Məhkəmə qərarları › İş №2(103)-9043/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9043/2021

15.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9043/2021 15.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X2, Müstəqil tələblər irəli sürməyən 3-cü şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3, Müstəqil tələblər irəli sürməyən 3-cü şəxs Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “müavinətin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(005)- 1205/2021 saylı qətnaməsindən iddiaçı və Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apelyasiya şikayətlərinə Bakı Apelyasiya Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ASC-dən 75 ay*48=3600 manat pulun tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1975-ci ildən bu zavodda işləmiş, zavodun əmək şəraiti çox ağır olmuş, sexlər tozlu, isti, işlətdiyi əmək alətləri insan sağlamlığına ziyanlı olmuşdur. Zavodda kəsici-çapıcı (obrubşik) peşəsində işləmişdir. 1987-ci ildən İİİ qrup əmək əlilidir. Bu ildən sağlamlığına dəyən ziyana görə müavinət (60% əmək qabiliyyətimi itirmişdir) almışdır. Son hesablamalardan sonra 98 manat müavinət almış, 2011-ci ildən zavod rəhhərliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılığa gəlmişlər ki, zavod əlillərinin müavinətlərinin 50 manatını Nazirlik tərəfindən ödənilsin, qalan 48 (98-50=48) manatı zavod ödəməyə söz vermişdir. 2014-cü ilin oktyabr, noyabr, dekabr aylarını çıxmaq şərti ilə 48 manatını almış, 2015-2020-ci illər ərzində 75 aydır ki, zavod tərəfindən 75 ay*48=3600 manat pul ona ödənilmir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli 2(005)- 1205/2021 saylı ilə iddia təmin olunmamışdır. Qətnamədən iddiaçı və üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən apelyasiya şikayəti verilmişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə əsassızdır. Üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apelyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmənin DSMF tərəfindən iddiaçıya əlavə 75 ay müddətində 48 manat məbləğində pulun ödənilməsi vəzifəsini qət etməsi əsassızdır. İş materiallarından müəyyən edilir ki, iddiaçıya müvafiq olaraq DSMF tərəfindən aylıq müavinət ödənilir. Ödəncin hansı əsasla DSMF tərəfindən ödənilməli olması qətnamədə əsaslandırılmamış və müvafiq hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, onun məzmuna uyğun izahat verib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs DSMF-nin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin və digər üçüncü şəxsin nümayəndəsi apelyasiya şikayətlərini qəbul etməyərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, hər iki apelyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. İş materiallarında olan İddiaçı məxsus ******* saylı əmək kitabçasının surətindən görünür ki, o "xxxx" ASC-də müxtəlif vəzifələrdə çalışmışdır. 1987-ci ildən peşə xəstəliyi ilə əlaqədar 60% əmək qabiliyyətini itirmişdir və İİİ qrup əmək əlilidir. Müavinətin təyin edilməsi barədə sənədlərin surətindən görünür ki, iddiaçı ərizə ilə müraciət edərək, aylıq ödənc üzrə müəssisənin borclarının əvəzinə 01.05.2012-ci il tarixindən aylıq müavinətin təyin edilməsini xahiş etmiş, bu barədə müqavilə bağlanmışdır. Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin qərarı ilə iddiaçıya 50 manat müavinətin verilməsi müəyyən edilmişdir. DSMF-nin Suraxanı rayon şöbəsinin verdiyi 3296 saylı 27 mart 2018-ci il tarixli arayışdan görünür ki, İddiaçı DSMF Suraxanı rayon şöbəsindən 55 manat müavinət alır. Beləliklə, müəyyən edilmişdir ki, iddiaçı 1987-ci ildən İİİ qrup əmək əlilidir, 60% əmək qabiliyyətini itirmişdir, bu əsasla sağlamlığına dəyən ziyana görə 98 manat ödənc almış, 48 manatını əvvəllər işlədiyi müəssisə olan "xxxx" ASC ödəmiş, 2012-ci ildən etibarən isə 55 manat DSMF-nin Suraxanı rayon şöbəsindən almışdır. Lakin ona 2014-cü ilin oktyabr, noyabr və dekabr ayları və 2015-2020-ci illər ərzində, yəni 75 aydır ki, zavod tərəfindən 48 manat ödənc (75 ay*48=3600) ödənilmir. Hazırda iddiaçı ASC-dən 75 ay*48=3600 manat pulun onun xeyrinə tutulmasını tələb etmişdir. Müəyyən edilmişdir ki, "xxxx" ASC-nin səhmlərinin 1,29 faizi əmək kollektivinin, 98,7 faiz səhmləri isə dövlət mülkiyyətinə məxsusdur. "xxxx" ASC hazırda dövlətin müəssisəsidir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçıya ödənilməli olan 48 manat "xxxx" ASC tərəfindən deyil, DSMF tərəfindən ödənilməlidir. Kollegiya hesab edir ki, məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydaları”nın 1.2.1-ci bəndinə əsasən bu Qaydalar əmək vəzifələrini yerinə yetirərkən bədbəxt hadisə nəticəsində həlak olmuş işçilərin ailələrinə, əmək zədəsi almış və peşə xəstəliyinə tutulmuş işçilərə zərərin əvəzinə görə ödənişlərlə bağlı dövlət müəssisələrinin borclarının ödənilməsinə şamil edilir. Qaydaların 4.1-ci bəndinə əssən borclar Fondun yerli orqanları ilə dövlət müəssisələri arasında tərtib edilmiş üzləşmə aktlarına əsasən ödənilir. “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydaları Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Qaydalar özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət (peşə əmək qabiliyyəti 29 faizədək itirildikdə – 33 manat; peşə əmək qabiliyyəti 30 faizdən 59 faizədək itirildikdə – 44 manat; peşə əmək qabiliyyəti 60 faizdən 79 faizədək itirildikdə – 55 manat; peşə əmək qabiliyyəti 80 faiz və daha çox itirildikdə – 66 manat; həlak olduqda – 77 manat) verilir (bənd 3.1). Bu Qaydaların İİ bölməsində nəzərdə tutulan dövlət müəssisələrindən istehsalat qəzası və yaxud peşə xəstəliyi üzrə, eləcə də bu səbəbdən ailə başçısını itirməyə görə aylıq ödənc almaq hüququ olan şəxslər bu ödəncin əvəzinə müvafiq qaydada aylıq müavinət almaq hüququna malikdirlər (bənd 4.1). İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvü, yaxud himayəsində olan digər şəxs aylıq ödəncin əvəzinə aylıq müavinət almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada müavinət təyin edən orqana ərizə ilə müraciət edir və forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən müvafiq müqavilə bağlayır (bənd 4.2). Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir (bənd 5. 1). Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qiiwəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir (bənd 5.2). Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya "DOST" mərkəzləri tərəfindən həyata keçirilir (bənd 5.3). Göründüyü kimi “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydalar 2008-ci ildə təsdiq edilmişdir, iddiaçı 2012-ci ildən 50 manat müvainət almış, bununla bərabər cavabdeh tərəfindən iddiaçıya Fondla paralel olaraq aylıq ödənclərin çatışmayan hissəsi 2014-cü ilin oktyabr ayınadək verilməyə davam etmişdir. 25.01.2016-cı il tarixli dəyişiklikdən sonra isə Fonddan 55 manat müavinət alır. Analoji iş üzrə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 29.12.2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 25.04.2017-ci il tarixli 2(103)-3635/2017 saylı qətnaməsi ilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-8432/2016 saylı iş üzrə 29 dekabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin qətnaməsində göstərilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2-1687/2005 saylı 07 noyabr 2005-ci il tarixli qətnaməsinə əsasən Fondun Nərimanov rayon şöbəsi ilə "xxxx" ASC arasında tərtib ediləcək üzləşmə aktına əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə verilməli olan ödəncin 01.10.2003-cü ildən hesablanaraq iddiaçılara verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6281/2017 saylı 07.09.2017-ci il tarixli qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Nəzərə alınmalıdır ki, cavabdehin istinad etdiyi normativ hüquqi aktlarda Fonddan aylıq müavinət alındığı halda təqsirkar müəssisə tərəfindən ödənclərin tam dayandırılması barədə imperativ qayda müəyyən edilməmişdir. Digər tərəfdən, cavabdehin istinad etdiyi qərar 2008-ci ilə qəbul edildiyi halda müəssisə 2014-cü ilin oktyabr ayınadək iddiaçıya Fondla paralel olaraq aylıq ödənclərin çatışmayan hissəsi həcmində pul ödəməkdə davam etmiş, bununla bağlı hər hansı mübahisə yaranmamışdır. Cavabdeh qeyd olunan tarixdən ödənclərin verilməsinin dayandırılmasını əsaslandıra bilməmişdir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, iddia tələbi təmin edilməli və 3600 manat (75 ay x 48 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1205/2021 saylı iş üzrə 04 may 2021-ci il qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin olunsun. Cavabdeh "xxxx" ASC-dən 3600 manat (75x48) məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar