Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-91/2022 12.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Rəşad Məhəmməd oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi X14 iştirakı ilə, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-92/2019 saylı, 20 may 2019-cu il tarixli qətnaməsindən iddiaçı “X28 Azərbaycan” QSC və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. “X28 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, ***-**** saylı kredit müqaviləsinə əsasən, Cavabdeh illik 12 % olmaqla 72 ay müddətinə 255.000 manat kredit verilmişdir. Eyni zamanda «X28 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış eyni tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Tamara Vəliyeva ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzili Cavabdeh mülkiyyətinə vermiş, mənzilin satış qiyməti olan 340.000 manatın 85.000 manatı Cavabdeh özü tərəfindən, 255.000 manatı bank tərəfindən xx.xx.2013-cü il tarixli ***-**** nömrəli kredit müqaviləsinə əsasən verilmiş kredit vəsaiti hesabına ödənilmiş, müqavilənin predmeti olan mənzil xx.xx.2013-cü il tarixli ***-**** nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi «X28 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* çıxarış verilmişdir.
2. «X28 Azərbaycan» QSC, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, müqavilədə nəzərdə tutulmuş məbləği Cavabdeha vermiş və tərəflər arasında ödəniş qrafiki razılaşdırılmışdır. Bundan sonra, xx.xx.2013-cü il tarixli, ***-**** saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 saylı əlavə razılaşma bağlanmış, əvvəlcədən müəyyənləşdirilmiş ödəniş şərtləri dəyişdirilmişdir. Qrafik üzrə son ödəniş tarixi xx.xx.2019-cu il müəyyən edilmişdir.
3. Bankın xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən, Cavabdeh qeyd olunan kredit razılaşması üzrə borcu – 172.635,45 manat əsas, 26.686,30 manat faiz və 75.191,64 manat cərimə olmaqla, cəmi 274.513,39 manat təşkil etmişdir.
4. "xxxx" MMC-nin 30 avqust 2018-ci il tarixli 84/E saylı rəyinə görə, Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzilin real bazar dəyəri 347.000 manat təşkil edir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək və sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə verərək, Cavabdeh 172.635,45 manat əsas kredit borcunun, 26.686,30 manat faiz borcunun, 75.191,64 manat cərimə borcunun, ümumilikdə 274.513,39 manat məbləğində kredit borcunun və 11 manat poçt xidmət xərclərinin, 30 manat iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 12 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışından əldə edilmiş pul vəsaiti hesabına borcun ödənilməsi, satışdan əldə edilmiş vəsait borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsinin borcludan tutulmasının təmin edilməsi, cavabdehin mənzilə olan istifadə hüquqlarının xitam verilməklə 1 ay müddətində boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim X.Məhərrəmova) 2(004)- 92/2019 saylı 20 may 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh “X28 Azərbaycan” QSC-nin xeyrinə xx.xx.2013-cü il tarixli ***-**** nömrəli kredit müqaviləsi üzrə əsas borc qismində 172.635,45 manat, faiz borcu qismində 26.686,30 manat, cərimə qismində 2.000 manat, habelə 30 manat məbləğində dövlət rüsumunun və 11 manat çəkilmiş poçt xərclərinin əvəzi, cəmi 201.362,75 manat (iki yüz bir min üç yüz altmış iki manat yetmiş beş qəpik) məbləğində pul vəsaitinin tutulması, tutmanın Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzilə yönəldilməsi, həmin mənzil 347.000 (üç yüz qırx yeddi min) manat ilkin satış qiyməti ilə açıq hərraca çıxarılması, həmin mənzilin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına Cavabdeh «X28 Azərbaycan» QSC-yə olan borcu ödənilməsi, mənzilin satışından əldə edilən məbləğ «X28 Azərbaycan» QSC-nin tələblərindən artıq olduqda, satışdan əldə olunmuş pul vəsaitinin tələbdən artıq hissəsinin Cavabdeh qaytarılması, həmin mənzil satıldıqdan sonra 1 ay müddətində Cabbarlı Elnur Rafiq oğlunun mənzildən istifadə hüquqları itirilmiş hesab edilməsi və mənzil boşaldılması, Cavabdeh 500 (beş yüz) manat məbləğində pul vəsaiti "xxxx" MMC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə tərəfindən müəyyən edildi ki, «X28 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixdə kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alan Cavabdeh illik 12% hesablanmaqla 72 ay müddətinə 255.000 manat məbləğində kredit verilmişdir. Bundan sonra tərəflər arasında xx.xx.2016-cı il tarixdə 1 saylı əlavə razılaşma ilə kreditin ödəniş şərtləri dəyişdirilmiş və yeni ödəniş cədvəlinə əsasən, borc alan tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilməli əsas borc məbləği 176.005,84 manat, faiz məbləği 45.315,91 manat, cəmi borc 221.321,75 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə banka ödənilməmiş 172.635,45 manat əsas borcu, 26.686,30 manat faiz borcu qalmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir.
8. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh tələb edilən 75.191,64 manat məbləğində cərimə tənasübsüz yüksək məbləğ sayılmalı,həmin məbləğ azaldılaraq cavabdehdən iddiaçının xeyrinə cərimə qismində 2.000 manat məbləğində pul vəsaiti tutulmalıdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilələrdən irəli gələn öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilmədiyindən bank artıq tələbin girova yönəldilməsi prosedurasına başlamaq hüququna malik olmuşdur.
10. Məhkəmə hesab etmişdir ki, Cavabdeh «X28 Azərbaycan» QSC-yə olan borcunun ödənilməsi üçün tutma ipoteka predmeti olan və ona məxsus olan ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzilə yönəldilməli və həmin əmlak ixtisaslaşdırılmış açıq hərracdan satılmaqla cavabdehin iddiaçıya olan borcu ödənilməlidir.
11. Məhkəmə hesab etmişdir ki, ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzilin ilkin satış qiyməti "xxxx" MMC tərəfindən verilən xx.xx.2018-ci il tarixli, 84/E nömrəli rəyə əsasən 347.000 manat müəyyən edilməli, Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzil açıq hərracdan satılmalı, həmin mənzilin açıq hərracdan satılması yolu ilə əldə edilmiş vəsait hesabına Cavabdeh «X28 Azərbaycan» QSC-yə olan borcu ödənilməli, mənzilin satışından sonra artıq qalan məbləğ Cavabdeh qaytarılmalı, mənzil satıldıqdan sonra 1 ay müddətində Cavabdeh həmin mənzildən istifadə hüquqları itirilmiş hesab edilməli və mənzil boşaldılmalıdır.
12. Bundan başqa, məhkəmə hesab etmişdir ki, ipoteka ilə yüklü edilmiş mənzilin açıq hərracdan satışından əldə olunmuş məbləğ borcun ödənilməsinə kifayət etmədikdə borcun qalan hissəsinin ümumi qaydada icra edilməsi hissəsində iddia təmin edilməməlidir. Belə ki, qətnamə ilə tələb edilən borc məbləğinin tutulması qət edilərkən və əmlakın satışından əldə edilən dəyərinə yönəldikdən sonra həmin məbləğ borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin tutulması ilə əlaqədar görülən tədbirlər icra icraatı zamanı həll edilir.
b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat:
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə 2(103)- 11205/2019 saylı, 28 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Cavabdeh, apellyasiya şikayətində faiz borcunun düzgün hesablanmadığına və məhkəmə mühasibatlıq ekspertizasının keçirilmədiyinə, həmçinin ipoteka predmetlərinin düzgün qiymətləndirilmədiyinə, təkrar qiymətləndirmə ekspertizasının isə keçirilmədiyinə, həmçinin qeyd olunan tədqiqatların aparılmasına dair vəsatətlərlə məhkəməyə müraciət etməsinə istinad etsə də, onun birinci instansiya məhkəməsində bu barədə vəsatət qaldırmasına və ya bunun onun iradəsindən asılı olmayan səbəbdən mümkün olmamasına dair iş materiallarında məlumat yoxdur. Cavabdeh, tərəfindən yalnız məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsi xahiş edilmiş və vəsatət təmin olunmuşdur. Bu səbəbdən Kollegiya iş üzrə mühasibatlıq və təkrar məhkəmə əmtəəşünaslıq ekspertizalarının keçirilməsi üçün əsas görmür.
15. Çünki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
16. Kollegiya, 04-30 aprel 2019-cu il tarixləri üzrə hesablanmış faiz borcunun tutulmasının əsaslı olmaması barədə cavabdehin mövqeyini əsaslı saymamışdır. Ona görə ki, bankın müqavilə müddəti başa çatdığı tarixdən əsas borcun illik 5% miqdarında məbləğ tələb etmək hüququ qanunda nəzərdə tutulmuşdur.
17. Məhkəmə həmçinin, ipoteka predmetlərinin ilkin satış qiymətinin düzgün olmaması barədə cavabdehin mövqeyini əsaslı saymamışdır. Ona görə ki, həmin xüsusat birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməklə yoxlanılmış və "xxxx" MMC-nin 30 avqust 2018-ci il tarixli 84/E nömrəli qiymətləndirmə rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzilin bazar dəyərinin 347.000 manat olduğu müəyyən edilmişdir. Cavabdeh, həmin hesabatın həqiqətə uyğun (mötəbər) olmamasını təsdiqləyən sübutları isə məhkəməyə təqdim etməmişdir.
18. Kollegiya, cavabdehin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməli olmaması barədə mövqeyi ilə də razılaşmır. Ona görə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə görə, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşsa, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər.
19. Göründüyü kimi, kredit borcu ipoteka ilə yüklü edilmiş mənzilə yönəldildikdə və əşya hərracda satıldıqda ipoteka qoyanın həmin yaşayış sahəsi üzərində mülkiyyət hüququnun itirildiyi, bu səbəbdən də satışdan ən geci bir ay ərzində mənzili tərk etməli olduğu qanunda nəzərdə tutulmuşdur. Başqa sözlə, hərracda məcburi satılma yolu ilə əşya cavabdehin mülkiyyətindən çıxdığı məqamdan onun tərkib hissəsi olan mənzildən istifadə hüququ da aradan qalxır.
20. Digər tərəfdən iddiaçı, apellyasiya şikayətində qətnamə ilə dəbbə pulunun tənasübsüz şəkildə azaldıldığını qeyd etsə də, nəzərə almamışdır ki, Mülki Məcəllənin 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
21. Hazırkı iş üzrə isə maliyyə arayışı ilə müəyyən edilmiş və bank tərəfindən tələb olunan, 172.635,45 manat əsas borca görə tutulan 75.191,64 manat cərimə borcu tənasübsüz dərəcədə yüksək məbləğ sayıldığı üçün onun məbləği rayon məhkəməsi tərəfindən azaldılaraq 2.000 manat müəyyən edilmişdir. Kollegiya, bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, cərimənin məbləğinə dair hər iki tərəfin apellyasiya şikayəti əsassızdır və rədd edilməlidir.
c) Kassasiya instansiyası məhkəməsində icraat
22. İddiaçı «X28 Azərbaycan» QSC və vəkili Şahbazov Tural Şamil oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2019cu il tarixli qətnaməsinin qismən-cərimə borcunun təmin olunmamış hissəsində dəyişdirilərək, iddia tələbinin həmin hissədə tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdirlər.
23. Cavabdeh və vəkili Yusifov Araz Arzu oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1209/20 saylı 02 mart 2020-ci il tarixli qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 avqust 2019-cu il tarixli, 2(103)- 11205/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1209/20 saylı 02 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “X28 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixdə kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alan Cavabdeh illik 12% hesablanmaqla 72 ay müddətinə 255.000 manat məbləğində kredit verilmişdir. Bundan sonra tərəflər arasında xx.xx.2016-cı il tarixdə 1 saylı əlavə razılaşma ilə kreditin ödəniş şərtləri dəyişdirilmiş və yeni ödəniş cədvəlinə əsasən, borc alan tərəfindən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilməli əsas borc məbləği 176.005,84 manat, faiz məbləği 45.315,91 manat, cəmi borc 221.321,75 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə banka ödənilməmiş borcu qalmışdır.
26. İddiaçı müqavilə üzrə 172.635,45 manat əsas borcu, 26.686,30 manat faiz borcu və 75.191,64 manat cərimə borcunun, ümumilikdə 274.513,39 manat məbləğində kredit borcu olduğunu iddia etmiş, cavabdeh tərəf isə borcun olmasını inkar etməsə də, iddiaçı tərəfindən borc məbləğinin şişirdildiyini bildirməklə iddiaya etiraz etmişdir.
27. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə əsasən onun banka etdiyi ödənişlərin çox hissəsi nəzərə alınmamış və iddia olunan borc məbləği şişirdilmiş, bunun müəyyən edilməsi üçün məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətlər verilməsinə baxmayaraq təmin edilməmiş, bununla da onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur.
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin bu dəlilləri üzrə araşdırma aparmamış, iddiaçı tərəfindən iddia olunan borc məbləğlərinə cavabdehin etdiyi ödənişlərin nəzərə alınıb alınmamasını yoxlamaq üçün məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətlərin təmin edilməsinin mümkünlüyünü müzakirə etməmişdir.
29. Kollegiya qeyd edir ki, borc məbləğləri mübahisəsiz qaydada iş materialları ilə təsdiq olunduqda bu barədə ekspertiza təyin etmək, mütəxəssis rəyi almaq zərurəti yaranmır. Lakin hazırki iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə dair vəsatətlər iddia olunan borc məbləğlərinin mübahisəsiz qaydada iş materialları ilə təsdiq olunmamasına dəlalət edir.
30. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən biri olan cavabdehdən tələb edilən faiz məbləğinin müqavilənin müddəti xx.xx.2019-cu ildə bitməsinə baxmayaraq xx.xx.2019-cu il tarixədək hesablanması ilə bağlı hüquqi mövqeyi də düzgün olmamışdır.
31. Belə ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə müqavilə üzrə son ödəniş tarixinin 17 aprel 2017-ci il olmasına baxmayaraq, iddiaçı xx.xx.2017-ci il tarixə olan faiz borcunu hesablayaraq xx.xx.2017-ci il tarixdə iddia qaldırmış, başqa sözlə, iddia qaldırılanadək keçən 7 ayın illik 5% borcu 13 gün üzrə müqavilə faizi ilə hesablanmış faiz borcunu əhatə etdiyi üçün faiz borcu artıq tutulmamışdır.
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi faizlə bağlı nəticəsi də mütəxəssis rəyinə, hər hansı hesablanmaya əsaslanmadan ehtimal üzərində qurulmuş, həmçinin məhkəmə iddiaçı tərəfindən müqavilə müddətindən sonrakı dövr üzrə illik 5%-in tutulması barədə tələb irəli sürmədiyini nəzərə almamışdır.
33. Halbuki, MPM-in 218.3-cü maddəsinə əsasən isə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
34. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı göstərilənlərə də düzgün hüquqi qiymət verilməməsinə dair dəlilləri ilə razılaşır və hesab edir ki, işə baxan məhkəmələr "xxxx" MMC tərəfindən aparılmış məhkəmə-qiymətləndirmə ekspertizasının xx.xx.2018-ci il tarixli, 84/E nömrəli rəyinin məzmununda göstərilənlərə diqqət yetirməyərək onlara işin araşdırılmış halları baxımından hüquqi qiymət verməmişlər.
35. Belə ki, sözügedən rəydən görünür ki, ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzil fərdi yaşayış evi kimi göstərilərək onun hazırkı dövr üçün real bazar dəyəri 347.000 manat təşkil etməsi qeyd edilmişdir.
36. Lakin işin materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzil heç də fərdi yaşayış evi olmamaqla çoxmənzilli binada yerləşir. Rəydən görünür ki, vətəndaş yerli baxış keçirilməsinə şərait yaratmadığı üçün həmin evin hansı vəziyyətdə olması barədə məlumatları olmadığı üçün, yalnız təqdim edilən sənədlər üzrə vizual rəy verilmişdir.
37. Kollegiya qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.
38. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz.
39. Kollegiya hesab etmişdir ki, tam əsaslandırılmamış rəy əsasında apellyasiya instansiyası məhkəməsinin ipoteka predmetinin qiyməti barədə nəticəsi də qanuni sayıla bilməz və bununla bağlı mübahisəni obyektiv həll etmək üçün ipoteka predmetinin yenidən, tərəflərin iştirakının təmin edilməklə qiymətləndirilməsinin həyata keçirilməsinin zəruriliyi müzakirə edilməli idi.
40. Həmçinin kollegiya qeyd etmişdir ki, kassatorların hər ikisi də apellyasiya instansiyası məhkəməsinin cərimə ilə bağlı hüquqi mövqeyi ilə razılaşmamışlar.
41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467- ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
42. Dəbbə pulunun əsas təyinatı ondan ibarətdir ki, kreditoru ödənilməli olan zərərin məbləğini sübut etmək vəzifəsindən azad edir. Bununla da öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə kreditorun pozulmuş marağının əvəzini ödəmək imkanı yaranır. Bu onunla əlaqədardır ki, dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq, ödənilməli olan müəyyən pul məbləğidir.
43. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi Cavabdeh tələb edilən 75.191,64 manat məbləğində cərimənin tənasübsüz yüksək məbləğ olmasını sadalanan qanunvericilik normalarının tələbləri baxımından əsaslandırmamış, cərimə hissəsində tənasüb müəyyənləşdirilərkən iddiaçının (kreditorun) həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Baxmayaraq ki, iddiada göstərilən faiz və cərimə tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə tənzimlənir və cərimə borcu da müqaviləyə əsaslanır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
44. Qətnamədən iddiaçı “X28 Azərbaycan” QSC və Cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
45. İddiaçı “X28 Azərbaycan” QSC apellyasiya şikayətində cərimə borcunun tutulmasının tam şəkildə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
46. İddiaçı apellyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə dəbbə pulunun miqdarının azadılmasını məqsədəmüvafıq hesab edərək Bankın tələb etdiyi 75.191,64 manat məbləğində hər gecikdirilmiş günə görə hesablanmış cərimə borcunu 2.000 manat məbləğində müəyyən etmişdir. Baxmayaraq ki, iddiada göstərilən faiz və cərimə tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə tənzimlənir və cərimə borcu müqavilə şərtlərinə əsasən hesablanmışdır. Məhkəmə qətnamənin cərimə hissəsində tənasüb müəyyənləşdirərkən iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə almamışdır, hətta müqavilədə kreditin illik 12 % dərəcəsi olmaqla hesablanmış 26.686,30 manat əsas məbləğə hesablanmış faiz borcunun nisbətinə uyğunlaşdırmamışdır.
47. Cavabdeh apellyasiya şikayətində qətnamənin təmin edilmiş hissəsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
48. Cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, bank tərəfindən tələb olunan məbləğlər həddindən artıq şişirdilmişdir. Hazırda banka olan kredit borcunun məbləği olduqca azdır. Belə ki, onun tərəfindən kredit müqaviləsi üzrə ödənişlər uzun müddət tam şəkildə edilmişdir. Lakin “X28 Azərbaycan” QSC-nin iddia ərizəsində tələb etdiyi məbləğlərdən görünür ki, onun banka etdiyi ödənişlərin çox hissəsi nəzərə alınmamış və buna görə də iddia ərizəsində cavabdehdən bu şəkildə yüksək məbləğlər tələb olunmuşdur. Hazırda onun “X28 Azərbaycan” QSC-yə olan əsas borcunun məbləği 172.635,45 manat, faiz borcumun məbləği isə 26.686,30 manat təşkil etmir. Bu məsələ dəfələrlə birinci instansiya məhkəməsinin nəzərinə çatdırılmasına, eyni zamanda kredit müqaviləsi üzrə borcalanın kreditora olan borcunun məbləğinin obyektiv müəyyən edilməsi məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə dair məhkəməyə vəsatətlər verilməsinə baxmayaraq, bu vəsatətlər məhkəmə tərəfindən təmin edilməmiş, tərəfin ədalətli məhkəmə araşdırması hüququ pozularaq iş üçün əhəmiyyətli olan halın bu barədə xüsusi biliyə malik olan ekspert tərəfindən müəyyən edilməsinə şərait yaradılmamışdır. Həmçinin, cavabdehdən tələb olunan borc məbləği xx.xx.2013-cü il tarixli müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün də hesablanmasına baxmayaraq, məhkəmə bu xüsusata diqqət etməmiş, tələbi olduğu kimi təmin etmişdir. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan maliyyə arayışından da görünür ki, müqavilənin müddəti xx.xx.2019-cu il tarixdə bitməsinə baxmayaraq, əsas və faiz borc məbləği xx.xx.2019-cu il tarixədək hesablanmışdır. Bundan başqa, iddia tələbindən göründüyü kimi, “X28 Azərbaycan” QSC, cavabdehdən həddindən artıq şişirdilmiş dəbbə pulu tələb edir. İşə baxan birinci instansiya məhkəməsi dəbbə pulunun həcmini azaldaraq, 2.000 manat məbləğində müəyyən etsə də, hazırda iddia üzrə bu məbləğlə də razı deyil. Apellyasiya instansiya məhkəməsində işə baxılarkən məhkəmə-mühasibatlıq ekspertizası keçirilərək onun “X28 Azərbaycan” QSC-yə olan kredit borcunun məbləği obyektiv şəkildə müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə mənzilin ilkin satış qiyməti 340.000 manat müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixli, 84/E nömrəli rəydə isə bu məbləğ 347.000 manat müəyyən edilmişdir. Halbuki, hazırda sözügedən əmlakın real bazar dəyərinin 347.000 manat olması mümkün deyil və bu absurd bir rəqəmdir. Halhazırda sözügedən mənzilin real bazar qiyməti ən azı 500.000-550.000 manat civarındadır. Həmçinin məhkəmənin mənzilin satılmasından sonra 1 ay müddətində onun mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin boşaldılması nəticəsinə gəlməsi əsassızdır. Belə ki, mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı tələb müstəsna hüquq olmaqla, mükliyyətçiyə məxsusdur və cavabdehə qarşı bu tələb ayrıca icraatın predmetidir. Ona görə də, iddiaçının cavabdehə qarşı belə bir iddia qaldırmaqda subyektiv hüququ olmadığından, iddia bu hissədə təmin edilə bilməzdi.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
49. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi və cavabdehlər X20, X8, X9, X4, X12, X13, X15, X10, X1, X2 və X5 məhkəmə iclasında iştirak etmirlər və səbəbi barədə məhkəməyə məlumat verməyiblər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
50. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 269.1-ci və 269.7. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Maddə 269.4. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Maddə 317. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 319.6. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 39.3 və 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 47.4. Bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Maddə 59.3.1. Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar.
51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri:
52. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflərin apellyasiya şikayətlərində göstərdikləri dəlillər mübahisələndirdikləri hissədə qətnamənin ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsasdır.
53. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
54. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
56. İddiaçının apellyasiya şikayətinin məzmunundan, eləcə də nəticə hissəsindən görünür ki, şikayətin obyektini qətnamənin bir hissəsi, yəni cərimənin təmin edilməmiş hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Cavabdehin apellyasiya şikayətinin məzmunundan, eləcə də nəticə hissəsindən görünür ki, onun şikayətinin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilmiş hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. İddiaçının şikayətinin predmeti birinci instansiya məhkəməsinin qətnaməsinin cərimənin təmin edilməmiş hissəsində, cavabdehin şikayətinin predmeti isə əksinə, yəni iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə əsas ola biləcək dəlillərlə məhdudlaşır.
57. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
58. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, əsas borcun və dəbbə pulunun məbləği istisna olmaqla, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə gəldiyi nəticəsi düzgün olmuşdur.
59. Belə ki, kassasiya instansiyası məhkəməsinin məcburi göstərişləri ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5079/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 3938 saylı, 11 dekabr 2020-ci il tarixli rəydə qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "Borcalan” Cavabdeh tərəfindən “X28 Azərbaycan” QSC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir xx.xx.2019-cu il tarixə əsas borc üzrə 119.588,62 manat; faiz borcu üzrə 32.488,16 manat, xx.xx.2019-cu il tarixə əsas borc üzrə 119.588,32 manat; faiz borcu üzrə 33.245,55 manat müəyyən edilir. Qeyd edilir ki, iş materiallarında 04 aprel 2013-cü il tarixli, 213/1004 saylı kredit müqaviləsi üzrə cərimə hesabı və cərimənin hesablanması ilə bağlı hər hansı məlumat olmadığından, hazırki ekspertiza tədqiqatı ilə Cavabdeh cərimə hesablanmadı.
60. Apellyasiya instansiyası məhkəməsi hesab etdi ki, məhkəmə mühasibatlıq ekspertizasının 11 dekabr 2020-ci il tarixli, 3938 nömrəli rəyi açıq-aşkar əsassız olmaqla, həm də ekspert qarşısında qoyulan suala iddia tələbinə uyğun cavab verilməmişdir. Belə ki, iddiaçı 172635,45 manat əsas, 26686,30 manat faiz borcu tələb etmişdir. Ekspert isə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərə əsas borcu 119.588,62 manat, xx.xx.2019-cu il tarixə faiz borcu isə 32.488,16 manat müəyyən etmişdir. Ekspert əsas borcun 53000 manat azaldığını rəyində hər hansı bir formada əsaslandırmamış, nəyə əsasən bu nəticəyə gəlməsi açıq-aşkar rəydən görünmür. Eyni zamanda iddiaçı 26686,30 manat faiz borcu tələb etdiyi halda ekspert faiz borcunun 32.488,16 manat olduğunu müəyyən etmiş, yenə də gəldiyi nəticəsini rəydə hər hansı bir formada əsaslandırmamış, başqa sözlə iddiaçının tələb etdiyindən artıq faiz borcunun necə yarandığı rəydə ümumiyyətlə açıqlanmır.Çünki, faiz borcu ekspertin müəyyən etdiyi məbləğdə qalsaydı elə iddiaçı bunu tələb edərdi.
61. Göründüyü kimi, ekspert Elgün Səfərovun iş üzrə bu cür rəy verməsi anlaşılan olmamışdır. Çünki, bu cür rəylə ekspert özünün prosessual statusunu şübhə altına almaqla yanaşı, xüsusi bilik tələb edən sualları izah etmək iqtidarında olmadığını yaxud ümumiyyətlə təqdim edilən maliyyə sənədlərini və qərardadı oxumadığını büruzə vermiş olurdu. Əks halda ən azından qərardadda göstərilən, iddia tələbinin dəlillərini tərtib etdiyi rəydə təkzib edə bilərdi.
62. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X11 vəsatət verərək təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir.
63. Təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 9/3095 saylı 09 iyul 2021-ci il tarixli rəyində isə qeyd edilmişdir ki, (xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək kodlar üzrə digər kreditə ödənilən 86.772,51 manat kredit ödənişinin xx.xx.2013-cü il tarixli, ***-**** saylı kredit müqaviləsi üzrə ödəniş kimi nəzərə alınmaqla) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, çıxarış məlumatları, xx.xx.2013-cü il tarixli, ***-**** saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 06 may 2019-cu il tarixə (sualda göstərilən tarix) banka olan əsas və cərimə borcu 62.866,72 manat məbləğində və xx.xx.2019-cu il tarixə (sualda göstərilən tarix) banka olan faiz borcu 17.078,79 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2019-cu il tarixə əsas borc üzrə 62866,72 manat, cərimə borcu üzrə 0,00 manat, xx.xx.2019-ci il tarixə: faiz borcu üzrə 17.078,79 manat; Cavabdeh ilə “X28 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, ***- **** saylı kredit müqaviləsi üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmamışdır və kredit ödənişlərindən cərimə məbləği silinməmişdir. Bu səbəbdən hazırki tədqiqatla xx.xx.2013cü il tarixli, ***-**** saylı kredit müqaviləsi üzrə cərimə hesablamaq mümkün olmadı. (xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək kodlar üzrə digər kreditə ödənilən 86.772,51 manat kredit ödənişinin xx.xx.2013-cü il tarixli, ***-**** saylı kredit müqaviləsi üzrə ödəniş kimi nəzərə alınmamaqla) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən,Cavabdeh krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, çıxarış məlumatları, xx.xx.2013-cü il tarixli, ***-**** saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 06 may 2019-cu il tarixə (sualda göstərilən tarix) banka olan əsas və cərimə borcu 153.107,00 manat məbləğində və xx.xx.2019-cu il tarixə (sualda göstərilən tarix) banka olan faiz borcu 42.563,75 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2019-cu il tarixə: əsas borc üzrə 153.107,00 manat, cərimə borcu üzrə 0,00 manat. xx.xx.2019-ci il tarixə: faiz borcu üzrə 42.563,75 manat təşkil edir. Cavabdeh ilə “X28 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, ***- **** saylı kredit müqaviləsi üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmamışdır və kredit ödənişlərindən cərimə məbləği silinməmişdir. Bu səbəbdən hazır ki tədqiqatla xx.xx.2013cü il tarixli, 213-1004saylı kredit müqaviləsi üzrə cərimə hesablamaq mümkün olmadı.
64. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X14 əsaslandırılmış yazılı vəsatət təqdim edərək bildirmişdir ki, iş üzrə alınmış rəylər arasında kəskin və gözəçarpan ziddiyyətlər oluduğundan yenidən təkrar məhkəmə mühasibatlıq ekspertizasını təyin edilməlidir. Çünki, bu dəfə də ekspert tələb edilən əsas borcun xeyli azaldığını, faiz borcun isə xeyli artdığını rəyində hər hansı bir formada əsaslandırmamış, bunun səbəblərini açıqlamamışdır. Ona görə də ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Audit Palatası tərəfindən lisenziya almış audit şirkətlərindən birinə həvalə edilməsini xahiş edir.
65. Apellyasiya instansiyası məhkəməsi növbəti dəfə hesab etdi ki, ekspert Rövşən Cəlilovun tərtib etdiyi rəy açıq-aşkar əsassız olmasa da əvvəlki rəylə arasında kəskin ziddiyyət mövcuddur. Belə ki, birinci rəydə əsas borcun 119.588,62 manat, faiz borcun isə müqavilə müddətinə 32.488,16 manat müəyyən edildiyi halda, ikinci rəydə (xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək kodlar üzrə digər kreditə ödənilən 86.772,51 manat kredit ödənişinin xx.xx.2013-cü il tarixli, ***-**** saylı kredit müqaviləsi üzrə ödəniş kimi nəzərə alınmaqla yaxud alınmamaqla), alınmaqla xx.xx.2019-cu il tarixə əsas borc üzrə 62866,72 manat, xx.xx.2019-ci il tarixə faiz borcu üzrə 17.078,79 manat, alınmamaqla xx.xx.2019-cu il tarixə əsas borc üzrə 153.107,00 manat, xx.xx.2019-ci il tarixə faiz borcu üzrə 42.563,75 manat təşkil etdiyi göstərilmişdir. Göründüyü kimi, hər iki rəydə əsas və faiz borcun fərqli məbləğlər olduğu bəllidir. Ekspert sonuncu rəyin əsaslandırıcı hissəsinin sonunda bu fərqliliyi təqdim edilmiş çıxarış məlumatlarına əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu ilədək bir qisim kredit ödənişinin hansı müqaviləyə aid edilməsinin dəqiq göstərilməməsi ilə izah etmişdir. Ancaq qeyd olunan dövrdə bir qisim kredit ödənişinin hansı mqaviləyə aid edilməsi dəqiq göstərilməsə də, yenədə ekspert ödənişləri nəzərə almaqla və almamaqla hesablama aparmış, nəticədə yenədə birinci rəydəki məbləğlərdən fərqli məbləğlər müəyyən etmişdir. Bununla yanaşı, kredit ödənişlərinin hansı müqavilələrə aid edildiyi barədə bankdan izahlı və əsaslandırılmış maliyyə sənədləri də tələb etmək olardı, nəinki bu cür ziddiyyətli nəticələrə səbəb olan ekspert tədqiqatı aparmaq. Ona görə də bu məsələləri həll edilmədən iş üzrə düzgün nəticəyə gəlmək mümkünsüz vəziyyətə düşür.
66. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-406/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə təkrar komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/7923 saylı, 15 mart 2022-ci il tarixli rəydə qeyd edilmişdir ki, (xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək kodlar üzrə digər kreditə ödənilən 86.772,51 manat kredit ödənişinin xx.xx.2013-cü il tarixli, ***-**** saylı kredit müqaviləsi üzrə ödəniş kimi nəzərə alınmaqla) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən,Cavabdeh krediti üzrə banka ödənilmiş pul vəsaitlərinə dair ödəniş qəbzləri, çıxarış məlumatları, xx.xx.2013-cü il tarixli, ***-**** saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh 06 may 2019cu il tarixə (sualda göstərilən tarix) banka olan əsas və cərimə borcu 62.866,72 manat məbləğində və xx.xx.2019-cu il tarixə (sualda göstərilən tarix) banka olan faiz borcu 17.078,79 manat məbləğində müəyyən edilir, o cümlədən: xx.xx.2019-cu il tarixə: əsas borc üzrə 62.866,72 manat, cərimə borcu üzrə 0,00 manat. xx.xx.2019-ci il tarixə: faiz borcu üzrə 17.078,79 manat təşkil edir. Cavabdeh ilə “X28 Azərbaycan” QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, ***- **** saylı kredit müqaviləsi üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən kredit ödənişlərinin gecikdirilməsinə görə bank tərəfindən cərimə hesablanmamışdır və kredit ödənişlərindən cərimə məbləği silinməmişdir. Bu səbəbdən hazırki, tədqiqatla xx.xx.2013cü il tarixli, 213-1004saylı kredit müqaviləsi üzrə cərimə hesablamaq mümkün olmadı.
67. Bundan sonra, iddiaçının nümayəndəsi X14 yenidən yazılı vəsatət təqdim edərək mülki iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Vəsatətini bununla əsaslandırmışdır ki, ekspert cari hesab çıxarışında “Reference” xanasında qeyd olunan əsas məqamları diqqətə almamışdır. Belə ki, cari hesab çıxarışında “Reference” xanasında silinmələr kodlaşma şəklində qeyd edilmişdir və burda da silinmə üzrə 5 ədəd kod var.
1. 213-101-846 saylı kod altında olan silinmələr Cavabdeh bankla bağladığı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə həyata keçirilən kredit ödənişlərinə aiddir. 213-101-846 saylı kod isə ödəniş cədvəlinə edilən dəyişikliklə bağlı xx.xx.2016-cı il tarixdə tərəflər arasında bağlanılmış 1 saylı əlavə razılaşmaya əsasən dəyişərək 213-400-4 saylı kod olmuşdur, yəni əməliyyat kodu dəyişmişdir.
2. 213-123-60, 213-123-59 və 213-401-1670 saylı kodlar altında olan silinmələr Cavabdeh zamin durduğu digər bir kreditin ödənişinə silinmişdir ki, həmin silinmələrin də xx.xx.2013cü il tarixli kredit müqaviləsinə aidiyyəti yoxdur. Yəni, həmin kodlar altında olan silinmələri ekspert xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə həyata keçirilən kredit ödənişləri kimi qəbul edərək hesablamışdır. Buna görə də nəticədə tələb olunan əsas və faiz borcu üzrə düzgün nəticə verilməmişdir. Bir məqamı da vurğuladı ki, xx.xx.2016-cı il tarixdə bankla Cavabdeh arasında xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə 1 saylı əlavə razılıq imzalanmışdır və xx.xx.2016-cı il tarixdə cari hesabdan çıxarışda qeyd olunan 176.055,84 manat məbləğində silinmələr kredit ödənişi deyil, bu bank tərəfindən tranş olunmuş yeni məbləğdir. Qeyd edir ki, iş üzrə Ədliyyə Nazirliyi tərəfindən 3 dəfə mühasibatlıq ekspertizası keçirilmişdir. Həmin ekspertiza rəylərinin arasında fərqlər çoxdur və gözə çarpandır.
68. Apellyasiya instansiyası məhkəməsi iş üzrə həqiqətin müəyyən edilməsi məqsədilə bu dəfə də hesab etmişdir ki, iş üzrə əlavə komisyon məhkəmə-mühasibatlıq ekspertizasının 9/7923 saylı, 15 mart 2022-ci il tarixli rəyi təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 9/3095 saylı 09 iyul 2021-ci il tarixli rəyini qismən təkrarlamış və natamam olmuşdur. Yəni, ikinci rəydə (xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək kodlar üzrə digər kreditə ödənilən 86.772,51 manat kredit ödənişinin xx.xx.2013-cü il tarixli, ***-**** saylı kredit müqaviləsi üzrə ödəniş kimi nəzərə alınmaqla yaxud alınmamaqla), alınmaqla xx.xx.2019-cu il tarixə əsas borc üzrə 62866,72 manat, xx.xx.2019-ci il tarixə faiz borcu üzrə 17.078,79 manat, alınmamaqla xx.xx.2019-cu il tarixə əsas borc üzrə 153.107,00 manat, xx.xx.2019-ci il tarixə faiz borcu üzrə 42.563,75 manat təşkil etdiyi göstərilsə də, sonuncu rəydə yalnız xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək kodlar üzrə digər kreditə ödənilən 86.772,51 manat kredit ödənişinin xx.xx.2013-cü il tarixli, ***-**** saylı kredit müqaviləsi üzrə ödəniş kimi nəzərə alınmaqla xx.xx.2019-cu il tarixə: əsas borc üzrə 62.866,72 manat, cərimə borcu üzrə 0,00 manat. xx.xx.2019-ci il tarixə: faiz borcu üzrə 17.078,79 manat təşkil etdiyi göstərilmişdir. Ancaq ekspert komissiyası 86.772,51 manat kredit ödənişinin xx.xx.2013-cü il tarixli, ***-**** saylı kredit müqaviləsi üzrə ödəniş kimi nəzərə alınmamaqla tədqiqat aparmamış, aparmamasının səbəbləri barədə rəydə heç bir fikir bildirməmişdir. Demək, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 9/3095 saylı 09 iyul 2021-ci il tarixli rəyi sonuncu rəylə müqayisədə daha əhatəli olmuşdur.
69. Bununla yanaşı, iddiaçının nümayəndəsi yazılı vəsatətində 213-101-846 saylı kod altında olan silinmələr Cavabdeh bankla bağladığı xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə həyata keçirilən kredit ödənişlərinə aid olduğunu, 213-101-846 saylı kod isə ödəniş cədvəlinə edilən dəyişikliklə bağlı xx.xx.2016-cı il tarixdə tərəflər arasında bağlanılmış 1 saylı əlavə razılaşmaya əsasən dəyişərək 213-400-4 saylı kod olduğunu, yəni əməliyyat kodu dəyişdiyini, 213-123-60, 213-123-59 və 213-401-1670 saylı kodlar altında olan silinmələr Cavabdeh zamin durduğu digər bir kreditin ödənişinə silindiyini, həmin silinmələrin də xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə aidiyyəti olmadığını, yəni, həmin kodlar altında olan silinmələri ekspert xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə həyata keçirilən kredit ödənişləri kimi qəbul edərək hesabladığını ,buna görə də nəticədə tələb olunan əsas və faiz borcu üzrə düzgün nəticə verilmədiyini göstərir. Göründüyü kimi, iş materialları ilə bu hallar öz təsdiqini tapsa da, ekspert komissiyası sanki bunları görmək və ekspertiza tədqiqatı baxımından münasibət bildirmək istəmirdi. Buna görə də iş üzrə həqiqətin müəyyən edilməsi, məhz ekspert komissiyasının xüsusi bilik tələb edən suallara cavab vermədiyinə yaxud vermək istəmədiyinə görə mümkün olmamışdır.
70. Məhkəmə ekspret rəyini natamam hesab etdiyindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-91/2022 saylı, 04 may 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə əlavə komisyon məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.
71. Əlavə komisyon məhkəmə-mühasibatlıq ekspertizasının 9/3965 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2013-cü il tarixli, ***-**** saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2019-cu il tarixədək (müqavilənin bitmə tarixi) banka olan faiz borcu 46.725,02 manat müəyyən olunur. Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2013-cü il tarixli, ***-**** saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 06 may 2019-cu il tarixədək (sualda göstərilən tarix) banka olan əsas borcu 171.005,53 manat müəyyən olunur. Qeyd edilir ki, hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx.xx.2013-cü il tarixli, ***-**** saylı kredit müqaviləsi üzrə cərimə bəndi nəzərdə tutulsa da, bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun hesablanması ilə əlaqədar məlumat (cərimə hesabı üzrə çıxarış) olmadığı üçün Cavabdeh cərimə borcu hesablanmadı.
72. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iş üzrə dəfələrlə məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmiş və hər dəfə ekspertlərin verdikləri rəylər yuxarıda qeyd olunan formada tədqiq olunmuşdur. 1, 2 və 4-cü rəylərdə faiz borcunun məbləği iddiaçının tələb etdiyindən də artıq müəyyən edilmişdir. Ona görə də faiz borcu hissəsində qətnamə dəyişdirilə və ləğv edilə bilməz.
73. Əsas borcun məbləği sonuncu rəydə tələb ediləndən az olduğundan həmin hissədə qətnamə dəyişdirilərək məbləğ azalıdlmalıdır. Apellyasiya instansiya məhkəməsinin əsas borcun məbləği ilə bağlı bu sonuncu ekspert rəyində müəyyən edilən məbləği mötəbər hesab etməsinə səbəb, hər dəfə ekspertiza təyin edərkən ekspertlərin natamam və ziddiyyətli rəy vermələrini onların diqqətinə çatdırdıqdan sonra ekspertiza tədqiqatını yalnız hazırki iş üzrə olan kredit müqaviləsi və ona 1 saylı əlavə razılaşma üzrə aparmaları olmuşdur. Başqa sözlə sonuncu rəy cavabdehin hazırki kredit müqaviləsi və ona 1 saylı əlavə razılaşma üzrə etdiyi ödənişlər əsasında tərtib edildiyinə görə mötəbər hesab olundu.
74. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi tərəfindən cərimənin ümumən azaldılması əsassız olmasa da, azaldılmış məbləğ əsaslı olmamışdır. Belə ki, bu azalma iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaradır. Düzdü, iddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizalarının rəylərində də kredit müqaviləsi üzrə cərimənin miqdarı müəyyən edilməmişdir. Bununla yanaşı, cavabdehin də əmlak mənafeləri nəzərə alınmaqla onun həddindən artıq dərəcədə maliyyə məsuliyyətinə cəlb edilməsi də yolverilməzdir. Belə ki, tələb edilən cərimə məbləği də açıq-aşkar əsas və faiz borcuna adekvat olmamışdır. Çünki, eyni müqavilə üzrə əsas, faiz borcu və cərimə tələb edilməsi və bütün tələblərin tam təmin edilməsi istər-istəməz cavabdehin maddi vəziyyətini ağırlaşdırmaya bilməz. Buna baxmayaraq, cərimə məbləğinin 2000 manatadək azaldılması iddiaçının həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratdığından həmin hissədə də qətnamə dəyişdirilərək cərimənin məbləği 10000 (on min) manatadək artırılmalıdır.
75. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Cavabdeh ipoteka predmeti olan mənzilin likvid qiymətinin qat-qat yüksək olduğunu göstərsə də, bu dəlillər əsaslı hesab edilə bilməz. Qanunvericilikdə ipoteka predmetinin ilkin satış qiymətinin iki qaydada müəyyənləşdirilməsi nəzərdə tutulmuşdur. Birincisi tərəflərin razılaşması; ikincisi qiymətləndiricinin rəyi əsasında. İpoteka müqaviləsi mahiyyətinə görə ipoteka qoyanla ipoteka saxlayanın qarşılıqlı razılaşması olsa da, sözügedən Qanunun 39.3.3-cü maddəsində nəzərdə tutulan “razılaşma” dedikdə ipoteka predmetinə tutma yönəldilməsi proseduru başlandıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən hələ daşınmaz əmlaka tutmanın yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün, tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. “Qiymət” anlayışı ilə, “ilkin satış qiyməti” anlayışlarını eyniləşdirmək olmaz, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (Qanunun 36.1-ci maddəsinə uyğun olaraq ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka müqaviləsi bağlandıqdan sonra ötən müddət ərzində daşınmaz əmlakın dəyərinin dəyişməsi mümkündür və bu səbəbdən də daşınmaz əmlakın ipoteka müqaviləsində göstərilən qiymət bir müddətdən sonra real olmaya bilər, yəni azala və ya ipoteka predmetində aparılmış yaxşılaşdırmaların hesabına arta bilər. Odur ki, ipoteka müqaviləsində göstərilən qiymət ipoteka predmetinin real bazar qiyməti sayıla bilməz. Eyni zamanda ilkin satış qiyməti müəyyən edilərkən ipoteka predmetinin bazar qiyməti deyil, likvid dəyərinin əsas götürülməsi Qanunun imperativ tələbidir.
76. Bununla əlaqədar, ipoteka müqaviləsində ipoteka predmetinin dəyərinin 340000 (üç yüz qırx min) manat müəyyənləşdirilsə də birinci instansiya məhkəməsi tərəfindən qiymətləndiricinin rəyi alınmış və ipoteka predmetinin bazar dəyərinin 347000(üç yüz qırx yeddi min) manat müəyyən edildiyindən qətnamənin nəticə hissəsində ipoteka predmetinin ilkin satış qiyməti kimi də sonuncu məbləğ göstərilmişdir. Kassasiya instansiyası məhkəməsinin göstərişi ilə əlaqədar apellyasiya baxışı zamanı yenidən qiymətləndirmə keçirilmiş və "xxxx" MMC-nin 04 mart 2021-ci il tarixli MB 14/0329 nömrəli Qiymətləndirmə hesabatında ünvan 1 ünvanında yerləşən 12 saylı mənzilin bazar dəyəri 325 990(üç yüz iyrmi beş min doqquz yüz doxsan) manat, likvid dəyəri isə 293 400(iki yüz doxsan üç min dörd yüz) manat müəyyən edilmişdir. Göründüyü kimi, cavabdeh ipoteka predmetinin dəyərinin yüksək olduğunu bəyan etsə də bu dəlil apellyasiya baxışı zamanı keçirilmiş qiymətləndirmə nəticəsində də təsdiq olunmadı. Ona görə də iddiaçı tərəf ipoteka predmetinin ilkin satış qiymətini mübahisələndirmədiyindən, cavabdeh tərəfin mübahisələndirdiyi hal isə dəyərinin daha artıq olması ilə bağlı olduğundan və bu dəlil də öz təsdiqini tapmadığından ilkin satış qiyməti hissəsində qətnamə dəyişdirilə və ləğv edilə bilməz.
77. Düzdü, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi qeyd olunan mənzilə dair çıxarış təqdim edərək artıq ipoteka predmeti olmuş həmin mənzilə cavabdehin başqa kredit borcuna görə tutma yönəldildiyini və hərracın nəticəsi olaraq bankın mülkiyyətinə keçdiyini bildirdi. Ancaq, bu faktın mövcudluğu belə qətnamənin həmin hissəsinin dəyişdirilməsi və ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, qətnamə çıxarılarkən həmin mənzil ipoteka predmeti olmuşdur. Eyni zamanda iddiaçının qətnamənin bu hissəsi üzrə heç bir şikayəti, tələbi yaxud həmin hissədə iddiadan imtinası olmamışdır.
78. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçı “X28 Azərbaycan” QSC və Cavabdeh apellyasiya şikayətləri qismən təmin edilməli, mülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-92/2019 saylı, 20 may 2019-cu il tarixli qətnaməsi qismən, yəni əsas borcun və cərimənin məbləği hissəsində dəyişdirilməli və əsas borc azaldılaraq 171.005,53 manat (yüz yetmiş bir min beş manat əlli üç qəpik) manat, cərimənin məbləğ isə artırılaraq 10.000 (on min) manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
79. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı “X28 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin və Cavabdeh apellyasiya şikayətləri qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-92/2019 saylı, 20 may 2019-cu il tarixli qətnaməsi qismən, yəni əsas borcun və cərimənin məbləği hissəsində dəyişdirilsin, əsas borc azaldılaraq 171.005,53 manat (yüz yetmiş bir min beş manat əlli üç qəpik) manat, cərimənin məbləğ isə artırılaraq 10.000 (on min) manat, əsas, faiz və cərimə borcunun cəmi isə 197.701,83 (yüz doxsan yeddi min, yeddi yüz bir manat, səksən üç qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının ümumi dəyəri – 395 (üç yüz doxsan beş) manat Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülsün. Qiymətləndiricinin xidmət haqqı 300 (üç yüz) manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN: ********** H h № AZ33İBAZ******************** "Azərbaycan Beynəlxalq Bankı” ASC Yasamal filialı Kodu: 805562 VÖEN: ********** Müxbir hesab: AZ03NABZ013501**********2944 S W.İ.F T BİK. İBAZAZ2X hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.