Məhkəmə qərarları › İş №2(103)-919/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-919/2022

28.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-919/2022 28.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Rəşad Məhəmməd oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X36 və cavabdehlərin nümayəndəsi və vəkili X12 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin; Qarşılıqlı iddia üzrə iddiaçılar-ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə tələbinə dair” qarşılıqlı iddia tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4557/2021 saylı, 26.10.2021-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət edərək, cavabdeh X13 ünvan 1, 16 saylı mənzildən istifadə hüququna xitam verilməsi və cavabdehdən onun xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra ilkin iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər X14 və Cavabdeh2 ünvan 7 saylı mənzildən istifadə hüququna xitam verilməsi və cavabdehlər X7 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 17.07.1965-ci ildə X22 ilə nikah münasibətlərinə girməklə ailə həyatı qurmuşdur. Bu nikahdan 1967-ci il tarixdə X18 dünyaya gəlmişdir. 1971-ci ilin iyul ayında həyat yoldaşı X15 işlədiyi Xəzər Gəmiçilik İdarəsindən hal-hazırda yaşadıqları ünvan 1 ünvanında yerləşən 3 otaqlı 16 saylı mənzil verilmişdir. Mənzililə dair orderə həyat yoldaşının, onun, əvvəlki ərindən doğulmuş qızı X8 və X3nun adları qeyd olunmuşdur. Daha sonra X3 cavabdeh X26 ilə ailə həyan qurmuşdur. Həm cavabdeh, həm də nəvələri yaşadıqları ünvan 1 ünvanında yerləşən 3 otaqlı 16 saylı mənzilə yaşayış yeri üzrə qeydiyyata düşmüşlər. X3 uzun illərdir ki, psixi xəstədir. Cavabdeh 2010-cu ildən Türkiyəyə gedib gəlməyə başladı və demək olar ki, mütəmadi olaraq hər ay türkiyəyə səfər edirdi. Cavabdeh Türkiyədə olduğu müddətdə oğluna və nəvələrinə özü baxırdı. 2014cü ildə cavabdeh birdəfəlik Türkiyəyə köçmüş və uşaqlar iddiaçının yanımda qalmışdır. 2016cı ildə cavabdeh qızı Ayanı da oxumaq adı İlə Türkiyəyə aparmışdır. 2019-cu ildə ondan xəbərsiz cavabdehlə oğlu aralarında olan nikaha xitam vermişlər. 2021-ci ilin avqust ayında Mənzil İctismar Sahəsinə müraciət edərkən məlum olmuşdur ki, cavabdeh soyadını da dəyişmiş, Durmuş soyadım qəbul etmişdir. 8 ildən sonra bilmişdir ki, cavabdeh Türkiyədə ailə qurmuş, soyadını dəyişmişdir. Cavabdeh oğlu ilə nikah münasibətlərinə xitam verdiyi, başqası ilə ailə qurduğu, başqa soyadı qəbul etdiyi, uzun müddətdir ki, Türkiyədə yaşadığı üçün mənzildən qeydiyyatdan çıxmalıdır. Qeyd etdiyi əsaslar və cavabdehin uzun müddətdir ki, oğlu ilə nikah münasibətlərinə xitam verməsi, başqası ilə ailə qurması, başqa soyadını qəbul etməsi, Türkiyədə yaşaması ünvan 1, 16 saylı mənzilə istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi üçün tam əsas verir.

4. Qarşılıqlı iddia üzrə iddiaçılar-ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə” tələbinə dair qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Afıq qızı və Cavabdeh2 iki azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14A, 16 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra qarşılıqlı iddiaçılar tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh1 Afıq qızı və Cavabdeh2 Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 14A, 16 nömrəli mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 X18 ilə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 1993-cü ildə Sirac adlı oğlu və 1997-ci il təvllüdlü Ayan adlı qızı anadan olmuşdur. X18 ilə ailə həyatı qurduqdan sonra cehiz əşyaları gəlin köçdüyü ünvan 2 ünvanına aparılmış və həmin evdə cavabdehlə birlikdə yaşamağa başlamışdır. Cavabdeh1 1992-ci ildən ünvan 2 ünvanına qeydiyyatdadır. İddiaçı Cavabdeh2 1997-ci ildən ünvan 2 ünvanına qeydiyyatdadır Cehiz əşyaları hazırda həmin evdədir. X18 ilə münasibətlər uyğun gəlmədiyindən 2019-cu il tarixdə rəsmi nikah münasibətlərinə xitam verilmişdir. Cavabdeh İddiaçı dəfələrlə ünvan 2 ünvanda yaşadığı üçün söz-söhbətlər yaratmış, açıq-aşkar şəkildə iddiaçı Cavabdeh1 həmin ünvanda yaşamağına mane olmuşdur. İddiaçı Cavabdeh1 məcburiyyət qarşısında övladları ilə birlikdə həmin mənzili tərk etmişdir. Mənzili tərk edən gündən bu günə qədər iddiaçı Cavabdeh1 övladıları ilə birlikdə kirayədə yaşayır. Mübahisəli mənzil üç otaqdan ibarət olmaqla dövlət mənzil fonduna aiddir və mənzilin icarədarları İddiaçıdır. İddiaçı nikaha girməsi ilə əlaqədar rəsmi nikaha daxil olduqdan sonra X18 tərəfindən mübahisəli mənzilə köçürülmüş və onlarla birgə təsərrüfat aparmaqla mənzildə yaşamışdır. İş materiallarında olan orderin surətindən müəyyən olur ki, ünvan 2 yerləşən mübahisəli mənzil dövlət mənzil fonduna daxil olmaqla, cavbadehin əri X15 Azərbaycan X33 QSC-də işlədiyi müddətdə xidməti yaşayış sahəsi kimi verilmişdir. Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı özünün razılığı əsasında onun X3 nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçürülmüş və orada yaşamış, bununla da həmin mənzildən istifadə hüququ əldə etmişdir. Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda qarşılıqlı iddiaçı iddia ərizəsində göstərdiyi dəlilləri sübut edə bilməmişdir. Əksinə, ilkin iddiaçının irəli sürdüyü dəlillərin əsaslı olması müəyyən edildiyi üçün onun mübahisəli mənzilə köçürülməli olması qənaətinə gəlinmişdir.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4557/2021 saylı, 26.10.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 3 ünvanında 16 saylı mənzilindən istifadə hüququna xitam verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin İddiaçı xeyrinə tutulması, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə tələbinə dair” iddiasının təmin edilməməsi, qətnamənin Durmuş (Nəbiyeva) Gövhər Afiq qızının və Cavabdeh2 ünvan 3 ünvanında 16 saylı mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir (sədrlik edən: Vüqar Quliyev).

8. Həmin qətnamədən narazı qalan ilkin iddia üzrə cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti və dəlilləri:

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1, X18 ilə ailə həyatı qurduqdan sonra cehiz əşyaları gəlin köçdüyü ünvan 4 ünvanına aparılmış və həmin evdə cavabdehlə birlikdə yaşamağa başlamışdır. Cavabdeh1 1992-ci ildən ünvan 4 ünvanına qeydiyyatdadır. İddiaçı Cavabdeh2 1997-ci ildən ünvan 4 ünvanına qeydiyyatdadır, cehiz əşyaları da hal-hazırda həmin evdədir. X18 ilə münasibətlər uyğun gəlmədiyindən 2019-cu il tarixdə rəsmi nikah münasibətlərinə xitam verilmişdir. İddiaçı dəfələrlə cavabdehin ünvan 4 ünvanda yaşadığı üçün söz-söhbətlər yaratmış, açıq-aşkar şəkildə Cavabdeh1 həmin ünvanda yaşamağına mane olmasına baxmayaraq hal-hazırda Cavabdeh1 həmin evdə yaşayır. Bununla bağlı qonşuların imzası əsasında akt tərtib edilmişdir və həmin aktı məhkəmə iclasında təqdim etmişdir. Mübahisəli mənzil üç otaqdan ibarət olmaqla dövlət mənzil fonduna aiddir və mənzilin icarədarları İddiaçıdır. İddiaçı nikaha girməsi ilə əlaqədar rəsmi nikaha daxil olduqdan sonra X18 tərəfindən mübahisəli mənzilə köçürülmüş və onlarla birgə təsərrüfat aparmaqla mənzildə yaşamışdır. İş mаtеriаllаrındа оlаn оrdеrin surətindən müəyyən оlur ki, ünvan 4 yеrləşən mübаhisəli mənzil dövlət mənzil fоndunа dахil оlmаqlа, X37 оğlunа Аzərbаycаn X33 QSC-də işlədiyi müddətdə хidməti yаşаyış sаhəsi kimi vеrilmişdir. Cavabdeh2 və Cavabdeh1 İddiaçı özünün rаzılığı əsаsındа оnun оğlu X18 nikаhа dахil оlduqdаn sоnrа mübаhisəli mənzilə köçürülmüş və оrаdа yаşаmış, bununlа dа həmin mənzildən istifаdə hüququ əldə еtmişdir. Belə ki, iş materiallarında olan; 154 nömrəli MKİS tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1, 16 saylı mənzildə İddiaçı, X18, X23, X27 və Cavabdeh2 qeydiyyatdadılar. 28.06.1971-ci il tarixli, 93/7958 saylı qərarın surətindən görünür ki, ev 16, bina 14A, Zavokzalnaya küçəsi 13, məhəllə 859, 2-ci blok, 2-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət olan 45.34 kv.m sahəsi olan mənzil X15 verilmişdir. 12.07.1971-ci il tarixli, 106516 nömrəli orderin surətindən görünür ki, ev 16, bina 14A, Zavokzalnaya küçəsi 13, məhəllə 859, 2-ci blok, 2-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət olan 45.34 kv.m sahəsi olan mənzil X15 verilmişdir. “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, ünvan 1, 16 saylı mənzildə İddiaçı, X18, X23, X27 və Cavabdeh2 qeydiyyatdadılar. Nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X18 ilə X23 birgə ərizələri əsasında 06.04.2019-cu il tarixdə nikahları pozulmuşdur. Evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X5 nikahları 17.07.1965-ci ildə rəsmiləşdirilmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 02.02.1999cu il tarixdə vəfat etmişdir. “Qanun üzrə X25 şəhadətnamənin surətindən görünür ki, vəfat etmiş X9 vərəsəsi İddiaçıdır” yazılmışdır, halbuki Bakı şəhəri Dövlət Notariat Kontorunun Dövlət Notariusu tərəfindən 25 iyul 2012-ci il tarixdə verilən Qanun üzrə X25 Şəhadətnamədən görünür ki, şəhadətnamə verilən miras əmlak SSRİ əmanət bankının Bakı şəhər Əmanət Kassasının 3538/0274 filialda ********* saylı hesabda, 962/263 saylı hesabda ******* saylı hesabda və 057621 saylı hesabda saxlanılan və miras qoyana məxsus olan əmanətdən və onun faizindən ibarətdir qeyd edilmişdir. X2 vərəsəsi ünvan 1, 16 saylı mənzillə bağlı hal-hazırda müəyyən edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 8 saylı Tibbi Sosial Ekspert Komissiyasının 17.10.2016-cı il tarixli rəyindən görünür ki, X10 şizofreniya, paranoid forma, psixi qüsur halı diaqnozu qoyulduğu qeyd edilsə də, X18 tam fəaliyyət qabiliyyətli şəxsdir və hal-hazırda rəsmi olaraq “İçərişəhər” Muzey Mərkəzində çalışır. X31 PHŞ 2 nömrəli poliklinikasının 02.09.2021-ci il tarixli arayışından görünür ki, X10 şizofreniya, paranoid forma, psixi qüsur halı diaqnozu qoyulduğu qeyd edilsə də, X18 tam fəaliyyət qabiliyyətli şəxsdir və hal-hazırda rəsmi olaraq “İçərişəhər” Muzey Mərkəzində çalışır. ünvan 12MDK yanında DƏDRX-nin Bakı şəhər ərazi İdarəsinə ünvanladığı 20.09.2021-ci il tarixli, 1432 nömrəli məktubun surətindən görünür ki, İddiaçı müraciətinə əsasən 04.02.1999-cu il tarixdə ölmüş əri X6 miras qoyandan miras qalmış əmlaklara ünvan 6 ünvanında yerləşən mənzilə dair Qanun üzrə X25 Şəhadətnamənin verilməsini xahiş etsə də X4 xəbərsizdir və bununla bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər ərazi İdarəsinə və Bakı şəhəri 21 saylı Notariat Ofisinə rəsmi olaraq müraciət etmişdir. “AZEMİS” Elektron Sistemdən çıxarışdan görünür ki, Cavabdeh2 ünvan 7 ünvanında qeydiyyatdadır. 154 nömrəli MKİS-nin 21.09.2021-ci il tarixli, 255 nömrəli arayışdan görünür ki, Cavabdeh1 ünvan 8 ünvanında 18.09.1992-ci il tarixdən qeydiyyatdadır. X4 Nərimanov Rayon Məhkəməsinə ünvanladığı ərizədə qeyd etmişdir ki, ünvan 10n payçısı və vərəsəsi kimi X16 və tələbə olan qızı Cavabdeh2 qeyd olunan mənzildən istifadə hüququna xitam verilməsi barədə İddiaçı iddia tələbinə etiraz edir və iddianın rədd olunmasını xahiş etmişdir. 154 nömrəli MKİS-nin 05.10.2021-ci il tarixli, 276 nömrəli arayışdan görünür ki, Cavabdeh2 ünvan 7 ünvanında 06.05.1998-ci il tarixdən qeydiyyatdadır. “AZEMİS” Elektron Sistemdən çıxarışdan görünür ki, Cavabdeh1 27.07.2015ci il tarixdən 13.04.2016-cı il tarixədək və 13.04.2019-cu il tarixdən 11.12.2019-cu il tarixədək Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş və qayıtmışdır. Qeyd edilməlidir ki, Cavabdeh1 xarici ölkəyə getmək səbəbi qızı Cavabdeh2 Türkiyə Cümhuriyyətində təhsil almasıdır. X30, X19, X17 07.10.2021-ci il tarixdə tərtib etdikləri aktda qeyd etmişlər ki, Məmmədova (Durmuş) Gövhər Afiq qızı 1992-ci ildən ünvan 7 ünvanında yaşayır. Cavabdeh2 A 429324 seriyalı Türkiyə Cumhurriyətində yaşayış icazəsi sənədinin surətindən görünür ki, 15.09.2015-ci ildən 15.07.2016-cı ilədək tələbə kimi yaşayış icazəsi olmuşdur. Cavabdeh2 A 791722 seriyalı Türkiyə Cumhurriyətində yaşayış icazəsi sənədinin surətindən görünür ki, 15.07.2016-cı ildən 30.06.2019-cu ilədək tələbə kimi yaşayış icazəsi olmuşdur. Cavabdeh2 Türkiyə Cumhurriyətində yaşayış icazəsi sənədinin surətindən görünür ki, 30.06.2019-cu ildən 01.07.2020-ci ilədək tələbə kimi yaşayış icazəsi olmuşdur. Cavabdeh2 D 903304 seriyalı Türkiyə Cumhurriyətində yaşayış icazəsi sənədinin surətindən görünür ki, 01.07.2020-ci ildən 02.07.2021-ci ilədək tələbə kimi yaşayış icazəsi olmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 X11 birgə nikahlarından xx.xx.1997-ci il təvəllüdlü X28 doğulmuşdur. Karabük Universitetinin 21.07.2021-ci il tarixli transkript sənədinin surətindən görünür ki, Cavabdeh2 31.08.2015-ci il tarixdə həmin universitetə daxil olmuş və 01.07.2021-ci il tarixdə qeydiyyatı silinmişdir. Halbuki Cavabdeh2 hal-hazırda təhsilini davam etdirmək üçün Türkiyə Cumhurriyətindədir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı Məmmədova Tamella 17.07.1965-ci ildə X22 ilə nikah münasibətlərinə girməklə ailə həyatı qurmuşdur. Bu nikahdan 1967-ci il tarixdə X18 dünyaya gəlmişdir. X21 28.06.1971-ci il tarixli, 93/7958 saylı qərarı ilə ev 16, bina 14A, Zavokzalnaya küçəsi 13, məhəllə 859, 2-ci blok, 2-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət olan 45.34 kv.m sahəsi olan mənzil (hazırki ünvan 7) X15 verilmişdir. Daha sonra bu mənzilə dair 12.07.1971-ci il tarixli, 106516 nömrəli order verilmişdir. İddiaçının X3 cavabdeh X23 birgə nikaha daxil olduqdan sonra cavabdeh Məmmədova Gövhər hazırki mübahisəli evə gəlin köçmüşdür. İddiaçı əri X22 02.02.1999-cu il tarixdə vəfat etmişdir. Qanun üzrə X25 25.07.2012-ci il tarixli şəhadətnamənin surətindən təsdiqlənir ki, vəfat etmiş X9 vərəsəsi İddiaçı olmuşdur. X18 ilə X23 birgə ərizələri əsasında 06.04.2019-cu il tarixdə nikahları pozulmuşdur. İş materiallarında olan qanun üzrə X25 25.07.2012-ci il tarixli şəhadətnamənin surətindən təsdiqlənir ki, vəfat etmiş X9 vərəsəsi İddiaçı olmuşdur. ünvan 12MDK yanında DƏDRX-nin Bakı şəhər ərazi İdarəsinə ünvanladığı 20.09.2021-ci il tarixli, 1432 nömrəli məktubun surətindən görünür ki, İddiaçı müraciətinə əsasən 04.02.1999-cu il tarixdə ölmüş əri X6 miras qoyandan miras qalmış əmlaklara ünvan 6 ünvanında yerləşən mənzilə dair Qanun üzrə X25 Şəhadətnamənin verilməsini xahiş etsə də X4 xəbərsizdir və bununla bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər ərazi İdarəsinə və Bakı şəhəri 21 saylı Notariat Ofisinə rəsmi olaraq müraciət etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qanunun zamana görə qüvvəsini nəzərə alaraq göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr MM-in 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr işə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Tərəflərin izahatları:

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili A.Tağıyev cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili P.Hacıyev apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi.

12. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, ilkin iddia üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

13. Belə ki, iş materiallarında olan 154 nömrəli MKİS tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1, 16 saylı mənzildə İddiaçı, X18, X23, X27 və Cavabdeh2 qeydiyyatdadılar.

14. 28.06.1971-ci il tarixli, 93/7958 saylı qərarın surətindən görünür ki, ev 16, bina 14A, Zavokzalnaya küçəsi 13, məhəllə 859, 2-ci blok, 2-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət olan 45.34 kv.m sahəsi olan mənzil X15 verilmişdir. 12.07.1971-ci il tarixli, 106516 nömrəli orderin surətindən görünür ki, ev 16, bina 14A, Zavokzalnaya küçəsi 13, məhəllə 859, 2-ci blok, 2-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət olan 45.34 kv.m sahəsi olan mənzil X15 verilmişdir.

15. “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, ünvan 1, 16 saylı mənzildə İddiaçı, X18, X23, X27 və Cavabdeh2 qeydiyyatdadılar.

16. Nikahın pozulması haqqında şəhadətnamənin notarial təsdiq olunmuş surətindən görünür ki, X18 ilə X23 birgə ərizələri əsasında 06.04.2019-cu il tarixdə nikahları pozulmuşdur. Evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X5 nikahları 17.07.1965-ci ildə rəsmiləşdirilmişdir.

17. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 02.02.1999-cu il tarixdə vəfat etmişdir.

18. Qanun üzrə X25 şəhadətnamənin surətindən görünür ki, vəfat etmiş X9 vərəsəsi İddiaçıdır.

19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 8 saylı Tibbi Sosial Ekspert Komissiyasının 17.10.2016-cı il tarixli rəyindən görünür ki, X10 şizofreniya, paranoid forma, psixi qüsur halı diaqnozu qoyulmuşdur.

20. X31 PHŞ 2 nömrəli poliklinikasının 02.09.2021-ci il tarixli arayışından görünür ki, X10 şizofreniya, paranoid forma, psixi qüsur halı diaqnozu qoyulmuşdur.

21. AZE 0******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 11 ünvanında qeydiyyatdadır.

22. ünvan 12MDK yanında DƏDRX-nin Bakı şəhər ərazi İdarəsinə ünvanladığı 20.09.2021-ci il tarixli, 1432 nömrəli məktubun surətindən görünür ki, İddiaçı müraciətinə əsasən 04.02.1999-cu il tarixdə ölmüş əri X6 miras qoyandan miras qalmış əmlaklara ünvan 6 ünvanında yerləşən mənzilə dair Qanun üzrə X25 Şəhadətnamənin verilməsini xahiş etmişdir. Təqdim edilmiş sənədlər araşdırılarkən müəyyən edilmişdir ki, İddiaçı mirası qəbul etmiş vərəsədir. Həmçinin miras qalmış əmlak ünvan 6 ünvanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmamışdır. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsində göstərildiyi kimi müqavilə və ya digər əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarışı almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilir.

23. “AZEMİS” Elektron Sistemdən çıxarışdan görünür ki, Cavabdeh2 ünvan 7 ünvanında qeydiyyatdadır.

24. 154 nömrəli MKİS-nin 21.09.2021-ci il tarixli, 255 nömrəli arayışdan görünür ki, Cavabdeh1 ünvan 8 ünvanında 18.09.1992-ci il tarixdən qeydiyyatdadır.

25. 154 nömrəli MKİS-nin 05.10.2021-ci il tarixli, 276 nömrəli arayışdan görünür ki, Cavabdeh2 ünvan 7 ünvanında 06.05.1998-ci il tarixdən qeydiyyatdadır.

26. “AZEMİS” Elektron Sistemdən çıxarışdan görünür ki, Cavabdeh1 27.07.2015-ci il tarixdən 13.04.2016-cı il tarixədək və 13.04.2019-cu il tarixdən 11.12.2019-cu il tarixədək Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş və qayıtmışdır.

27. X30, X19, X17 07.10.2021-ci il tarixdə tərtib etdikləri aktda qeyd etmişlər ki, Məmmədova (Durmuş) Gövhər Afiq qızı 1992-ci ildən ünvan 7 ünvanında yaşayır.

28. Cavabdeh2 A 429324 seriyalı Türkiyə Cumhurriyətində yaşayış icazəsi sənədinin surətindən görünür ki, 15.09.2015-ci ildən 15.07.2016-cı ilədək tələbə kimi yaşayış icazəsi olmuşdur.

29. Cavabdeh2 A 791722 seriyalı Türkiyə Cumhurriyətində yaşayış icazəsi sənədinin surətindən görünür ki, 15.07.2016-cı ildən 30.06.2019-cu ilədək tələbə kimi yaşayış icazəsi olmuşdur.

30. Cavabdeh2 Türkiyə Cumhurriyətində yaşayış icazəsi sənədinin surətindən görünür ki, 30.06.2019-cu ildən 01.07.2020-ci ilədək tələbə kimi yaşayış icazəsi olmuşdur.

31. Cavabdeh2 D 903304 seriyalı Türkiyə Cumhurriyətində yaşayış icazəsi sənədinin surətindən görünür ki, 01.07.2020-ci ildən 02.07.2021-ci ilədək tələbə kimi yaşayış icazəsi olmuşdur.

32. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 X11 birgə nikahlarından xx.xx.1997-ci il təvəllüdlü X28 doğulmuşdur.

33. Karabük Universitetinin 21.07.2021-ci il tarixli transkript sənədinin surətindən görünür ki, Cavabdeh2 31.08.2015-ci il tarixdə həmin universitetə daxil olmuş və 01.07.2021ci il tarixdə qeydiyyatı silinmişdir. Hüquqi dəyərləndirmə:

34. Kollegiya iş materiallarına əsasən qeyd edir ki, iddiaçı Məmmədova Tamella 17.07.1965-ci ildə X22 ilə nikah münasibətlərinə girməklə ailə həyatı qurmuşdur. Bu nikahdan 1967-ci il tarixdə X18 dünyaya gəlmişdir. X21 28.06.1971-ci il tarixli, 93/7958 saylı qərarı ilə ev 16, bina 14A, Zavokzalnaya küçəsi 13, məhəllə 859, 2-ci blok, 2-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət olan 45.34 kv.m sahəsi olan mənzil (hazırki ünvan 7) X15 verilmişdir. Daha sonra bu mənzilə dair 12.07.1971-ci il tarixli, 106516 nömrəli order verilmişdir. İddiaçının X3 cavabdeh X23 birgə nikaha daxil olduqdan sonra cavabdeh Məmmədova Gövhər hazırki mübahisəli evə gəlin köçmüşdür. İddiaçı əri X22 02.02.1999-cu il tarixdə vəfat etmişdir. Qanun üzrə X25 25.07.2012-ci il tarixli şəhadətnamənin surətindən təsdiqlənir ki, vəfat etmiş X9 vərəsəsi İddiaçı olmuşdur. X18 ilə X11 birgə ərizələri əsasında 06.04.2019-cu il tarixdə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra Cavabdeh1 27.07.2015-ci il tarixdən 13.04.2016-cı il tarixədək və 13.04.2019-cu il tarixdən 11.12.2019-cu il tarixədək Azərbaycan Respublikasının hüdudlarını uzunmüddətli tərk etmişdir. İlkin iddia üzrə digər Cavabdeh2 isə anası ilə birlikdə yaşamağa başlamışdır. 429324 seriyalı Türkiyə Cumhurriyətində yaşayış icazəsi sənədinin surətilə də təsdiq olunmuşdur ki, 15.09.2015-ci ildən o ölkəni tərk etmişdir. Hal-hazırda da Türkiyə Cumhurriyətində təhsil alır.

35. İlkin iddia üzrə cavabdeh X11 hazırki mübahisəli evə gəlin köçdüyü tarix 2009-cu ildən əvvələ təsadüf etdiyindən kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli Qərarına istinad edilməsini zəruri sayır.

36. Qeyd edilən Qərara görə, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

37. Həmin Qərarda o da qeyd edilir ki, Mülki Məcəllənin göstərilən maddələri yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və yazılı razılaşmanın notariat qaydasında təsdiqlənməsini vacib saydığı halda, bu qayda Mənzil Məcəlləsinin 123-cü maddəsində nəzərdə tutulmamışdır.

38. Əvvəlki Mənzil Məcəlləsinin 60-cı maddəsinə görə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması hüququ nəzərdə tutulmuşdur. Həmin maddədə başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanmasının daha uzun müddətini nəzərdə tutan hallar sadalanmışdır.

39. Həmin Məcəllənin qeyd edilən maddəsində o da nəzərdə tutulmuşdur ki, bu maddənin 1-7-ci və 10-cu bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır.

40. Həmin Məcəllənin 60-cı maddəsinin 25 oktyabr 1985-ci il tarixli 208—Xİ nömrəli “Azərbaycan SSR Mənzil Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında” Azərbaycan SSR X48 Heyətinin Fərmanı ilə təsdiq edilənədək qüvvədə olan normasının məzmununa görə “Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.”

41. İşin hallarından göründüyü kimi ev 16, bina 14A, Zavokzalnaya küçəsi 13, məhəllə 859, 2-ci blok, 2-ci mərtəbədə yerləşən, 3 otaqdan ibarət olan 45.34 kv.m sahəsi olan mənzil (hazırki ünvan 7) mənzilə dair X21 28.06.1971-ci il tarixli, 93/7958 saylı qərarı əsasında 12.07.1971-ci il tarixli, 106516 nömrəli orderlə X15 verildikdən sonra ilkin iddia üzrə cavabdeh X23 mübahisəli evə gəlin köçmüşdür. X18 ilə X11 birgə ərizələri əsasında 06.04.2019-cu il tarixdə nikahları pozulmuşdur.

42. Nikah pozulduqdan sonra Cavabdeh1 27.07.2015-ci il tarixdən 13.04.2016-cı il tarixədək və 13.04.2019-cu il tarixdən 11.12.2019-cu il tarixədək Azərbaycan Respublikasının hüdudlarını uzunmüddətli tərk etmişdir.

43. Gövhər Afiq qızının evi 6 aydan artıq müddətə tərk etməsi halı ölkə hüdudlarından çıxmasını təsdiqləyən “AZEMİS” Elektron Məhkəmə Sistemindən çıxarış və onun birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclasında təqdim etdiyi C 00475948 nömrəli vətəndaş pasportu əsasında da təsdiqini tapır.

44. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, mübahisəli evdə yaşadığı üçün söz-söhbətlər yaranmış, açıq-aşkar şəkildə Cavabdeh1 həmin ünvanda yaşamağına mane olmasına baxmayaraq hal-hazırda Cavabdeh1 həmin evdə yaşayır. Kollegiya bununla bağlı qeyd edir ki, cavabdeh apellyasiya şikayətində hazırda mübahisəli evdə yaşadığını bildirsə də, qarşılıqlı iddia ərizəsində məcburiyyət qarşısında övladları ilə birlikdə həmin mənzili tərk etməsini və hazırda kirayədə yaşamasını qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı bu ziddiyyətə aydınlıq gətirilmiş, cavabdehləri təmsil edən vəkil cavabdehlərin məcburiyyət qarşısında mübahisəli evi tərk etməsini bildirmişdir.

45. Cavabdehlərin mübahisəli mənzildə yaşamamasından əlavə, Cavabdeh1 qarşılıqlı iddia ərizəsində və kollegiya iclasında mübahisəli məzildən məcburiyyət nəticəsində getməsini bildirsə də, mənzildən məcburiyyət nəticəsində getməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş və iş materiallarında aşkar edilməmişdir.

46. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Məhkəmə kollegiyası iş materialları, apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları əsasında və qeyd edilən hüquq normalarına istinadən vurğulayır ki, cavabdehlərin hazırda mübahisəli mənzildə yaşamaması iş materialları ilə öz təsdiqini tapdığından, onların yaşayış sahəsini məcburiyyət təsiri altında tərk etməsi sübuta yetirilmədiyindən cavabdehlərin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

50. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

51. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehlərin apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

52. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4557/2021 saylı, 26.10.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar