Məhkəmə qərarları › İş №2(103)-919/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-919/2024

10.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-919/2024 10.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 5 saylı Dövlət Notariat Ofisinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və s.” İddiaçı Cavabdeh1 cavabdehlər Məmmədova Nailə Həsən qızına, Vəliyeva Naibə Həsən qızına və İddiaçı qarşı “mənzilə istifadə hüququna xitam verilməklə mənzilin boşaldılması” tələbləri üzrə (Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və s.; mənzilin boşaldılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Birləşdirilmiş əsas iş üzrə cavabdeh (birləşdirilmiş əlaqəli iş üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Birləşdirilmiş əsas iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1599/2023 saylı iş üzrə 27 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən və birləşdirilmiş əlaqəli iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2022 nömrəli 13 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsində yerləşən, ümumi sahəsi 119.3 kv.m olan, 143 saylı fərdi yaşayış evi (bundan sonra – mübahisə predmeti olan fərdi yaşayış evi) paylı mülkiyyət hüququ ilə Abdullayev Abdulla İbadulla oğluna (2/4 hissə), Məmmədov Orxan Oqtay oğluna (1/4 hissə) və Davidov Elxan Dadaş oğluna (1/4 hissə) məxsus olmuşdur.

2. Davidov Elxan Dadaş oğlunun ölümündən sonra ona məxsus ¼ hissə pay vərəsəlik qaydasında arvadı Cavabdeh1 (bundan sonra – iddiaçı) keçmişdir (əsas: xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə) və xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına qeydiyyat aparılmışdır.

3. Cavabdehlər Məmmədova Nailə Həsən qızı 1984-cü ildən, İddiaçı 1983-cü ildən və Vəliyeva Naibə Həsən qızı 1986-cı ildən mübahisəli evdə pasport qeydiyyatındadırlar.

4. ünvan 4 saylı fərdi yaşayış evi Hüseyn Həbib oğlunun, Abdulla Həbib oğlunun və Əli Bala Davud oğlunun adlarına ilkin qeydiyyatdan keçmişdir. Mübahisəli mülkə vərəsəlik 1957-ci ildə Əli-Bala Davud oğlunun ölümü ilə açılmışdır.

5. Bakı şəhəri 5 saylı DNK-nın 10814 reyestr nömrəli xx.xx.1957-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1957-ci il tarixdə evin 1/2 hissəsi Davudova Badam Xanım Əli Bala qızının və Əziz Ağa Əli Bala oğlunun adlarına qeydiyyatdan keçmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birləşdirilmiş əsas iddia üzrə birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 5 saylı Dövlət Notariat Ofisinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 5 saylı DNK-nın 10814 saylı xx.xx.1957-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab olunması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin **********77-10301 nömrəli çıxarışın ləğv olunması, ünvan 3 saylı evin üzərində vərəsəlik hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi 143 saylı, 68,28 m2 olan evin 2/4 payı ata babası Əli-Bala Davud oğluna məxsus olmuşdur. Əli-Bala Davud oğlunun Leyla Gəncəli qızı ilə (atasının babası və nənəsi) nikahından üç uşağı, qızları Tükəzban Əli-Bala qızı (nənəsi), Badam Xanım Əli-Bala qızı və oğlu Əziz-Ağa Əli-Bala oğlu olmuşdur. Mübahisəli mülkə vərəsəlik 1957-ci ildə Əli-Bala Davud oğlunun ölümü ilə açılmışdır. Beləliklə, onun 4 nəfər birinci növbədə vərəsələri, arvadı Leyla, qızları Tükəzban Əli-Bala qızı, Badam Xanım Əli-Bala qızı və oğlu Əziz-Ağa Əli-Bala oğlu olmuşdur. Lakin, Bakı şəhəri 5 saylı DNK-da vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən atasının xalası Badam Xanım Əli-Bala qızı və dayısı Əziz-Ağa Əli-Bala oğlunun vərəsəlik hüquqları tanınmışdır. Nənəsi Tükəzban Əli-Bala qızı həmin ərəfədə ağır xəstə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Lakin, nənəsi atasıyla birlikdə daim atasının evində yaşayıb və onun vəfatından sonra da miras qoyulan evi faktiki olaraq qəbul etmiş, ölən günə kimə həmin evdə yaşamışdır. Nənəsi 08 may 1957-ci ildə ölmüşdür. Nənəsi öldükdən sonra sözügedən evdə atası Məmmədov Həsən Əli oğlu nənəsi ilə birlikdə yaşamağa davam etmişdir. Atası Məmmədov Həsən Əli oğlu 1936-cı ildə həmin evdə doğulmuş və ölən günə kimi orada yaşamışdır. Atasının uzun müddət anasının və nənəsinin hüquqlarının pozulması barədə məlumatı olmamışdır, anası və nənəsi xəstə olduqları vaxt onlara qulluq etmiş, vəfat etdikdən sonra onların dəfnini təşkil etmiş və dəfn xərclərini ödəmiş, bu səbəbdən də miras paya dair məsələlərlə məşğul olmamışdır. Lakin, həmin mənzili faktiki sahibliyə götürərək, uzun müddət orada yaşamışdır. Həyətdə 3 ev var idi. Evlərdən birində isə onlar yaşayırdılar. Həmin ev bir otaqlı olduğundan atası otağın üstünü tikməklə 3 otağa düzəltmişdir. Evin kommunal xərclərini atası ödəyirdi, öz vəsaiti hesabına həmin fərdi yaşayış evində zəruri təmir-tikinti işləri aparmış, qapı-pəncərələrini dəyişmiş, yeni hamam və tualet inşa etdirmiş, həyətdə kanalizasiya üçün quyu qazdırmışdır. Anasının gətirdiyi bütün cehiz əmlakları - mebel, yataq dəstləri, qab-qacaq, məişət texnikası həmin evdə olmuş və ailəsi ilə birlikdə yaşamaqla həm qeyd olunan əmlaklardan, həm də anasından miras qalan digər daşınar əmlaklardan istifadə etmişdir. Bu davranışıyla miras əmlakı faktiki olaraq qəbul etdiyini hamıya nümayiş etdirmişdir. O və digər bacıları həmin evdə doğulub böyümüşlər. Atası 17 may 2016-cı il tarixdə ölmüşdur. O, atası öldükdən sonra həmin evdə qeydiyyatda olmaqla yaşayır və evin bütün kommunal xərclərini ödəyərək, əmlaka faktiki sahiblik edib, atasından miras qalan əmlakı faktiki qəbul etmişdir. Cavabdeh1 isə həmin evə haqqı olmadığı halda, çıxmasını tələb edir. Hesab edir ki, miras əmlakda məcburi pay hüququ olaraq və miras əmlakı faktiki qəbul edərək, vərəsə kimi onlara atasından miras qalan fərdi yaşayış evin üzərində vərəsəlik hüququ tanınmalıdır.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1599/2023 saylı iş üzrə 27 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Məhkəmə gəldiyi nəticəni 1923-cü ildə qəbul edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 487, 488, 489, 499, 500, 505-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndinə, “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İddiaçı şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 107, 119.1, 217.2, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Birləşdirilmiş əlaqəli iddia üzrə birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh1 cavabdehlər Məmmədova Nailə Həsən qızına, Məmmədova Aişə Səbuhi qızına, Vəli Hüseyn Toğrul oğluna, Məmmədzadə Məryəm Həsrət qızına, Vəliyeva Naibə Həsən qızına, İddiaçı, Məmmədov Səid Səbuhi oğluna, Məmmədov Zaur Səbuhi oğluna, Vəlizadə Zeynəb Toğrul qızına və Məmmədzadə İsgəndər Həsrət oğluna qarşı “mənzilə istifadə hüququna xitam verilməklə, mənzilin boşaldılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı Davidov Elxan Dadaş oğlu xx.xx.2019-cu ildə vəfat etdikdən sonra ünvan 1 ünvanında yerləşən mənzil vərəsəlik qaydasında iddiaçının adına keçmişdir. Həmin əmlak iddiaçının mülkiyyətinə keçməmişdən öncə Məmmədova Nailə Həsən qızı, Məmmədova Aişə Səbuhi qızı, Vəli Hüseyn Toğrul oğlu, Məmmədzadə Məryəm Həsrət qızı, Vəliyeva Naibə Həsən qızı, İddiaçı, Məmmədov Səid Səbuhi oğlu, Məmmədov Zaur Səbuhi oğlu, Vəlizadə Zeynəb Toğrul qızı, Məmmədzadə İsgəndər Həsrət oğlu qeydiyyata düşmüşlər. Cavabdehlər uzun müddətdir ki, iddiaçıya məxsus mənzildə yaşamamaqlarına və istifadə etməmələrinə baxmayaraq, onlara məxsus əşyalar iddiaçının mənzilində qalmaqdadır. Bu isə iddiaçının mənzildən istifadə etmək, orada yaşamağına çətinliklər yaradır. Göstərilənlərə əsasən cavabdehlər Məmmədova Nailə Həsən qızı, Məmmədova Aişə Səbuhi qızı, Vəli Hüseyn Toğrul oğlu, Məmmədzadə Məryəm Həsrət qızı, Vəliyeva Naibə Həsən qızı, İddiaçı, Məmmədov Səid Səbuhi oğlu, Məmmədov Zaur Səbuhi oğlu, Vəlizadə Zeynəb Toğrul qızı, Məmmədzadə İsgəndər Həsrət oğlunun ünvan 1-ə dair istifadə hüququna xitam verilməklə mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

12. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Məmmədova Aişə Səbuhi qızı, Məmmədzadə Məryəm Həsrət qızı, Məmmədov Səid Səbuhi oğlu, Məmmədov Zaur Səbuhi oğlu və Məmmədzadə İsgəndər Həsrət oğlunun mülki iş üzrə cavabdeh kimi iştirakına xitam verilməsi, cavabdehlər Məmmədova Nailə Həsən qızı, Vəli Hüseyn Toğrul oğlu, Vəliyeva Naibə Həsən qızı, İddiaçı, Vəlizadə Zeynəb Toğrul qızı, yetkinlik yaşına çatmayan övladları olan Məmmədov Zaur Səbuhi oğlu, Məmmədov Səid Səbuhi oğlu, Məmmədzadə Məryəm Həsrət qızı, Məmmədova Aişə Səbuhi qızı və Məmmədzadə İsgəndər Həsrət oğlu ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququna xitam verilməklə mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Məmmədov Zaur Səbuhi oğlu, Məmmədzadə Məryəm Həsrət qızı, Məmmədova Aişə Səbuhi qızı, Vəli Hüseyn Toğrul oğlu, Vəlizadə Zeynəb Toğrul qızı və Məmmədzadə İsgəndər Həsrət oğlunun mülki iş üzrə cavabdeh kimi iştirakına xitam verilməsi, cavabdehlər Məmmədova Nailə Həsən qızı, İddiaçı, Vəliyeva Naibə Həsən qızı, yetkinlik yaşına çatmayan övladları olan Məmmədov Zaur Səbuhi oğlu, Məmmədov Səid Səbuhi oğlu, Məmmədzadə Məryəm Həsrət qızı, Məmmədova Aişə Səbuhi qızı, Vəli Hüseyn Toğrul oğlu, Vəlizadə Zeynəb Toğrul qızı və Məmmədzadə İsgəndər Həsrət oğlu ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüququna xitam verilməklə mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2022 nömrəli 13 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlər Məmmədova Nailə Həsən qızının, İddiaçı, Vəliyeva Naibə Həsən qızının, yetkinlik yaşına çatmayan övladları olan Məmmədov Zaur Səbuhi oğlu, Məmmədov Səid Səbuhi oğlu, Məmmədzadə Məryəm Həsrət qızı, Məmmədova Aişə Səbuhi qızı, Vəli Hüseyn Toğrul oğlu, Vəlizadə Zeynəb Toğrul qızı və Məmmədzadə İsgəndər Həsrət oğlu ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarına xitam verilməklə mənzilin boşaldılması qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu maddələrinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, digər prosessual hərəkətlər, məhkəmə icraatı iştirakçılarının izahatları a) Birləşdirilmiş əsas iddia üzrə apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən birləşdirilmiş birinci iş üzrə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayətdə qaldırılan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu 16 mart 2022-ci il tarixli Qərarında aşağıdakıları qeyd edir: Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qərardan da göründüyü kimi, vərəsə sayılan şəxslərin qeyri-formal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Belə ki, iddiaçı iddia tələbini bununla əsaslandırmışdır ki, o mübahisə predmeti olan mənzildə doğulub, böyümüşdür. O, atası öldükdən sonra həmin evdə qeydiyyatda olmaqla yaşamış, evin bütün kommunal xərclərini ödəmiş və əmlaka faktiki sahiblik edərək atasından miras qalan əmlakı faktiki qəbul etmişdir. Buradan da bir daha aydın olur ki, həm miras əmlakda yaşamaqla, həm də miras əmlaka dair vergiləri ödəməklə faktiki olaraq mirası qəbul etmişdir.

b) Birləşdirilmiş əlaqəli iddia üzrə apellyasiya instansiya məhkəməsində birinci icraat

18. Qətnamədən birləşdirilmiş ikinci iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılması xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin atası Məmmədov Həsən Əli oğlu 1936-cı ildə həmin ünvanda doğulmuş və ölən günə kimi orada yaşamışdır. Həmin mülk atasının nənəsi və babasının evi olmuşdur. Atasının babasının vəfatından sonra Bakı şəhəri 5 saylı DNK-da ona məxsus hissəni atasının xalası və dayısı öz aralarında mülkü yalnız onlara məxsus olması barədə həmin paya vərəsəlik hüquqları tanınmışdır. Lakin atasının və anasının payı müəyyən edilməmişdir. Buna baxmayaraq, atası həmin evdə uzun müddət, vəfat edənə kimi təsərrüfat aparmaqla yaşamış, ikinci mərtəbəni tikmiş, nənəsinə qulluq etmişdir. Cavabdeh və digər bacıları mübahisəli evdə qeydiyyatda olmaqla yaşayırlar. Bu səbəbdən də, onların evə dair istifadə hüquqlarına xitam verilməklə evin boşaldılması əsassızdır.

20. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-680/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh İddiaçı aid hissədə ləğv edilmiş, iddia həmin hissədə rədd olunmuşdur.

21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehlərin sözügedən evdə faktiki yaşamadıqlarını qeyd etsə də, cavabdehlərin həqiqətən də həmin evdə yaşamamasını göstərən hər hansı sübut iş materiallarında aşkar edilməmiş, həmçinin bu halın müəyyən edilməsi üçün məhkəmə tərəfindən hər hansı araşdırma aparılmamışdır.

c) Birləşdirilmiş əlaqəli iddia üzrə kassasiya instansiyası məhkəməsindəki icraat

22. Birləşdirilmiş əlaqəli iş üzrə iddiaçı (vəkil Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Şikayət belə əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi cavabdehin iddiaçının nə ailə üzvü, nə də ki, digər qohumlar kateqoriyasına aid olmadığı halda həmin hissəyə münasibət bildirməmiş, bu kateqoriyalardan heç birinə aid olmayan cavabdehin hansı əsasla istifadə hüququnun olduğunu əsaslandırmamışdır. Cavabdehin həmin evdən istifadəyə zərurəti belə olmadığı halda (onlardan xəbərsiz kirayə verməsi bunu təsdiq edir) evə istifadə hüququnun müəyyən edilməsi ilə iddiaçının Mülki Məcəllənin 152-ci maddəsi ilə nəzərdə tutulan mülkiyyətçi hüquqları pozulmuşdur.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 2901/2023 nömrəli, 08 avqust 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-680/2023 nömrəli, 21 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.

d) Digər prosessual hərəkətlər

25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2023-cü il tarixli, 2(103)-6212/2023 nömrəli qərardadı ilə hər iki iddia üzrə mülki işlər bir icraatda baxılması üçün birləşdirilmişdir.

e) Proses iştirakçılarının izahatı

26. Məhkəmə iclasında iştirak edən birləşdirilmiş əsas iş üzrə cavabdeh (birləşdirilmiş əlaqəli iş üzrə iddiaçı) Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

27. Məhkəmənin əvvəlki iclasında iştirak edən birləşdirilmiş əsas iş üzrə iddiaçı (birləşdirilmiş əlaqəli iş üzrə cavabdeh) İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçı əlavə olaraq bildirmişdir ki, 2005-ci ildə ailə həyatı qurmuş və ailəsi ilə birlikdə 2016-cı ilə qədər Masazırda kirayədə yaşamışdır. Atası vəfat etdikdən sonra isə mübahisəli mənzilə köçmüşdür.

28. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş və səbəbləri barədə hər hansı məlumat verməmişlər. Birləşdirilmiş əsas iş üzrə iddiaçı (birləşdirilmiş əlaqəli iş üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə eletron ərizə ünvanlayaraq İddiaçı bu günə təyin edilmiş məhkəmə iclasında iş yerindən icazə ala bilmədiyi üçün iştirak edə bilmədiyin, həmçinin özünün də səhhətində olan problem səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini nəzərə alaraq məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının:

29. Maddə 29 hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

30. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

1923-cü ildə qəbul edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

32. 487-ci maddəsinə əsasən vərəsəliyə qanun üzrə və vəsiyyət üzrə yol verilir.

33. 488-ci maddəsinə əsasən qanun üzrə vərəsələr- uşaqlar (o cümlədən övladlığa götürülən uşaqlar) ər-arvad və vəfat edənin əsək bacırığı olmayan ata-anaları, həmçinin vəfat edən şəxs vəfat etməzdən əvvəl azı bir il himayəsində olan əməyə bacarıqsız digər şəxslərdir.

34. 490-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə miras əmlak 488-ci maddədə göstərilən şəxslər arasında bərabər paylara bölünür.

35. 499-cu maddəsinə əsasən vərəsəlik açılan yerdə olan vərəsə 3 ay ərzində vərəsəlikdən imtina etmək barəsində müvafiq Notariat Kontoruna ərizə ilə müraciət etməzsə o, mirası qəbul etmiş hesab olunur.

36. 500-cü maddəyə əsasən vərəsəlik açılan yerdə olan vərəsələr, miras əmlakı mühafizə tədbirləri görüldüyü gündən etibarən altı ay ərzində şəxsən və ya nümayəndələri vasitəsilə vərəsəlik əmlakını qəbul edə bilərlər.

37. 505-ci maddəyə əsasən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılan şəxslər, onların vərəsəlik hüquqlarını təsdiq edən şəhadətnamə verilməsi haqqında yerli notariat kontorundan xahiş edə bilərlər.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan)

38. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

39. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzrlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

40. Maddə 87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

41. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 88 məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

49. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

50. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

51. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

52. Maddə 420 kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

54. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

55. Hazırki halda, apellyator apellyasiya şikayətlərində hər iki qətnamənin ləğv edilməsini və birləşdirilmiş əsas iş üzrə iddianın təmin, birləşdirilmiş əlaqəli iş üzrə isə iddianın rədd edilməsini xahiş etdiyindən əsas iş üzrə qətnamə bütövlükdə, əlaqəli iş üzrə qətnamə isə yalnız ona münasibətdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1599/2023 saylı iş üzrə 27 sentyabr 2023cü il tarixli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-473/2022 nömrəli 13 yanvar 2022-ci il tarixli qətnamələri dəyişdirilmədən saxlanılmalıdır.

57. Məhkəmə kollegiyası iki iddia tələbinin olmasını nəzərə alaraq və birləşdirilmiş birinci iddia tələbi üzrə nəticənin birləşdirilmiş ikinci iddia tələbi üzrə gəlinən nəticəni özündən bilavasitə asılı etməsini nəzərə alaraq hesab edir ki, gəlinən nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü apellyasiya şikayətinin dəlillərinin nəzərə alınmaqla ilk öncə birləşdirilmiş əsas iş üzrə iddia tələbi, daha sonra isə birləşdirilmiş əlaqəli iş üzrə iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparılmalıdır.

58. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 24 noyabr 2005-ci il tarixli qərarının 8.1-ci bəndinə görə, işdən qarşılıqlı iddia verildikdə qətnamənin əsaslandırıcı hissəsində həm ilkin, həm də qarşılıqlı iddia ayrı-ayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir. Bir icraata bir neçə tələb birləşdirildikdə və yaxın işdə müstəqil tələb irəli sürən 3-cü şəxslər iştirak etdikdə qətnamənin nəticə hissəsində bütün tələblər üzrə qərar qəbul edilməlidir. Həmçinin həmin qərarın 17-ci bəndində qeyd edilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

Birləşdirilmiş əsas iş üzrə iddia tələbi barədə;

59. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, işdə olan rəsmi sənədlərdən müəyyən edilir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 23 may 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanda yerləşən evin 1957-ci il tarixdən hal hazırki tarixə kimi kimlərin mülkiyyətində olması barədə müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. ünvan 4 saylı fərdi yaşayış evi Hüseyn Həbib oğlunun, Abdulla Həbib oğlunun və Əli Bala Davud oğlunun adlarına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 5 saylı DNK-nın 10814 reyestr nömrəli xx.xx.1957-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1957-ci il tarixdə evin 1/2 hissəsi Davudova Badam Xanım Əli Bala qızının və Əziz Ağa Əli Bala oğlunun adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 10 saylı DNK-nın K-10- 2525 reyestr nömrəli xx.xx.1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1991-ci il tarixdə evin bir hissəsi (1/4) Məmmədov Əli Əzizağa oğlunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 13 saylı DNK-nın 2-V/1-149 və 2-V/1-150 reyestr nömrəli xx.xx.1998-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən xx.xx.1998-ci il tarixdə evin 1/2 hissəsi Abdullayev Abdulla İbadulla oğlunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2-1922/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2007-ci il tarixdə evin 1/4 hissəsi Davidov Elxan Dadaş oğlunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 51 saylı notariat kontorunun xüsusi notariusu Ü.F.Kərimov tərəfindən təsdiq edilmiş 4Ə- 424 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdə evin 1/4 hissəsi Məmmədov Orxan Oqtay oğlunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı notariat kontorunun xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş 2V-69 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən xx.xx.2021-ci il tarixdə evin 1/4 hissəsi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 4 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisinin xüsusi notariusu H.Q.Hacıyevə tərəfindən təsdiq edilmiş 4Ə-805 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə evin 2/4 hissəsi Abdullayev Nicat Abdulla oğlunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş 4Ə-556 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə evin 1/4 hissəsi Abdullayevə Sürəyya Taplan qızının adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş 4Ə-1137 reyestr nömrəli 27 07.2022ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə evin 1/4 hissədən 14 m2 hissəsi Abdullayev Münasib Həsənpaşa oğlunun adına qeydiyyatdan keçmişdir. Hazırda ünvan 4 saylı fərdi yaşayış evinin 1/4 hissəsi Cavabdeh1, 2/4 hissəsi Abdullayev Nicat Abdulla oğlunun, 1/4 hissədən 14 m2 hissəsi Abdullayev Münasib Həsənpaşa oğlunun, 1/4 hissədən qalan hissəsi Abdullayeva Sürəyya Taplan qızının mülkiyyətlərindədir.

60. Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi 2/4 hissədə Abdullayev Abdulla İbadulla oğlunun, 1/4 hissədə Məmmədov Orxan Oqtay oğlunun, 1/4 hissədə Cavabdeh1 adına qeydiyyata alınmışdır.

61. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2005-ci il tarixli 2- 1011/2005 saylı qətnaməsindən (hakim T.Ş.Mahmudov) görünür ki, Həsən Əli oğlunun Məmmədov Əli Əziz-Ağa oğluna və 5 saylı Dövlət Notariat Kontoruna qarşı «qeydiyyat vəsiqəsinin, vərəsəlik şəhadətnaməsinin qismən ləğv edilməsi, anası Tükəzban Əli-Bala qızının anadan olması faktının, xalası Badam Xanım Əli-Bala qızının doğulması və ölüm faktının və həmin mülkdə Əli-Bala Davud oğlunun ölümündən sonra anası, xalası və nənəsinin paylarının onun adına keçməsi» tələbinə dair iddiası qismən təmin edilmiş, Tükəzban Əli Bala qızının 1910-cu ildə, Badam Xanım Əli Bala qızının 1920-ci ildə doğulmlarına dair hüquqi faktın müəyyən edilməsi qət edilmiş, iddia qalan hissədə rədd olunmuşdur.

62. Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2005- ci il tarixli 1mk-3829/05 saylı qətnaməsi ilə (hakimlər B.A.Şükürov, S.S.Babayev və M.Ə.Hüseynova) Nəsimi rayon Məhkəməsinin 20 aprel 2005-ci il tarixli 2- 1011/2005 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2007-ci il tarixli 2- 1922/2007 qətnaməsindən (hakim A.A.Abdullayeva) görünür ki, ərizəçi Davidov Elxan Dadaş oğlunun «qanun üzrə vərəsə hesab edilmə və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilmiş, Davidov Elxan Dadaş oğlunun xx.xx.1978-ci il tarixdə vəfat etmiş anası Daudova Badam Xanım Əlibala qızının qanun üzrə vərəsəsi sayılan və ona məxsus ünvan 5 ünvanda yerləşən mirasın 1/2 hissəsinin qəbul edilməsi faktı müəyyən edilmiş, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həmin evin 1/2 hissəsinə Davidov Elxan Dadaş oğlunun adına qeydiyyat vəsiqəsinin verilməsi tapşırılmışdır.

63. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 680/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-473/2022 saylı qətnaməsi yoxlanılan hissədə – cavabdeh İddiaçı aid hissədə ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmişdir.

64. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 06 iyun 2023-cü il tarixli məktubundan görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin 1957-ci il tarixdən bu günə kimi olan mülkiyyətçiləri haqqında məlumatın verilməsi barədə məktuba aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi Hüseyn Həbib oğlunun, Abdulla Həbib oğlunun və Əli Bala Davud oğlunun adlarına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri 5 saylı Dövlət Notariat Kontorunun xx.xx.1957-ci il tarixli, 10814 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1957-ci il tarixdə evin Əli Bala Davud oğluna məxsus olmuş 1/2 hissəsi Davudova Badam Xanım Əli Bala qızının və Əziz Ağa Əli Bala oğlunun adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 10 saylı Dövlət Notariat Kontorunun xx.xx.1991-ci il tarixli K-10-2525 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1991-ci il tarixdə evin Əziz Ağa Əli Bala oğluna məxsus olmuş 1/4 hissəsi Məmmədov Əli Əzizağa oğlunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontorunun 2-V/1-150 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən xx.xx.1998-ci il tarixdə evin Hüseyn Həbib oğlu və Abdulla Həbib oğluna məxsus olmuş 1/2 hissəsi Abdullayev Abdulla İbadulla oğlunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2-1922/2007 nömrəli qətnaməsinə əsasən xx.xx.2007-ci il tarixdə evin Davudova Badam Xanım Əli Bala qızın məxsus olmuş 1/4 hissəsi Davidov Elxan Dadaş oğlunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 51 saylı Notariat Kontorunun xüsusi notariusu Ü.F.Kərimov tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-424 reyestr nömrəli alğısatqı müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdə evin Məmmədov Əli Əzizağa oğluna məxsus olmuş 1/4 hissəsi Məmmədov Orxan Oqtay oğlunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı Notariat Kontorunun xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 2V-69 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdə evin Davidov Elxan Dadaş oğluna məxsus olmuş 1/4 hissəsi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. 4 saylı Bakı «ASAN xidmət» mərkəzində Notariat Ofisinin xüsusi notariusu H.Q.Hacıyev tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-805 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.2021ci il tarixdə evin Abdullayev Abdulla İbadulla oğluna məxsus olmuş 2/4 hissəsi Abdullayev Nicat Abdulla oğlunun adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-556 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə evin Məmmədov Orxan Oqtay oğluna məxsus olmuş 1/4 hissəsi Abdullayevə Sürəyya Taplan qızının adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 14 saylı Notariat Ofisinin xüsusi notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-1137 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə evin Abdullayeva Sürəyya Taplan qızına məxsus olmuş 1/4 hissəsindən 14 m2 hissəsi Abdullayev Münasib Həsənpaşa oğlunun adına qeydiyyatdan keçmişdir. Hal-hazırda ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi Cavabdeh1, 2/4 hissəsi Abdullayev Nicat Abdulla oğlunun, 1/4 hissəsindən 14 m2 hissəsi Abdullayev Münasib Həsənpaşa oğlunun, 1/4 hissəsindən qalan hissəsi Abdullayeva Sürəyya Taplan qızının mülkiyyətlərindədir.

65. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində ifadə vermiş Muxtarova Cahan Əliyevna ifadəsində bildirmişdir ki, iddiaçının qonşusudur. İddiaçının atası Həsənağanın bir otaqlı evi var idi. Bunlar hamısı həmin bir otaqda yaşayırdılar. Sonra uşaqları olduqca Həsənağa gördü ki, bir otağa yerləşə bilmirlər, buna görə də Həsənağa evin üstünü tikmişdir. O, Elxan adlı şəxsi tanımır. Evin üst mərtəbəsi tikilib, təmir edilməsində ancaq Həsənağa pul xərcləmişdir. Həmin mübahisəli evlə bağlı Həsənağanın heç kimlə mübahisəsi olmamışdır. Cavabdeh1 tanımır. O, 1969-cu il 12 oktyabr tarixində ora gəlin gəlmişdir və həmin tarixdən orada yaşayır. Badamxanımı tanımır, görməmişdir. Əlibala Davidovu tanımır, görməmişdir. Əzizağanı tanımır, görməmişdir. Həmin həyətdə Həsənağadan başqa heç kim qalmırdı, həyətdə yalnız Həsənağa qalırdı. Hal-hazırda həmin həyətdə heç kim yaşamır.

66. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində ifadə vermiş Cəfərova Şuşaxanım Vaqif qızı ifadəsində bildirmişdir ki, o, iddiaçının qonşusudur və onunla bir yerdə böyümüşdür. İddiaçı, həmçinin onun uzaq qohumudur. İddiaçı və ailəsi mübahisəli evdə yaşamışdır. Həmin ev əvvəl bir otaqlı idi, daha sonra həmin evin üst hissəsini iddiaçının atası Həsən əmi tikmişdir. O, Bakı şəhəri Topçubaşov 147 ünvanda yaşayır. Əli yaşayan evdə indi kimin yaşaması barədə məlumatı yoxdur. O, Cavabdeh1 həmin evdə görməmişdir. Onun Əli adında qardaşı var idi. Əli cəzaçəkmə müəssəsindən gələndən sonra bunların məhləsindən qız almış və Əliyə ev tikmişlər, ondan sonra ora gəlib-gedirdi və o da, Əlini elə görmüşdür. Həmin şəxsin Həsən müəllimlə mübahisəsinin olub-olmamasını bilmir. Evin üst hissəsini Həsən əmi tikmişdir. Badamxanımı görməmişdir. Elxanın Əli adında bir qardaşının və Lalə adında bir bacısının olduğunu bilir. Əli Həsənağanın qohumudur. Ev Həsənağanın anasının evi olmuşdur.

67. İş materiallarından görünür ki, iddiaçı nənəsindən atasına, atasından da özünə keçən vərəsəlik hüquqlarını mübahisələndirir. İddiaçının mübahisələndirdiyi xx.xx.1957-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməsi qəbul edilərkən qüvvədə olan 1923-cü ildə qəbul edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də hazırda qüvvədə olan mülki qanunvericiliyin vəzifələri vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləmək və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq bu hüququn həyata keçirilməsinə təminat verməkdir. Həmçinin, vərəsəlik hüququ Mülki Məcəllədə nəzərdə tutulmuş və qayda olaraq imperativ xarakter daşıyan normalarla müəyyən olunur və bu qaydalardan kənara çıxılması yolverilməzdir.

68. İş materiallarından görünür ki, ünvan 4 saylı fərdi yaşayış evi Hüseyn Həbib oğlunun, Abdulla Həbib oğlunun və Əli Bala Davud oğlunun adlarına ilkin qeydiyyatdan keçmişdir. Mübahisəli mülkə vərəsəlik 1957-ci ildə Əli-Bala Davud oğlunun ölümü ilə açılmışdır.

69. Bakı şəhəri 5 saylı DNK-nın 10814 reyestr nömrəli xx.xx.1957-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1957-ci il tarixdə evin 1/2 hissəsi Davudova Badam Xanım Əli Bala qızının və Əziz Ağa Əli Bala oğlunun adlarına qeydiyyatdan keçmişdir.

70. Hazırda iddiaçı 5 saylı DNK-nın 10814 saylı xx.xx.1957-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməklə və mübahisəli ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin 2/4 hissədə Abdullayev Abdulla İbadulla oğlunun, 1/4 hissədə Məmmədov Orxan Oqtay oğlunun, 1/4 hissədə Cavabdeh1 adına qeydiyyata alınmasına dair Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********77-10301 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının ləğv olunması ilə yanaşı özünün evin üzərində vərəsəlik hüquqlarının tanınmalı olmasını iddia edir.

71. İş materiallarından görünür ki, 5 saylı DNK-nın 10814 saylı xx.xx.1957-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməsindən sonra Azərbaycan Respublikası ƏMDKnın yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, **********77-10301 nömrəli çıxarış verilənə kimi iddiaçının mübahisələndirmədiyi Bakı şəhəri 10 saylı DNK-nın K-10-2525 reyestr nömrəli xx.xx.1991-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən xx.xx.1991-ci il tarixdə evin bir hissəsi (1/4) Məmmədov Əli Əzizağa oğlunun adına, Bakı şəhəri 13 saylı DNK-nın 2-V/1-149 və 2-V/1-150 reyestr nömrəli xx.xx.1998-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən xx.xx.1998-ci il tarixdə evin 1/2 hissəsi Abdullayev Abdulla İbadulla oğlunun adına, Nəsimi Rayon Məhkəməsinin 2-1922/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2007-ci il tarixdə evin 1/4 hissəsi Davidov Elxan Dadaş oğlunun adına, Bakı şəhəri 51 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-424 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixdə evin 1/4 hissəsi Məmmədov Orxan Oqtay oğlunun adına, Bakı şəhəri 14 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 2V-69 reyestr nömrəli xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən xx.xx.2021-ci il tarixdə evin 1/4 hissəsi Cavabdeh1 adına, 4 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 4Ə-805 reyestr nömrəli xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixdə evin 2/4 hissəsi Abdullayev Nicat Abdulla oğlunun adına, Bakı şəhəri 14 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş 4Ə-556 reyestr nömrəli xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə evin 1/4 hissəsi Abdullayevə Sürəyya Taplan qızının adına, həmin Notariat Kontorunun 4Ə1137 reyestr nömrəli 27 07.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən isəxx.xx.2022-ci il tarixdə evin 1/4 hissədən 14 m2 hissəsi Abdullayev Münasib Həsənpaşa oğlunun adına qeydiyyatdan keçirilmişdir.

72. İddiaçı mübahisəli mülkə Bakı şəhəri 5 saylı DNK-da verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən atasının xalası Badam Xanım Əli-Bala qızı və dayısı Əziz-Ağa Əli-Bala oğlunun vərəsəlik hüquqları tanınmasını göstərməklə yanaşı, nənəsi Tükəzban Əli-Bala qızının həmin ərəfədə ağır xəstə olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməməsini, buna baxmayaraq nənəsinin atası ilə birlikdə daim atasının evində yaşayıb və onun 08 may 1957-ci ildə vəfatından sonra da miras qoyulan evi faktiki olaraq qəbul edərək, ölən günə kimə həmin evdə yaşamasını göstərsə də, nə nənəsinin, nə də atasının miras əmlakı vərəsəlik hüququnun tanınmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir və belə bir sübut da iş materiallarında yoxdur.

73. Məhkəmə kollegiyası iş üzrə şahid ifadələri ilə bağlı qeyd edir ki, bu ifadələrlə mübahisəli həyətdə iddiaçının atasının nənəsi ilə yaşaması faktı təsdiq edilsə də belə, bu hal hazırki iddianın əsaslı olmasını təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz.

74. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2005-ci il tarixli 2-1011/2005 saylı qətnaməsindən görünür ki, Həsən Əli oğlu Məmmədov Əli Əziz Ağa oğluna və 5 saylı Dövlət Notariat Kontoruna qarşı işə baxılarkən müəyyən edilmişdir ki, Bakı şəhəri Topçubaşov küçəsi 143 saylı evin Əli Bala Davud oğluna məxsus hissəsinə 08 oktyabr 1957-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Davudova Badam Xanım Əli Bala qızının və Əziz Ağa Əli Bala oğlunun vərəsəlik hüquqları tanınmışdır. Sonuncu cavabdeh Ə.Ə.Məmmədovun atası olmaqla, onun adına olan hissəyə 1991-ci ildə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Ə.Ə.Məmmədovun vərəsəlik hüququ tanınmışdır. Hazırda Topçubaşov küçəsi 143 saylı ev ikidə bir payda Ə.Ə.Məmmədova, ikidə bir payda isə Davudova Badam Xanım Əli Bala qızına məxsusdur. Miras mülk vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 2 nəfər tərəfindən qəbul edilmişdir. Qeyd edilən mülk ikidə bir hissədə Məmmədov Əli Əzizağa oğluna, ikidə bir hissədə isə Davudova Badamxanım Əli Bala qızına məxsusdur. Davudova Badamxanım Əli Bala qızının isə övladlığa götürdüyü vərəsələri vardır. Vərəsəlik 1957-ci ildə açılmış və həmin vaxt evin mülkiyyətçisi vəfat etdiyindən, evə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras qoyanın qızının və oğlunun vərəsəlik hüququ tanınmışdır. İddiaçının anası Tükazban miras qoyan Əli Bala Davud oğlunun qızı olmasına baxmayaraq onun vərəsəlik hüququ tanınmamışdır. Uzun müddət ərzində həmin məsələ mübahisə edilməmiş, 1991-ci ildə Əziz Aağa Əli Bala oğluna aid hissəyə cavabdeh Ə.Ə.Məmmədovun vərəsəlik hüquqları tanınmış və həmin ildə evə aid qeydiyyat vəsiqəsi verilmişdir. Bu baxımdan iddiaçının iddia müddətini buraxmaqla iddia ilə məhkəməyə müraciət etməsi müəyyən olunur.

75. Qeyd edilən qətnaməni dəyişdirilmədən saxlamış apellyasiya instansiyası məhkəməsi də qətnaməsində həmçinin göstərilmişdir ki, mübahisəli mülkə vərəsəlik Davud Əlibala oğlunun ölümü ilə açılmışdır. Onun 4 nəfər birinci növbədə vərəsələri olmuşdur, arvadı Leyla, uşaqları Tükəzban, Badamxanım və Əzizağa Leyla və Tükəzban miras əmlakdan paylarını qəbul etməmişlər. Vərəsəlik şəhadətnaməsi verilməsi üçün müraciət etməmişlər. Mirası Badamxanım və Əzizağa qəbul etmişlər. İddiaçı Həsən Əli oğlu anası Tükəzbanın payına iddiaçı ola bilər, lakin anasının miras əmlakda payı olmadığı üçün onun pay hüququ yoxdur, iddiaçı hazırda Badamxanıma məxsus hissədə yaşayır, onun uzun müddət həmin evdə yaşamasına və mirasın açıldığını bildiyinə baxmayaraq qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində mirası qəbul etməsi faktı və vərəsə kimi tanınması barədə ərizə verməmişdir, onun guya bu müddət ərzində ərizə verilməsi üçün vaxtının olmaması barədə izahatları inandırıcı deyildir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə yazılı ərizə vermişdir.

76. Göründüyü kimi, iddiaçının atası Həsən Əli oğlunun vərəsəliklə bağlı iddiasının təmin edilməməsinə dair qanuni qüvvəsini almış məhkəmə aktları mövcuddur. Bu isə ona dəlalət edir ki, iddiaçı atası öldükdən sonra həmin evdə qeydiyyatda olmaqla yaşaması və evin bütün kommunal xərclərini ödəməklə əmlaka faktiki sahiblik etməsi halları atasından miras qalan əmlakı faktiki qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Qanunvericiliklə iddiaçının vərəsəlik hüququnun yaranması üçün ilk öncə onun atasının vərəsəlik hüququ yaranmalı idi.

77. Kollegiya qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən hesab edir ki, iddiaçının atasının vərəsəlik hüququ tanınmadığı halda onun övladı kimi iddiaçının da vərəsəlik hüququ yarana bilməzdi.

78. Göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (mirasın atası tərəfindən, atası vəfat etdikdən sonra isə özü tərəfindən qəbul olunmasına) dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir.

79. Qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir.

80. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

81. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

82. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

83. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

84. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir

85. Məhkəmə kollegiyası sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hüquq ötürülmədiyi və vərəsə kimi iddiaçıya atasından miras qalması faktı təsdiqini tapmadığı, eləcə də, 5 saylı DNK-nın 10814 saylı xx.xx.1957-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız hesab olunması və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin **********77-10301 nömrəli çıxarışın ləğv edilməsinə heç bir hüquqi əsas müəyyən edilmədiyindən həm bu iddiaların, həm də fərdi yaşayış evi üzərində onun vərəsəlik hüququ tanınmasına dair iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

Birləşdirilmiş əlaqəli iş üzrə iddia tələbi barədə;

86. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. • Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst- üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) • İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

87. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

88. Baxılan işdə mübahisə predmeti olan fərdi yaşayış evinin ¼ hissədə paylı mülkiyyətiçisi kimi iddiaçı cavabdehlərin uzun müddətdir mübahisəli evdə deyil, başqa ünvanda yaşadıqlarını, sadəcə formal olaraq həmin evdə qeydiyyatda qaldıqlarını bildirərək, evə istifadə hüquqlarına xitam verilməsini və evin boşaldılmasını tələb edir.

89. Cavabdeh İddiaçı isə iddiaya etiraz edərək, həmin ünvanda yaşadığını bildirmiş və sübut qismində dəvət etdiyi mübahisəli evdə qonşuları olan şəxslərin ifadələrini göstərmişdir.

90. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 8-ün ¼ hissəsi Cavabdeh1 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə reyestr kitabında ********** nömrə ilə qeydiyyat aparılmışdır.

91. İş materiallarındakı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli arayışına əsasən Məmmədova Nailə Həsən qızı, Məmmədova Aişə Səbuhi qızı, Vəli Hüseyn Toğrul oğlu, Məmmədzadə Məryəm Həsrət qızı, Vəliyeva Naibə Həsən qızı, İddiaçı, Məmmədov Səid Səbuhi oğlu, Məmmədov Zaur Səbuhi oğlu, Vəlizadə Zeynəb Toğrul qızı və Məmmədzadə İsgəndər Həsrət oğlu ünvan 8 ünvanında pasport qeydiyyatındadırlar.

92. Kassasiya instansiya məhkəməsinin hazırkı iddia tələbi üzrə qərarında qeyd edilmişdir ki, apellyasiya məhkəməsi cavabdehin evə istifadə hüququna xitam verilməsi barədə iddianı rədd edərkən şahid ifadələrini mötəbər sübut kimi qəbul edərək, həmin ünvanda cavabdehə məxsus əşyaların da olmasını nəzərə alaraq, bu halların onun faktiki olaraq mübahisə predmeti olan evdə yaşadığı qənaətinə gəlməyə əsas verdiyini, bu səbəbdən də istifadə hüququnun saxlandığını qeyd etmişdir. İş materiallarından görünür ki, şahidlərin ifadələri onların dindirildiyi 14 fevral 2023-cü il tarixli məhkəmə iclasının protokolunda əks olunmuşdur. Lakin apellyasiya məhkəməsi tərəfindən qətnamənin əsaslanırıcı hissəsində bu ifadələr natamam şəkildə göstərilmişdir ki, bu da həmin ifadələrə düzgün hüquqi qiymət verilməməsi deməkdir. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində şahidlərin “cavabdehlərin ailə qurub mübahisə predmeti olan evdən köçmələri” barədə bildirdikləri əks olunmamış və nəticə etibarı ilə bu ifadələr hüquqi qiymətləndirmədən kənar qalmışdır. Halbuki, yuxarıda qeyd olunan hüquqi mövqelərdən də aydın olduğu kimi, bu ifadələrin qiymətləndirilməsinin nəticələri cavabdehin evə istifadə hüququnun mövcud olub-olmadığı ilə bağlı mübahisənin həlli ilə bağlı xüsusi əhəmiyyət daşıya bilərdi. Eyni zamanda, iş materiallarından və bu iş üzrə “Elektron məhkəmə” informasiya sistemə daxil edilmiş məlumatlardan görünür ki, apellyasiya məhkəməsi tərəfindən 14 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasının video-audio yazısı aparılmamış, bununla da MPM-in 272.4-1-ci maddəsinin də tələbləri pozulmuşdur.

93. Kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasının video-audio yazısı aparılmaqla şahid qismində Muxtarova Cahan Əliyevna dindirilmişdir. Şahid Cahan Muxtarova ifadəsində bildirmişdir ki, xx.xx.1941-ci ildə anadan olmuşdur. Hazırda ünvan 9 ünvanında yaşayır. 1969-cu il 12 oktyabrda həmin evə gəlin gəlmişdir. Bir-iki il qaynansı onu qonaq aparmış, lakin sonra yenə həmin evə qayıtmışdır. Həyətyoldaşı ilə cavabdehlərin atası bir sinifdə oxumuşdur. Onunla bir evli kimi olmuşlar. Həmin evdə Həsənağa yaşayıb və onun 4 qızı var idi. Uşaqlar böyüdükcə Həsənağa evin üstünü artırmışdır. Cavabdeh Nəzakət xanım böyüdükdən sonra ərə gedib. Nəzakət xanımın toy vaxtı dəqiq yadında deyil. Həmin vaxt xəstə olmuşdur. Ancaq o biri bacısının toyunda olmuşdur. Hətta Maya ilə şəkilləri də var. Nəzakətin hansı illərdə ailə qurub getməsi yadıma gəlmir. Nəzakətin balaca bacısı onların qohumlarına ərə gedib. Maştağaya. Nəzakət ər evinə köçmüşdür, lakin gəlib-gedirdi. Əlavə olaraq bildirmişdir ki, Nəzakət xanımla get gəlimiz var. Dünən onların atası-anası üçün “yasin” oxmuşdur. Nəzakət xanımın yoldaşının adını bilmir. Maraqlanmır. Nəzakətlə qonşu deyil, Həsənağa ilə qonş olmuşlar. Nəzakət cümə axşamları evə gəlir. Arada işləri olur. İşıqları yanır. Nəzakət də olmasa kiçik bacısı, ya da digər bacıları evə gəlib-gedir. Nəzakət xanımın 2-3 uşağı olmalıdır. Nəzakət xanım qalanda qalır. Gəlib-getdiklərini görmüşdür. Nəzakət ərə gedib. Öz ailəsi ilə qalmalıdır. Ancaq həmin evə gəlib-getmişdir. Atasının evidir. Gəlib işığını yandırırdı. Ocağını yandırırdı.

94. Kollegiya qeyd edir ki, cavabdeh İddiaçı 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələblərinə əsasən həmin vaxtkı mülkiyyətçinin ailə üzvü kimi mübahisəli evə istifadə hüququnun yaranması işin mübahisəsiz halıdır. Bu hüquqa xitam verilməsi əsasları həmin Məcəllənin 60 və 87-ci maddələri ilə tənzimlənmişdir.

95. Qeyd olunmalıdır ki, yaşayış sahəsindən istifadə hüququ bir şəxsin (hüquq sahibi) mənzil ehtiyacını başqa şəxsə məxsus olan mənzil hesabına qarşılamağı (başqa yaşayış sahəsi olmadığı üçün) təmin edən bir hüquqdur. Bu hüququn yaranmasına səbəb olan hallar (ailə münasibəti, mənzil ehtiyacının başqa yerdə təmin edilməsinin mümkünsüzlüyü və s.) aradan qalxdıqdan və uzun müddət keçdikdən sonra ondan əvvəlki qaydada (ehtiyat hüquq kimi) istifadə edilməsi yolverilməzdir.

96. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu da “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsinə dair” 12 mart 1999-cu il tarixli qərarında vurğulamışdır ki, ...Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

97. Konstitusiya Məhkəməsi bu hüquqi mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında da ifadə edərək vurğulamışdır ki, ...yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür.

98. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir.

99. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

100. Göründüyü kimi iş materiallarından, tərəflərin izahatlarından və şahid ifadəsindən məlum olur ki, ünvan 8 iddiaçı Cavabdeh1 paylı mülkiyyətindədir, cavabdeh İddiaçı həmin mənzildə faktiki yaşamır. Belə ki, Məhkəmənin iclasında iştirak etmiş birləşdirilmiş əsas iş üzrə iddiaçı (birləşdirilmiş əlaqəli iş üzrə cavabdeh) İddiaçı izahatında bildirmişdir ki, 2005-ci ildə ailə həyatı qurmuş və ailəsi ilə birlikdə 2016-cı ilə qədər Masazırda kirayədə yaşamışdır. Atası vəfat etdikdən sonra isə mübahisəli mənzilə köçmüşdür. Hazırda həmin mənzildə yaşadığını qeyd etsə də, məhz Nəzakkət Məmmədovanın dəvət etdiyi şahidlər mübahisəli mənzildə heç kəsin yaşamadığını qeyd etmişdirlər.

101. Kollegiya hesab edir ki, hazırkı halda yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin, yəni İddiaçı yaşayış sahəsinə ehtiyacı aradan qalxdığından təqdirdə (nikaha daxil olaraq ər evinə köçdüyündən) həmin hüquqa kompensasiya ödəmədən xitam verilməlidir. Bunun əksinin düşünülməsi iddiaçının ona məxsus mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmiş olardı. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi mənzilə dair cavabdehin istifadə hüquqları itirilmiş hesab olunmalıdır.

102. Beləliklə, məhkəmə kollegiyası birləşdirilmiş işlər ilə əlaqədar hər iki iddia tələbi üzrə dəyərləndirmə apararaq hesab edir ki, İddiaçı iddiası rədd, iddiaçı Cavabdeh1 iddiasının isə təmin edilərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edildiyindən əsaslı sayıla və təmin edilə bilməz.

103. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

104. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

105. Kollegiya hesab edir ki, apellyator tərəfindən apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.

106. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 1599/2023 saylı iş üzrə 27 sentyabr 2023-cü il tarixli qətnaməsi və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 473/2022 nömrəli 13 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu birləşdirilmiş birinci iş üzrə iddiaçı (birləşdirilmiş digər iş üzrə cavabdeh) İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar