Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-923/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, Xəlilov İsmayıl Kamil oğlundan və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X1rşı "pul tələbi"nə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qəbul etdiyi 2(006)-5176/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2020-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı "pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxxxxxxx” ASC ilə İddiaçı arasında xx xxxxxx 2015-ci il tarixli ********* №-li əmanət müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə əsasən 25.000 (iyirmi beş min) ABŞ dolları məbləğində əmanət banka 24 ay müddətinə illik 6,5%-lə yerləşdirilərək sığortalanmışdır. Məlum olduğu kimi, xx.xx.2017-ci il tarixindən etibarən Bank müflis elan edilmişdir. Müqavilə Bank tərəfindən xx.xx.2017-ci il tarixində eyni faiz dərəcəsi (6,5%) ilə 12 ay müddətinə uzadılmışdır. Halbuki, müqavilənin 5.2-ci bəndində deyilir: “Müqavilənin 1.4-cü bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət Əmanətçi tərəfindən geri götürülmədikdə, bu Müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir”. Müqavilənin sözügedən bəndinə əsasən iddiaçı əmanətini geri götürmədikdə, Bank müqaviləni eyni şərtlərlə, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi ilə uzadılmış hesab edilməlidir. Müqavilənin müvafiq bəndinin 2-ci hissəsi olduğu kimi tətbiq edilsə də, şərtlərindən biri pozulmuşdur. Əmanətin qorunan (sığortalı) olmasıdır. İddiaçı xx.xx.2018-ci il tarixində X4 ərizə ilə müraciət etmiş, müqavilə üzrə kompensasiyanın tam şəkildə ödənilməsini tələb etmişdir. Lakin iddiaçının müraciətinə cavab olaraq, cavabdeh kompensasiyanın tam ödənilməsindən imtina etmiş və bunu belə əsaslandırmışdır ki, “Əmanətlərin Sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə uyğun olaraq cəlb edildiyi günə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin maksimum həddindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər sığortalanmır və Fond tərəfindən həmin əmanətlər üzrə kompensasiya ödənilmir. Bundan əlavə, həmin bankın müvəqqəti inzibatçısı tərəfindən Fonda təqdim edilmiş bankın əmanətçiləri qarşısında öhdəliklərin reyestrinə əsasən sözügedən əmanət üzrə illik faiz dərəcəsi 6,5% (xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin maksimum həddindən yuxarı) qeyd edilmişdir. xx xxxx 2016-cı il tarixli “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qüvvəyə mindikdən sonra xarici valyutada olan qorunan əmanətlər illik faiz dərəcəsinin yuxarı həddi 3%-dir. Buna görə də Bank Müqavilənin 1.4-cü bəndinə əsasən onu 3%-dən yüksək dərəcə ilə uzada bilməzdi. Çünki bu halda həmin bəndin şərti (“Müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir”) pozulmuş olur: Müqavilənin şərti o cümlədən əmanətin qorunan (sığortalanan) olmasıdır. Kreditor tələblərinin qeydiyyatı barədə xx xxxxxx 2018-ci il tarixli qəbzə əsasən iddiaçının əmanətinin məbləği 25.117,3 ABŞ dollarına bərabərdir. Cavabdehin iddiaçıya xx xxxx 2018-ci il tarixindən xx xxxx 2019-cu il tarixinə 1250 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Beləliklə, iddiaçı hüquqlarının pozulması nəticəsində 5000 manat məbləğində mənəvi zərərə məruz qalmışdır. Göstərilənlərə əsasən iddiaçıya məxsus 25117,3 ABŞ dollarının, ona hesablanmış 1250 ABŞ dolları məbləğində faizlərin, habelə vurulmuş mənəvi zərərə görə 5000 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya kompensasiya edilməsi (ödənilməsi) barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5176/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2015-ci il tarixli ********* saylı "Bank əmanəti müqaviləsi"nə (göy əmanət) əsasən iddiaçının "xxxxxxxxx" ASC-yə qoyduğu 25117,30 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul cavabdeh X2 alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh X5 tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən əmanətin geri qaytarılması və ya faiz dərəcəsinin qorunan əmanətlər üçün müəyyən edilmiş faiz dərəcəsinə uyğunlaşdırılması barədə müraciət daxil olmamışdır. Məhkəmə ilk öncə faktiki olaraq tanımadığı “Əmanətlərin tam Sığortalanması haqqında” Qanunu tətbiq etməkdən çəkinsə də, sonradan heç bir hüquqi əsas olmadan həmin Qanunu tanıyaraq istinad etmiş və qoyulan əmanətin tam şəkildə geri qayatarılması qənaətinə gəlmişdir. Halbuki, əmanətlərin faiz dərəcəsi 6,5% dərəcəsi olmuş, heç bir halda “Əmanətlərin tam Sığortalanması haqqında” Qanunun təsiri altına düşmür. Apellyasiya şikayəti mümkün sayılaraq xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İşdə iştirak edən iddiaçının nümayəndəsi və vəkili hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinin tələbinə görə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini və birinci intsansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırki iş üzrə apellyasiya şikayəti cavabdeh tərəfindən verildiyi üçün məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissədə yoxlanılır. Belə ki, məhkəmə qətnaməsi iddianın təmin olunmadığı hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunduğu hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, işin materiallarında olan «xxxxxxxxx» ASC ilə əmanətçi İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı Bank əmanəti müqaviləsindən (göy əmanət) görünür ki, Bank əmanətçidən daxil olmuş pul məbləğini (əmanəti) (cəmi 25000 ABŞ dolları) qəbul edərək, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faiz ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, Bank həmin pulu əmanətçidən qəbul edərək, bu müqavilənin şərtlərinə uyğun qaydada əmanətçiyə faizlərin hesablanması, ödənilməsi və əmanətçinin tələbinə əsasən banka depozitə qoyulan pulun ona qaytarılmasını təmin edir. Müqavilənin 1.4-cü maddəsinə əsasən müqavilənin müddəti 24 aydır. Bank əmanətçiyə illik 6,5 % ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən müqavilənin 1.4-cü bəndi ilə müəyyən olunan müddətin bitdiyi sonuncu gün əmanət əmanətçi tərəfindən geri götürülmədikdə, bu müqavilə eyni şərtlərlə həmin tarixdən, lakin həmin günə Bankda qüvvədə olan faiz dərəcəsi tətbiq olunmaqla uzadılmış hesab edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı ilə “xxxxxxxxx” ASC-nin müflis elan edilmiş və barəsində iflas proseduruna başlanılması qərara alınmışdır. X5 Bankın ləğvedicisi təyin edilmişdir. İş materiallarında olan X3 İddiaçı ünvanladığı xx.xx.2018-ci il tarixli məktubdan görünür ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə uyğun olaraq cəlb edildiyi günə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin maksimum həddindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər sığortalanmır və Fond tərəfindən həmin əmanətlər üzrə kompensasiya ödənilmir. Həmin bankın müvəqqəti inzibatçısı tərəfindən Fonda təqdim edilmiş bankın əmanətçiləri qarşısında öhdəliklərin reyestrinə əsasən sözügedən əmanət üzrə illik faiz dərəcəsi 6,5% (xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin maksimum həddindən yuxarı) qeyd edilmişdir. Həmin əmanət “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən növbə daxilində ödənilir. İş materiallarındakı ləğv prosesində olan «xxxxxxxxx» ASC-nin “kreditor tələblərinin qeydiyyatı” barədə xx.xx.2018-ci il tarixli, 0488 saylı qəbzindən görünür ki, İddiaçı ləğv prosesində olan «xxxxxxxxx» ASC qarşısında 25117,30 ABŞ dolları məbləğində olan kreditor tələbi qeydə alınmışdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə müəyyən olunmuşdu ki, «xxxxxxxxx» ASC ilə əmanətçi İddiaçı arasında xx.xx.2015-ci il tarixli əmanət müqaviləsi bağlanmış, iddiaçı (əmanətçi) əmanət məbləğini Banka illik 6,5% ödənilməsi şərti ilə yerləşdirmiş, sonradan «xxxxxxxxx» ASC müflis elan olunmuş, yəni sığorta hadisəsi baş vermiş və hazırda iddiaçı (əmanətçi) banka qoyduğu əmanətin qorunan əmanətlərə aid olduğunu iddia edərək cavabdehdən əmanət məbləğinin və ona hesablanmış faizlərin ödənilməsini tələb edir. İddiaçı tərəfin məhkəmə iclasında verdiyi izahatdan və iş materiallarında olan sənədlərdən müəyyən olunmuşdu ki, iddiaçının Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aid olmuşdur. Bu səbəbdən birinci instansiya məhkəməsi xx.xx.2015-ci il tarixli ********* saylı "Bank əmanəti müqaviləsi"nə (göy əmanət) əsasən iddiaçının "xxxxxxxxx" ASC-yə qoyduğu 25117,30 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edildiyi hissədə gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.1-ci maddəsinə görə, əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir. Həmin Qanunun 2.1.2-ci maddəsinə görə qorunan əmanət – sığorta hadisəsi baş verdikdə X5 (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Qanunun 2.1.3-cü maddəsinə görə sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. Qanunun 2.1.9-cu maddəsinə görə sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir. Qanunun 2.1.11-ci maddəsinə görə kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. Qanunun 26.1-ci maddəsinə görə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Qanunun 27.1-ci maddəsinin birinci cümləsinə görə milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Hazırda cavabdeh Fond bildirir ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə uyğun olaraq cəlb edildiyi günə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin maksimum həddindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər sığortalanmır və Fond tərəfindən həmin əmanətlər üzrə kompensasiya ödənilmir. Həmin bankın müvəqqəti inzibatçısı tərəfindən Fonda təqdim edilmiş bankın əmanətçiləri qarşısında öhdəliklərin reyestrinə əsasən sözügedən əmanət üzrə illik faiz dərəcəsi 6,5% (xarici valyutada qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin maksimum həddindən yuxarı) qeyd edilmişdir. Həmin əmanət “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən növbə daxilində ödənilir. Beləliklə, Fond müqavilə üzrə müəyyən edilmiş faiz dərəcəsinin (6,5 %) X3 Himayəçilik Şurasının Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən etdiyi illik faiz dərəcəsindən artıq olduğundan həmin əmanətin sığortalanmış əmanətlər kateqoriyasına aid edilmədiyinə əsaslanaraq ona görə kompensasiya ödənilməsindən imtina etmişdir. «Əmanətlərin tam sığortalanması haqqında» Qanunun 3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq X3 Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3 (üç) il müddətində tam sığortalanır. Həmin Qanunun 4.1. maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri X3 Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Əmanətlərin sığortalanması haqqında Qanunun 2.1.2.6. maddəsinə əsasən cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlər hesab olunmur. Həmin Qanunun 8.1.20. maddəsinə əsasən X7 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini maliyyə bazarlarına nəzarət orqanı və Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. Həmin norma “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununda xx xxxxxx 2006-cı il tarixdə edilmiş dəyişiklik və əlavələrlə Qanuna daxil edilmişdir. İddiaçı xx.xx.2015-ci il tarixdə depozitə əmanət qoymuşdur. Ona görə Əmanətlərin sığortalanması haqqında Qanunun 2.1.2.6. maddəsinə əsasən depozit yerləşdirilən günə, yəni cəlb edildiyi günə illik faiz dərəcəsi Qanunun 8.1.20-ci maddəsində nəzərdə tutulan dərəcədən hətta aşağı olmuşdur. Belə ki, X7 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X6 2016-cı il 16 sentyabr tarixli qərarı ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunun 2.1.2.6. maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2018-ci il tarixli qərarında deyilir ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6. maddəsinə görə həmin Qanunun 8.1.20-ci madəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Göründüyü kimi, iddiaçı tərəfindən depozit yerləşdirərkən onun razılaşdığı illik faiz dərəcəsi (6,5%) vəsaitin cəlb edildiyi vaxt qüvvədə olan faiz dərəcəsindən (12%-dən) xeyli aşağı olmuşdur. Tərəflər müqavilə münasibətlərinə girərək depoziti tam olaraq sığortalamışlar. Əvvəla, Əmanətlərin sığortalanması haqqında Qanunun 2.1.2.6. maddəsinə əsasən depozitin cəlb edildiyi günə illik faiz dərəcəsi nəzərdə tutulmuşdur. Depozit cəlb olunan vaxtda faiz dərəcəsi “Əmanətlərin sığortalanması haqqında” Qanunun 8.1.20-ci madəsinə uyğun olmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, tərəflər arasında bağlanmış əmanət müqaviləsi xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək bağlansa da, sonradan iddiaçının xəbəri olmadan əmanət müqaviləsində dəyişiklik edilməklə, müddət uzadılmış və qorunmayan əmanət hesab edilmiş, lakin X6 xx.xx.2015-ci il tarixli qərarı əsasında qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz olduğundan iddiaçının 2015-ci il tarixdə Banka qoyduğu əmanət məbləği qanunvericilikdə nəzərdə tutulmuş qorunan əmanətlərə aiddir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olub, MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsas yaratmadığından təmin olunmamalı, bununla da qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-5176/2019 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh X5 tərəfindən ödənilmiş 15 (on beş) dövlət rüsumu ona aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər İsmayıl Xəlilov İlham Kərimli
Məhkəmə qərarları › İş №2(103)-923/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-923/2020
15.01.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver