Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9003/2020 07.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X4 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3401/2019 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə barədə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 46 ünvanda 558-ci məhəllədə “xxxx” MMC-nin tikməkdə olduğu binasında 3-cü giriş, 5-ci mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 149.7 kv.m olan 148 nömrəli mənzilin tikintisi haqqında cavabdeh “xxxx” MMC-nin adından direktoru R.S.Qazaxlı ilə “payçı” kimi onun arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilənin ləğv edilməsi, həmin mənzilin tikintisi üçün onun pay dəyəri kimi “xxxx” MMC-yə ödədiyi 149.700 manat pul vəsaiti, həmçinin vurulmuş maddi zərərin əvəzi kimi 100.000 manat əldən çıxmış faydanın, mənəvi zərərin əvəzi kimi 100.000 manat, ödənilmiş 30,50 manat dövlət rüsumu, etibarnamə üçün ödənilmiş 11,50 manat rüsum və vəkilə ödənilmiş 560 manat pulun cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3401/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 46 ünvanda 558-ci məhəllədə yerləşmiş “xxxx” MMC-nin tikməkdə olduğu binasında 3-cü giriş, 5- ci mərtəbə, 3 otaqdan ibarət, ümumi sahəsi 149.7 kv.m olan 148 nömrəli mənzilin tikintisi haqqında cavabdeh “xxxx” MMC-nin adından direktoru R.S.Qazaxlı ilə “payçı” İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə ləğv edilmiş, həmin mənzilin tikintisi üçün İddiaçı pay dəyəri kimi “xxxx” MMC-yə ödədiyi 149.700 manat pul vəsaiti, həmçinin vurulmuş maddi zərərin əvəzi kimi 100.000 manat (əldən çıxmış fayda), mənəvi zərərin əvəzi kimi 5.000 manat, ödənilmiş 30,50 manat dövlət rüsumu, etibarnamə üçün ödənilmiş 11,50 manat rüsum və vəkilə ödənilmiş 560 manat olmaqla, cəmi 255.302 (iki yüz əlli beş min üç yüz iki) manat pulun cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(004)-3401/2019 nömrəli qətnaməsindən yaranan öhdəliklərin icrası üçün məsuliyyət daşıyan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi olmuş Ömərov Azər Ələsgər oğlu və X5 məsuliyyətə cəlb edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi və işinə səhlənkar yanaşan icra məmuru Sahib Allahverdiyevin haqqında tədbir görülməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3401/2019 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı qərardaddan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icra etmək istəmir, əsil borclunun axtarılması üçün heç bir sorğu belə verməmişdir. İcra məmuru Azərbaycan Republikası adından çıxarılmış qətnamənin icrasına belə yanaşırsa borclu ümumiyyətlə bu qətnaməni tanımayacaq və icra etməyəcəkdir. “xxxx” MMC-nin Bakı şəhəri,32 saylı Notariat Ofisində təsdiq edilmiş xx xxxx 2017-ci l tarixli alqı-satqı müqaviləsinin 4.4.4.5-ci maddəsinə əsasən “xxxx” MMC-nin bütün səlahiyyətləri “xxxx” MMC-nin nizamnamə kapitalında ona məxsus olan 100 faiz payı X1 və dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası İqtisadyyat Nazirlyi Yanında DVX Milli Gəlirlər Baş X3 Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilir ki, “xxxx” MMC-nin təsisçisi X8r. Məhkəmə faktiki olaraq heç bir araşdrıma aparmadan sanki icra məmurunun müdafiəçisi kimi araşdırma apardı. Qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icra olunması üçün qanunla üzərinə qoyulmuş vəzifələrini icra etməyən icra məmurunun hərkətlərinə heç bir hüquqi qiymət vermədi. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3401/2019 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X6 bildirdi ki, dəfələrlə qətnamənin icra üsulu və qaydası ilə bağlı icra məmuruna müraciət etdilər ki, müəyyən olunsun ki, bu MMC mövcuddurmu, əmlakı varmı. Qətnamənin icrasının hansı səbəbdən dayandırılması müəyyən olunmadı, heç bir addım atılmadı. İddiaçı özü müyyən etdi ki, qətnamənin qəbulundan 2 il əvvəl MMC Əliyev Yaşara satılıb və Yaşar bütün öhdəlikləri üzərinə götürüb. Hazırda onların məhkəmədən xahişi birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsidir. Rayon məhkəməsi icra məmurunu çağırıb, icra işinə baxıb araşdırmalı idi. Müqaviləni “xxxx” MMC-nin direktoru imzalamışdı. Tələbin əsas hissəsi icra məmurunun hərəkətləridir. İcra məmuru vəzifə öhdəliklərini lazımınca yerinə yetirmir. Hazırda öhdəliklərin yerinə yetirilməməsinə görə Əliyev Yaşar məsul şəxsdir. Təsisçilərin üzərinə məsuliyyət qoyulmasını icra məmurundan tələb edirlər. Əslində onların tələbi sırf icra məmurunun hərəkətləri ilə bağlı olan tələbdir. Məhkəmə iclasında İddiaçı şikayətin təmin olunmasını xahiş etdi. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxslərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səbəbini göstərmədən məhkəmə iclasında iştirak edən olmamışdır. Məhkəmə, işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi ərizəni rədd edərkən qeyd etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3401/2019 nömrəli icra sənədinin icrası üçün “xxxx” MMC-nin təsisçiləri deyil, MMC-nin qanuni təmsilçisi, yəni rəhbəri məsuliyyət daşıyır. İcra sənədi üzrə icra məmuru müvafiq icra tədbirlərini həyata keçirmiş və tələbkara bu barədə mütəmadi olaraq rəsmi məlumatlar verilmişdir. xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “xxxx” MMC-nin təsisçisi Ömərov Azər Ələsgər oğlu “xxxx” MMC-dəki 100% pay dəyərini X2. Rəsmi sənədlərə əsasən hazırda da “xxxx” MMC-nin direktoru kimi Ramiz Qazaxlı göstərilir. Odur ki, ərizə təmin oluna bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin ərizə üzrə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Əvvəla, işdən görünür ki, məhkəmənin qənaəti yalnız icra məmurunun izahatı əsasında formalaşmışdır. Əks halda məhkəmə xx xxxxxx 2019-cu ildən icra məmurunun icraatına daxil olmuş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-3401/2019 nömrəli icra sənədi üzrə ümumiyyətlə hansı icra tədbirlərinin həyata keçirildiyini ən azından icra məmuru ilə yanaşı, tələb edib icra işindən də öyrənməli idi. Ancaq birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan icra işinin tələb edilərək yoxlanılması işdən görünmür. Bu cür vəziyyətdə ərizənin rədd edilməsi qənaətinə yalnız icra məmurunun izahatına əsasən necə gəlmək olar. İkincisi, icra sənədi üzrə borclu “xxxx” MMC-dir, yəni icra sənədi üzrə qət olunan məbləği ödəmək MMC-nin borcudur, ona görə də, icra sənədinin icra edilməməsinə görə borclu MMC məsuliyyət daşıyır. MMC-nin qanuni təmsilçisinin barəsində həbs qətimkan tədbirinin seçilməsi onun(MMC-nin) icra sənədi üzrə öhdəliyini yerinə yetirməkdən azad etmir. İcra məmurunun icra sənədi üzrə borclu MMC-nin bank hesabında pul vəsaitinin, eləcə də mülkiyyətində hər hansı bir daşınar və daşınmaz əmlakın olub-olmamasının yoxlanılması üçün hansısa tədbirin görmədiyi açıq-aşkar bəlli olduğu halda məhkəmənin icra məmurunun hərəkətlərinə ərizəni rədd etməklə bəraət qazandırması anlaşılan deyildir. Üçüncüsü, icra məmuru izahatında bildirir ki, MMC-nin rəhbəri həbsdədir, təsisçiləri də məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə də icra məmurunun bu izahatını mötəbər hesab edərək belə qənaətə gəlir ki, icra məmuru müvafiq icra tədbirlərini həyata keçirmiş və bu barədə tələbkara məlumat vermişdir. Dövlətin adından çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə aktının icrasına həm icra məmurunun, həm də məhkəmənin bu cür münasibəti qəbuledilməzdir. Belə ki, məhkəmə aktı icra edilməyəcəydisə, onda niyə çıxarılırıdı. Çıxarılmışdırsa niyə icra olunmamalıdır. Əlbətdə ki, qanunla üzərinə icra sənədinin icra etmək vəzifəsi qoyulmuş icra məmuru bu cür əsassız dəlillərdən istifadə edərək dövlətin adından çıxarılmış icra sənədinin icra edilməsinə süni əngəllər yaratmamalıdır. Nəticədə məhkəmə hakimiyyətinin nüfuzuna xələl gələcək, şəxslərin bu hakimiyyət növünə inamı və etibarı azalacaqdır. Ona görə də birinci instansiya məhkəməsi də yekun nəticəyə gəlməzdən əvvəl bu halları icra məmurunun diqqətinə çatdırmaq əvəzinə, onun əsassız izahatı ilə razılaşıb ərizəni rədd etməklə haqlı olmamışdır. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3401/2019 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, qərardadda göstərilən hallar nəzərə alınmaqla, növbəti prosessual hərəkətlər yerinə yetirlməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3401/2019 saylı xx xxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və bu qərardadda göstərilən hallar nəzərə alınmaqla, növbəti prosessual hərəkətlər yerinə yetirlməsi üçün həmin məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9003/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9003/2020
07.12.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver