Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8976/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e- 2(009)-2105/2021 saylı iş üzrə 23 iyul 2021-ci il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı – cavabdeh AMEA-nın İşlər idarəsinə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2105/2021 saylı iş üzrə 23 iyul 2021-ci il tarixli qərardadı ilə İddiaçı–cavabdeh AMEA-nın İşlər idarəsinə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Qərardaddan İddiaçı nümayəndəsi və vəkili Vəkil şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsini və ya əks təqdirdə şikayətinin baxılması üçün Bakı Apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə yanlışdır. Belə ki, Yasamal rayonu Hüseyn Cavid 115 ünvanında cavabdeh AMEA-ya bağlı İnstitutlar yerləşir. AMEA-nın Rəyasət heyəti və onun əsas idarələri Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 30 ünvanında yerləşir. Bunu iddia ərizəsinə və bu şikayətə əlavə edilən http://science.gov.az/az/contact internet saytından çıxarmış çıxarışdan da görmək olar. İddia ərizəsindən də göründüyü kimi iddiaçı AMEAnın hər hansı bir institutuna deyil, AMEA-nın Rəyasət heyətinin Xarici Əlaqələr İdarəsinin Xarici əməkdaşlıq və Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə işə bərpa olunmasını xahiş edir. Bundan başqa AMEA-nın öz adıan VÖEN yoxdur. O, onun tabeçiliyində İşlər İdarəsinin VÖEN-indən istifadə edir. Həm e sosial saytından çıxarılan çıxarışdan, həm də iddiaçı ilə bağlanan əmək müqaviləsindən görmək olar. Elektron məhkəmə sistemi vasitəsi ilə VÖEN-i olmayan hüquqi şəxsə qarşı iddia qaldırmaq mümkün olmur. Bu səbəblə həmin iddia AMEA-nın İşlər İdarəsinin VÖEN-indən istifadə edilərək qaldırılmış, ayrıca AzərPoçt vasitəsi ilə Məhkəməyə gödərilmişdir. Bütün bunların da nəzərə alınmasını Məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2105/2021 saylı iş üzrə 23 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2105/2021 saylı iş üzrə 23 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı cavabdeh AMEA-nın İşlər idarəsinə qarşı işə bərpa və s. tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Milli Elmlər Akademiyasının hüquqi ünvanı Bakı şəhəri, Hüseyn Cavid 115 olmaqla, Yasamal rayonunun inzibati ərazisinə aiddir. Bu səbəbdən da iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməməklə Səbail Rayon Məhkəməsinə verildiyindən geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qənaəti ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 35.2-ci maddəsinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı AMEA-nın hər hansı bir institutuna deyil, AMEA-nın Rəyasət heyətinin Xarici Əlaqələr İdarəsinin Xarici əməkdaşlıq və Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə işə bərpa olunmasını xahiş edir. Şikayətə əlavə olunmuş http://science.gov.az/az/contact internet saytından çıxarılmış çıxarışdan görünür ki, AMEA-nın Rəyasət heyəti və onun əsas idarələri Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 30 ünvanında yerləşir. Kollegiya hesab edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələbi baxımından, cavabdeh Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti Beynəlxalq Əlaqələr İdarəsinin hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 30 ünvanı olduğundan iddiaçı hazırki iddia tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2105/2021 saylı iş üzrə 23 iyul 2021-ci il tarixli qərardadı ləğv edilməli, İddiaçı cavabdeh AMEA-nın İşlər idarəsinə qarşı işə bərpa və s. tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398- 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-2105/2021 saylı iş üzrə 23 iyul 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh AMEA-nın İşlər idarəsinə qarşı işə bərpa və s. tələbinə dair iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-8976/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8976/2021
01.09.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver