Məhkəmə qərarları › İş №2(103)-9108/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9108/2020

11.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9108/2020 11.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1176/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)-1176/2020 nömrəli qətnaməsi ilə, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 Qaraoğlan oğlundan İddiaçı xeyrinə 57.299,00 manat məbləğində və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(007)- 1176/2020 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1176/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilərək geri qaytarılması qərara alınmışdır (sədrlik edən: Həqiqət Əhmədova). Həmin qərardaddan narazı qalan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 1176/2020 №-li, xx xxxx 2020-ci il tarixli Qətnaməsi ilə İddiaçı ona və qeyrisinə qarşı, “pul tələbinə dair” iddia ərizəsi qismən təmin edilərək İddiaçı xeyrinə ondan 57.299.00 manat məbləğində və 30 manat məbləində vəsaitin tutulmasına qət edilib. O, qətnamə ilə razılaşmadığından həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə verdiyi şikayət ona geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışıdır ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür. Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 2(007)-1176/2020 №-li, xx xxxx 2020-ci il tarixli Qətnaməsi ona rəsmi qaydada, birinci instansiya məhkəməsinin bildirdiyi kimi deyil, poçta vasitəsi ilə xx xxxxxxxx 2020-ci il tarixdə çatdırılıb və bunu, qətnamə içində olduğu poçta qəbzi və qəbzin üzərində olan çatdırılma tarixi təsdiq edir.Göstərilənlərə əsasən, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(007)-1176/2020 №-li qərardadının dərhal ləğv edilməsi və Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 2(007)- 1176/2020 №-li, xx xxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin baxılmasından ötrü aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi, əks təqdirdə xx xxxxxxx 2020-ci il tarixli qərardaddan verdiyi şikayətin işlə birlikdə aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1176/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1176/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından cavabdehin şikayəti rədd edilmiş və şikayət baxılması üşün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh2 şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi Cavabdeh2a şikayətin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi işin hallarını şikayətin dəlilləri ilə birgə araşdıraraq və tərəflərin izahatlarını dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, Cavabdeh2 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti Nizami Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixində daxil olmuşdur (i.v. 138). Birinci instansiya məhkəməsi qərardadda barəsində apellyasiya şikayəti verilən xx.xx.2020-ci il tarixli qətnamənin xx.xx.2020-ci il tarixində cavabdeh tərəfindən poçt xəbərnaməsinə imza edilməklə qəbul edilməsinə istinad etmişdir. Lakin, kollegiya hesab edir ki, cavabdehə göndərilən qətnamə geri qayıtdığından (i.v. 132) və iş materiallarında bir neçə poçt xəbərnaməsi olduğundan, həmin poçt xəbərnaməsinin (i.v 138) cavabdehin hansı sənədi almasını təsdiq etdiyini birinci instansiya məhkəməsi araşdırmamışdır. Cavabdeh şikayətində verdiyi apellyasiya şikayətinin baxılmasından ötrü Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, şikayət həmin hissədə təmin edilə bilməz. Çünki, hazırda qeyd edilən xüsusatlar nəzərə alınmaqla birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxıldıqdan sonra həmin apellyasiya şikayəti mümkün hesab edildiyi təqdirdə baxılması üçün aidiyyəti üzrə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Kollegiya işin materiallarını, tərəflərin izahatlarını və şikayətin dəlillərini nəzərə alaraq hesab edir ki, qeyd edilən poçt xəbərnaməsində (i.v. 138) cavabdehin hansı sənədi almasını təsdiq etməsi barədə qeyd mövcud olmadığından şikayət qismən təmin edilərək, qeyd edilən halların araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1176/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh2 şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1176/2020 saylı, xx.xx.2020ci il tarixli qərardadı ləğv edilsin və mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsindən ötrü mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar