Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8985/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 2(007)-3179/2021 saylı qərardadından iddiaçı X3 tərəfındən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X3 cavabdeh “X7 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “ailəsinə vurulmuş fiziki və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 2(007)-3179/2021 saylı qərardadı ilə, iddiaçı X1 cavabdeh “X7 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “ailəsinə vurulmuş fiziki və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ iddiaçı X2 izah edilmişdir. İddiaçı X3 tərəfindən həmin qərardaddan şikayət verilərək qərardadın ləğv edilməsi, işə mahiyyəti üzrə baxılması haqqında qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “X8 Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialından Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərkən ərizəsində qeyd etdiyi ünvanı və telefon nömrələrini göstərmişdir. Sumqayıt Şəhər Məhkəməsindən də bu təşkilata göndərilən bütün sənədlər həmin ünvanadır. Eynilə, Sumqayıt Apellyasiya Məhkəməsi də bu ünvana müraciət etmişdir. O, niyə Yasamal rayonuna müraciət etməlidir? Qərardaddakı digər anlaşılmazlıq-“yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli oğlunun hüquqlarının pozulmasını göstərməsinə baxmayaraq, sonuncunun mənafeyinin müdafiəsi məqsədilə məhz özünün məhkəməyə müraciət etməklə..”. O, ərizəyə əlavə etdiyi respublika rəhbərliyinə müraciətində göstərmişdir ki, Emin İİ Qarabağ müharibəsində iştirakı zamanı haqq-ədaləti yalnız cənab Ali Baş Komandanda gördüyü üçün, artıq heç bir MMC-yə inanmadığı üçün yenidən hərbiyə qayıdıb. Və o, məhkəməyə ərizəsində hal-hazırda Qarabağın ən yüksək və ən gərgin yerində xidmət aparan zabitin mənafeyini yox, xarici şirkətin kobud qanun pozuntusu ilə şəxsən ona, həyat yoldaşına, gəlininə və nəvələrinə dəymiş ağır maddi və mənəvi zərərin ödənilməsini tələb etmişdir. Respublika rəhbərliyinə müraciətində və məhkəməyə ərizəsində “..tam fəaliyyət qabiliyyətli oğlunun .. mənafeyinin müdafiəsi..” barədə cümlə varsa, bildirilsin. MPM-ə və məntiqə görə ehtiyac olmasa da, qərardada görə oğlu Eminin notariusda təsdiq olunmuş etibarnaməsini təqdim edəcəkdir. Başqa bir uyğunsuzluq, hakim Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsaslanaraq göstərir ki, “mənəvi zərərin məbləği, habelə zərərin ödənilməsinin digər formaları iddia ərizəsində konkret göstərilməlidir. Buna əməl olunmaması Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması üçün əsasdır”. O, bu şirkətdən qanunsuz əməl nəticəsində vurulan zərərin (baş qaldıran psixi-fiziki əzabların) müalicəsi və aradan qaldırılması üçün 300000 manat pul şəklində dəqiq məbləği konkret göstərməklə tələb etmişdirsə, həmin Plenumun həmin Qərarını onun özü ərizəsində göstərmişdirsə, bu Qərarın 5-ci bəndi qərardadda niyə yazılır? Deməli, ya onun ərizəsi və müraciəti diqqətdən kənarda qalıb, ya da məsələnin həlli kənarlaşdırılır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2021ci il tarixli 2(007)-3179/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Kollegiya qeyd edir ki, iş materiallarından da göründüyü kimi, iddiaçı iddia ərizəsində cavabdehin ünvanını ünvan 5 Lakin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarının yoxlanılması zamanı müəyyən edilmişdir ki, “X7 Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı hüquqi şəxs kimi Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 6 ünvanında qeydiyyata alınmışdır. Buna baxmayaraq, iddiaçı tərəfindən aidiyyət qaydaları pozulmaqla hazırkı iddia ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Kollegiya eləcə də qeyd edir ki, iddiaçı ərizəsində yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli oğlunun hüquqlarının pozulmasını göstərməsinə baxmayaraq, sonuncunun mənafeyinin müdafiəsi məqsədilə məhz özünün məhkəməyə müraciət etməklə, ailəsinə vurulmuş ziyanın əvəzinin ödənilməsini xahiş etməsinin əsaslarını təşkil edən sübutları iddia ərizəsinə əlavə etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. Eləcə də iddia ərizəsindən görünür ki, iddiaçı X3 fiziki və mənəvi ziyanın tutulması barədə iddia tələbində hər iki zərərin məbləğini ümumilikdə, 300.000 manat məbləğində qiymətləndirməklə tələb etmiş, zərərlərin məbləğinin həcmini ayrılıqda müəyyən etməmiş, həmçinin zərərlərin ödənilməsinin formalarını göstərməmişdir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən mənəvi zərərin məbləği, habelə zərərin ödənilməsinin digər formaları iddia ərizəsində konkret göstərilməlidir. Buna əməl olunmaması Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 2(007)-3179/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 iyul 2021-ci il tarixli 2(007)-3179/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-8985/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8985/2021
31.08.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver