Məhkəmə qərarları › İş №2(103)-917/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-917/2024

16.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-917/2024 16.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, X6 qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-751/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qətnaməsindən iş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs1 nümayəndəsi-vəkili və X3 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 27 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-751/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 iyul 2018-ci il tarixli 27 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulmuş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 751/2022 nömrəli qətnaməsinin nəticə hissəsindəki – «İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 iyul 2018-ci il tarixli 27 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv. metrdən ibarət olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi Cavabdeh MMC-nin üzərinə qoyulsun» ifadəsinin – «İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 04 iyul 2018-ci il tarixli 27 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 10 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 400 kv. metrdən ibarət olan qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilsin» kimi başa düşülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə maraqlarına toxunan şəxs Maraqlı şəxs1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(103)-1408/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2994/2023-cü il tarixli xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 mart 2023-cü il tarixli, 2(103)- 1408/2023 nömrəli ləğv edilmiş və iş maraqlarına toxunulan Maraqlı şəxs1 şikayəti üzrə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli 2(103)-6869/2023 saylı qərardadı ilə mülki iş apellyasiya baxışından çıxarılaraq Cavabdeh MMC-nin təsisçisi və direktoru X4 tərəfindən verilmiş vəsatətə baxılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-751/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-751/2022 nömrəli, 29 aprel 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə Cavabdeh MMC-nin nümayəndəsi X2 ərizəsi təmin edilməmişdir. Daha sonra qətnamədən Maraqlı şəxs2 tərəfindən apellyasiya şikayəti verilərək Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli 2(004)-751/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-751/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-751/2022 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs X3 tərəfindən verilmiş apelyasiya şikayəti mümkün hesab edilərək onun tərəfindən verilmiş apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(103)-7729/2023 saylı qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinə məktub göndərilərək məhkəməyə xx.xx.2023-cü il tarixdə iş üzrə Cavabdeh MMC-nin təsisçisi və direktoru X4 tərəfindən şikayət ərizəsinin daxil olduğunu göstərmiş və mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən şikayət ərizəsinə baxılması məsələsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, icraata qəbul qərardadı ləğv olunmalı və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Cavabdeh MMC-nin təsisçisi və direktoru X4 tərəfindən verilmiş şikayət ərizəsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(103)-7729/2023 saylı mümkünlük qərardadı ləğv edilməli və mülki iş baxışdan çıxarılaraq həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh MMC-nin təsisçisi və direktoru X4 tərəfindən verilmiş şikayət ərizəsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(103)-7729/2023 saylı mümkünlük qərardadı ləğv edilsin və mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhər Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar