Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-904/2020 16.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Birinci iddia üzrə İddiaçı, Birinci iddia üzrə Cavabdeh və onun vəkili X18, İkinci iddia üzrə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə, Birinci iddia üzrə İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair və ikinci iddia üzrə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh İddiaçı qarşı “X15 X4 etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizələri üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5370/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh və Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 57 saylı X15 X5 əsasən onun və ailə üzvlərinin qanuni istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, “Qırmızı Şərq 1” hərbi şəhərciyi, ev 136, mənzil 173 ünvanında yerləşən xidməti mənzildən cavabdehin və ailə üzvlərinin çıxarılması, həmin mənzilin cavabdehə və ailə üzvlərinə aid əşyalardan boşaldılması, onun və ailə üzvlərinin həmin mənzilə köçürülmələri, xx.xx.2019-cu il tarixindən onun və ailə üzvlərinin mənzilə köçürülməsi tarixinədək hər ay üçün tərəfindən ödənilən 440 manat kirayə haqqının və 30 manat miqdarında ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2001-cü il tarixindən həqiqi hərbi xidmətdədir. Azərbaycan Respubliaksı Müdafiə Nazirliyində həqiqi hərbi xidmət etməsi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi (kirayəyə verən) ilə aralarında bağlanmış xx.xx.2019- cu il tarixli, 57 saylı X15 X5 əsasən Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, "Qırmızı Şərq 1” hərbi şəhərciyi, ev 136, mənzil 173 ünvanında yerləşən xidməti mənzil onun və ailə üzvlərinin istifadəsinə verilmişdir. Ancaq mənzil cavabdeh tərəfindən zəbt olunduğu üçün o və ailə üzvləri tərəfindən istifadə edilə bilmir. Qeyd edilən xx.xx.2019-cu il tarixli, 57 saylı X15 X5 verilməsinə əsas Bakı Qornizon rəisinin xx.xx.2019-cu il tarixli, 19 saylı qərarı olmuşdur. Hal-hazırda Azərbaycan Respubliaksı Müdafiə Nazirliyindən xəstəliyi ilə əlaqədar həqiqi hərbi xidmətdən ehtiyata buraxılması ilə bağlı raportla müraciət etmişdir. Ona xidməti vəzifələrinin icrası ilə əlaqədar İİ qrup hərbi əlilstatusu verilmişdir. Onun ailə üzvləri qeyd edilən yaşayış sahəsinə qeydiyyata düşsələr də, həmin yaşayış sahəsindən bu günə qədər istifadə edə bilmirlər. Onunla yaşayış sahəsinin verilməsi barədə qeyd edilən müqavilə bağlandığı üçün o, yaşayış sahəsinə ehtiyacı olan qulluqçular sırasından çıxarılmışdır. Nəticədə yaşayış sahəsi ilə bağlı ona verilən müavinət kəsilmişdir. Daha sonra, iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 57 saylı X15 X5 əsasən onun və ailə üzvlərinin qanuni istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, “Qırmızı Şərq 1” hərbi şəhərciyi, ev 136, mənzil 173 ünvanında yerləşən xidməti mənzildən Cavabdeh ailə üzvləri-X10, X11 və X13 ilə birlikdə çıxarılması, həmin mənzildən cavabdehə və ailə üzvlərinə aid əşyaların çıxarılaraq mənzilin boşaldılması və ona təhvil verilməsi, xx.xx.2019-cu il tarixdən onun və ailə üzvlərinin mənzilə köçürülməsi tarixinədək hər ay üçün tərəfindən ödənilən 440 manat kirayə haqqının və 30 manat miqdarında ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İkinci iddia üzrə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi cavabdeh İddiaçı qarşı “X15 X4 etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi F.Ə.Mirzəyev arasında xx.xx.2019-cu il tarixli, 57 saylı "X15 sahəsinin kirayə müqaviləsi bağlanması barədə” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Ş.Mehdiyev küçəsi, ev 136, mənzil 173 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı xidməti mənzil fonduna aiddir. Hərbi Qulluqçuların Statusu Haqqında Azərbaycan Respublikasının Qanununa əsasən cavabdeh İddiaçı ilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi F.Ə. Mirzəyev arasında xx.xx.2019cü il tarixli 57 №-li "X15 sahəsinin kirayə müqaviləsi" bağlanmışdır. Cavabdeh İddiaçı mübahisəli mənzilə köçə bilməmişdir, çünki mübahisəli mənzil boş olmamışdır. Bununlada kirayə vərən tərəfindən Mənzil Məcəlləsinin 64.2.1 -ci maddəsinin tələblərini pozulmuş və nəticədə qanunsuz müqavilə bağlanmışdır. Mübahisəli mənzilin xx xxxxxx 2012-ci il tarixli, 48 nömrəli protokol əsasında Cavabdeh verilməsi qərara alınmışdır və onunla xx xxxxxx 2012-ci il tarixli, 00215 nömrəli müqavilə bağlanmışdır. Yoxlama zamanı müəyyən edilmişdir ki, qeyd edilən müqavilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində qeydiyyata alınmışdır və müqavilə bağlanmışdır, lakin həmin müqavilədə nə imza, nə də möhür vurulmamışdır. Cavabdeh ilə xx xxxxxx 2012-ci il tarixli, 48 nömrəli protokol və onun əsasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, 00156 nömrəli müqavilə ləğv edilməmişdir. Araşdırma apararkən məlum olmuşdur ki, İddiaçı xidmət etdiyi hərbi hissəyə 2012-ci il tarixdə ünvan 3 qərarına əsasən Bakı şəhəri, Ş.Mehdiyev küçəsi, ev 136-da 10 mənzil ayrılmışdır və hərbi qulluqçulara verilmişdir. 10 nəfər hərbi qulluqçulara verilmişmənzillər hamısı qeydiyyatdan keçmiş müqavilə əsasında verilmişdir, lakin Mənzil-istismar İdarəsinin rəhbəri tərəfindən imzalanmamışdır və möhürlənməmişdir. Səbəb? N-li nömrəli hərbi hissədə qulluq edən hərbi qulluqçuların şəxsi məlumatlarının məxfi olmasıdır. Mübahisəli mənzildə yaşayan Cavabdeh 2001-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edir. Müdafiə Nazirliyinin Bakı Qarnizonu MİH-nin 2 saylı MİS-nin Hüquq İdarəsinə ünvanladığı xx xxxxxxxx 2019-cu il tarixli, 69 nömrəli məktubdan görünür ki, iddiaçı Cavabdeh 2012-ci ilin dekabr ayından hal-hazıradək ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayırlar və kommunal xərclərə görə borcu yoxdur. Həmçinin, Cavabdeh elektrik enerjisinə və sudan istifadəsinə görə 2012-ci il tarixdən müvafiq təşkilatlarla müqavilələr bağlamış və ödəmələr aparır. Bakı Baş Səhiyyə idarəsi M.H.Qəmbərov adına 5-nömrəli Uşaq Poliklinikasının xx xxxxxxxx 2019cu il tarixli, 522 nömrəli arayışdan görünür ki, Cavabdeh uşaqları xx xxxx 2014-cü il tarixdən qeydiyyatdadırlar. Yuxarıda qeyd edilənlərə əsasən müəyyən edilir ki, İddiaçı mənzil ayrılarkən boş olmamışdır. xx xxxxxxxx 2017-ci il tarixli, 15/1655 nömrəli məktubu ilə N nömrəli hərbi hissə komandiri ünvan 2 sədrinə ünvanlanmış məktubda Cavabdeh və digərlərinin mübahisəli mənzildən çıxarılmasını xahiş etmişdir. Müdafiə Nazirliyinin ünvan 3 hərbi hissəyə ünvanlanmış xx xxxxxxxx 2017-ci il tarixli, 9/5320 nömrəli cavab məktubu ilə mayor Cavabdeh mənzildən çıxarılması Müdafiə nazirinin xx xxxxx 2014-cü il tarixli, 2 nömrəli Qərarına zidd olduğu üçün məktub icra olunmadan geri qaytarılmışdır. Həmçinin, məktubda bildirilmişdir ki, Müdafiə nazirin xx xxxxx 2014-cü il tarixli, 2 nömrəli Qərarının ‘‘müqavilənin şərtlərinin dəyişdirilməsi və müqavilənin ləğv edilməsi"nə dair 5.1.5.8- ci yarımbəndlərində sadanalardan və ya ehtiyata, istefaya buraxılma, digər qarnizonlara köçürülmədən başqa digər səbəblər olmadan, kirayəçinin yaşayış sahəsindən səbəbsiz çıxarılması qeyri- qanunidir və kirayə verən yox, yalnız kirayəçi onunla bağlanmış kirayə müqaviləsini istənilən vaxt ləğv edə bilər (qərarın 5.2-ci yarınbəndi). Lakin buna baxmayaraq, Bakı Qarnizonun mənzil komissiyası qanuna zidd olaraq İddiaçı ilə müqavilə bağlamışdır. Qanunvericiliyinin tələblərinə əsasən əgər yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa olmayan hərəkətlər etdikləri hallarda, eyni zamanda yaşayış sahəsinin verilməsi qaydasının və şərtlərin pozulduğu başqa hallarda "X15 sahəsinin kirayə müqaviləsi məhkəmə qaydasında etibarsız hesab edilə bilər”. İddiaçı ilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi F.Ə. Mirzəyev arasında xx.xx.2019-cü il tarixli 57 №-li "X15 sahəsinin kirayə müqaviləsi bağlanması barədə” müqavilənin birtərəfli ləğv etmək hüquqları olmadığından məhkəmə müdafiəsindən istifadə etmək qərara gəlmişlər. Müdafiə Nazirliyinin iddia ərizəsinin verilməsi səbəbi ondan ibarətdir ki, cavabdeh İddiaçı mübahisəli mənzilin boşaltması və mənzilə köçürülməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati İqtisadi və Bakı şəhəri Yasamal Rayon Məhkəmələrinə müraciət etmişdir.Cavabdeh hal-hazırda Bakı Qarnizonunda xidmət edir. Qeyd edilənlərə əsasən Müdafiə Nazirliyi hesab edir ki, xx.xx.2019-cu il tarixdə bağlanmış kirayə müqaviləsi etibarsız hesab olunmalıdır. Cavabdehə mənzil ayrılarkən boş olmamışdır. Mənzil Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti Cavabdeh verilmişdir və o, ailə üzvləri ilə birlikdə 2012-ci il tarixdə mənzilə köçmüş və kirayə müqaviləsində nəzərdə tutulmuş hüquq və vəzifələrini yerinə yetirir. Hər iki zabit bir hərbi hissədə xidmət edirlər, belə olan halda cavabdeh bilə-bilə ki o, mənzilboş deyil kirayə müqaviləsinin bağlanılmasına razılıq verməməliydi. Halhazırda cavabdeh Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi ev 25, mənzil 32-də yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Hərbi qulluqçulara müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiya məbləğinin müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 171 №-li Qərarına əsasən yaşayış yeri olmayan hərbi qulluqçulara onlarla birlikdə yaşayan hər bir ailə üzvlərinə müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası hər ay müəyyən məbləğində ödənilir. 2019-cu ilin sentyabr ayından cavabdeh İddiaçı kompensasiyası hər ay 375 manat təşkil edəcək. İddiaçı başqa mənzil ayrılması barədə məsələsinə Bakı Qarnizonun mənzil komissiyasında baxılacaqdır. Hal-hazırda Mənzil İstismar idarəsinin məlumatına əsasən boş mənzil yoxdur. Göstərilənləri nəzərə alaraq, İddiaçı ilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi F.Ə.Mirzəyev arasında xx.xx.2019-cu il tarixli, 57 saylı "X15 sahəsinin kirayə müqaviləsi bağlanması barədə” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mayor İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxxxxx 2019-cu il tarixli 0699 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında” Əsasmanənin 156-cı maddəsinin "V" bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. "N" nömrəli hərbi hissənin N nömrəli əmrinə əsasən xx xxxxxxxx 2019-cu il tarixdən İddiaçı şəxsi heyətin siyahısından, bütun növ təminatlardan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Yasamal Rayon İdarəsinə göndərilmişdir. İddiaçı xx xxxxxxxx 2019-cu il tarixdən hərbi qulluqçu statusuna malik deyil və bu halda o, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 12.2-ci maddəsinə əsasən mənzillə təmin olunması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Bu əsasla "N" saylı hərbi hissədə qulluq edən hərbi qulluqçulara verilmiş mənzillərin ünvanları və şəxsi məlumatları yayılmamaq üçün kirayə müqavilələr Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində qeydiyyata alındıqdan sonra müqavilələr imzalanmamış və möhürlənməmiş hərbi hissəyə verilmişdir. Həmin müqavilələr Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil İ şöbəsində 2013-cu ilin nomenklatura nömrəsi 102/5 olan X15 sahələrinin kirayə müqavilələrinin uçot kitabında qeydiyyata alınmışdır. Kitabın sıra nömrəsi 156-da mübahisəli mənzilə kirayə müqaviləsi qeydiyyata alınmışdır və hərbi hissənin əməkdaşı tərəfindən götürülməsi barədə imza mövcuddur. Mənzilin kimə verilməsi barədə qeyd edilən kitabda məlumat yoxdur. Həmin məlumat hərbi hissənin arxivində Mənzil İstismar İdarəsi tərəfindən xx xxxxxx 2012-ci il tarixdə qeydiyyatdan keçmiş kirayə müqaviləsindən məlum olur ki, mübahisəli mənzil Cavabdeh verilmişdir. Həmçinin, qeyd edilən kitabda İddiaçı mübahisəli mənzilə verilmiş kirayə müqaviləsi sıra nömrəsi 57-də qeydiyyatdan keçmiş möhürlənmiş və imzalanmışdır. Kirayə müqaviləsini İddiaçı özü götürmüş və qeydiyyat kitabçasında öz imzasını atmışdır. Səbəb ondan ibarətdir kı, İddiaçı 2019-cu ilin aprel ayında hərbi xidmətdən tərxis olunması üçün raport vermiş və o həmin gündən kəşfiyyat və əks-kəşfıyyat fəaliyyəti subyekti kimi hesab olunmadığından onun kirayə müqaviləsində imza edilmiş və möhür vurulmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi "N" saylı hərbi hissənin mənzil komissiyanın protokollarının qeydiyyat kitabının 2012-ci ilin nomenklaturası üzrə 36 sıra 56-da xx xxxxxx 2012-ci ilin 48 nömrəli protokol əsasında kapitan Cavabdehverilməsi barədə qeyd var. Həmin kitabda sıra 34-də xx xxxx 2017-ci il tarixli 31 nömrəli protokol əsasında mayor İddiaçı verilməsi barədə qeyd var. Göstərilənləri nəzərə alaraq, cavabdeh İddiaçı xx xxxxxxxx 2019-cu il tarixli, 0699 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında' Əsasmanənin 156-cı maddəsinin "V" bəndinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə boş olmayan mənzilə verilmiş "xüsusi yaşayış sahəsinin kirayə müqaviləsi bağlanması barədə" müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5370/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair və iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh İddiaçı qarşı “X15 X4 etibarsız hesab edilməsi” tələbinə dair mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5370/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair iddiası qismən təmin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 57 saylı X15 X5 əsasən iddiaçı və ailə üzvlərinin qanuni istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, "Qırmızı Şərq 1” hərbi şəhərciyi, ev 136, mənzil 173 ünvanında yerləşən xidməti mənzildən Cavabdeh ailə üzvləri- X10, X11 və X13 ilə birlikdə çıxarılsın, həmin mənzildən cavabdehə və ailə üzvlərinə aid əşyalar çıxarılaraq mənzil boşaldılması və İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10%-i iddiaçıya, 90%-i cavabdehə aid edilməklə, Cavabdeh 27 (iyirmi yeddi) manat pul alınaraq İddiaçı ödənilməsi, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh İddiaçı qarşı X15 X4 etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməsi, iddia üzrə ödənilməli olan 10 manat dövlət rüsumu iddiaçıya aid edilməklə, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 10 (on) manat pul dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, ilk iddia tələbinin rədd edilməsini xahiş etmişdir Qeyd olunan qətnamədən narazı Azərbaycan Respublikası Müdafiə Nazirliyi qətnamənin ləğv edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İlk iddia üzrə Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı mübahisə üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsini tamamilə qanunsuz, əsassız və heç bir məntiqə sığmayan hesab etməklə, ləğv edilməsini və iddianın rədd edilməsini qanunauyğun hesab edir.15 səhifədən ibarət qətnamədə məhkəmə heç bir qanuni əsası olmadan əsas iddianı təmin etmişdir.Qətnamədən göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx xxxxxxxx 2019-cu il tarixli, 0699 saylı əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin «V» bəndinə müvafiq olaraq, xəstəliyə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Buna görə də İddiaçı xidməti mənzillə təmin edilə bilməz.Digər tərəfdən, Bakı şəhəri,Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, «Qırmızı Şərq 1» hərbi şəhərciyi, ev 136, mənzil 173 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı xidməti mənzil fonduna aiddir və xx xxxxxx 2012-ci il tarixli, 48 saylı protokol əsasında ona verilmiş, bunun əsasında onunla xx xxxxxx 2012-ci il tarixdə 00215 saylı müqavilə imzalanmışdır. Bu müqavilə ləğv edilmədən həmin mənzil digər şəxsə verilə bilməz. İkinci iddia üzrə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisəndirilən Bakı şəhəri, Ş.Mehdiyev küçəsi, ev 136, mənzil 173 Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı xidməti mənzil fonduna aiddir və mülkiyyətçi kimi mənzili kimin istifadəsinə verilməsi öz səlahiyyətindədir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx xxxxx 2014-cü il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Silahlı Qüvvələrində X15 sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1. bəndinə əsasən Azerbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə Cavabdeh X15 sahəsi ilə təmin edilmiş və o, 2012-ci il tarixdə ailə üzvləri ilə birlikdə həmin mənzilə köçmüşdür. Cavabdeh mənzil komissiyasının xx xxxxxx 2012-ci il tarixli 48 nömrəli protokolu xüsusi tayinatlı yaşayış sahəsinin verilməsi üçün hüquqi əsas olmuş və həmin protokol hal-hazırda da qüvvədədir. Nəticədə, Cavabdeh hüququ yuxarıda qeyd edilən protokol əsasında yaranmış sosial kirayə müqaviləsinin vicdanlı subyekti kimi 7 il müddətində yaşayış sahəsindən istifadə edərək bütün kommunal xərclərinə görə müvafiq orqanlara ödəmələr aparmışdır. Bu əsasla Bakı qarnizonu üzrə mənzil komissiyasının xx xxxxxxx 2019-cu il tarixli 20 nömrəli qərarı ilə İddiaçı xidməti mənzilin verilməsi haqqında bağlanmış kirayə müqaviləsinə xitam verilmişdir. Qanunvericiliyinin tələblərinə əsasən əgər yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda eyni zamanda yaşayış sahəsinin verilməsi qaydasının və şərtlərin pozulduğu başqa hallarda X15 sahəsinin kirayə müqaviləsi məhkəmə qaydasında etibarsız hesab edilə bilər. Mənzil komissiyasının protokolu qüvvədə olduğu olan halda mənzilin başqa şəxsə verilməsi qanunaziddir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci iddia üzrə Cavabdeh və onun vəkili X25 apellyasiya şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ikinci iddia üzrə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək, şikayətlərin rədd edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Belə ki, apellyasiya şikayətləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və birinci iddia tələbinin rədd edilməsinə yönəldilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci intansiya məhkəməsinin mövqeyinə görə, müqavilə bağlamaq səlahiyyəti olan orqanın ətraflı araşdırma aparmaması və iddiaçıya boş olmayan mənzilin verilməsinə dair müqavilə bağlamasının məsuliyyətini İddiaçı daşıya bilməz. Belə ki, İddiaçı və ailə üzvləri mübahisəli yaşayış sahəsinə qeydiyyata düşsələr də, həmin yaşayış sahəsindən bu günə qədər istifadə edə bilmirlər. Onunla yaşayış sahəsinin verilməsinə dair müqavilə bağlandığı üçün yaşayış sahəsinə ehtiyacı olan qulluqçular sırasından da çıxarılmışdır. Hazırda İddiaçı ehtiyata buraxılması və şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılması onunla bağlanmış müqavilə üzrə hüquqlarının pozulmasına gətirib çıxara bilməz. Hansı ki, İddiaçı 18 ildən artıq (xüsusi şəraitdə 28 il) hərbi xidmətdə olmuşdur. Vətənə xidmətə görə bir sıra medallarla təltif olunmuşdur. Xəstəliyi ilə əlaqədar ehtiyata buraxılmışdır. Ona xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarətlərlə bağlı İİ qrup (Azərbaycan Respublikasının müdafiəsi uğrunda) hərbi əlil statusu verilmişdir. X19 Vətənə xidmətə görə yüksək dərəcəli nailiyyətləri nəzərə alınaraq, bir sıra medallarla tətif olunması ilə yanaşı, xidməti tapşırığı yerinə yetirərkən həlak olmuş, onun varisi qismində anası Sənubər Məmmədovanın mənzil ilə təmin olunması qərara alınmışdır. İddiaçı ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 57 saylı müqavilə hazırda qüvvədə olmaqla yanaşı, məhkəmə qaydasında etibarsızlığı və ya ləğvi üçün əsasların olduğu sübuta yetirilməmişdir. Odur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh İddiaçı qarşı X15 X4 etibarsız hesab edilməsi tələbinə dair iddiası əsassız hesab olunaraq təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin İddiaçı mənzilin boşaldılması və mənzilə köçürülmə iddiası ilə bağlı mövqeyinə görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 57 saylı Xüsusi Təyinatlı X1idd bağlandığı məhkəmədə təsdiqini tapmadığından iddia mənzilin boşaldılması və ona təhvil verilməsi hissəsində əsaslı hesab olunaraq təmin edilməli, qeyd olunan müqaviləyə əsasən iddiaçı və ailə üzvlərinin qanuni istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, "Qırmızı Şərq 1” hərbi şəhərciyi, ev 136, mənzil 173 ünvanında yerləşən xidməti mənzildən Cavabdeh ailə üzvləri- X10, X11 və X13 ilə birlikdə çıxarılmalı, həmin mənzildən cavabdehə və ailə üzvlərinə aid əşyalar çıxarılaraq mənzil boşaldılmalı və İddiaçı təhvil verilməlidir.İddia tələbinin mənzilə köçürülmə tarixinədək ödənilən aylıq 440 manat kirayə haqqının tutulması hissəsində məhkəmə hesab edir ki, iddianın həcmi həmin hissədə konkret müəyyən edilməməklə yanaşı, məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı 2019-cu ilin 01 yanvar tarixindən 31 avqust tarixinədək aylar üzrə ümumilikdə 2361,50 manat məbləğində mənzil kirayəsi əvəzinə pul kompensasiyası almışdır. Odur ki, iddia həmin hissədə əsassız hesab olunaraq təmin edilməməlidir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, birinci iddia tələbi rədd edilməli, ikinci iddia tələbi isə təmin edilməlidir. Məhkəmə kollegiyası tərəfindən mülki iş üzrə aparılmış araşdırma nəticəsində müəyyən etmişdir ki, İddiaçı və ailə üzvləri X12, X7, X8 ünvan 4 ünvanında qeydiyyatdadırlar.xx.xx.2019-cu il tarixli, 00965 saylı X15 X4 notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 3 otaqlı mənzili Müdafi Nazirliyinin Mənzil İstismar İdarəsi müddətsiz olaraq İddiaçı sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürmüşdür.MN Bakı Qarnizonu MİH-nin 2 nömrəli MİS-nin Müdafiə Nazirliyinin Hüquq idarəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, onun balansında olan Şəfayət Mehdiyev küçəsi, ev 136, mənzil 173-ə dair İddiaçı aid kirayə müqaviləsi və qeydiyyatı haqqında heç bir sənəd yoxdur.736 saylı hərbi hissənin mənzil komissiyasının xx.xx.2012-ci il tarixli, 48 saylı protokolunun surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən xidməti yaşayış sahəsinin Cavabdeh və ailə üzvlərinə verilməsi qərara alınmışdır.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Cavabdeh həqiqi hərbi xidmətdədir.xx.xx.2013-cü il tarixli, 00215 saylı X15 X4 surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən 3 otaqlı mənzili Müdafi Nazirliyinin Mənzil İstismar İdarəsi Cavabdeh sahibliyinə və istifadəsinə vermişdir.MN Bakı Qarnizonu MİH-nin 2 nömrəli MİS-nin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, ünvan 4 ünvanında yerləşən mənzildə Cavabdeh 2012-ci ilin dekabr ayından hal-hazıradək ailə üzvləri X10, X11 və X14 ilə birlikdə yaşayır.Bakı Qarnizonu üzrə mənzil komissiyasının xx.xx.2019-cu il tarixli, 20 saylı Protokolundan çıxarışdan görünür ki, mayor İddiaçı ayrılmış Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, "Qırmızı Şərq-1” hərbi şəhərcik, bina 136, 173 nömrəli mənzilə dair bütün məlumatlar N nömrəli hərbi hissədə olduğu və adı gedən X15 sahəsi xüsusi məqsədlərlə istifadə edildiyi üçün həmin idarəyə ayrılmışdır və idarə tərəfindən Mənzil Komissiyasına adı gedən yaşayış sahəsində hərbi qulluqçunun ailə üzvləri ilə bilikdə qeydiyyatda olmaları barədə məlumat verilməmişdir. Hazırda mayor İddiaçı xx.xx.2019-cu il tarixdən Müdafiə nazirinin müvafiq əmrilə hərbi xidmətdən ehtiyata buraxıldığını və mayor Cavabdeh Bakı qarnizonunda xidmətini davam etməsini nəzərə alaraq, Bakı qarnizonu üzrə mənzil komissiyasının 19 nömrəli protokolunun 19cu, 24-cü və 34-cü bəndləri (mayor İddiaçı xidməti mənzillərin verilməsi) həyata keçmədiyi üçün qüvvədən düşmüş hesab edilməsi və bağlanmış kirayə müqaviləsinə xitam verilməsi qərara alınmışdır.Azərbaycan Respublikası Müdafiə Naziriyi "Region” X3 xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, mayor İddiaçı 2019-cu ilin 01 yanvar tarixindən 31 avqust tarixinədək aylar üzrə ümumilikdə 2361,50 manat məbləğində mənzil kirayəsi əvəzinə pulkompensasiyası almışdır.Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, "Qırmızı Şərq-1” hərbi şəhərcik, bina 136, 173 nömrəli mənzildə xx.xx.2012-ci il tarixli, 56 nömrəli müqaviləyə əsasən 4 nəfərdən ibarət ailə tərkibi ilə yaşayır və "N” saylı hərbi hissədə hərbi xidmətdədir. İddiaçı ilə xx.xx.2019-cu il tarixli, 57 nömrəli müqavilə bağlanıb (ailə tərkibi 4 nəfər). Qeyd olunan ünvandakı yaşayış sahəsi xüsusi təyinatlı olduğu üçün sənədləşdirilmə işləri hərbi hissə tərəfindən həyata keçirilir, həmçinin məlumatlar gizli saxlanılır.Azərbaycan Respublikası Müdafiə nazirliyi 679 saylı Hərbi Hissənin mənzil komissiyasının protokollarının qeydiyyatı kitabının surətindən görünür ki, sıra nömrəsi 56 olan 48 saylı, xx.xx.2012-ci il tarixli protokola əsasən kapitan X9 xidmətin mənzillə təmin olunması qanunauyğundur. Sıra nömrəsi 34 olan 31 saylı protokola əsasən mayor İddiaçı X15 sahəsinin ayrılması qanunauyğundur.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin "Mənzil Şöbəsinin X15 sahələrinin kirayə müqavilələrinin uçot kitabı”nın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, "Qırmızı Şərq-1” hərbi şəhərcik, bina 136, 173 nömrəli mənzilin kirayə verilməsinə dair xx.xx.2012-ci il tarixli müqavilənin qeydiyyat nömrəsi 156-dır. Qeyd olunan ünvanın kirayə verilməsinə dair xx.xx.2019-cu il tarixli müqavilənin qeydiyyat nömrəsi 57-dir.Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Mənzil Şöbəsinin X15 sahələrinin kirayə müqavilələrinin uçot kitabının surətindən görünür ki, uçot kitabının “Qeyd” hissəsində Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, "Qırmızı Şərq-1” hərbi şəhərcik, bina 136, 173 nömrəli mənzilin İddiaçı kirayə verilməsinə dair xx.xx.2019-cu il tarixli, 57 nömrə qeydiyyatlı kirayə müqaviləsi Bakı Qarnizonu Mənzil Komissiyasının xx.xx.2019-cu il tarixli protokolu ilə ləğv edilmişdir sözləri yazılmışdır.Azərbaycan Respublikası Müdafiə Nazirliyi "Region” X3 xx.xx.2019-cu il tarixli təyinat vərəqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2019-cu il tarixli, 0699 saylı əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, xx.xx.2019-cu il tarixdən hərbi qeydiyyata durmaq üçün SHXÇDX-nin Yasamal rayon İdarəsinə göndərilmişdir.Bakı Qarnizonu Mənzil Komissiyasının N nömrəli hərbi hissəyə ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, Bakı Qarnizonunda olan X15 sahələrinin hərbi qulluqçulara verilməsi, boş olan mənzillərin bölüşdürülməsi yalnız Bakı Qarnizonu Mənzil Komissiyasının səlahiyyətlərindədir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, X15 sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə X15 sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin məcəllənin 99.1-99.2-ci maddələrinə əsasən, X15 X5 görə bir tərəf X15 sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. X15 sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci bəndinə əsasən, Bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin qanunun 3-cü bəndinə əsasən, Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində X15 sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, həqiqi hərbi xidmətdə olan generallar, admirallar, zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (mülki işçilər) və onlarla birlikdə yaşayan ailə üzvləri (əri və ya arvadı, uşaqları, valideynləri, eyni zamanda hərbi qulluqçuların (mülki işçilərin) himayəsində olan digər şəxslər) bu əsasnamənin 1.6-cı bəndinə əsasən, göstərilmiş hallardan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı mənzil fondu hesabına xidmət yeri üzrə X15 sahəsi ilə təmin olunurlar. Həmin əsasnamənin 1.13-cü bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə xidməti münasibəti olmayan şəxslərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mənzil fondu hesabına yaşayış sahəsinin verilməsi qadağandır. Həmin əsasnamənin 5.2-ci bəndinə əsasən, bir qarnizonda yerləşən tabeli hərbi hissələr arasında yaşayış sahələrinin bölüşdürülməsi planı qarnizon mənzil komissiyası tərəfindən tərtib edilir, müvafiq rayon, MİH, HDQ-nin Dəniz Mühəndis Xidməti, Müdafiə Nazirliyinin MİŞ rəisi ilə razılaşdırılır, qarnizon mənzil komissiyası sədri tərəfindən imzalanır və həmin qarnizonun rəisi tərəfindən təstiq edilir. Həmin əsasnamənin 5.7 - 5.11-ci bəndlərinə əsasən, yaşayış sahəsinin bölüşdürülməsi üçün hərbi hissənin mənzil komissiyasının iclası keçirilir və protokol tərtib olunur. Hərbi hissənin mənzil komissiyasının tərtib etdiyi hərbi hissə üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısını komissiyanın sədri və üzvləri imzaladıqdan sonra hərbi hissə komandiri təstiq edir. Yaşayış sahəsinin bölüşdürülməsi siyahısı və hərbi hissənin mənzil komissiyasının protokolundan çıxarış ryonun MİH rəisinə təqdim olunmalı, digər sənədlər isə hərbi hissənin mənzil komissiyasında saxlanılmalıdır. Təqdim olunan sənədlər əsasında tərtib olunan qarnizon üzrə yaşayış sahəsinin bölüşdürülməsi siyahısı rayon MİH-nin rəisi ilə razılaşdırılır, qarnizon üzrə mənzil komissiyasında baxılır, protokollaşdırılırvə təstiq edilməsi üçün qarnizon rəisinə təqdim olunur. Qarnizon rəisi tərəfindən təstiq edilmiş siyahı X15 sahəsinə kirayə müqaviləsi bağlanması üçün hüquqi əsasdır. Kollegiya qeyd edir ki, qeyd olunan normaların tələblərinə uyğun olaraq 736 saylı Hərbi Hissəsinin mənzil komissiyasının xx.xx.2012-ci il tarixli protokoluna əsasən, Bakı şəhəri, Şəfayət Mehdiyev küçəsi 136 saylı evin, 173 saylı mənzilin 2001-ci ildən hərbi xidmətdə olan Cavabdeh verilməsi qərara alınmışdır. Bunun əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli 00215 saylı X15 sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Buna baxmayaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixli 00215 saylı X15 sahəsinin kirayə müqaviləsi qüvvədə olduğu müddət ərzində, eyni mənzilə dair xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstimar İdarəsi ilə İddiaçı arasında 57 saylı X15 sahəsinin kirayə müqaviləsi bağlanmışdır. Halbuki, həmin müqavilənin bağlanmasına əsas olan müqavilədə qeyd olunan xx.xx.2019-cu il tarixli 19 saylı qərar iş materiallarında müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində X15 sahəsi ilə təmin olunma qaydaları haqqında” Əsasnamə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının və onlarla birlikdə yaşayan ailə üzvlərinin X15 sahəsi ilə təmin olunması, yaşayış şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçota alınması qaydalarını müəyyən edir. İddiaçı isə xx.xx.2019-cu il tarixdən hərbi xidmətdən ehtiyata buraxılmış və həmin tarixdən etibarən hərbi qulluqçu statusnu itirimişdir. Belə olan halda onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində X15 sahəsi ilə təmin olunmasına ümumiyyətlə hüququ yoxdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli, 57 saylı X15 X5 əsasən onun və ailə üzvlərinin qanuni istifadəsinə verilmiş Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, “Qırmızı Şərq 1” hərbi şəhərciyi, ev 136, mənzil 173 ünvanında yerləşən xidməti mənzildən Cavabdeh ailə üzvləri-X10, X11 və X13 ilə birlikdə çıxarılması, həmin mənzildən cavabdehə və ailə üzvlərinə aid əşyaların çıxarılaraq mənzilin boşaldılması və ona təhvil verilməsi, xx.xx.2019-cu il tarixdən onun və ailə üzvlərinin mənzilə köçürülməsi tarixinədək hər ay üçün tərəfindən ödənilən 440 manat kirayə haqqının və 30 manat miqdarında ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsinədair iddia tələbi təmin edilə bilməz. Kollegiya ikinci iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinin tələblərinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin məcəllənin 389-cu maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın. Həmin məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1.-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2.-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Bu Məcəllənin 337.3.-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə İddiaçı arasında 57 saylı X15 sahəsinin kirayə müqaviləsi yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə zidd olaraq bağlandırığından həmin müqavilə bağlandığı vaxtdan əhəmiyyətsiz olduğundan həmin müqavilə etibarsız hesab edilməlidir. Bundan başqa Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası həmçini hesab edir ki, ilk iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu birinci iddia üzr iddiaçının özünə aid edilməlidir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan birinci iddia tələbinin qismən təmin edilməsi, ikinci iddia ərizəsinin isə rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, birinci iddia üzrə Cavabdeh və ikinci iddia üzrə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5370/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, birinci iddia üzrə İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi rədd edilməli, ikinci iddia üzrə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh İddiaçı qarşı “X15 X4 etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməli, İddiaçı ilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi F.Ə.Mirzəyev arasında xx.xx.2019-cu il tarixli, 57 saylı "X15 sahəsinin kirayə müqaviləsi bağlanması barədə” müqavilənin etibarsız hesab edilməli, birinci iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu birinci iddia üzr iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Birinci iddia üzrə Cavabdeh və ikinci iddia üzrə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5370/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Birinci iddia üzrə İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi rədd edilsin. İkinci iddia üzrə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdeh İddiaçı qarşı “X15 X4 etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilsin. İddiaçı ilə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin rəisi F.Ə.Mirzəyev arasında xx.xx.2019-cu il tarixli, 57 saylı "X15 sahəsinin kirayə müqaviləsi bağlanması barədə” müqavilə etibarsız hesab edilsin. Birinci iddia tələbi rədd olunduğundan ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova
Məhkəmə qərarları › İş №2(103)-904/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-904/2020
16.01.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver