Məhkəmə qərarları › İş №2(103)-9239/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9239/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9239/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlərdən Azad Nizam oğlu İmanovun sədrliyi, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1149/2021 saylı 03 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2n və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 MMCdən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 120.000 (yüz iyirmi min) ABŞ dolları məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, onun vasitəçiliyi ilə qaynanası Xanizadə Əminə Aslan qızı ilə Cavabdeh1 MMC arasında imzalanmış 15 avqust 2017-ci il tarixli müqaviləyə əsasən iddiaçı tərəfindən borc olaraq cavabdeh MMC-nin fəaliyyətini maliyyələşdirmək üçün 120 000 (yüz iyirmi min) ABŞ dolları məbləğində sərmayə yatırılmışdır. Tərəflər arasında rəsmiləşdirilmiş müqaviləyə əsasən sərmayə məbləği 1 ildən az olmamaq şərti ilə cavabdehə verilmiş, həmin məbləğ cavabdeh MMC tərəfindən qəbul edilmişdir. Sərmayə məbləğinin qarşılığı olaraq cavabdeh MMC hər ayın 20-si tarixinədək iddiaçıya 3000 (üç min) ABŞ dolları məbləğində ödəniş etməli, müqaviləyə Sərmayəçi (indiki halda iddiaçı) tərəfindən birtərəfli qaydada xitam verildikdə isə sərmayə məbləğini tam olaraq ona qaytarmalı idi. Lakin MMC tərəfindən imzalanmış müqavilə üzrə götürülmüş öhdəliklər icra edilməmişdir. Bundan sonra Xanizadə Əminə Aslan qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC-dən iddiaçı Xanizadə Əminə Aslan qızının xeyrinə ümumilikdə 186 000 (yüz səksən altı min) ABŞ dolları məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Ə.Xanizadə tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verilmiş və iddiaçının xeyrinə ümumilikdə 186 000 (yüz səksən altı min) ABŞ dolları məbləğində vəsaitin və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC-dən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-3716/2019 saylı, 29.12.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İşə baxan məhkəmə tərəfindən iddia tələbinin rədd edilməsi ilə bağlı qəbul edilmiş qətnamə əsaslandırılarkən qeyd edilmişdir ki, "Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid Quliyev Zaur Nizam oğlu ifadəsində bildirmişdir ki, Cavabdeh2lə o, dostluq münasibətlərində olmuşdur. Cavabdeh2 ona bildirmişdir ki, işlərini qaydaya qoymaq üçün şərik axtarır. Ona görə də tanışı olan Sadıxov Natiqlə Cavabdeh2 görüşdürmüş və onlar bu barədə danışaraq razılığa gəlmişlər. Görüş zamanı Cavabdeh2 Cəmiyyətin təsisçisinin anası Cavabdeh3 olduğunu, anasının xəstə olması səbəbindən işləri özü apardığını, biznesi genişləndirmək üçiin əlavə sərmayəyə ehtiyacı olduğunu bildirmişdir. Razılığa əsasən Sadıxov Natiq qaynanası olan Xanizadə Əminə Aslan qızma məxsus mənzili 100 000 ABŞ dolları məbləğində dəyərləndirərək Cavabdeh2 təklif etmiş, o, isə bununla razılaşaraq mənzili götürmüşdür. Müqavilə hazırlanmış, Cavabdeh3 imzalaması üçün Cavabdeh2 verilmişdir. Samir müqaviləni imzaladaraq gətirib ona "Mobisky” MMC-nin ofisində olmasa da, Bakı şəhərində razılaşdıqları qaydada və yerdə təqdim edilmişdir. Mənzil Xanizadə Əminənin adına olduğu üçün müqavilə də onunla bağlanmışdır. Natiq tərəfindən verilmiş 20 000 ABŞ dolları məbləğində pulu özü şəxsən Cavabdeh2 vermişdir. ...Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə cavabdeh - qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 izahatında bildirmişdir ki, o, digər Cavabdeh3nm oğludur. Anası xəstə olduğu üçün Cəmiyyətin işləri ilə müvəqqəti olaraq özü məşğul olurdu. ...O, Zaur adlı dostunun vasitəsilə Natiq adlı adamla tanış olmuşdur. Zaurun vasitəsilə tanış olduğu Natiqlə danışaraq razılaşmışlar ki, Natiq 120.000 ABŞ dolları müqabilində hazırda mübahisəli olan belə müqavilə başlaya bilərlər. Natiqlə evi 100.000 ABŞ dolları məbləğində razılaşmış, müqavilənin bağlanması üçün isə 20.000 ABŞ dolları əlavə olaraq o götürməmiş, dostu Zaur həmin pulu götürmüşdür. Həmin mənzili Zaurla birlikdə 135 000 manata satmışlar və Zaur əldə olan vəsaitlə restoranını təmir etdirmişdir. Zaurun adı müqavilədə göstərilməsə də pullar Samirə çatmamış, bütün pul Zaura çatmışdır. İlkin iddia üzrə iddiaçı Xanizadə Əminə Natiqin qaynanasıdır. ...Əvvəlki məhkəmə iclasında iştirak etmiş şahid İddiaçı bildirmişdir ki, Zaur adlı dostunun vasitəsilə Samir adlı şəxslə tanış olmuşdur. Zaurun vasitəsilə tanış olduğu Samirlə razılaşmışlar ki. Natiq 120.000 ABŞ dolları müqabilində hazırda mübahisəli olan belə müqavilə bağlaya bilərlər, lakin Natiqdə 120.000 ABŞ dolları tam olmadığından əvəzində evini müvəqqəti olaraq Samirə təklif etmiş və Samirlə evi 100 000 ABŞ dolları məbləğində razılaşmış, müqavilə üzrə qalan 20.000 ABŞ dolları pulu isə Zaura vermişdir ki, Samirə çatdırsın. Sonradan ona məlum olmuşdur ki, Samir onun razılığı olmadan həmin evi ucuz qiymətə satmışdır. Müqaviləni isə öz adına bağlamamasının və qaynanası Xanizadə Əminənin adından bağlamasının səbəbini isə əsaslandıra bilməmişdir. Verdiyi bütün pul ona məxsus olmuşdur, qaynanası Xanizadə Əminə yalnız müqavilənin imzalanmasında iştirak etmişdir. ...Məhkəmə iclasında müəyyən edilmişdir ki, O.A.Xanizadə özü müqaviləni tərəf olaraq imzalasa da, müqavilə formal olaraq onun adından bağlanmış, iddiaçının əvəzində müqavilə tərəfi İddiaçı olmuş, müqavilə şərtləri qarşı tərəflə onun tərəfindən razılaşdırılmış, müqavilənin bağlanması üçün pulun verilməsini o öz şəxsi vəsaiti hesabına etmişdir. ... İlkin iddiaya münasibətdə məhkəmə qeyd edir ki, Ə.A.Xanizadə özü müqaviləni tərəf olaraq imzalasa da, müqavilə formal olaraq onun adından bağlanmış, iddiaçının əvəzində müqavilə şərtlərinin razılaşmasında İddiaçı olmuş, müqavilə şərtləri qarşı tərəflə onun tərəfindən razılaşdırılmış, müqavilənin bağlanması üçün pulun verilməsini o öz şəxsi vəsaiti hesabına etmişdir. ...Bundan başqa müqavilə üzrə tərəf olmayan ilkin iddia üzrə iddiaçı tərəfin müqavilə öhdəliklərinin yerinə yetirilməsini və pulun ödənilməsini ilkin iddia iizrə cavabdehdən tələb etməyə də subyektiv hüququnun olduğu müəyyən edilməmişdir. ...İlkin iddiaya münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia üzrə iddiaçı Xanizadə Əminə Aslan qızı tərəfindən müqavilənin imzalanması onun iradə ifadəsi olmadığından və belə müqavilə üzrə iddia tələbi ilə çıxış etməkdə subyektiv hüququ olmadığından ilkin iddia rədd edilməlidir". Ə.Xanizadə tərəfindən Nərimanov rayon Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılaraq apellyasiya şikayətinin təmin edilməməsi, Nərimanov rayon Məhkəməsinin 2(005)-3716/2019 saylı, 29.12.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə 2(103)-4467/2020 saylı, 20.10.2020-ci il tarixli (sədrlik edən hakim Raqib Qurbanov) qətnamə qəbul edilmişdir. Şikayətə baxan apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinin qismən təmin edilməsi, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi ilə bağlı qəbul edilmiş qətnamə əsaslandırılarkən qeyd edilmişdir ki, "Cavabdeh2 iddiaya etiraz edir və bildirir ki, o, digər Cavabdeh3 oğludur. Anası xəstə olduğu üçün Cəmiyyətin işləri ilə müvəqqəti olaraq özü məşğul olurdu. ...O, Zaur adlı dostunun vasitəsilə Natiq adlı şəxslə tanış olmuşdur. Zaurun vasitəsilə tanış olduğu Natiqlə danışaraq razılaşmışlar ki. Natiq 120.000 ABŞ dolları müqabilində hazırda mübahisəli olan belə müqavilə bağlaya bilərlər. Natiqlə evi 100.000 ABŞ dolları məbləğində razılaşmış, müqavilənin buğlanması üçiin isə 20.000 ABŞ dolları əlavə olaraq o götürməmiş, dostu Zaur həmin pulu götürmüşdür. Həmin mənzili Zaurla birlikdə 135 000 manata satmışlar və Zaur əldə olan vəsaitlə restoranını təmir etdirmişdir. Zaurun adı müqavilədə göstərilməsə də, bütün pul Zaura çatmışdır. Xanizadə Əminə Natiqin qayınanasıdır. ... Üçüncü şəxs İddiaçı bildirir ki, Əminə Xanizadə onun qayınanasıdır. Zaur adlı dostunun vasitəsilə Samir adlı şəxslə tanış olmuşdur. Samir ondan sərmayə kimi “Mobisky" MMC-yə yatırmaq üçün 120.000 ABŞ dolları məbləğində pul istəmiş, əvəzində isə o, 120 000 ABŞ dollarından başqa hər ay 3000 ABŞ dolları pulu geri qaytaracağını təklif elmiş, o da bu təkliflə razılaşmış və hazırda mübahisələndirilən müqaviləni bağlamağa qərar vermişlər. Lakin onda 120.000 ABŞ dolları tam olmadığından əvəzində ona məxsus mənzili müvəqqəti olaraq Samirə təklif etmiş və Samirlə evi 100.000 ABŞ dolları məbləğində razılaşmış. müqavilə üzrə qalan 20.000 ABŞ dolları pulu isə nağd səkildə vermişdir. O, çox vaxt xaricdə olduğundan müqavilə onun öz adına deyil, qayınanası Xanizadə Əmmənin adına bağlanmışdır. Həm də müqaviləni məhz qayınanasının adına bağlanmışdır ki, müqavilə üzrə gələcək gəlir evə xərclənsin. Verdiyi bütün pul ona məxsus olmuş, qayınanası Xanizadə Əminə yalnız müqavilənin imzalanmasında iştirak etmişdir. ...Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, iddiaçı Əminə Xanizadə onunla "xxxx" MMC arasında bağlanmış 15 avqust 2017-ci il tarixli müqaviləyə istinad edərək, hazırkı iddianı irəli sürmüşdür. Həmin müqavilə isə mahiyyət etibarı ilə borc (kredit) müqaviləsidir. Çünki həmin müqavilə üzrə tərəflər “Sərmayəçi” və “Sərmayəni qəbul edən" kimi, həmçinin pul vəsaitinin sərmayə kimi verilməsi, bunun müqabilində hər ay ödəniş edilməsi və sonda sərmayənin geri qaytarılması göstərilsə də, müqavilənin mahiyyəti ondan ibarət olmuşdur ki, borcverən (sərmayəçi) 1 il müddətində hər ay faiz kimi 3000 ABŞ dollarının ödənilməsi şərti ilə 120.000 ABŞ dolları məbləğində pul vəsaitini borcalana (sərmayəni qəbul edənə) borc kimi vermiş, müqavilə müddəti bitdikdən sonra müqaviləyə xitam verildiyi təqdirdə isə həmin borc məbləği 1-2 ay müddətində geri qaytarılmalı idi. Bu baxımdan kollegiya hesab edir ki, ilk iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 739.1 və 741-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Əgər müqavilənin iştirakçılar, borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir (741). Hazırkı işdə isə bu maddələrin tətbiq edilməsi və ilk iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. ...Belə ki, tərəflərin və apelyasiya baxışı zamanı üçüncü şəxs qismində işə cəlb edilmiş İddiaçı izahatlarından mübahisəsiz müəyyən olunur ki, 15 avqust 2017-ci il tarixli müqavilənin tərtib edilib imzalanmasının yeganə səbəbi İddiaçıla Cavabdeh2 arasında 120.000 ABŞ dolları ilə bağlı aparılan danışıqlar və əldə olunan razılıq olmuş və həmin müqavilədə göstərilən 120.000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı məxsus olmuşdur. ...Lakin kollegiya hesab edir ki, hazır ki, işdə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə, yəni borc (kredit) müqaviləsinə aid olan qaydalar tətbiq edilə bilməz. Çünki həmin əqdin tərəflərindən biri İddiaçıdur. O isə hazırki iş üzrə tərəf deyil, üçüncü şəxsdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, ilk iddia tələbləri Mülki Məcəllənin 739.1 və 741-ci maddələrinin dispozisiya şərtlərinə uyğun gəlmədiyi üçün rədd edilməli, qarşılıqlı iddia isə yuxarıda göstərilən əsaslara görə təmin edilməlidir. Bildirmək istəyir ki, Ə.Xanizadə ilə cavabdehlər arasında münasibətlərin qurulmasında o - İddiaçı vasitəçi olmuşdur. Bu da iddiaçının Nərimanov rayon Məhkəməsində verdiyi izahatında öz təsdiqini tapmışdır. Ə.Xanizadənin iddia tələbi üzrə Nərimanov rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin araşdırmalarından göründüyü kimi, cavabdehlərə verilmiş vəsait iddiaçı olaraq ona - İddiaçı məxsusdur. Bu faktın özü də cavabdehlərdən Cavabdeh2 ifadə və izahatlarında təsdiq edilmişdir. Qeyd edilən səbəblərdən müqavilə əsasında Cavabdeh1 MMC-yə həmin MMC-nin faktiki sahibi, hazırki iş üzrə Cavabdeh2 vasitəsilə verilmiş 120.000 ABŞ dolları məbləğindəki vəsait cavabdehlərdən müştərək qaydada tutularaq ona qaytarılmalıdır. Belə ki, cavabdehlərdən Cavabdeh2 həm məhkəmədə, həm də Yasamal rayon Polis İdarəsində verdiyi izahatından da göründüyü kimi, Cavabdeh2 müqaviləni anası Cavabdeh3 adından imzalamış və möhür vurmuş və MMC-nin fəaliyyətini faktiki olaraq özü idarə etdiyindən 120.000 ABŞ dolları məbləğindəki vəsaiti də ondan alaraq cavabdeh MMC-nin fəaliyyətinə sərf etmişdir. Vəsaitin alınmasında və sərf edilməsində cavabdehlər Cavabdeh2, anası Cavabdeh3 iştirak etdiyindən və həmin vəsait Cavabdeh1 MMC-nin fəaliyyətinə sərf edildiyindən 120.000 ABŞ dolları məbləğindəki vəsait də hər üç cavabdehdən müştərək qaydada tutulmalıdır. Tərəflər arasında yaranmış mübahisəni məhkəmədənkənar pretenziya qaydasında həll etməyə çalışsalar da, lakin bu da heç bir nəticə verməmişdir. Beləliklə də, bu günki gündə cavabdehlər Cavabdeh1 MMC-nin, Cavabdeh2 və Cavabdeh3 ona ümumilikdə 120.000 (yüz iyirmi min) ABŞ dolları məbləğində ödənilməmiş borcu qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1149/2021 saylı 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 120.000 (yüz iyirmi min) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü manata məzənnə ilə manatla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və və İddiaçı iddia ərizəsinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassız olduğu üçün qismən ləğv edilməlidir. Belə ki, məhkəmə gedişatında müəyyən olunmuşdur ki, Əminə Xanızadə həmin müqavilə üzrə və müqavilədən kənar cavabdehlər Mobisky MMC-yə, Cavabdeh2 və Cavabdeh3 hər-hansı bir məbləğdə pul vəsaiti ödəməmişdir. Bu səbəbdən onun cavabdehlərə qarşı irəli sürmüş iddia ərizəsi təmin edilməmişdir. Lakin, Əminə Xanızadəyə qarşı sözügedən müqavilənin etibarsızlığı ilə bağlı irəli sürülmüş qarşılıqlı iddia tələbi məhkəmə tərəfindən təmin edilmişdir. İş materiallarında olan 24 aprel 2019-cu il tarixli cinayət işi başlanması rədd edilməsi haqqında qərarın 9 və 10-cu səhifəsində Əminə Xanızadə izahat vermişdir ki, “kürəkəni İddiaçı 2017-ci ilin avqust ayının əvvəlində ünvan 1 ünvanda yeni inşa edilmiş binada 2 otaqlı mənzili 100.000 dollar hesabı ilə Samir adlı şəxsə vermiş və Samir adlı şəxs mənzili müqavilə əsasında öz adına keçirmişdir. Kürəkəni İddiaçı öz işləri ilə bağlı tez-tez xarici dövlətlərə gedib gəldiyindən Samir adlı şəxsə verdiyi mənzil və əlavə verdiyi 20.000 dollar aid aralarında tərtib olunan müqavilə onun adından bağlanmasına qərara alınmışdır. Etiraz etməmiş, ona aid olan məlumatları müqavilədə qeyd etdirə bilməsi üçün şəxsiyyət vəsiqəsini ona vermişdir. Təxminən bir həftə keçəndən sonra isə kürəkəni Natiq iki nüsxədə olan müqavilələri ona təqdim edərək onları imzalamağı xahiş etmiş və o da, müqavilənin hər iki nüsxəsini oxumadan imzalamışdır ”. İş üzrə İddiaçı (həmin qərarın 8 və 9-cu səhifəsi) öz izahatında qeyd etmişdir ki, “ünvan 1 ünvanda yerləşməklə yeni inşa edilmiş binada uşaqları üçün aldığı 2 otaqlı mənzili var və yalnız həmin mənzili satıb pul əlavə etdikdən sonra, həmin pulları yuxarıda göstərilən məqsədlə 1-2 il müddətinə ona verə bilər. Son nəticədə o, 2017-ci ilin avqust ayının əvvəlində həmin mənzili Cavabdeh2 vermişdir. Məhz bu səbəbdən də, həmin mənzil onun istək və icazəsi əsasında binanı tikmiş şirkətin ofisində müqavilə əsasında Cavabdeh2 adına keçirmişdir. Təxminən 2-3 gündən sonra o, Cavabdeh2la kafedə görüşərək 20.000 dolları miqdarında pulu nəğd şəklində verərək ona bildirmişdir ki, həmin pulları, yəni ümumlikdə mənzilin dəyərinə aid olan pullarla birlikdə 120.000 dolları cəmi 1 il müddətinə ona verir və 1 ilin tamamında pulları ondan tam miqdarda geri tələb edəcəkdir. S. İsmayılov da onunla razılaşıb həmin pulları ondan götürdükdə ondan bu barədə rəsmi müqaviləni nə vaxt tərtib edəcəyini soruşmuş və o da, müqavilədə ona aid olan hissədə anket məlumatlarını yazmaqdan ötrü şəxsiyyət vəsiqəsinin surətini istəmiş, o isə, tez-tez xarici dövlətlərə ezamiyyətə gedib-gəldiyi üçün Cavabdeh2 bu kimi müqaviləni qaynanası Xanızadə Əminə Aslan qızının adına tərtib etməsini xahiş etmişdir. Həmin müqavilələri aparıb qayınanası Ə.Xanızadəyə imzalatdırdıqdan sonra nüsxəsinin birini özündə saxlamış, ikinci nüsxəni isə Cavabdeh2 geri qaytarmışdır ". Lakin, İddiaçı şahid qismində Nərimanov rayon məhkəməsində fərqli olaraq izahat verərək bildirmişdir ki, “Zaur adlı dostunun vasitəsilə Samir adlı şəxslə tanış olmuşdur. Zaurun vasitəsilə tanış olduğu Samirlə razılaşmışlar ki, Natiq 120.000 ABŞ dolları müqabilində hazırda mübahisəli olan belə müqavilə bağlaya bilərlər, lakin Natiqdə 120.000 ABŞ dolları tam olmadığından əvəzində evi müvəqqəti olaraq Samirə təklif etmiş və Samirlə evi 100.000 ABŞ dolları məbləğində razılaşmış, "müqavilə üzrə qalan 20.000 ABŞ dollarını Zaura vermişdir ki, Samirə çatdırsın”. Daha sonra İddiaçı izahatında bildirmişdir ki, ''sonradan ona məlum olmuşdur ki, Samir onun razılığı olmadan həmin evi ucuz qiymətə satmışdır. Müqaviləni isə öz adına bağlanmasının və qaynanası Xanızadə Əminənin adından bağlamasının səbəbini isə əsaslandıra bilməmişdir. Verdiyi bütün pul ona məxsus olmuşdur, qaynanası Xanızadə Əminə yalnız müqavilənin imzalanmasında iştirak etmişdir. İş üzrə Cavabdeh2 fərqli olaraq qeyd etmişdir ki, (qərarın 13-cü səhifəsi) “eyni olaraq yuxarıda göstərilən müqavilənin olmasına baxmayaraq İddiaçı heç bir miqdarda pul götürmədiyini bildirmişdir". Bundan başqa, məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, “o, digər Cavabdeh3 oğludur. Anası xəstə olduğu üçün cəmiyyətin dostu Zaur ona təklif etmişdir ki, biznesi davam etdirmək üçün ona pul lazımdır. Əgər pul olsa, Zaur icarəyə götürdüyü restoranı təmir etdirə bilər. O da Zaur adlı dostunun vasitəsilə Natiq adlı adamla tanış olmuşdur. Zaurun vasitəsilə tanış olduğu Natiqlə danışaraq razılaşmışlar ki, Natiq 120000 ABŞ dolları müqabilində hazırda mübahisəli olan belə müqavilə bağlaya bilərlər. Natiqlə evi 100 000 ABŞ dolları məbləğində razılaşmış, müqavilənin bağlanması üçün isə 20000 ABŞ dolları əlavə olaraq o, götürməmiş, dostu Zaur həmin pulu götürmüşdür. Həmin mənzili Zaurla birlikdə 135 000 manata satmışlar və Zaur əldə olan vəsaitlə restoranı təmir etdirmişdir. Zaurun adı müqavilədə göstərilməsə də pullar Samirə çatmamış, bütün pul Zaura çalmışdır. İlkin iddia üzrə iddiaçı Xanızadə Əminə Natiqin qaynanasıdır ”. Məhkəmə, iclasında Cavabdeh3 izahatında bildirmişdir ki, “o Mobisky MMC-nin təsisçisidir. Lakin sözügedən müqavilədən xəbərsiz olmuş və müqaviləni imzalamamışdır. Müqavilə bağlandığı tarixlərdə xəstə olduğu üçün möhürü müvəqqəti olaraq oğlu Cavabdeh2 versə də belə müqavilənin bağlanmasını Zaur Yasamal rayon polis idarəsinə şikayət verən zaman onlara məlum olmuşdur”. Nərimanov rayon məhkəməsinin 29 dekabr 2019-cu il tarixli, 2(005)-3716/2019 saylı qətnaməsi ilə iddiaçı Xanızadə Əminə Aslan qızının cavabdehlər Mobisky MMC-nə, Cavabdeh2 və Cavabdeh3 qarşı sərmayə məbləğinin geri qaytarılması tələbinə dair ilkin iddia ərizəsi təmin edilməyərək, ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilərək, qarşılıqlı iddia ərizəsi təmin edilərək, Mobisky MMC ilə Xanızadə Əminə Aslan arasında 15 avqust 2017-ci il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2( 103)-4467/2020 saylı qətnaməsi ilə ilk iddia tələbi üzrə Xanızadə Əminə Aslan qızı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və Nərimanov rayon məhkəməsinin 29 dekabr 2019-cu il tarixli, 2(005)- 3716/2019 savlı qətnaməsi ləğv edilməsi, ilkin tələbinin rədd edilməsi və qarşlılıqlı iddia tələbinin təmin edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Birinci instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, Apellyasiya Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(103)-4467/2020 saylı qətnaməsi ilə işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, 15 avqust 2017-ci il tarixli müqavilənin tərtib edilib imzalanmasının yeganə səbəbi İddiaçıla Cavabdeh2 arasında 120 000 ABŞ dolları ilə bağlı aparılan danışıqlar və əldə olunan razılıq olmuş və həmin müqavilədə göstərilən 120 000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı məxsus olmuşdur. Eyni zamanda Cavabdeh2 həmin pul vəsaitini Zaur Quliyev tərəfindən istifadə edildiyini, İddiaçı isə cavabdehin özünə verdiyini bildirir. Daha sonra birinci instansiyası məhkəməsi qətnamədə qeyd edir ki, “Bakı Apellyasiya Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2(103)-4467/2020 saylı qətnaməsi ilə işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, 15 avqust 2017-ci il tarixli müqavilənin tərtib edilib imzalanmasının yeganə səbəbi İddiaçıla Cavabdeh2 arasında 120 000 ABŞ dolları ilə bağlı aparılan danışıqlar və əldə olunan razılıq olmuşdur. Göründüyü kimi, hazırki mübahisəli hal üzrə artıq sözügedən qətnamə ilə hüquqi qiymət verilərək, mübahisəli pul vəsaitinin məhz Cavabdeh2 verilməsi öz təsdiqini tapmışdır” Qeyd edilənlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, pulun geri qaytarılması tələbində iddiaçının tələbi əsaslıdır, ona görə də iddia qismən təmin edilməli, Cavabdeh2 Ağarxa oğlundan 120 000 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı,i ddia qalan hissədə təmin edilməməlidir”. Lakin, iş üzrə hakimin bu belə qənaəti ilə razılaşmaq olmur, çünki 2017-ci ilin təxminən mart-aprel aylarında Zaur Quliyev icarəyə götürdüyü Bakı şəhəri, H.Cavid prospektində yerləşmiş “Ministerium” adlı restoranın təmirinin tamamlamaq üçün İddiaçı 120.000 ABŞ dollarını borc götürülməsi barədə Cavabdeh2 məlumat verib. Bu səbəbdən Zaur Quliyev Cavabdeh2 xahiş edib ki, “gəlsən dostum Natiqlə tanış edim və sən guya həmin pul vəsaitini Mobisky MMC-nin fəaliyyəti üçün istəyirsən və mən 3000 ABŞ dolları məbləğində pul vəsaitini İddiaçı ödəyəcəyəm”. Zaur Quliyev iş üzrə Cavabdeh2 dönə-dönə xahiş etmişdir Cavabdeh2 “Ministerium” adlı restoran və onun təmiri barədə iş üzrə İddiaçı heçnə deməsin. İş üzrə Cavabdeh2 Zaur Quliyevin təklifinə inanaraq onunla razılaşmış və sonra Zaur Quliyev Cavabdeh2 İddiaçıla tanış etmişdir. İş üzrə İddiaçı Zaur Quliyevin başqa işi görməklə qazanc əldə etmək üçün təklifini qəbul etmişdir. İş üzrə İddiaçıdur. 120.000 ABŞ dolları məbləğində pul vəsaitinin olmadığına üçün 100.000 ABŞ dolları əvəzinə ona məxsus Bakı şəhəri, İnşaatçılar prospektində yerləşən yeni tikili binada 2 otaqlı mənzili və əlavə olaraq 20.000 ABŞ dollarını verə biləcəyini Zaur Quliyevə təklif etmişdir. Zaur Quliyev həmin təklifi gəbul edərək həmin mənzilin satışından əldə edilmiş 135.000 manat və İddiaçı götürdüyü 20.000 ABŞ dollarını Bakı şəhəri, Hüseyn Cavid prospektində olan “Ministerium” adlı restoranın təmirinə xərcləmişdir. Zaur Quliyev 2017-ci ilin noyabr ayının 18-dən həmin restoranın açılışı həyata keçirtməklə 2018-ci ilin aprel ayı daxil olmaqla həmin restoranı işlətmişdir. Bundan başqa, 24 aprel 2019-cu il tarixli cinayət işi başlanması rədd edilməsi haqqında qərarın 3-cü və 4-cü səhifəsində Quliyev Zaur Nizam oğlu izahatında qeyd edir ki, “Lakin, o, S.lsmayilovun bu kimi təklifləri ilə razlaşmayaraq ona yaşayış, dolanışıq və yeməyi üçün pulun olmadığını və heç bir yerdə işləməyərək bütün pulları olan 260.000 ABŞ dolları tam şəkildə verdiyini, eləcə də L.Rəhimovaya ödənişlər etməyəcəyi təqdirdə sonuncunun onun barəsində prokurorluğa şikayət edəcəiyini bildirərək, ən azı hər ay L.Rəhimovanın 200 ABŞ dollarını və ona vəd etmiş olduğu 8400 ABŞ dollarından heç olmasa yarı və yaxud da üçdə bir hissəsini onlara verməsini tələb etmişdir. Cavabdeh2 da onu bu kimi tələb və hədələri əsasında sonrakı 15 ay ərzində L.Rəhimovaya aid 200 ABŞ dolları, ona aid olan pullardan isə hər ay üçün cəmi 1000, 1500, 2000, 2500 və ya 3000 ABŞ dolları miqdarda olan pulları ona verməklə cəmi 61 000 ABŞ dollarını ona vermişdir”. Zaur Quliyevin yuxarıda qeyd olunan izahatından görünür ki, guya iş üzrə Cavabdeh2 2015-ci ilin dekabr ayından başlayaraq müxtəlif müqavilələr üzrə borclu olduğu pul vəsaitlərini Zaur Quliyevə qaytarmamışdır. Belə olan halda, hansı səbəbdən Zaur Quliyev bu hadisələrdən sonra Cavabdeh2 15 illik dostu iş üzrə İddiaçıla 2017-ci ilin yaz aylarında tanış edərək, eyni müqavilə əsasında 120 000 ABŞ dollarını Cavabdeh2 verməsini ona təklif etmişdir və Cavabdeh2 tərəfindən ona pulun ödəməməsini dostu iş üzrə İddiaçı bildirmir. Görəsən Zaur Quliyevin məqsədi nədir? Bu hal onu təsdiq edir ki, Zaur Quliyevin həmin pul vəsaitinin alınmasında şəxsi maraqları var idi. Əgər həqiqətəndə Cavabdeh2 digər müqavilələr üzrə götürdüyü pul vəsaitlərini qaytarmayıbsa, bu halda Zaur Quliyev onu dostu İddiaçıla tanış etməməli idi və Cavabdeh2 o, etibarsız şəxs kimi təqdim etməli idi. Yuxarıda qeyd olunan halları nəzərə alaraq, hazırki iddia tələbi Quliyev Zaur Nizam oğluna qarşı qaldırmalı idi. Bununla bağlı məhkəmədə ərizə verilməsinə baxmayaraq, ərizə təmin edilməmişdir. Bu baxımdan hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlməyərək iddiaçının pul tələbinə dair iddiasını Cavabdeh2 münasibətdə təmin etimişdir. Çünki, iddiaçı tərəfindən 120 000 ABŞ dolları məbləğində pul vəsaitinin Cavabdeh2 verilməsi öz təsdiqini tapmamışdır. Birincisi, işin hallarından müəyyən olunmuşdur ki, müqavilə üzrə heç bir ödəniş olmayıb və həmin müqavilə etibarsız hesab olunub, həmin pul əvəzinə İddiaçı öz mənzilini təklif edib, mənzili Cavabdeh2 verilməsi və həmin mənzilin Cavabdeh2 tərəfindən satılması ilə bağlı hər-hansı subut məhkəməyə təqdim etməyib. İkincisi, İddiaçı iddia etdiyi 20 000 ABŞ dolları məbləğində pul vəsaitini Cavabdeh2 verilinəsi ilə bağlı iki fərqli izahatlar verib, polisin qərarında qeyd edir ki, həmin pulu şəxsən verib, lakin məhkəmədə isə qeyd edir ki, Zaur Quliyevin vasitəsilə həmin pul vəsaitini Cavabdeh2 verib, lakin bununla bağlı da hər- hansı subut məhkəməyə təqdim etəməyib. Üçüncüsü, polisin qərarında Cavabdeh2 İddiaçı hər-hansı məbləğdə pul vəsaitinin və ya əmlakın almaması barədə izahatı qeyd olunub. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən iddiaçının iddia tələbini qismən olsa da, təmin edilməsi səbəbini başa düşmək olmur. Buna görə hesab edir ki, məhkəmənin gəldiyi həmin nəticə üçün əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və nəticədə maddi və prosessual hüquq normaları pozulmaqla qətnamə çıxarılmışdır. Buna görə də hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia ərizəsinin qismən təmin edilmiş hissəsində əsassız və qanunsuz olduğu üçün qismən ləğv edilərək hazırki iş üzrə iddiaçının iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 və Cavabdeh3 məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılması təşkil edir. Çünki iş üzrə çıxarılmış qətnaməni iddiaçı ümumiyyətlə mübahisələndirməmiş, Cavabdeh2 isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1149/2021 saylı 03 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Cavabdeh1 MMC-nin qurucusu Cavabdeh3 arasında bağlanmış 15.08.2017-ci il tarixli müqaviləyə əsasən Xanizadə Əminə Aslan qızı 15 avqust 2017-ci il tarixdə 120 000 (yüz iyirmi min) ABŞ dolları məbləğində sərmayə ödəmişdir. Sərmayəni qəbul edən hər ayın 20-si tarixinədək sərmayəçiyə 3000 (üç min) ABŞ dolları məbləğində ödəniş edilməsini təmin etməli, müqaviləyə Sərmayəçi tərəfindən 1(bir) il müddət birdikdən sonra birtərəfli qaydada xitam verildikdə sərmayəçi tərəfindən yatırılan pul vəsaitinin 1-2 ay müddətində qaytarılmasını təmin edir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.12.2019-cu il tarixli 2(005)-3716/2019 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı Xanizadə Əminə Aslan qızının ilk iddia üzrə cavabdehlər Cavabdeh1 MMC-ə, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə dair” iddia ərizəsi rədd edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı “Mobisky’' MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh Xanizadə Əminə Aslan qızına qarşı “müqavilənin etibarsız hesab edilməsinə dair” iddia ərizəsi təmin edilərək Cavabdeh1 MMC ilə Xanizadə Əminə Aslan qızı arasında 15 avqust 2017-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.12.2019-cu il tarixli 2(005)-3716/2019 saylı qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışın notarial təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 MMC-yə 11.12.2012-ci il tarixdə çıxarış verilmişdir. Cavabdeh1 MMC-nin təsisçisi İsmayılov Sənubər Abdulla qızı olmaqla, nizamnamə kapitalındakı mayaların miqdarı 100 %-dir. “Mobisky" MMC-nin qanuni təmsilçisi isə Kərimova Lalə Cavanşir qızıdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 20.10.2020-ci il tarixli 2(103)- 4467/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Xanizadə Əminə Aslan qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3716/2019 saylı mülki iş üzrə qəbul etdiyi 29.12.2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı Xanizadə Əminə Aslan qızının cavabdehlər “Mobisky" MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərdən ümumilikdə 186000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması barədə iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək Cavabdeh1 MMC ilə Xanizadə Əminə Aslan qızı arasında 15 avqust 2017-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilmişdir. İş materiallarında olan 24 aprel 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh2 barəsində AR Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmişdir. Beləliklə iş materialları, tərəflərin izahatları ilə müəyyən olunur ki, Cavabdeh1 MMCnin qurucusu Cavabdeh3 ilə Xanizadə Əminə Aslan qızı arasında bağlanmış 15.08.2017ci il tarixli müqaviləyə əsasən 15 avqust 2017-ci il tarixdə 120 000 (yüz iyirmi min) ABŞ dolları məbləğində sərmayə ödəmişdir. Sərmayəni qəbul edən hər ayın 20-si tarixinədək sərmayəçiyə 3000 (üç min) ABŞ dolları məbləğində ödəniş edilməsini təmin etməyi, müqaviləyə Sərmayəçi tərəfindən 1(bir) il müddət birdikdən sonra birtərəfli qaydada xitam verildikdə sərmayəçi tərəfindən yatırılan pul vəsaitinin 1-2 ay müddətində qaytarılmasını təmin etməyi öhdəsinə götürmüş, lakin sonradan müqavilə üzrə Sərmayəni qəbul edən öz öhdəliyini yerinə yetirməmiş, həmçinin sərmayəçinin ödədiyi pul məbləğini də geri qaytarmamışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.12.2019-cu il tarixli 2(005)-3716/2019 saylı qətnaməsindən görünür ki, ilk iddia üzrə iddiaçı Xanizadə Əminə Aslan qızının ilk iddia üzrə cavabdehlər Cavabdeh1 MMC-ə, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul tələbinə dair” iddia ərizəsi rədd edilmiş, qarşılıqlı iddia üzrə iddiaçı “Mobisky’' MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh Xanizadə Əminə Aslan qızına qarşı “müqavilənin etibarsız hesab edilməsinə dair” iddia ərizəsi təmin edilərək Cavabdeh1 MMC ilə Xanizadə Əminə Aslan qızı arasında 15 avqust 2017-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 20.10.2020-ci il tarixli 2(103)-4467/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Xanizadə Əminə Aslan qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3716/2019 saylı mülki iş üzrə qəbul etdiyi 29.12.2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iddiaçı Xanizadə Əminə Aslan qızının cavabdehlər “Mobisky" MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərdən ümumilikdə 186000 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması barədə iddiası təmin edilməmiş, qarşılıqlı iddia təmin edilərək Cavabdeh1 MMC ilə Xanizadə Əminə Aslan qızı arasında 15 avqust 2017-ci il tarixdə bağlanmış müqavilə etibarsız hesab edilmişdir. Həmçinin Apellyasiya Məhkəməsinin 20.10.2020-ci il tarixli 2(103)-4467/2020 saylı qətnaməsi ilə işin mübahisəsiz halı kimi müəyyən edilmişdir ki, 15 avqust 2017-ci il tarixli müqavilənin tərtib edilib imzalanmasının yeganə səbəbi İddiaçıla Cavabdeh2 arasında 120.000 ABŞ dolları ilə bağlı aparılan danışıqlar və əldə olunan razılıq olmuş və həmin müqavilədə göstərilən 120.000 ABŞ dolları məbləğində pul vəsaiti İddiaçı məxsus olmuşdur. Eyni zamanda Cavabdeh2 həmin pul vəsaitini Zaur Quliyev tərəfindən istifadə edildiyini, İddiaçı isə cavabdehin özünə verdiyini bildirir. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçının tələb etdiyi pul vəsaiti cavabdehlərə verilməmişdir. Belə ki, cavabdehlər həmin pul vəsaiti Quliyev Zaur Nizam oğlu tərəfindən qəbul edilərək icarəyə götürdüyü Bakı şəhəri, H.Cavid prospektində yerləşmiş “Ministerium" adlı restoranın təmirinə xərcləndiyindən, o, əsl cavabdeh kimi işə cəlb olunmalı və həmin pul vəsaiti ondan tutulmalıdır. İddiaçı isə pulun məhz cavabdehlərə 15 avqust 2017-ci il tarixdə bağlanmış müqavilə üzrə verdiyini bildirir. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, iddia tələbinin əsasını iddiaçının Cavabdeh2 verdiyi pul vəsaitinin qanunsuz sahiblikdən tələb etməsi təşkil edir. Belə ki, mülki iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3716/2019 saylı mülki işə əsasən müəyyən olunur ki, eyni məsələ ilə bağlı hazırki iddiaçının qayınanası Ə.Xanızadə sərmayə müqaviləsindən irəli gələn tələblə məhkəməyə müraciət etmişdir. Lakin həmin müqavilə əhəmiyyətsiz əqd hesab edildiyindən iddia tələbi təmin edilməmişdir. Odur ki, iddiaçı hazırda Cavabdeh2 verdiyi pul vəsaitini qanunsuz sahiblikdən geri tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdr ki, pulun geri qaytarılması tələbində iddiaçının tələbi əsaslıdır, ona görə də iddia qismən təmin edilməli, Cavabdeh2 120.000 (yüz iyirmi min) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş günü manata məzənnə ilə manatla və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətində hazırki iş üzrə cavabdehin o deyil, Quliyev Zaur Nizam oğlu olduğunu qeyd edərək işin hallarını sadalamqla apellyasiya şikayətini əslandırmağa çalışsa da, iş materialarında cavabdehin qeyd etdiklərinin əksi sübut olunur. Belə ki, iş üzrə preyudisial əhəmiyyət kəsb edən məhkəmə aktı ilə müəyyən edilmişdir ki, 15 avqust 2017-ci il tarixli müqavilənin tərtib edilib imzalanmasının yeganə səbəbi İddiaçıla Cavabdeh2 arasında 120.000 ABŞ dolları ilə bağlı aparılan danışıqlar və əldə olunan razılıq olmuşdur. Göründüyü kimi, hazırki mübahisəli hal üzrə artıq sözügedən qətnamə ilə hüquqi qiymət verilərək, mübahisəli pul vəsaitinin məhz Cavabdeh2 verilməsi öz təsdiqini tapmışdır. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsin ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1149/2021 saylı 03 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1149/2021 saylı 03 iyun 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar