Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9129/2020 11.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə qarşı “əmlakın bərpası və pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli və xx xxxxxxx 2020-ci il tarixli qərardadlarından iddiaçının verdiyi şikayətə, iddiaçının nümayəndəsi (övladı) Nümayəndə iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərə qarşı “əmlakın bərpası və pul tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, iddiaçıya məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsində yerləşən 0,0240 ha ölçülü torpaq sahəsinin “Torpaq sahəsinin planı və ölçüsü” ilə müəyyən edilmiş hüdudlarında olmuş torpaq qatının tam bərpası, möhkəmləndirilmə işinin görülməsi, qazıntı nəticəsində çıxmış qrunt sularının qarşısı alınmaqla mənbəyinin etibarlı şəkildə kəsilməsi, araşdırma ilə müəyyən ediləcək kəsilən ağacların əvəzinin ödənilməsi, sahənin hasarının və darvazasının tam yenidən qurulması, 2018-ci ilin mart ayından bu günədək hasar və darvazanın sökülməsi nəticəsində baxımsız qalaraq yararsız hala gəlmiş bağın (torpaq sahəsinin) məhv olmuş bitkilərinin yenidən salınması vəzifə və öhdəliklərin Cavabdeh1 MMC-nin üzərinə qoyulması, mülkiyyətdən istifadədən məhrum olunduğu 60.000 manat məbləğində təzminatın və vurulmuş mənəvi ziyanın əvəzi olaraq 60.000 manatın iddiaçıya ödənilməsi vəzifəsini və öhdəliklərin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi baxılması üçün Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilmişdir. Bundan sonra iddiaçı, iddianı təmin etmə tədbiri barədə ərizə təqdim edərək yuxarıda qeyd edilən torpaq sahəsinin yerləşdiyi ərazidə cavabdeh MMC tərəfindən aparılan tikintinin üzərinə həbs qoyulmasını və tikinti işlərin aparılmasını MMC-yə qadağa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6211/2020 saylı qərardadı ilə mübahisəli torpaq sahəsində işlərin aparılması cavabdeh MMC-yə qadağan edilmişdir. Lakin cavabdeh MMC buna məhəl qoymur, tikinti işlərini davam etdirir. Buna görə, də həmin ərazidə olan tikintiyə ümumilikdə həbs qoyulmalı və işlərin aparılmasına ümumilikdə qadağa edilməlidir. Ərizəyə baxmış Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixdə qəbul etdiyi qərardadla (yanlışlığın aradan qaldırılması barədə xx.xx.2020-ci il tarixli qərardad nəzərə alınmaqla) “iddianın təmini tədbirinin görülməsi barədə” ərizənin təmin etməmişdir. İddiaçı həm xx.xx.2020-ci il, həm də xx.xx.2020-ci il tarixli qərardadlardan şikayət vermişdir. İddiaçının şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ilk dəfə verdiyi “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6211/2020 saylı qərardadı ilə qismən də olsa təmin edilmiş, mübahisəli torpaq sahəsində işlərin aparılması cavabdeh MMC-yə qadağan edilmişdir. Lakin cavabdeh MMC buna məhəl qoymamış və tikinti işlərini davam etdirmiş, bununla da, iddiaçının mülkiyyətində olan əmlaka qəsd davam etmişdir. Buna görə də, iddiaçı ikinci dəfə “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş və mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə cavabdeh MMC tərəfindən aparılan tikintinin üzərinə həbs qoyulmasını, tikinti işlərin aparılmasını MMC-yə qadağa edilməsini xahiş etmişdir. İddiaçı yuxarıda qeyd edilən halları təsdiq edə biləcək fotoşəkilləri və Daşınmaz Əmlak Dövlət Reyestr Xidmətinin müvafiq məktubunu Rayon Məhkəməsinə təqdim etsə də, işə baxmış Rayon Məhkəməsi bunu nəzərə almamış, iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə “iddianın təmini tədbirinin görülməsi barədə” ikinci ərizəsini təmin etməmişdir. Eyni zamanda Rayon Məhkəməsi qəbul etdiyi həmin qərardadın əsaslandırıcı hissəsində “iddianın təmini tədbirinin görülməsi barədə” ikinci ərizəsinin təmin edilməməsini qeyd etsə də, qərardadın nəticə hissəsində ərizənin təmin edilməsini göstərmişdir. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, Rayon Məhkəməsinin hər iki qərardadı ləğv edilməli və “iddianın təmini tədbirinin görülməsi barədə” verdiyi ikinci ərizəsi təmin edilməlidir. Rayon Məhkəməsi şikayətə baxaraq iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadla şikayəti təmin etməmiş, hər iki qərardadı dəyişdirmədən saxlayaraq, baxılması üçün şikayəti mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddia ərizəsində göstərilən mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardaddan (İş № 2(103)-6211/2020) görünür ki, həmin qərardad ilə iddiaçının “iddianın təmini tədbirinin görülməsi barədə” verdiyi birinci ərizəsi qismən təmin edilərək iddiaçının mülkiyyətində olan və Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin qərb hissəsi ünvanda yerləşən 0,0240 kv.m torpaq sahəsində qazıntı-tikinti işlərinin dayandırılması qərara alınmışdır. İddiaçının ikinci dəfə verdiyi “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəsi və qərardadlardan verdiyi şikayəti onunla əsaslandırılır ki, apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi və artıq qanuni qüvvəsini almış xx.xx.2020-ci il tarixli qərardadı mövcud olsa da, cavabdeh MMC, iddiaçıya məxsus sahədə tikinti işlərini davam etdirir və buna qarşısının alınması üçün həmin ərazidə olan tikintiyə ümumilikdə həbs qoyulmalı və işlərin aparılması ümumilikdə qadağa edilməlidir. Göründüyü kimi, iddiaçı, ikinci dəfə verdiyi “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəsi artıq qanuni qüvvəsini almış məhkəmə aktının icrasının təmini ilə bağlıdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 15-ci maddəsinə görə, məhkəmə, məhkəmə aktlarını qətnamə, qərar, qərardad və əmr formasında qəbul edir. Məhkəmənin qanunin qüvvəyə minmiş qətnaməsi, qərardadı, əmri bütün dövlət hakimiyyəti, yerli idarə etmə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Odur ki, Məhkəmə, şərh edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının ikinci dəfə verdiyi “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəsinin təmin edilməsi üçün əsas yoxdur. Çünki, iddiaçı, artıq qüvvəyə minmiş məhkəmə qərarının icra olunmadığını iddia edirsə, onda bu halı aradan qaldırmaq üçün məhkəmələrdən yenidən iddianın təmini tədbirinin görülməsini tələm etməli deyil, məhkəmə qərarının icrası ilə məşğul olan müvafiq İcra Şöbəsindən qərarın icrasının təmin edilməsini tələb etməlidir. Bu baxımdan Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi iddiaçının ikinci dəfə verdiyi iddianın təmini tədbirinin görülməsi barədə” ərizəsini təmin etməməkdə (xx.xx.2020-ci il tarixli qərardad) haqlı olmuşdur. İddiaçının Rayon Məhkəməsini bu nəticəsinə aid şikayətinin dəlilləri əsassızdır. Bundan başqa Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi qəbul etdiyi və yuxarıda qeyd edilən qərardadda yol verdiyi yanlışlığın aradan qaldırılması barədə xx.xx.2020-ci il tarixli qərardadı qəbul etməkdə də, haqlı olmuş və bu qərardaddan iddiaçının verdiyi şikayətin dəlilləri də əsassızdır. Belə ki, Rayon Məhkəməsinin qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadın məzmunundan aşkar surətdə görünür ki, Rayon Məhkəməsi iddiaçının ikinci dəfə verdiyi “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəsini kifayət qədər müzakirə edərək ərizənin əsassız olması qənaətinə gəlmiş və hətta qərardadın əsaslandırıcı hissəsində bir neçə dəfə qeyd etmişdir ki, ərizə əsassız olduğu üçün təmin edilməməlidir. Lakin qərardadın nəticə hissəsində qeyd etmişdir ki, “ərizə təmin edilsin”. Məhkəmə, xx.xx.2020-ci il tarixli qərardadda Rayon Məhkəməsinin “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəsinin təmin edilməməsi barədə şərh edilmiş əsaslandırılmasını nəzərə alaraq hesab edir ki, qərardadın nəticə hissəsində “ərizə təmin edilsin” ifadəsi texniki qüsur – yanlışlıq nəticəsində qeyd edildiyindən Rayon Məhkəməsi MPM-nin 228.2-ci maddəsinin tələbindən çıxış edərək həmin yanlışlığı aradan qaldırmaqda və həmin ifadənin “ərizə təmin edilməsin” kimi oxunması barədə xx.xx.2020ci il tarixli qərardadı qəbul etməkdə haqlı olmuşdur. Çünki, MPM-nin 228-ci maddəsinin mənasına görə, hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qəbul edilmiş qərarda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Göstərilənlərə əsasən Məhkəmə şikayətin dəlillərini əsaslı saymır və hesab edir ki, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərardadların ləğv edilməsi üçün əsas yoxdur. Qərardadlar qanuni və əsaslıdır. Yuxarıda göstərilənləri və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-9129/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9129/2020
11.12.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver