Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-927/2025 27.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, hakimlər Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçı, onun nümayəndəsi-vəkili Vəkil, Cavabdehin nümayəndələri Nümayəndə, X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı “orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(005)-2357/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi ilə əmək müqaviləsi bağlayaraq əmək münasibətlərinə daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə onun əmək müqaviləsinə təqaüd yaşına çatdığına görə xitam verilmişdir. Hazırda iddiaçı pensiya yaşına çatdığı üçün orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunvericiliklə 65 yaşda pensiya yaşına çatdığı üçün ARDNŞ və ANQİRK arasında bağlanmış 2020- 2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin Geofizika və geologiya İdarəsi tərəfindən hesablanıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, SOCAR Geofizika və geologiya İdarəsinin “X5” X2 və mühəndisi topogeodeziya ekspedisiyasının ekspedisiya rəisi vəzifəsində işləmişdir. Qanunvericiliklə müəyyən olunmuş qaydada pensiya yaşına çatdığına görə xx.xx.2024-cü il tarixdə Geofizika və geologiya İdarəsinin rəhbərliyinə ərizə ilə müraciət etmişdir. Ərizədə xx.xx.2024-cü il tarixdən pensiya yaşına (65) çatdığı üçün orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməklə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X9 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndində qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətinə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur (ƏMR-QƏRAR, № SOCAR**********00030020A00003, xx.xx.2020) Geofizika və geologiya İdarəsinin rəhbərliyi güzəştli şərtlərlə əmək pensiyası aldığını (2011-ci il tarixindən), ona əmək haqqının 5 mislini ödəmək üçün heç bir hüquqi əsasın olmaması haqqında 14-2-4/3-6-364/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubla cavab vermişdir. Buna baxmayaraq onunla bağlanmış müqaviləyə (işçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş təqaüd yaşına çatdıqda) Azərbaycan Respubliaksı Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən xx.xx.2024-cü il tarixli, 14-2-4/3-1K-168/2024 nömrəli əmrlə xitam verilmişdir. Yəni bağlanmış müqaviləyə "xxxx" Azərbaycan Respublikası Qanununun 7ci maddəsinə əsasən kişilər 65 yaşına çatdıqda yaşa görə əmək pensiyası hüququnun yaranması əsas götürülərək xitam verilmişdir. Bu barədə əmək kitabçasında da “Təqaüd yaşına çatdığına görə” müvafiq qeydi aparılmışdır. Əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası almaq deyildir. GGİ tərəfindən güzəştli şərtlərlə pensiya almaq hüququna istinad olunaraq ona orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsindən imtina olunmasını qanunsuz və əsassız hesab edir. Bu münasibət ona qarşı sosial ədalət prinsipinin pozulması deməkdir. Güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ uzun illər zərərli sahədə işləyənlər üçün dövlət tərəfindən yaradılmış sosial ədalət imkanıdır. Bu imkandan istifadə etməsi pensiya yaşına çatdıqda (65 yaş üçün nəzərdə tutulan şərtlərə əməl etdiyi halda) 5 misli məbləğində birdəfəlik müavinətin verilməsi hüququnu məhdudlaşdırmamalıdır. "xxxx" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi, “Kollektiv Saziş”in 5.16-cı maddəsi, Əmək müqaviləsinə xitam verilməsi haqqında əmr və əmək kitabçasındakı “Təqaüd yaşına çatdığına görə” müvafiq qeydi onun haqlı olduğunu sübut edir. Eyni zamanda, bununla bağlı oxşar məhkəmə qərarları da vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(005)- 2357/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı "xxxx" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X9 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə istinad edərək, yaşa görə əmək pensiyasına çıxdığı üçün cavabdehdən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsini tələb edir. Sözügedən Sazişin 5.16-cı bəndinin məzmunundan aydın olur ki, işçilərə qanunvericiliklə nəzərdə tutulmuş pensiya yaşına çatdıqdan sonra 1 ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək imkanı təklif edilir, şəxs bu imkandan istifadə etdiyi halda isə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulur. Məhkəmə qeyd etmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 2011-ci ildən yarandığından o, SOCAR-ın və Azərbaycan Neft Qaz X4 İttifaqı Respublika Komitəsinin ANQSİHİRK-nın xx.xx.2009-cu il tarixli, 57/06- 19ə nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr qərarına əsasən bir ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etməklə bu imkandan istifadə edərək, müstəsna hal kimi işəgötürən tərəfindən onun orta aylıq əmək haqqının 5 misli məbləğində işdənçıxma müavinətinin ödənilməsini tələb edə bilərdi. Lakin iddiaçı 2011-ci ildə yaranmış bu hüququndan istifadə etməməyi seçərək, əmək münasibətlərini davam etdirmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə nəticəyə gələrkən SOCAR-ın və Azərbaycan Neft Qaz X4 İttifaqı Respublika Komitəsinin ANQSİHİRK-nın xx.xx.2009-cu il tarixli, 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarına istinad etmişdir. Məhkəmə 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərara istinad etsə də, həmin Əmr-Qərar iş materiallarında mövcud deyil. Buna görə də birinci instansiya məhkəməsinin iddiaçı ilə əmək müqaviləsinə əslində işçilərin ixtisarı əsası ilə xitam verilməsini, üstəlik, işdə olmayan sənəddə göstərilən halları nə ilə müəyyən etməsi məlum deyil. Halbuki Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa, cavabdehin və məhkəmənin öz qətnaməsində istinad etdiyi və sübut kimi məhkəməyə təqdim olunmadığı 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr-Qərar 2009-cu il və ondan sonrakı 2 il üçün şamil olunmuşdur və 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli Əmr- Qərar 2011-ci ilədək qüvvədə olmuşdur. 2024-cü ildə həmin Əmr-Qərarın heç bi hüquqi qüvvəsi yoxdur və bu gün qüvvədə olmayan 22 aprel 2009-cu il tarixli Əmr-Qərara istinad etmək olmaz. Bundan başqa, 22 aprel 2009-cu il tarixli Əmr-Qərardan sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və Azərbaycan Neft Qaz X4 İttifaqı Respublika Komitəsinin ANQSİHİRK-nın 2011-2013-cü il tarixləri, 2014-2017-ci il tarixləri üçün, 2017 2020-ci il tarixləri üçün, 2020-2023-cü il tarixləri üçün Əmr-Qərarları əsasında bağlanılmış “Sahə (tarif) Kollektiv Saziş”lər bağlanmışdır və həmin Sazişlər İşəgötürən SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Azərbaycan Neft Qaz X4 İttifaqı Respublika Komitəsinin ANQSİHİRK-nın arasındakı işçilərin sosial müdafiəsi, əmək şəraitinin yaxşılaşdırılması, əməyin ödənilməsi, əməyin mühafizəsi və digər sosial-əmək münasibətlərini tənzimləyən hüquqi aktlardır. İddiaçı 65 yaşı (xx.xx.1959-cu il təvəllüdlüdür) xx.xx.2024-cü ildə tamam olmuşdur və İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə xx.xx.2024-cü il tarixdə ərizə təqdim edərək, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən “pensiya yaşına çatdığı üçün orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməklə ləğv edilməsini xahiş etmişdir. İddiaçı 65 yaş pensiya yaşına çatdığı xx.xx.2024-cü il tarixdə qüvvədə olan hüquqi akt-22 aprel 2009cu il tarixli Əmr-Qərar və onun əsasında imzalanmış Kollektiv Saziş deyil, SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və imzalanmış Kollektiv Saziş deyil, SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və Azərbaycan Neft Qaz X4 İttifaqı Respublika Komitəsinin ANQSİHİRK nın arasında 23 mart 2020-ci il tarixdə imzalanmış “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft Qaz X4 İttifaqı Respublika Komitəsi arasında 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin bağlanması haqqında” SOCAR**********00030020A00003 nömrəli Əmr-Qərar olmuşdur. Tərəflər arasında olan hazırki mübahisənin həlli xx.xx.2009-cu il tarixdə qəbul olunmuş 57/06-19ə nömrəli Əmr-Qərara istinad edilməklə həll edilə bilməz, çünki həmin Əmr-Qərar 2011-ci ildə qüvvəsini itirmişdir, hazırki mülki mübahisə xx.xx.2020-ci il tarixli Əmr-Qərara və ondan sonra qəbul olunmuş Əmr Qərara istinad olunmaqla həll edilməlidir. Birinci instansiya məhkəməsi hüququn tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft Qaz X4 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən, ştat vahidlərinin mütərəqqi normativlər hesabına təkmilləşdirilməsi və işçilərin say tərkibinin optimallaşdırılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ştatları ixtisar edildikdə) bəndlərinə, o cümlədən, əmək fəaliyyətini dəniz obyektlərində həyata keçirən şəxslərin struktur dəyişiklikləri ilə əlaqədar quru obyektlərində həyata keçirən şəxslərin struktur dəyişiklikləri ilə əlaqədar quru obyektlərində yerləşdirilməsi ilə bağlı 68-ci maddənin 2-ci hissəsinin “c” (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş (SOCAR üzrə sosial dayanıqlığın təmin olunmasına dair proqrama qoşulan şəxslər istisna olmaqla), habelə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətinə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh qurum iddiaçının müraciətinə əsasən razılaşma imzalamaqdan imtina etmişdir. Məhkəmə həmin məsələyə düzgün münasibət bildirməmişdir. Bununla yanaşı İddiaçı 2006-cı ilin 1 yanvarınadək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli, 305 №li “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı siyahısı” üzrə 2009-cu ilin 26 fevralında onun 50 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ əldə edib müraciət etmiş və ona 29 may 2009-cu il tarixdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunmuş və həmin pensiya onun 50 yaşının tamamlandığı xx.xx.2009-cu il tarixdən hesablanmışdır. Yəni, İddiaçı güzəştli şərtlərlə pensiya hüququ 2011-ci ildən deyil, xx.xx.2009-cu ildən yaranmış və ona xx.xx.2009-cu il tarixindən etibarən 50 yaşa görə güzəştli şərtlərlə pensiya təyin olunmuşdur. Sonradan 2021-ci ildə İddiaçı 2009-cu ildən təyin olunmuş pensiya ləğv edilmiş və ona 2011-ci ildən pensiya təyin olunması barədə qərar qəbul edilmişdir. Nərimanov rayon Məhkəməsində İddiaçı 2011-ci ildən pensiya hüququ əldə etməsi ilə bağlı qeyd olunanlar yanlışdır. Sonuncu xx.xx.2009-cu il tarixdən pensiya hüququ əldə etmiş və xx.xx.2009-cu il tarixdən ona 50 yaşa görə güzəştli şərtlərlə pensiya təyin edilmiş, xx.xx.2009-cu ildən hesablanmış pensiya ödənilməyə başlanmışdır, eyni zamanda İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsində əmək fəaliyyətini davam etdirmişdir. Məhkəmənin qətnaməsində istinad olunan xx.xx.2009-cu il tarixli, 57/06-19ə nömrəli “Azərbaycan Respublikası Dövlət Neft Şirkətində işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərarı İddiaçı 50 yaşa görə güzəştli şərtlərlə pensiya hüququ əldə etdiyindən sonra imzalandığı üçün həmin Əmr-Qərar iddiaçıya şamil oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22 aprel 2009-cu il tarixli Əmr Qərarının 4-cü bəndinə görə bu Əmr – Qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmrin birinci bəndi ilə müəyyən olunmuş vəziyyət barədə işəgötürənin qərarı olduğu gündən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə müraciət etdikdə müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənişlər və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı müvafiq razılaşma imzalanır. Dövlət Neft Şirkətinin 14 avqust 2009-cu il tarixli Əmr-Qərarı ilə 22 aprel 2009-cu il tarixli qərarın 4cü bəndində “qərarı olduğu tarixdən” sözlərindən sonra “habelə 22 may 2009-cu il tarixdən etibarən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatdıqda” sözləri əlavə edilmişdir. Bu o deməkdir ki, 22 aprel 2009-cu il tarixli, 57/06-19ə nömrəli Əmr- Qərarda qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatması xx.xx.2009-cu il tarixdən etibarən nəzərdə tutulur. Yəni, xx.xx.2009-cu ildən qanunvericilikdə müəyyən olunmuş pensiya yaşına çatmış işçi orta aylıq əmək haqqının 5 misli miqdarında müavinət almaq hüququ əldə edir. Lakin İddiaçı qanunvericilikdə müəyyən olunmuş 50 yaşa görə güzəştli şərtlərlə pensiya hüququ xx.xx.2009-cu ilədək yaranmışdır, ona görə də sözü gedən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 22 aprel 2009-cu il tarixli, 57/06-19ə nömrəli Əmr-Qərarı iddiaçının güzəşti şərtlərlə pensiya yaşına (50 yaş) çatdıqdan sonra qəbul olunduğu üçün ona tətbiq oluna bilməzdi. Bu məsələdə birinci instansiya məhkəməsi səhvə yol vermişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri ayrıayrılıqda apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 35-ci maddəsinə (əmək hüququ) əsasən: İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 38-ci maddəsinə (sosial təminat hüququ) əsasən: İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək Məcəlləsi: 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 10-1.1-ci maddəsinə əsasən, Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 35-ci maddəsinə əsasən, münasibətlərin tənzimlənməsi sahəsindən asılı olaraq aşağıdakı kollektiv sazişlər bağlanıla bilər: a) Baş kollektiv saziş-respublikada sosial-iqtisadi siyasətin aparılmasının razılaşdırılmış ümumi prinsiplərini müəyyən edir. b) Sahə (tarif) kollektiv sazişi- müvafiq sahənin sosial-iqtisadi inkişafı istiqamətlərini, peşə qrupları, sahənin işçiləri üçün əmək şəraiti və əmək haqqı, sosial təminatları müəyyən edir. c) Ərazi (rayon) kollektiv sazişi- ərazi xüsusiyyətləri ilə bağlı müəyyən sosialiqtisadi problemlərin həlli şərtlərini müəyyən edir. 39-cu maddəsinə əsasən: 1. Kollektiv saziş bir ildən üç ilədək müddətə bağlanıla bilər. 2. Kollektiv saziş imzalandığı və ya sazişdə göstərilən gündən qüvvəyə minir. 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir. 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. "xxxx" Qanununun: 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası; 4.1.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası; 4.1.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası. 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1 dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən “pensiya yaşına çatdığı üçün orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməklə ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli “ərizəyə cavab”ın surətindən görünür ki, yaşla əlaqədar güzəştli şərtlərlə əmək pensiyası hüququnun uzun müddətdir əmələ gəldiyindən (2011-ci il tarixindən etibarən) iddiaçıya əmək haqqının 5 mislini ödəmək üçün heç bir hüquqi əsasın olmaması bildirilmişdir. xx.xx.2024-cü il tarixli, 14-2-4/3-1K-168/2024 nömrəli Əmrdən və İT-İ ******* nömrəli əmək kitabçasına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin “X5” istehsalat bölümünün Naviqasiya və mühəndisi topogeodeziya ekspedisiyasının ekspedisiya rəisi İddiaçı ilə bağlanmış xx.xx.2014-cü il tarixli 1400 nömrəli əmək müqaviləsinə, həmin müqavilənin 9-cu bəndinin 9.1.1 hissəsini (işçinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş təqaüd yaşına çatdıqda) nəzərə alaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75-ci maddəsinin 2-ci hissəsinin “d” bəndinə əsasən 19 mart 2024-cü il tarixindən xitam verilmişdir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsi ilə əmək müqaviləsi bağlayaraq əmək münasibətlərinə daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə onun əmək müqaviləsinə təqaüd yaşına çatdığına görə xitam verilmişdir. İddiaçı istehsalatın zərərli sahələrində işlədiyindən güzəştli şərtlərlə onun 2009-ci ildən pensiya hüququ yaranmış, eyni zamanda əmək münasibətlərinə davam etməklə xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsində çalışmışdır. Hazırda iddiaçı pensiya yaşına çatdığı üçün orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsini xahiş edir və tələbinin əsası kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X9 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Saziş bağlanmasına və həmin Sazişinişçilərə qanunvericiliklə nəzərdə tutulmuş pensiya yaşına çatdıqdan sonra 1 ay müddətində öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək imkanı təklif edilməsi, şəxsin bu imkandan istifadə etdiyi halda isə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 (beş) misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmasına dair 5.16-cı bəndinə istinad etmişdir. Cavabdeh tərəf isə iddiaya etirazın əsası kimi iddiaçının yaşla əlaqədar əmək pensiyası hüququnun 2011-ci ildən yarandığına istinad etmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Neft və X9 İttifaqı Respublika Komitəsi arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16-cı bəndinə əsasən, Ştat vahidlərinin mütərəqqi normativlər hesabına təkmilləşdirilməsi və işçilərin say tərkibinin optimallaşdırılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi nəticəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” (müəssisə ləğv edildikdə) və “b” (işçilərin sayı və ştatları ixtisar edildikdə) bəndlərinə, o cümlədən, əmək fəaliyyətini dəniz obyektlərində həyata keçirən şəxslərin struktur dəyişiklikləri ilə əlaqədar quru obyektlərində həyata keçirən şəxslərin struktur dəyişiklikləri ilə əlaqədar quru obyektlərində yerləşdirilməsi ilə bağlı 68-ci maddənin 2-ci hissəsinin “c” (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş (SOCAR üzrə sosial dayanıqlığın təmin olunmasına dair proqrama qoşulan şəxslər istisna olmaqla), habelə qanunvericiliklə müəyyən edilmiş pensiya yaşına çatdıqdan sonra bir ay müddətinə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermiş şəxslərə tərəflərin razılığı ilə SOCAR-ın qərarı əsasında orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməsi nəzərdə tutulmuşdur. Bununla yanaşı iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı 2009-cu ildən güzəştli şərtlərlə təqaüd alır. Müavinətin ödənilməsi isə yaşa görə təqaüdə çıxmış şəxslər üçün nəzərdə tutulub. Göründüyü kimi, iddiaçının əmək münasibətlərinə davam etməsi onun yaşa görə deyil, güzəştli şərtlərlə təqaüd almasından sonra olmuşdur. Hazırda isə iddiaçı 65 yaşa, yəni yaşa görə təqaüd vaxtı olmuş və bunun üçün sazişdə qeyd edildiyi kimi cavabdehə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən “pensiya yaşına çatdığı üçün orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməklə ləğv edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qeyd olunan sazişə əsasən yaranmış hüququndan istifadə etməmiş, 2009-cu ildən güzəştli şərtlərlə təqaüdə çıxmaqla əmək münasibətlərini davam etdirmişdir. İstinad olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, müavinətin verilməsi kollektiv müqavilə ilə nəzərdə tutulduğundan işçinin güzəştli şərtlərlə təqaüdə çıxması onun bugünkü gün müqavilədə istinad olunan müavinəti almaqdan imtina üçün əsas ola bilməzdi. Belə ki, nə qanunvericilik müstəvisində, nə də kollektiv müqavilədə digər növdə təqaüd alan şəxslərin yaşa görə təqaüdə çıxdıqları zaman bu müavinəti almaqdan məhrum edilmələri ilə bağlı hər hansı bir qeyd-şərt yoxdur. Həmçinin də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 2011-ci ildən yaranmasına istinad etməsi də düzgün olmamışdır. Halbuki, iddiaçının güzəştli pensiya hüququ 2009-cu ildən yaranmışdır. Belə ki, 1959-cu il təvvəllüdlü iddiaçı xx.xx.2024-cü il tarixdə Geofizika və geologiya İdarəsinin rəhbərliyinə ərizə ilə müraciət xx.xx.2024-cü il tarixdən pensiya yaşına (65) çatdığı üçün orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət verilməklə onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsini xahiş etmişdir və bu tələbində də haqlı olmuşdur. Halbuki cavabdehin nümayəndəsi öz izahatında bildirmişdir ki, iddiaçı 65 yaşına çatmasına baxmayaraq ərizə ilə müraciət etmədiyi halda öz işini davam edə bilərdi. Birinci instansiya məhkəməsi isə qeyd edilən işin faktiki hallarını və dəlilləri hərtərəfli araşdırmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi əmək mübahisəsinə baxarkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, istinad edilən maddələri səhv təfsir etmişdir. Bununla da məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edildyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmamaqla yanaşı həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 35-ci maddəsinin İ hissəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarında bu hüquqla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, əməyin iqtisadi və sosial ölçüləri vardır. Bu baxımdan əmək hüququ fərdin və onun ailəsinin rifahına və inkişafına, habelə cəmiyyətdə özünü dərk etməsinə təsir edir. Əmək hüququnun bu təyinatları hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçməsi ilə xarakterizə olunur. Ədalətli sosial quruluşun təmin edilməsi prinsipi ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə rifahın və firavanlığın bərqərar edilməsini təmin edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Bu prinsiplərdən irəli gələrək qanunverici tərəfindən əmək hüquq münasibətlərinin iştirakçıları arasındakı münasibətlərin tənzimlənməsi müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu məqsədə çatmaq üçün Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi bir daha vurğulamışdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Kollegiya qeyd edir ki, Konvensiyanın 14-cü maddəsi ilə ayrı-seçkilik qadağan olunur və təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, rəng, dil, din, siyasi və digər baxışlar, milli və sosial mənşə, milli azadlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər status kimi hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. Beləliklə, cavabdehin iddiaçının uzun illər xidmət etməsinə baxmayaraq onun müqaviləsinə xitam verilməsi zamanı 65 yaşda pensiya yaşına çatdığı üçün ARDNŞ və ANQİRK arasında bağlanmış 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişin 5.16cı bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinətin ona verilməməsi, bu müavinətin verildiyi digər işçilərlə müqayisədə ayrı-seçkilik kimi qəbul edilməli və bu halın baş verməsi özü-özlüyündə ayrı-seçkiliyin əsası kimi hesab olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, analoji işlər üzrə bu xarakterli, digər dövlət orqanlarına qarşı birdəfəlik müavinət almaq hüquqüna malik olan şəxslərin bu hüquqlarının bərpasına dair əvvəllər də apellyasiya instansiyası məhkəməsinin icraatında çoxsaylı işlər olmuş və qanuni qüvvəsini məhkəmə aktları ilə işçilərin pozulmuş hüquqları bərpa edilmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrəiddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Odur ki, məhkəmə kollegiyası dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmişdir. Ona görə də cavabdehdən 100 (yüz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli, 2(005)- 2357/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşda pensiya yaşına çatdığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsindən tutularaq iddiaçıya ödənilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsindən 100 (yüz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə