Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9031/2020 29.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3628/2020 saylı işi üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət ərizəsinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3628/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qərardadı ilə mülki iş üzrə icraatın dayandırılması barədə vəsatət təmin edilərək, Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı, X4, Bakı şəhəri, 5 saylı notariat ofisinin xüsusi notariusu X5 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı "alqı-atqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv olunması” tələbinə dair 2(010)-2929/2020 saylı mülki iş üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək, Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair 2(006)- 3628/2020 saylı mülki iş üzrə icraat dayandırılması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4, 256.0.3-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə nəticənin Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı, X4, Bakı şəhəri, 5 saylı notariat ofisinin xüsusi notariusu X5 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə qarşı "alqı-atqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv olunması” tələbinə dair 2(010)-2929/2020 saylı mülki işin nəticəsindən aslılığının mövcudluğu aşkardır. Belə ki, iddiaçı Cavabdehlər İddiaçı, X4, Bakı şəhəri, 5 saylı notariat ofisinin xüsusi notariusu X5 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı "alqı-atqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv olunması” tələbinə dair 2(010)- 2929/2020 saylı mülki iş çərçivəsində həll olunmalı məsələlər öz təsdiqini tapanadək hazırkı mülki işin baxılması mümkün olmayacaqdır məhkəmə cavabdeh tərəfin məhkəməyə mülki iş üzrə icraatın dayandırılması barədə şifahi vəsatətlə müraciət etməsini nəzərə alaraq hesab edir ki, Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdehlər İddiaçı, X4, Bakı şəhəri, 5 saylı notariat ofisinin xüsusi notariusu X5 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı "alqı-atqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv olunması” tələbinə dair 2(010)-2929/2020 saylı mülki iş üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək, Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair 2(006)- 3628/2020 saylı mülki iş üzrə icraat dayandırılılmalıdır. İddiaçı qərardan şikayət verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3628/2020 saylıxx xxxxxxxx 2020-ci il tarixli qərardadını ləğv edilməsini, əks halda şikayəti işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1, 9.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, işə baxan məhkəmə formal olaraq hüquq normasının tətbiqi ilə bağlı səhvə yol verməsə də, mülki mühakimə icraatının təməl prinsip və vəzifələrini nəzərdən qaçırmış, dolaysı ilə tərəflərin bərabərliyi, məhkəmə prosesinin fasiləsizlik prinsiplərini pozmuşdur. Hüquq normalarından göründüyü kimi qanunverici bütün tərəflərin qanunvericilikdən irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasını bəyan edir. Məhkəmənin qərardadı tətbiq olunmuş hüquq normalarına görə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. İşdən görünür ki, İddiaçı iddiası üzrə icraatı dayandırmaqla onun mülkiyyət hüquqlarından maneəsiz istifadəsini, bu hüquqlarının müdafiəsini, işinə fasiləsiz baxılmasını və s. Hüquqlarının pozulmasına müvəqqəti olsa da rəvac vermişdir. İşdən görünür ki, iddiaçı Cavabdeh Mötəbər qızı Suraxanı rayon Məhkəməsində iddia qaldırmaqla öz niyyətini ortaya qoymuşdur. Niyyəti isə ondan ibarətdir ki, Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı iddiasına qarşılıqlı iddia verməyib başqa məhkəmədə həmin iddianı qaldırıb işin süründürülməsinə nail olsun. Bu səbəbdən işə baxan məhkəmə bir-biri ilə bağlı olduğuna görə mühakimə icraatının fasiləsizlik, tərəflərin bərabərlik prinsiplərini bərqərar etmək, işin süründürülməsinin qarşısının alınmasını təmin etmək üçün iki işin bir icraatda birləşdirilməsi məsələsini müzakirə elməli, bundan sonra icraatın dayandırılmasın həll etməliydilər . Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin x xxxxxx 2020 Məlumatına və Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikası Qanununa əsasən sərtləşdirilmiş xüsusi karantin rejiminin mövcudluğunu (riayət edilməsi vəzifələrini) nəzərə alaraq tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 13-15, 43, 263-264, 385.2, 387.1, 395.1, 395.2, 397.2-ci maddələrinə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, prosessual qanunvericiliyin göstərişinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Şikayətə əlavə edilmiş məlumatlar müvafiq prosessual müddəalara əsasən məhkəmənin gəldiyi nəticələrin səbəblərini sübuta yetirmir və ümumilikdə yaranmış münasibətlərə çəkişmə şəraitində (tərəflərin iştirakı ilə) məhkəmə araşdırılması nəticəsində mülki prosessual qanunvericiliyinin tələblərinə müvafiq (sübutlara) qiymət verilməsi mümkündür. Ona görə ərizənin baxılması proseduru və qanunauyğun nəticənin hasil edilməsi yenidən birinci instansiya məhkəməsi tərəfindən müzakirə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395-397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3628/2020 saylı işi üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş üzrə icraatın dayandırılması barədə ərizəsinə (vəsatətinə) yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(103)-9031/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9031/2020
29.12.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver