Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9107/2020 08.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-715/2019 saylı,xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 100000 (yüz min) manat əsas borc, 11652,99 (on bir min altı yüz əlli iki manat, doxsan doqquz qəpik) faiz borcu (illik 5% dərəcəsi daxil olmaqla) və 4550,2 (dörd min beş yüz əlli manat, iyirmi qəpik) manat cərimə borcu olmaqla, cəmi 116212,19 (yüz on altı min iki yüz on iki manat, on doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçı BOKT «xxxx» MMC-nin xeyrinə tutulması, tələb üzrə tutma Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, Corat bağları ərazisi, 2175 ünvanında yerləşən ümumi sahəsi 468,1 kv m. yaşayış sahəsi 135,3 kv m. yardımçı sahəsi 332,8 kv. m. olan 6 otaqlı bağ evinə yönəldilsin, həmin bağ evi açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh iddiaçı BOKT «xxxx» MMC-yə olan borcu ödənilməsi, mənzilin ilkin satış qiyməti 200000 (iki yüz min) manat müəyyən edilməsi, ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçıya olan borcu tam ödənildikdən sonra vəsaitin qalan hissəsi Cavabdeh qaytarılması, ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. X2 həmin iş üzrə maraqlı şəxs qismində cəlb olunma barədə ərizə ilə məhkəməyə müraciət etmiş, eyni zamanda məhkəmənin 2(004)-715/2019 saylı,xx xxxx 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində onun qeyd olunan 2(004)-715/2019 saylı iş üzrə cavabdeh qismində çıxış edən Cavabdeh qarşı "pul tələbinə dair" iddiası üzrə mülki işə baxılmış, həmin mülki iş üzrə qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(103)- 6898/2019 saylı qətnaməsi ilə Cavabdeh 233.857 (iki yüz otuz üç min səkkiz yüz əlli yeddi) ABŞ dolları məbləğində pulun alınıb ona ödənilməsi qət edilmişdir. Həmçinin məhkəmə baxışı gedişində qəbul olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8516/2018- 003 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Cavabdeh adına olan Sumqayıt şəhəri, Corat Bağları ərazisi ünvanında yerləşən 2175 nömrəli bağ evinin üzərinə həbs qoyulması və özgəninkiləşdirilməsinin qadağan olunması qərara alınmışdır. Hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019 tarixli qərarının icrası məqsədilə həmin əmlaka qarşı məcburi icra tələbi yönəldilmişdir. Lakin həmin bağ evi eyni zamanda iddiaçı BOKT "xxxx" MMC-nin Cavabdeh qarşı iddia tələbinə dair 2(004)-715/2019 saylı mülki iş üzrə ipoteka predmetidir. Göründüyü kimi, 2(102)- 5303/2019 saylı mülki işin nəticəsi aşkar şəkildə onun əmlak mənafeyinə toxunmaqdadır. Çünki Cavabdeh əmlakı kimi, onun tələbinin icrası da bu əmlaka yönəldilmişdir. Qeyd olunanlara əsasən, 2(004)-715/2019 saylı mülki işə maraqlı şəxs qismində cəlb edilməsini xahiş etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)- 715/2019 saylı qərardadı ilə ərizənin təmin edilməməsi və apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)- 715/2019 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilərək, onun maraqlı şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Şikayət ərizədə göstərilənlərlə əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)- 715/2019 saylı qərardadı ləğv edilməli, onun maraqlı şəxs qismində cəlb edilməs barədə ərizəsinin təmin edilməsinə dair qərardad qəbul edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-715/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Kollegiya qeyd edir ki, X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 715/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsinin onun maraqlarına toxunduğunu bildirərək, ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat Bağları ərazisi ünvanında yerləşən 2175 nömrəli bağ evinin üzərinə onun iddiaçı olduğu iş üzrə məhkəmənin müvafiq qərardadı ilə həbs qoyulmasını əsas gətirmişdir. Kollegiya eləcə də qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən, ipoteka saxlayan - ipoteka hüququ olan və ipoteka qoyanın digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir, o cümlədən ipoteka kağızının qanuni sahibidir. Göründüyü kimi, 2(004)-715/2019 saylı mülki iş üzrə iddiaçı BOKT ”xxxx” MMC ipoteka saxlayan olmaqla, Cavabdeh digər kreditorlarına nisbətən üstün qaydada ipoteka predmeti hesabına əsas öhdəliyin icrasını tələb etmək hüququ olan şəxsdir. X2 isə Cavabdeh borclu olduğu digər kreditordur. Onun Cavabdeh tələb etdiyi borcun təminatı olaraq isə sözügedən daşınmaz əmlak çıxış etmir. Buna görə də, kollegiya hesab edir ki, X1 2(004)-715/2019 saylı iş üzrə maraqlı şəxs qismində cəlb edilməsi, öhdəliyin icrasını tələb etməkdə üstün hüquqa malik olan BOKT ”xxxx” MMC-nin hüquqlarının pozulması ilə nəticələnə bilər. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-715/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(004)-715/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-9107/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9107/2020
08.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver