Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8987/2021 19.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçı İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1, Maraqlı şəxs MMC-yə qarşı aşağı vəzifəyə keçirmə barədə əmrin ləğvi və mənəvi zərərin ödənilməsi; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1955/2021 saylı 15 aprel 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı İddiaçı tərəfındən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 07 yanvar 2021-ci il tarixli 02-K/2021 saylı əmrin ləğv edilməsi, ona dəymiş mənəvi zərər olaraq 15000 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı onun xeyrinə onun işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 50000 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1955/2021 saylı 15 aprel 2021-ci il tarixli qətnaməsi ilə həm ilkin iddia tələbi, həm də qarşılıqlı iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən ilkin iddia üzrə iddiaçı İddiaçı və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətləri verərək qətnamənin ləğv edilməsini, müvafiq olaraq ilkin iddianın təmin edilməsinə və qarşılıqlı iddianın təmin edilməainə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki işin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia üzrə iddiaçı İddiaçı təəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz əlavə edilməmişdir. İş materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçı İddiaçı 07 yanvar 2021-ci il tarixli 02-K/2021 saylı əmrin ləğv edilməsi və ona dəymiş mənəvi zərər olaraq 15000 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, kollegiya hesab edir ki, qanunla nəzərdə tutulmuş məbləğdə dövlət rüsumu müəyyən edilmiş qaydada ödənilmədiyindən istinad edilən prosessual hüquq norma baxımından hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli, qətnamədən verilən apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 363.1.2, 400 və 405cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə iddiaçı İddiaçı cavabdehlər Cavabdeh2 MMC-yə və Cavabdeh1, Maraqlı şəxs MMC-yə qarşı aşağı vəzifəyə keçirmə barədə əmrin ləğvi və mənəvi zərərin ödənilməsi; qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı işgüzar nüfuza vurulmuş zərərin əvəzinin ödənilməsi tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1955/2021 saylı 15 aprel 2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-8987/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8987/2021
19.08.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver