Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-920/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı, cavabdeh - Bakı şəhər Təcili və X5 Stansiyasının nümayəndəsi X2 iştirakı ilə İddiaçı Bakı şəhər Təcili və X1rşı “istifadə olunmamış məzuniyyətə görə pul kompensasiyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 sentyabar 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Təcili və X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2018-ci təqvim ilinin əmək məzuniyyətinə çıxmaq istəməsi barədə çalışdığı cavabdeh müəssisənin rəhbərliyinə ərizə ünvanlasa da buna icazə verilmədiyini, müəssisə rəhbərliyinin onu “Covid-19” (koronovirus) pandemiyası ilə əlaqədar həkimlərə ehtiyac olduğuna görə məzuniyyətə buraxmadığını, bu səbəblə rəhbərlikdən 2018-2019-cu və 2019-2020-ci təqvim illərinin əmək məzuniyyətlərinin kompensasiyasının ödənilməsini xahiş etdiyini, lakin bu xahişinə də məhəl qoyulmadığını bildirmiş, buna görə də 2018- 2019-cu və 2019-2020-ci təqvim illəri üçün istifadə etmədiyi məzuniyyətinin kompensasiyasının cavabdeh müəssisədən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Bakı şəhər Təcili və X4 Stansiyasında çalışdığı 2018-ci və 2019-cu iş illəri üçün istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyanın hesablanaraq ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən cavabdeh müəssisənin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini məhkəmənin, iddiaçının iddia müddətini ötürmüş olmasına əhəmiyyət vermədiyi, eləcə də iddiaçının sertifikasiya imtahanlarından yayınmaq məqsədilə 2018-2019-cu ilin məzuniyyət dövründə xəstəlik vərəqəsi açdıraraq bülletendə olduğunu və müəssisə rəhbərliyinin ona müvafiq dövr üçün məzuniyyətə çıxmasını təklif etməsinə baxmayaraq onun xəstəlik vərəqəsində (bülletendə) olduğunu əsas gətirərək bundan imtina etdiyini nəzərə almadığı arqumentləri ilə əsaslandırmışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Təcili və X5 Stansiyasının nümayəndəsi İntiqam Hacıyev apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə; iddiaçı isə şikayətin əsassız olduğunu bildirərək şikayətin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız “İddiaçı Bakı şəhər Təcili və X4 Stansiyasında çalışdığı 2018-ci və 2019-cu iş illəri üçün istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyanın hesablanaraq ödənilməsi” hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni iddiaçı mübahisələndirməmiş, cavabdehin nümayəndəsi isə yazılı apellyasiya şikayətində qətnamənin ləğvini xahiş etməsinə baxmayaraq, onun iradə ifadəsi də iddianın təmin olunması ilə bağlı hissədə qətnamənin ləğvinə yönəlmişdir. Başqa sözlə qətnamənin, iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi “İddiaçı Bakı şəhər Təcili və X4 Stansiyasında çalışdığı 2018-ci iş ili üçün istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın hesablanaraq ödənilməsi” hissəsində ləğv olunmalı, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş hallarına əsasən, Bakı şəhər Təcili və X5 Stansiyasının əməkdaşı olan iddiaçı 2018-2019-cu iş ili ərzində əmək məzuniyyətinə çıxmamış, həmin müəssisənin baş direktoruna ünvanladığı xx.xx.2020-ci il tarixli ərizəsində ona xx.xx.2020-ci il tarixindən növbəti məzuniyyət verilməsi xahişi isə, Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tibb müəssisələrinin rəhbərlərinə göndərdiyi xx.xx.2020-ci il tarixli məktubda koronavirus (COVİD -19) epidemiyası ilə bağlı elan olunmuş xüsusi karantin rejimi nəzərə alınaraq tibb işçilərinin (istisna hallar nəzərə alınmaqla) növbəti məzuniyyətə çıxmasına müvəqqəti olaraq müvafiq məhdudiyyətlərin qoyulması tövsiyyəsi əsas götürülməklə təmin olunmamışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, iddiaçı 2018-2019-cu illərin müxtəlif günlərində xəstə olmuş və işə çıxmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 110-cu maddəsinə əsasən, işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 113-cü maddəsinə görə, əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır. Əmək məzuniyyətinin müddəti təqvim günü ilə hesablanır. Əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub, istər birlikdə, istərsə də ayrılıqda verilə bilər. Əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir. İş ili işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır. Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlanmayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Bir iş ilinə görə yalnız bir əmək məzuniyyəti verilə bilər. Təqvim ili ərzində işçinin iki iş ilinə görə məzuniyyət hüququ olduqda o, həmin təqvim ilində hər iki iş ilinə görə məzuniyyətdən birlikdə və ya ayrı-ayrılıqda istifadə edə bilər. Həmin Məcəllənin 135-ci maddəsinə görə isə, bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Qeyd olunmalıdır ki, işçinin məzuniyyət hüququ konstitusion hüquqdur və işçi əmək məzuniyyətindən vaxtında istifadə edə bilmədikdə istifadə etmədiyi iş illərinin əmək məzuniyyətlərindən natura formasında istifadə hüququnu itirmir. Eyni zamanda, işçi istənilən səbəbə görə həmin iş ili (illəri) üçün əmək məzuniyyətindən istifadə etmədikdə ona müəyyən olunmuş qaydada və məbləğdə pul kompensasiyası ödənilir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının istifadə etmədiyi məzuniyyətə görə ona kompensasiya ödənilməli olması barədə düzgün nəticəyə gəlsə də, 2018-ci iş ili üçün müvafiq tələbi irəli sürdüyü zaman qanunla müəyyənləşdirilmiş iddia müddətini ötürmüş olduğunu nəzərə almamış, nəticədə, tətbiq edilməli maddi hüquq normasını tətbiq etməmişdir. Çünkü müvafiq tələbə iddia müddətinin tətbiqi qanunda açıq şəkildə müəyyənləşdirilmiş, qanunverici yalnız işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddətinin şamil edilmədiyini xüsusi vurğulamışdır. Apellyasiya şikayətinin digər dəlili ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının iş ili ərzində müxtəlif vaxtlarda xəstəliyi səbəbilə işdə olmaması, həmin iş ili üçün istifadə etmədiyi məzuniyyətə görə onu kompensasiya almaq hüququndan məhrum edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4102/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi “İddiaçı Bakı şəhər Təcili və X4 Stansiyasında çalışdığı 2018-ci iş ili üçün istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın hesablanaraq ödənilməsi” hissəsində ləğv olunsun. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə, yəni “İddiaçı Bakı şəhər Təcili və X4 Stansiyasında çalışdığı 2019-cu iş ili üçün istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın hesablanaraq ödənilməsi” hissəsində dəyişdirilmədən saxlanılsın. İddiaçının ödəməkdən azad edildiyi, eləcə də apellyasiya şikayəti verilərkən ödənilməli olan dövlət rüsumunun əvəzi qismində cəmi 45 (qırx beş) manat Bakı şəhər Təcili və X5 Stansiyasından alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-920/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-920/2021
04.02.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver