tarixlidir. Halbuki, əgər Cavabdeh1 hazırkı Mənzil Məcəlləsinin qüvvədə olduğu dövrdə mübahisəli mənzilə köçüb yaşamışdırsa onun istifadə hüququnun olub-olmadığına yaşayış sahəsi üzərindəki mülkiyyət formasından asılı olaraq, həmin Məcəllənin 68 və ya 30-cu maddələrdən biri əsasında qiymət verilə bilər. Bundan əlavə, apellyasiya məhkəməsi Rövşanə və Cavabdeh2lərin nikahlarının 2009-cu ilin oktyabr ayından sonra bağlanmasını əsas götürərək Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etsə də, nəzərə almamışdır ki, həmin normada mənzilin mülkiyyətçisinin ailə üzvü olan şəxslərin istifadə hüququ tanınır, ailə münasibətlərinə xitam verildiyi halda isə bu hüququn aradan qalxdığı nəzərdə tutulur. Məhkəmə diqqətdən qaçırmışdır ki, Cavabdeh1 ailə münasibətlərində olduğu şəxs - Cavabdeh2 mübahisəli mənzilin mülkiyyətçisi deyil. Mənzil mülkiyyətçisinin İddiaçı olması işin mübahisəsiz halıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən kassasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, apellyasiya məhkəməsi tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, işdəki sübutların tədqiq edilməklə onlara iddianın həllinə təsiri baxımından qiymət verilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl olunmamış, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması qəbul edilmiş qərarın iş üzrə tərəflərdə qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. İşin düzgün həlli üçün əhəmiyyətli olan halları müəyyən etmədən, onlara və tərəflərin dəlillərinə qanunvericiliyə uyğun qaydada qiymət vermədən çıxarılan qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. Məhkəmə qərarlarının qanunvericiliyin tələblərinə əməl olunmadan, əsaslandırılmamış qaydada çıxarılması həmin qərarları ədalət mühakiməsinin aktı kimi qəbul etməyə imkan vermir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Cavabdeh X11 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, mübahisəli mənzil 1987-ci ildən order əsasında əldə edilmişdir və həmin orderdə ailə üzvü kimi onun da adı qeyd edilmişdir. Həmin vaxtdan indiyədək o, fasiləsiz olaraq ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Bu faktları iddiaçı iddia ərizəsində qeyd etməsə də xx.xx.2022-ci il tarixli məhkəmə iclasında verilən suallara cavab olaraq etiraf etmişdir və bu hallar məhkəmə iclasının audio-video yazısı ilə də təsdiq edilir. Bununla da mübahisəli mənzilin order əsasında əldə edilməsi, həmin orderdə onun da ailə üzvü kimi adının olması və 1987-ci ildən indiyədək fasiləsiz olaraq həmin mənzildə yaşaması işin mübahisəsiz halları kimi müəyyən edilmişdir. Cavabdeh2 1987-ci ildən indiyə kimi mübahisəli mənzildə yaşaması 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin tələbləri baxımından onun istifadə hüququnun mövcud olması deməkdir. İddiaçının özünün də bu hüquqa xitam verilməsi barədə iddia verməsi həmin hüququn mövcudluğunu qəbul etməsi deməkdir.iş üzrə mübahisəli məqam ondan ibarətdir ki, iddiaçının mövqeyinə görə cavabdehin həmin mənzildən istifadə zərurəti aradan qalxmışdır. İddiaçı tərəf həm iddia ərizəsində, həm də apellyasiya şikayətində bu dəlilini onunla əsaslandırır ki, cavabdehin mülkiyyətində Mingəçevir şəhərində yerləşən mənzil mövcuddur.Bununla bağlı qeyd edirik ki, əvvəla cavabdeh anadan olduğu vaxtdan indiyə kimi Bakı şəhərində yaşamışdır, onun daimi yaşayış yeri və bağlı olduğu yer Bakı şəhəridir. Digər tərəfdən birinci instansiya məhkəməsinə təqdim etdiyi arayışlarla da təsdiq edilir ki. Cavabdeh2 iş yeri də Bakı şəhərindədir, ailəlidir, bir az yaşlı övladı var və uşaq da Bakı şəhərində məktəbə gedir. Yəni, cavabdehin Mingəçevir şəhərində yaşaması onun üçün mümkünsüz haldır və Bakı şəhərində yerləşən, istifadə hüququnun olduğu mənzildən istifadə zərurəti aradan qalxmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən tərəflər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər.
26. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin: 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər; 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır; 87-ci maddəsinə əsasən aşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
27. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər; 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
31. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.
33. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 noyabr 2023-cü il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşır və onları nəzərə alıb, qətnaməni tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin və apellyasiya şikayətinə qarşı etirazın dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməkdə səhvə yol verərək, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Qətnamədə göstərilmiş dəlillər işin hallarına uyğun hesab edilə bilməz. Bu səbəbdən, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməlidir.
35. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında sərgilənmiş hüquqi mövqeyə əsasən ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: 1) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu; 2) yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin yaşayış sahəsindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olur. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.
36. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb, ilk növbədə ümumiyyətlə cavabdehlərin mübahisəli mənzilə münasibətdə istifadə hüquqlarının yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir.
37. Bu prizmadan yanaşaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mübahisəli mənzil 1987-ci ildə order əsasında iddiaçıya verilmiş, xx.xx.2022-ci il tarixdə isə iddiaçının həmin mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Hazırda da onun mülkiyyətindədir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının müvafiq olaraq oğlu və gəlinidir Onların arasında nikah xx.xx.2010-cu il tarixdə bağlanmış, bundan sonra Cavabdeh1 həmin mənzilə köçmüşdür. Müddət etibarı ilə Cavabdeh2 mənzil order əsasında iddiaçıya təhvil verildiyi 1987-ci ildən, digər Cavabdeh1 isə nikah bağlandığı 2010-cu ildən başlayaraq, bugünədək mübahisəli mənzildə (birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X7 ilə birlikdə) yaşayır.
38. Bununla belə, mübahisəli hüquq münasibətlərinin yarandığı tarixdə qüvvədə olmaqla bu münasibətləri tənzimləyən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (xx.xx.2009-ci il tarixədək qüvvədə olmuşdur) tələbləri baxımından Cavabdeh2 həmin mənzildən istifadə hüququ yaranmışdır və hazırda da mövcuddur.
39. Lakin nəzərə alınmalıdır ki, yaşayış sahəsindən istifadə etmək hüququ yarandıqdan sonra həmin hüququn qanuni əsaslarla aradan qalxması istisna deyil. Belə ki, şəxsi servitut sayılan və məzmun etibarı ilə Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələri ilə oxşar olan Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlərin gerçəkləşməsi (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başqa yerə köçdükdə və sair) nəticəsində bu hüququn hər hansı kompensasiya verilmədən aradan qalxması mümkündür.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu da Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında belə bir hüquqi mövqedən çıxış edərək, qeyd etmişdir ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən əmələ gələn istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi, ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi: nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və sair) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Həmçinin, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar.
41. Nəzərə alınmalıdır ki, Mingəçevir şəhəri, Cəmil Əliyev küçəsi, 28 A saylı fərdi yaşayış evinə və onun yerləşdiyi ümumi sahəsi 0,0972 ha olan torpaq sahəsinə dair Cavabdeh2 mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hazırda da mülkiyyətindədir. Bununla belə, 2016-cı il tarixədək bu cavabdehin yeganə yaşayış yeri iddiaçının mülkiyyətində olan mənzil olmuş və onun bu sahəyə olan ehtiyacını aradan qaldıran hər hansı şərt və ya əsas olmamış, bu baxımdan hüquqi nəticə etibarı ilə ədalətli kompensasiya verilmədən onun həmin mənzilə olan istifadə hüququna xitam verilməsi qeyri-mümkün olmuşdur. Lakin bu mənzil üzrə istifadə hüququ sahibi olan cavabdeh 2016-cı ildə mülkiyyət hüququ ilə digər bir yaşayış sahəsi əldə etmişdir. Bu da öz növbəsində qanunvericiliyin həmin sahəni tənzimləyən müddəalarının tələbləri və Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından mübahisəli mənzilə daha əvvəl yaranmış istifadə hüququnu aradan qaldıraraq, onun bu hüququna hər hansı məbləğdə kompensasiya ödənilmədən xitam verilməsini şərtləndirir. Bu səbəbdən məhkəmə kollegiyası iddia tələbini bu hissədə əsaslı hesab edir.
42. Məhkəmə kollegiyası iddia tələbinin Cavabdeh1 aid hissəsi ilə bağlı qeyd edir ki, onun istifadə hüququna xitam verilməsi ilə bağlı tələb irəli sürülməsə də, onun mənzildən çıxarılmasının mümkünlüyünə hüquqi qiymət verilməsindən əvvəl həmin mənzildən istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsi aydınlaşdırılmalıdır. Bu konteksdə məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, bu cavabdeh mənzilin mülkiyyətçinin deyil, mənzildən istifadə hüququ olan onun oğlunun, yəni digər Cavabdeh2 arvadıdır və bu baxımdan onun ailə üzvüdür. Onların arasında nikah 2009-cu il tarixdən sonra bağlandığından onunla iddiaçı arasında mübahisələndirilən hüquq münasibətləri 2010-cu ildə yaranmışdır və bu baxımdan ona münasibətdə hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.
43. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Plenum qərarında sərgilənmiş hüquqi mövqeyə istinadən qeyd edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsində şəxsin mülkiyyətçinin “ailə üzvü” anlayışına daxil olması üçün onun mülkiyyətçinin əri (arvadı), uşaqları, valideynləri olması tələb olunur. Bununla belə, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsində göstərilən mülkiyyətçinin “digər qohumları”nın da ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldüyü halda, onların da mülkiyyətçinin ailə üzvləri hesab edilə bilməsi halında isə “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 15-ci Fəslinə əsasən ailənin başqa üzvlərinin, yəni qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını, baba və nənənin nəvələrini, nəvələrin baba və nənəni, yetirmələrin öz faktik tərbiyəçilərini, ögey oğul və qızların ögey ata və ananı saxlamaqla bağlı öhədilikərinin əsaslarını müəyyən edir.
44. Bununla belə, hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə Cavabdeh1 mülkiyyətçinin “ailə üzvü” və “digər qohumu” hesab edilən şəxslərin dairəsinə daxil deyil. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 mübahisəli mənzilə Mənzil Məcəlləsinin nə 30-cu (iddiaçının mənzilin mülkiyyətçisinə çevrildiyi xx.xx.2022-ci il tarixdən), nədə ki, 68-ci maddəsinin (xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək) tələbləri baxımından istifadə hüququ yaranmamışdır. Mövcud olmayan hüququnun itirilməsindən isə söhbət gedə bilməz.
45. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 1.3073 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2020-ci il tarixdən, ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.9999 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi isə xx.xx.2022-ci il tarixdən Cavabdeh1 mülkiyyətindədir. Onun əmlak mülkiyyətçisi olması mübahisəli mənzilə istifadə hüququnun yarandığı təqdirdə belə, həmin hüquqa bu əsasla xitam verilməsini şərtləndirir.
46. Bununla belə, iddiaçının da bu məsələyə münasibəti nəzərə alınmaqla mövcud vəziyyətdə cavabdehlərin mübahisəli mənzildə yaşamaları (qalmaları) üçün hər hansı hüquqi əsas qalmır. Bu səbəbdən cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildən çıxarılmalıdır.
47. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdehlərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X7 da həmin mənzildə yaşayır. Onun valideyninin bu mənzildən istifadə hüquqlarına xitam verilməsi (digər valideyninin isə ümumiyyətlə belə bir hüququnun yaranmaması) hüquqi nəticə etibarı ilə onun da həmin mənzilə olan (yaranmış) hüquqlarına xitam verilməsinə əsas yaradır. Belə ki, uşaq yetkinlik yaşına çatmadığından hazırki mübahisə üzrə mülki-prosessual fəaliyyət qabiliyyətli deyil və bu səbəbdən hazırki tələb ona qarşı irəli sürülə bilməz. Onun hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onun qanuni nümayəndəsi, yəni valideyni qoruyur. Bu səbəbdən xx.xx.2011-ci il təvəllüdlü X7 da cavabdehlərlə birlikdə mənzildən çıxarılmalıdır.
48. Məhkəmə kollegiyası iddia tələbinin “mənzilin boşaldılaraq, iddiaçıya təhvil verilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının bu tələbi özündə cavabdehlərin həmin mənzildən onlara məxsus bütün əşyaları ilə birlikdə çıxarılmasını özündə ehtiva edir. Bu səbəbdən məhkəmə kollegiyası “boşaldılma” tələbinə mənzilin cavabdehlərə məxsus olan bütün əşyalardan azad edilməsi, yəni həmin əşyaların çıxarılması kimi yanaşır və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdehlər iddiaçının mülkiyyətində olan mənzildən onlara məxsus olan bütün əşyaları ilə birlikdə çıxarılmalı və mənzili iddiaçıya təhvil verilməlidir.
49. Beləkilə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-805/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilməli, Cavabdeh2 mübahisəli mənzilə olan istifadə hüququna xitam verilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (uşaqları, xx.xx.2011-ci il təvəllüdlü X7) mübahisəli mənzildən bütün əşyaları ilə birlikdə çıxarılmalı və mənzil iddiaçı təhvil verilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384- 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)-805/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi, məhəllə 4088, 3 saylı evin, 46 saylı mənzilindən Cavabdeh2 istifadə hüququna xitam verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (uşaqları, xx.xx.2011-ci il təvəllüdlü X7) İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov küçəsi, məhəllə 4088, 3 saylı evin, 46 saylı mənzilindən bütün əşyaları ilə birlikdə çıxarılsın və mənzil İddiaçı təhvil verilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.