Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9076/2020 16.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “alqısatqı müqaviləsinin etibarsızlığı və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı və cavadehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Gündüz Gözəlov ilə Cavabdeh1 arasında “VAZ 21214 minik” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqı müqaviləsinin Gündüz Gözəlov ilə Cavabdeh3 arasında “Mersedes Benz 220 minik” markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobilə dair alqı-satqı müqaviləsinin, Cavabdeh4 adına İsmayıllı rayonu, Bizlan kəndində yerləşən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması və buna dair bağlanmış müqavilənin uydurma əqd hesab olunmaqla etibarsız hesab edilməsi və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev Prospekti, 88 E yerləşən qeyriyaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin ½ hissəsinin məcburi qaydada alınması və ümumi borc məbləğinin ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, həmçinin, iddianın təmini tədbiri haqqında ərizə verərək, Cavabdeh1nun adına olan “VAZ 21214 minik” markalı, ** EG *** qeydiyyat nişanlı, Cavabdeh3 adına olan “Mercedes Benz minik” markalı, ** OK *** qeydiyyat nişanlı avtomobillərin özgəninkiləşdirilməsinin qadağan edilməklə, satılmasının dayandırılması, avtomobillərin üzərinə həbs qoyulmaqla 3-cü şəxsə aid olan duracaqda saxlanılması, Cavabdeh4 adına olan İsmayıllı rayonu, Bizlan kəndində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması, Xırdalan şəhəri H.Əliyev prospekti 88E saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin satışından əldə olunmuş 50% məbləğinin - Cavabdeh2 bank hesabında olan 62.500 manat məbləğ üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, Cavabdeh1 adına olan “VAZ 21214 minik” markalı, ** EG *** qeydiyyat nişanlı; Cavabdeh3 adına olan “Mercedes Benz 220 minik” markalı, ** OK *** qeydiyyat nişanlı avtomobillər özgəninkiləşdirilməklə üzərinə həbs qoyulması, Cavabdeh4 adına olan İsmayıllı rayonu, Bizlan kəndində yerləşən fərdi yaşayış evi özgəninkiləşdirilməklə üzərinə həbs qoyulması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh4, şikayət verərək, qərardadın ləğv olunması, onlara məxsus əmlak üzərinə qoyulmuş həbsin qaldırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, iddia əsassız və qərəzlidir. Çünki cavabdehlərdən heç biri iddiaçını tanımırlar və onunla heç bir mülki əlaqələri olmamışdır. Xətai Rayon Məhkəməsi, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. İddiaçı da, Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, onun ərizənin təmin edilməyən hissəsində ləğv, ərizənin tam təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, mübahisə predmeti olan avtomobillərin üzrinə həbs qoyulsa da, onların duracaqda saxlanılmaması iddiaçının daha əlverişsiz şəraitə düşməsinə səbəb ola bilər. Belə ki, avtomobillər cavabdehlərin faktiki sahibliyində olduğu müddətdə istismar edilərək dəyərdən düşəcək, eyni zamanda onların məhv olması ehtimalı yüksək olmaqla, likvid dəyərinin azalması da labüddür. Bunlar isə, məhkəmə aktının gələcək icrasını mümkünsüz edə bilər. Bundan başqa, qətnamələrin icrası dövründə iddia tələbi üzrə ər-arvadın birgə mülkiyyətində olan qeyri-yaşayış sahəsinin teztələsik satılmasına, bununla da əldə olunan vəsaitin ½ hissəsinin Gündüz Gözəlova aid olduğuna, lakin vəsaitin Cavabdeh2 bank hesablarında saxlanılmasına əsaslı dəlillərin işdə olmasına baxmayaraq, məhkəmə ərizənin həmin hissəsini formal mülahizəyə əsaslanmaqla rədd etmişdir. Xətai Rayon Məhkəməsi, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayəti rədd edərək, baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, cavabdehlərin şikayəit rədd, iddiaçının şikayəti isə qismən təmin olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157.1-ci və 157.2-ci maddələrinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-158.1.3-cü maddələrinə əsasən, iddianı təmin etmək məqsədilə məhkəmə cavabdehdə və ya üçüncü şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoya bilər, müəyyən hərəkətləri etməyi cavabdehə, habelə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Göründüyü kimi, iddianı təmin etmə tədbirlərinin görülməsində məqsəd tərəflərin əvvəlki vəziyyətinin və ya mübahisənin maddi obyektinin işin məhkəmədə həll olunmasına qədər qorunub saxlanmasından və mübahisənin daha da dərinləşməsinin qarşısını almaqdan ibarətdir. Odur ki, iddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə görülən və gələcəkdə qətnamənin icrasını çətinləşdirə, qeyri-mümkün və ya əhəmiyyətsiz edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbirdir. Hazırda iddiaçı, Gündüz Gözəlovdan onun xeyrinə pul tutulması barədə qanuni qüvvəyə minmiş qətnamənin icrası mərhələsində borclu tərəfindən müvafiq borcun yönəldilə biləcəyi özünə məxsus bütün əmlakın üçüncü şəxslərə uydurma əqdlər bağlamaq yolu ilə satıldığını bildirməklə, mübahisə predmeti olan avtomobillərə dair bağlanmış alqı-satqı müqavilələrinin, İsmayıllı rayonu, Bizlan kəndində yerləşən fərdi yaşayış evinin Cavabdeh4 adına dövlət qeydiyyatına alınması və buna dair bağlanmış müqavilənin etibarsız hesab edilməsini və Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, H. Əliyev Prospekti, 88 E yerləşən qeyri-yaşayış sahəsinin satılması nəticəsində əldə etdiyi vəsaitin ½ hissəsinin məcburi qaydada alınması və ümumi borc məbləğinin ödənilməsinə yönəldilməsini tələb edir. İddiaçı, işə baxılıb qurtaranadək, həmin avtomobillərin, fərdi yaşayış evinin və Gülnarə Gözəlovnın hesabında olan 62.500 manatın üzərinə həbs qoyulmasını və avtomobillərin mühafizə olunan duracağa yerləşdirilməsini xahiş edir. Kollegiya hesab edir ki, tələb haqlı sayılacağı halda, qətnamənin real şəkildə icrasının təmin edilməsi üçün mübahisə predmeti olan əmlakın üzərinə həbs qoyulması əsaslıdır və iddianın təmini tədbirinin mahiyyətinə və məqsədinə uyğun gəlir. Çünki, qeyd olunan əmlaka sərəncam veriləcəyi təqdirdə, iş üzrə qəbul olunacaq qətnamənin icrası ya çətinləşəcək, ya da mümkünsüz olacaq. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisə predmeti olan VAZ 21214 minik” markalı, ** EG *** dövlət qeydiyyat nişanlı, “Mersedes Benz 220 minik” markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobillərin və İsmayıllı rayonu, Bizlan kəndində yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması əsaslıdır. Bununla belə, Kollegiya, yuxarıdakı qənaətini və iddianın təmin tədbiri barədə ərizənin iddianın əsaslığı prezumpsiyasına əsaslndığını nəzərə alaraq rayon məhkəməsinin müvafiq sübutların təqdim olunmadığı səbəbilə ərizəni cavabdeh Gülnarə Gözəlovnın hesabında olan 62.500 manatın üzərinə həbs qoyulması hissəsində rədd olunması bardərə qənaəti ilə razılaşmır və hesab edir ki, ərizə bu hissədə də təmin olunmalıdır. Kollegiya iddiaçının şikayətinin avtomobillərin duracağa yerləşdirilməsi barədə dəlillərini isə əsaslı hesab etmir. Ona görə ki, mülki-prosessual qanunvericiliklə iddianı təmin etmə tədbirləri nəzərdə tutulsa da, belə tədbirin tətbiqinin zəruriliyi işin konkret hallarını nəzərə alınmaqla hakim tərəfindən müəyyən olunur. Bu zaman yalnız iddiaçının deyil, eyni zamanda digər şəxslərin də qanunla qorunan mənafeləri nəzərə almalıdır. Qanunverici, iddianı təmin etmə institutu ilə elə bir mexanizmi nəzərdə tutur ki, bu mexanizmə riayət edilməsi iddiaçının mənafeyini təmin etməklə yanaşı, eyni zamanda digər şəxslərin də mənafelərini əsassız pozmasın. Sözügedən nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmalqa, mülkiyyətçinin onlar üzərində sərəncam vermək hüququnun məhdudlaşdırıldığı halda, əlavə olaraq duracağa yerləşdirilmələri əmlakdan istifadə hüquqlarını da məhdudlaşdırır ki, bu da onun əmlakla bağlı mənafelərinin əsassız pozulması deməkdir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair xx xxxx 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, “məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər.” Cavabdehlərin şikayətinə münasibətdə isə Kollegiya vurğulayır ki, şikayətdə qeyd olunanlar mübahisənin mahiyyəti ilə bağlı olmaqla, iddianın təmini tədbiri haqqında ərizənin hüquqi həlli üçün əhəmiyyət kəsb etmir. MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavadehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 şikayəti təmin edilməsin. İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2252/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ərizənin “Xırdalan şəhəri H.Əliyev prospekti 88E saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin satışından əldə olunmuş Cavabdeh2 bank hesabında olan 62.500 manat məbləğində pulun üzərinə həbs qoyulmasının rədd olunması” hissəsində ləğv olunsun, həmin hissədə yeni qəradad qəbul edilsin. Xırdalan şəhəri H.Əliyev prospekti 88E saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin satışından əldə olunmuş Cavabdeh2 bank hesabında olan 62.500 (altmış iki min) manat məbləğində pulun üzərinə həbs qoyulsun. Qərardad qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9076/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9076/2020
16.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver