Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9042/2020 09.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Rafael Əmir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və ailə üzvlərinin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, 6 saylı evin 10 nömrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməklə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, 6 nömrəli evin 10 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməklə çıxarılması qət edilmişdir. Cavabdeh, apelyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə, bu mülki işlə məhkəmənin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, alqı-satqı müqaviləsinin girov hesab edilməsi” tələbinə dair mülki işin bir icraatda birşləşdirilməsi qərara alınmış, Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə isə, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunmaması, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, digər mülki iş üzrə isə cavabdeh İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunaraq, Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv, iddianın rədd olunması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ilə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apelyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı, xx.xx.2020-ci il tarixdə ərizə ilə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindəki yanlışlıqların düzəldilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Cavabdeh və ailə üzvlərinin ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, 6 saylı evin 10 nömrəli mənzilindən istifadə hüquqlarını ləğv etməklə çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Qətnamənin “qət etdi” hissəsində yanlışlığa yol verilmişdir. Bundan onun xəbəri olmamış və icra zamanı cavabdehin ailə üzvlərini çıxarmaq mümkün olmamışdır. İcra şöbəsi apelyasiya məhkəməsindən qətnaməyə izah verilməsini istəmiş, məhkəmə isə Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə istinad edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində cavabdehin ailə üzvlərinin də çıxarılmalarını qeyd etməmişdir. Halbuki, o, iddia ərizəsində bu barədə qeyd etmişdir. Ona görə də, heab edir ki, qətnamədə yanlışlığa yol verilib. Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə, həmin məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qətnaməsində olan yanlışlığın düzəldilməsi, qətnamənin nəticə hissəsinin “Cavabdeh və ailə üzvlərinin ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, 6 nömrəli evin 10 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməklə çıxarılmaları” kimi oxunması qərara alınmışdır. Cavabdeh, həmin qərardaddan şikayət verərək, onun ləğv, ərizənin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və şikayətini məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozulması ilə əsaslandırmışdır. Sabunçu Rayon Məhkəməsi, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət rədd edərək, işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh, şikayəti müdafiə edərək, həmçinin bildirmişdir ki, qətnamənin nəticə hissəsindən aydın şəkildə görünür ki, məhkəmə yalnız cavabdehin mübahisə predmeti olan mənzildən çıxarılmasını qət etmiş və bu qətnamə apelyasiya və kassasiya instansiya məhkəmələri tərəfindən yoxlanılaraq qüvvəsində saxlanılmışdır. Eyni zamanda, iddiaçı da qanunla müəyyən edilmiş müddət ərzində həmin qətnamədən narazı qaldığı halda onu mübahisələndirmək imkanı olduğu halda, bu hüququndan istifadə etməmişdir. Ona görə də, şikayətinin təmin olunmasını xahiş edir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlmədiyindən, MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, MPM-nin 228.2-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Hazırkı işdən görünür ki, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, iddianın təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, 6 nömrəli evin 10 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməklə çıxarılması qət edilmişdir. Həmin iş üzrə İddiaçı, qətnamədə yol verilmiş yanlışlığın düzəldilməsi barədə ərizə təqdim edərək, iddia tələbində cavabdehin və ailə üzvlərinin mübahisə predmeti olan mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməklə çıxarılmalarını xahiş etdiyini və məhkəmənin isə qətnamənin nəticə hissəsində iddianın tam təmin olunmasını qət etsə də, yanlışlığa yol verərək, yalnız cavabdehin istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması kimi qeyd etdiyini bildirir. Birinci instansiya məhkəməsi də, ərizəni təmin edərkən, gəldiyi nəticəni eyni şəkildə, yəni Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tam təmin edilsə də, yalnız Cavabdeh mənzilindən istifadə hüququna xitam verilməklə çıxarılmasının qət edilməsi ilə əsaslandırmış və məhz bu halı əsas götürməklə hesab etmişdir ki, qətnamədə yanlışlığa yol verilmişdir. Kollegiya, rayon məhkəməsinin bu mövqeyi ilə razılaşmır, əvvəla ona görə ki, iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən cavabdeh qismində yalnız Cavabdeh qeyd olunmaqla, ona aid məlumatlar əks olunmuşdur. Ərizənin “xahiş etdi” hissəsində iddiaçının mübahisəli mənzildən istifadə hüquqları itirilmiş hesab edilməklə çıxarılmalarını xahiş etdiyi cavabdehin ailə üzvləri qismində konkredt olaraq kimlərin nəzərdə tutulduğu göstərilməməklə, qeyri-müəyyən qalmışdır. Halbuki, mənzildən istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbi hər bir şəxsə münasibətdə bu hüququn yaranması və itirilməsi əsasları baxımından ayrıca araşdırılmalı olmaqla fərdi xarakter daşıyır. Ona görə də, şəxs bu tələblə məhkəməyə müraciət etdiyi zaman, hüququna xitam verilməsini tələb etdiyi subyektlərin dairəsini konkret müəyyən etməli və onların hər birini müstəqil şəkildə cavabdeh kimi qeyd etməlidir. Eyni zamnada, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinin giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrini ayrı-ayrıqlıda nəzərdən keçirdikdə müəyyən olunur ki, məhkəmə tərəfindən iddia tələbinin cavabdehin ailə üzrvlərinə aid hissəsində hər hansı əsaslandırılma aparılmamış, yalnız Cavabdeh qismində göstərilməklə iddiaya ona münasibətdə hüquqi qiymət verilmişdir. İddiaçı isə, narazı qaldığı təqdirdə həmin qətnamədən apelyasiya şikayəti vermək hüququ olduğu olmuş, o isə bu hüququndan qanunla müəyyən olunmuş müddət ərzində istifadə etməmiş, əksinə cavabdehin verdiyi şikayətlər əsasında qətnamə apelyasiya və kassasiya qaydasında yoxlanılaraq dəyişdirilmədən saxlanılmışdır. Kollegiya, ərizəçinin “qətnamə ilə iddia tam təmin edilsə də, yalnız Cavabdeh mənzilindən istifadə hüququna xitam verilməklə çıxarılmasının qət edilməsi” barədə mövqeyinə münasibətdə bildirir ki, yuxarıda qeyd olunanlar birlikdə qiymətləndirildikdə bu hal qətnamədə ərizəçinin düzəldilməsini tələb etdiyi yanlışlığın yol verilməsi qənaətinə gəlmək üçün kifayətedici hesab olunur, əksinə təkzib olunur. Ona görə də, məhkəmə kollegası hesab edir ki, sözügedən qətnamənin “nəticə” hissəsində olan yol verilmiş qeyri-dəqiqliyə (mahiyyət etibarilə iddia tələbi tam təmin olunmadığı halda, tam təmin olunsun kimi qeyd olunması) yuxarıda qeyd olunanlara əsasən tam və hərtərəfli araşdırma aparılmaqla qiymət verilməli və birinci instansiya məhkəməsi gəldiyi nəticəni iş materiallarına istinad etməklə əsaslandırmalıdır. MPM-in 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1475/2018 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və İddiaçı ərizəsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9042/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9042/2020
09.12.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver