Məhkəmə qərarları › İş №2(103)-9146/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9146/2021

02.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9146/2021 02.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Nikonoroviçə, X5, Cavabdeh2, X3, Cavabdeh4, X8, X12 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi barədə mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli, 2(010)-850/2018 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 Aleksanroviç tərəflərindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Nikolayeviçə, X6, Cavabdeh2, X1, Cavabdeh4, X8, X12 və Cavabdeh3 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin yetkinlik yaşına çatmayan X14 və X15 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin küçəsində yerləşən 14 saylı evin, 1 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 Nikonoroviçin, X4, Cavabdeh2, X2, Cavabdeh4, X7, X10 və Cavabdeh3 yetkinlik yaşına çatmayan X14 və X15 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 Aleksanroviç qətnamədən apellyasiya şikayətləri verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiyiklərindən və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Mülki işin apellyasiya baxışı zamanı Bakı şəhəri Suraxanı rayon Məhkəməsindən daxil olmuş 20 sentyabr 2021-ci il tarixli, 2(010)-850/2018 saylı məktubun məzmunundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2 (010)-850/2018 saylı qərardadından İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayət Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə daxil olmuşdur. Odur ki, həmin qərardaddan verilmiş şikayətə baxılması üçün qeyd olunan mülki işin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətləri məhkəmənin 16 sentyabr 2020-ci il tarixli və 27 avqust 2021-ci il tarixli qərardadları ilə mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və daxil olmuş məktubu nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin icraata qəbul qərardadları ləğv edilməli və iş apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384.0.6 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Nikonoroviçə, X6, Cavabdeh2, X3, Cavabdeh4, X8, X12 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbi barədə mülki iş üzrə apellyasiya şikayətlərinin mümkünlüyünə dair Bakı Apellyasiya Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli və 27 avqust 2021-ci il tarixli qərardadları ləğv edilsin, apellyasiya şikayətləri apellyasiya baxışından çıxarılsın və mülki iş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar