Məhkəmə qərarları › İş №2(103)-9035/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9035/2021

20.08.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9035/2021 20.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Xumar Afət qızı Mərdanovadan və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 qarşı “yaşayış sahəsinə köçürülmə” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verildiyi qeyd olunan apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 qarşı “yaşayış sahəsinə köçürülmə” tələblərinin təmin olunmaması qət edilmiş, həmin qətnamədən iddiaçılar tərəfindən verildiyi qeyd olunan apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Apellyasiya şikayətindən görünür ki, şikayət sadəcə İddiaçı adından verilmiş, lakin onu eyni şəxs bütün iddiaçıların əvəzinə imzalamış, həmin şəxsin iddiaçıların hamısını təmsil etmə səlahiyyətinə malik olduğunu təsdiq edən hər hansı sənəd işə əlavə olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 qarşı “yaşayış sahəsinə köçürülmə” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verildiyi qeyd olunan apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar