Məhkəmə qərarları › İş №2(103)-92/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-92/2024

13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-92/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Cavabdeh tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(006)-1481/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(006)- 1481/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 3004-cü məhəllədə Cavabdeh tərəfindən inşa edilmiş binanın 2-ci girişində yerləşən və 12 fevral 2008-ci il tarixli “kooperativ binada mənzil tikintisi haqqında” müqaviləyə əsasən İddiaçı məxsus olan 114 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın İddiaçı təqdim edilməsi vəzifəsinin "Günəşli” Mənzil Tikinti Kooperativinə həvalə edilməsi qət edilmişdir. Cavabdeh MTK tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-540/2023 saylı, 11 iyul 2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər X3 və Cavabdehnə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sahənin boşaldılması tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-2437/2023 nömrəli mülki iş həll edilənədək, yəni həmin iş üzrə çıxarılacaq məhkəmə qərarı qanuni qüvvəyə minənədək hazırkı mülki işin icraatının dayandırılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-2437/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh və X3 qarşı “müqavilənin etibarsız hesab edilməsi və sahənin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan qərardadın əsaslandırıcı hissəsində göstərilən əsaslara görə imtina edilmiş və ərizənin geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-146/2024 nömrəli, 17 yanvar 2024cü il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər İddiaçı və Cavabdehnə qarşı «mənzildən istifadə edilməsi ilə bağlı maneələrin cavabdehlərə qadağan edilməsi» tələbinə dair iddiasının təmin edilməsi, iddiaçı X2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 3-cü girişində, 17-ci mərtəbədə ümumi sahəsi 115,3 kv.m. olan 3 otaqlı 240 B nömrəli mənzildən (Yeni qaydalarla : AZ1111, Bakı şəhəri, Nəsim rayonu, Ceyhun Səlimov küçəsi, 20, m 17, m 6) istifadə etməsi ilə bağlı maneələrin yaradılmasının cavabdehlər İddiaçı və Cavabdehnə qadağan edilməsi, İddiaçı X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər Cavabdehnə və X3 qarşı «müqavilənin etibarsız hesab edilməsi və sahənin boşaldılması» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında eyni xarakterli mübahisə ilə bağlı eyni cavabdeh tərəfindən Cavabdehnə qarşı məhkəmə işi mövcuddur və həmin məhkəmə icraatı davam edir. Bu səbəbdən ədalət mühakiməsinin tez, düzgün, səmərəli və keyfiyyətli həyata keçirilməsini təmin etmək məqsədi ilə, eləcə də prosessual qənaət prinsipinin tələblərinə uyğun olaraq hər iki işdə mübahisə predmeti və tərəflər eyni olduğundan onlar bir icraatda birləşdirilməlidir. Apellyasiya şikayətinə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada tərəflərə xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxılarkən məlum olmuşdur ki, iddiaçı X2 cavabdehlər İddiaçı və Cavabdeh MTKya qarşı “mənzildən istifadə edilməsi ilə bağlı maneələrin cavabdehlərə qadağan edilməsi”, habelə İddiaçı cavabdehlər Cavabdeh MTK və X3 qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və sahənin boşaldılması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-146/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin digər hakimi İkram Şirinovun icraatındadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim (məhkəmə) həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, həmin mülki işləri birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki iş əlaqəli olan X2 cavabdehlər İddiaçı və Cavabdeh MTK-ya qarşı “mənzildən istifadə edilməsi ilə bağlı maneələrin cavabdehlərə qadağan edilməsi”, habelə İddiaçı cavabdehlər Cavabdeh MTK və X3 qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və sahənin boşaldılması” tələblərinə dair 2(103)-2609/2024 nömrəli mülki işlə bir icraatda baxılması məqsədi ilə həmin işə birləşdirilməsi üçün göndərilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.2, 169, 257, 263-264-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə qarşı “kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi” tələbinə dair 2(103)-92/2024 saylı mülki iş, onunla əlaqəli olan iddiaçı X2 cavabdehlər İddiaçı və Cavabdeh MTK-ya qarşı “mənzildən istifadə edilməsi ilə bağlı maneələrin cavabdehlərə qadağan edilməsi”, habelə İddiaçı cavabdehlər Cavabdeh MTK və X3 qarşı (X5 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müqavilənin etibarsız hesab edilməsi və sahənin boşaldılması” tələblərinə dair 2(103)-2609/2024 nömrəli mülki işlə bir icraatda baxılması məqsədi ilə həmin işə birləşdirilməsi üçün göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar